Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti


Debitor və Kreditor borclarının il sonuna müqayisəli təhlili (2016-cı il ü)



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə18/26
tarix02.01.2022
ölçüsü1,15 Mb.
#45383
1   ...   14   15   16   17   18   19   20   21   ...   26
R-himov-B-hruz-Kamil-o-lu

Debitor və Kreditor borclarının il sonuna müqayisəli təhlili (2016-cı il ü) 

Hesablaşmalar 

Debitor 

borclar 


Kreditor 

borclar 


Borcların üstələməsi 

debitor 


kreditor 


48 

 

Mallara işlərə və xidmətlərə 



görə malalan və sifarişçilər 

3265058 


7085757 

 - 


 +3820699 

Törəmə müəssisələrlə 

 - 

834512 


 -  

+834512 


Sair əməliyyat üzrə heyətlə 

379 


795095 

 - 


 +794716 

Sosial ehtiyatlara artırmalar  

üzrə 

 - 


268768 

 - 


 +268768 

İddialar üzrə 

 - 

772590 


 - 

 +772590 

Sair debitorlarla 

1113889 


 - 

 +1113889 

 - 

Əmlak və şəxsi sığorta üzrə 



 - 

4575278 


 - 

 +4575278 

Büdcədənkənar ödənişlər 

üzrə 


 -  

 - 


 - 

 - 


Büdcə ilə 

 - 


 - 

 - 


 +6383991 

Yekunu 


4379326 

6383991 


 +16336665 

  

 



Cədvələ  diqqət  yetirsək  görərik  ki,  “İnkor”  MMC-nin  debitor  borclarının 

həcmi  4379326  manat  təşkil  etmiş,  kreditor  borclarının  həcmi  isə  2016-ci  ilin 

sonuna  6383991  manat  həddinə  çatmışdır.  İstenilən  müəssisə  üçün  kreditor 

borclarının  həcminin  debitor  borclarının  həcmini  üstələməsi  müəssisənin  iflasa 

getdiyinin  əsas  göstəricisidir.  Məhz  kreditor  borclarının  debitor  borclarından  çox 

olması  nəticəsində  2017-ci  ilin  birinci  rübündə  “İnkor”  MMC  özünün  müflis 

olduğunu elan etmiş oldu. 

Qeyd  olunan  nümünə  bütün  müəssisələr  üçün  örnək  rolunu  oynamalıdır. 

Belə  ki,  istənilən  halda  kreditor  xərclərinin  debitor  xərclərini  üstələməsinə  yol 

vermək  olmaz.  Bu  isə  bir  daha  sübuta  yetirir  ki,  hər  bir  müəssisədə  debitor  və 

kreditor xərclərinin düzgün təhlil olunması və bu xərclər üzrə maliyyə nəzarətinin 



49 

 

və maliyyə menecmentinin həyata keçirilməsi kifayət qədər önəm kəsb edən və son 



nəticədə müəssisənin davamlı fəaliyyətinə səbəb olan ən başlıca amildir. 

Müəssisələrdə debitor və kreditor xərclərinin maliyyə menecmentini həyata 

keçirmək  üçün  ilk  öncə  xərclərin  maliyyə  menecmentinin  konseptual  əsaslarının 

formalaşmasını təmin etmək lazımdır. 

Maliyyə  menecmentinin  konseptual  əsasları  dedikdə,  müəssisə.  idarə  və 

təşkilatlarda  maliyyə  resurslarının  idarə  edilməsinin  prinsiplərini,  struktur  və 

formalarını əhatə edən nəzəri biliklərin məcmusu başa düşülür. 

Xərclərin maliyyə menecmentinin konseptual əsaslarını bir-biri ilə qarşılıqlı 

əlaqədə  və  fəaliyyətdə  olan  8  ünsürdən  ibarət  model  şəklində  aşağıdakı  düstur 

vasitəsilə belə vermək olar:[14, səh. 488] 

Düstur 1. 

CFjm=(S1, OT, SC, BC, FP, MM, FM, SS) 

Burada, CFjm- xərclərin maliyyə menecmentinin konseptual əsası, 

              S1-iştirakçıların sayı 

              OT-maliyyənin idarə edilməsi sisteminin məqsədləri ierarxiyası 

              SC-kateqoriya sistemi 

              BC-baza-fundamental konsepsiya 

              FP-maliyyə prosesləri 

              MM-elmi-praktiki instrumentiya (metodlar, modellər) 

              FM-maliyyə mexanizmləri 

              SS-təminedici alt sistemləri. 

İşçilərin  sayı.  Burada  təsərrüfat  subyekti  kimi  insan  amilinin  iştirakı  ilə 

resursların ümumi məcmusu kimi ifadə edilən sosial-iqtisadi sistem əsas götürülür. 

ətraf mühitin təsiri altında fəaliyyət göstərən bu sistemə kapital göndərənlər, cari 

fəaliyyət iştirakçıları, dövlət orqanları, müəssisənin işçiləri və digər maraqlı şəxslər 

aiddir. 

Maliyyənin  idarə  edilməsi  siteminin  məqsədlərinin  iyerarxiyası.  Müəssisə, 

idarə  və  təşkilatların  maliyyəsinin  idarə  edilməsi  sitemi  elə  təşkil  olunmalıdır  ki, 

həm  maraqlı  şəxslərin  göstərişlərinin  rəqabətliliyi  təmin  olunsun,  həm  də  vaxt  və 




50 

 

struktur təşkilediciləri üzrə müəssisənin məqsədli göstərişlərinin nizama salınması 



və razılaşdırılması kimi kontekstdə onun harmoniyası haqqında danışıla bilsin. 

Kateqoriya  sistemi.  Xərclərin  maliyyə  menecmentinin  kateqoriya  sisteminin 

əsasını amil, model, stavka, faiz, diskont, pul axını, maliyyə aləti, risk, gəlir və s. 

təşkil edir. 

Baza-fundamental  konsepsiya.  Xərclərin  maliyyə  menecmentinin  baza-

fundamental  konsepsiyası  maliyyə  menecmentinin  mahiyyətini,  məntiqini  və 

praktikada və ya istehsalatda tətbiqi metodlarını və üsullarını müəyyən edir. 

Maliyyə  prosesləri.  Xərclərin  maliyyə  menecmentinin  maliyyə  prosesləri 

dedikdə,  maliyyənin  idarə  edilməsinin  iki  əsas  proses  vasitəsilə  realizə  olunması 

başa  düşülür.  Bu  proseslər  səfərbəretmə  və  investisiyalaşma  prosesləridir. 

Səfərbəretmə  prosesi  dedikdə,  vəsaitlərin  cəlb  edilməsi  və  maliyyə  axınları, 

investisiyalaşma  dedikdə  isə,  bu  və  ya  digər  sahələrə  vəsait  qoyuluşu  qoymaqla 

xərclərin azaldılaraq daha yüksək mənfəət əldə edilməsi prosesi başa düşülür. 

Elmi-praktiki  instrumentariya  isə  mürəkkəb  bazar  konyukturası  şəraitində 

müxtəlif təsərrüfat subyektlərinin, eləcə də, müəssisə, idarə və təşkilatların maliyyə 

fəaliyyətinin  idarə  edilməsinin  ümumi  elmi  və  konkret  elmi  üsullarının 

məcmusudur. 

Təminedici  sistemlər.  Maliyyə  menecmentinin  konseptual  əsaslarının  bu 

elementi onun praktiki reallaşdırılması imkanlarını müəyyənləşdirir. 

 

 



 


51 

 


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin