Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti


FƏSİL III. MÜƏSSİSƏLƏRDƏ XƏRCLƏRİN İDARƏ EDİLMƏSİ



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə19/26
tarix02.01.2022
ölçüsü1,15 Mb.
#45383
1   ...   15   16   17   18   19   20   21   22   ...   26
R-himov-B-hruz-Kamil-o-lu

FƏSİL III. MÜƏSSİSƏLƏRDƏ XƏRCLƏRİN İDARƏ EDİLMƏSİ 

SAHƏSİNDƏ BEYNƏLXALQ TƏCRÜBƏ VƏ ONUN İNKİŞAF 

İSTİQAMƏTLƏRİ 

3.1. Müəssisələrin debitor və kreditor xərclərinin idarə edilməsinin 

proqnozlaşdırılması 

Əvvəlki paraqraflarda da qeyd etdiyimiz kimi, hər bir müəssisənin davamlı 

və uzunömürlü fəaliyyətinin əsasında xərclərin, o cümlədən də debitor və kreditor 

xərclərin  düzgün  proqnozlaşdırılması,  bu  xərclərə  nəzarət  olunması  və  eləcə  də 

sözügedən  xərclər  üzrə  maliyyə  menecmentinin,  maliyyə  resurslarının  düzgün 

idarə  edilməsi  mexanizminin  formalaşdırılması  dayanır.  Müəssisə,  idarə  və 

təşkilatlarda  debitor  və  kreditor  xərclərinin  idarə  edilməsi  prosesinin  əsasında 

xərclərin maliyyə nəzarəti dayanır. 

Maliyyə  nəzarəti  dedikdə,  iqtisadi  münasiibətlər  sistemində  müxtəlif 

təsərrüfat formalarında, eləcə də müəssisə, idarə və təşkilatlarda maliyyə və onunla 

bağlı  olan  məsələlərin  işlənməsi,  hazırlanması,  habelə  maliyyənin  düzgün 

təşkilinin  özünəməxsus  forma  və  metodlarının  dəyişməsi  üzrə  əməliyyatların 

məcmusu  başa  düşülür.    Maliyyə  nəzarəti  əsasən,  iqtisadiyyatda  milli  məhsulun 

natural və dəyər göstəricilərindəki tarazlığın pozulması, eləcə də makro və mikro 

iqtisadi  tənzimlənmə  prosesində  uyğunsuzluqları  aşkara  çıxartmaq  üçün  istifadə 

olunan  nəzarət  mexanizmidir.  Maliyyə  nəzarəti  sahəsinə  müəssisə,  idarə 

təşkilatlarda  pulun  idarə  olunması,  xərclər  və  xərc  istiqamətləri,  mənfəət  və 

mənfəət  istiqamətləri  üzərində  nəzarət  daxildir.  Burada  qarşıya  qoyulmuş  əsas 

məqsədlərə  maliyyə  ehtiyatlarının  formalaşdırılması,  əsas  gəlir  mənbələrinin 

müəyyən  edilməsi,  xərc  istiqamətlərinin  əhatəli  və  detallı  təhlilinin  aparılması 

daxildir.[27, səh. 218] 

Maliyyə nəzarətinin əsas istiqamətləri bunlardır:[27, səh. 241] 

  İqtisadi qanunların tələblərinə riayət olunmasının təmin edilməsi; 

  Milli gəlirin və ictimai məhsulun dəyərinin bölgüsü və təkrar bölgüsü

  Büdcənin tərtib edilməsi və büdcə nəzarətinin təmin edilməsi; 

  Vergi nəzarətinin təmin edilməsi. 




52 

 

Nəzarət  mexanizmi  nəzarət  funksiyasını  həyata  keçirən  fəaliyyətlərdən 



ibarətdir. Həmin fəaliyyətlərə isə aşağıdakılar aiddir:[27, səh. 244] 

  Nəzarətin predmetinin müəyyənləşdirilməsi; 

  Nəzarət metodu və vasitəsinin seçilməsi

  Nəzarət subyektinin səlahiyyətlərinin aşkara çıxarılması; 

  Nəzarət prosesinin reallaşdırılması; 

  Nəzarətin nəticələrinin düzgün qiymətləndirilməsinin təmin olunması. 

Aydındır ki, maliyyə nəzarəti pul fondlarının yaranması, maliyyə axınlarının 

idarə  olunması,  gəlir  və  xərc  istiqamətlərinin  müəyyən  olunması  sahəsində 

müəssisə, idarə və təşkilatların bu sahə üzrə prioritet hesab etdikləri fəaliyyətlərini 

tənzimləyən  nəzarət  mexanizmidir.  Eyni  zamanda  da  maliyyə  nəzarəti  istehsal 

fondlarından  səmərəli  istifadəni,  istehsalın  qiymət  struktunu  tənzimləyən  əsas 

mexanizmdir.  

Maliyyə nəzarətinin əsas predmetini həm dar mənada, həm də geniş mənada 

xarakterizə  edən  iki  əsas  məsələ  təşkil  edir.  Geniş  mənada  maliyyə  nəzarətinin 

predmeti  dedikdə,  təkrar  istehsalın  bütün  mərhələlərini,  eləcə  də  idarəetmə 

səviyyələrini  özündə  əks  etdirən  nəzarət  mexanizmi  başa  düşülür.  Dar  mənada 

maliyyə  nəzarətinin  predmetinin  əsasında  isə  dövlət  büdcəsinin  tənzimlənməsini 

həyata keçirən nəzarət mexanizmi dayanır. 

 

Maliyyə nəzarətinin predmeti aşağıdakı sxemdə ətraflı təsvir olunmuşdur: 



 

 

 



 

 

 



 

 

 



 


53 

 


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin