Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti


Sxem 3.   İstehsal xərclərinin quruluşu



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə15/26
tarix02.01.2022
ölçüsü1,15 Mb.
#45383
1   ...   11   12   13   14   15   16   17   18   ...   26
R-himov-B-hruz-Kamil-o-lu

Sxem 3.  

İstehsal xərclərinin quruluşu 

 

Mənbə: Colyn Drury, “Direct Costing”. Financial Statement. 2015 məlumatları əsasında 



müəllif tərəfindən tərtib edilmişdir. 

 

Müəssisə,  idarə  və  təşkilatlarda  maliyyə  menecmentinin  təşkili  xərclərin 

düzgün  proqnozlaşdırılması,  onların  idarə  olunması  və    müəssisə,  idarə  və 

təşkilatın  son  nəticədə  rentabelli  fəaliyyət  göstərməsi  və  uzunmüddətli  dövrdə 

rəqabətə  tab  gətirə  bilməsi  zərurətindən  meydana  gəlir.  Maliyyə  menecmenti 

dedikdə, adından göründüyü kimi müəssisənin maliyyə resurslarının idarə edilməsi 

sistemi  başa  düşülür.  Qeyd  olunan  məsələ  kənardan  nə  qədər  sadə  və  bəsit 

görsənsə  də,  əslində  müəssisənin  davamlı  fəaliyyətinin  özəyini  təşkil  etdiyindən 

kifayət  qədər  dərin  və  kompleks  yanaşmanı  tələb  edən  anlayışdır.  Müəssisənin 

maliyyə  resurslarının  əsasında  isə  maliyyə  siyasətini,  metodlarını  və  maliyyə 

vasitələrini, həmçinin də maliyyə stabilliyini və artımının təmin edilməsi sahəsində 

qarşıya  qoyulmuş  məqsədə  çatmaq  üçün  düzgün  idarəetmə  qərarlarını  seçib 

İstehsal 

xərcləri


Qısamüddətli 

dövr xərcləri

Sabit xərclər

Daşınmaz əmlak, 

istehsal avadanlıqları 

xərcləri


Dəyişən 

xərclər


Yeni işçi, əlavə 

xammalın cəlb 

olunma xərcləri

Uzunmüddətli 

dövr xərcləri

Bütün növ 

istehsal 

amillərinin 

həcminin 

dəyişilməsi ilə 

əlaqədar 

yaranmış xərclər




39 

 

hazırlayan  insanları  əlaqələndiirən  resurslar  dayanır.  Maliyyə  menecmentinin 



qarşısında  duran  əsas  məqsəd  də  məhz  həmin  maliyyə  resurslarının  düzgün 

idarəedilməsi  və  son  nəticədə  müəssisə,  idarə  və  təşkilatların  həm  qısamüddətli 

dövrdə, həm də uzunmüddətli dövrdə müvazinətinin saxlanmasını təmin edir. 

Maliyyə  menecmenti  maliyyə  sisteminin  bütün  həlqələrinə  təsir  etməklə 

mürəkkəb  bazar  konyukturası  şəraitində  idarəetmə  strukturunun  ən  zəruri  tərkib 

hissəsi  kimi  fəaliyyət  göstərir.  Maliyyə  menecmenti  elə  maliyyə  siyasətidir  ki, 

qısamüddətli  və  uzunmüddətli  dövrlərdə  müəssisənin  resurslarından  səmərəli 

istifadə  olunmasına  və  maliyyə  xidmətlərinin  fəaliyyət  istiqamətlərinin 

müəyyənləşdirilməsinə  xidmət  edir.  Maliyyə  menecmenti  sahəsində  siyasətin 

işlənib ərsəyə gəlməsi gəlməsi üçün maliyyə mənbəyinin əsasında dövlət maliyyə 

orqanlarının  rəsmi  hesabatları,  institutsional  bazar  strukturlarının  informasiyası, 

statistik  məlumatlar,  sahələrarası  və  dövlətlərarası  məlumatların  müqayisə 

edilməsi,  şirkətlərin  kənar  istifadəsi  üçün  nəzərdə  tutulmuş  maliyyə-mühasibat 

sənədləri dayanır. Burada institutsional bazar strukturları dedikdə, banklar, əmtəə, 

fond  və  valyuta  birjaları,  eləcə  də  investisiya  şirkətləri  nəzərdə  tutulur.[27,  səh. 

197] 


Hər  bir  müəssisənin  uzunömürlü  və  dayanıqlı  fəaliyyətinin  əsasında 

xərclərin  düzgün  proqnozlaşdırılması  və  istehsal  prosesi  və  yaxud  da  istehsaldan 

kənar  fəaliyyət  nəticəsində  yaranmış  xərclərin  düzgün  idarə  edilməsinin  təmin 

olunması  dayanır.  Müasir  bazar  iqtisadiyyatı  şəraitində  dünya  təcrübəsindən 

məlum olur ki, hər bir müasir istehsal texnologiyalarından istifadə edən müəssisə, 

idarə  və  təşkilatlar  öz  fəaliyyətlərində  xərclərin  idarə  edilməsini  əldə  rəhbər 

tuturlar. Bu baxımdan Azərbaycan respublikası da istisnalıq təşkil etmir. Belə ki, 

respublikada  fəaliyyət  göstərən  müəssisələrin  demək  olar  ki,  əksəriyyəti  xərclərin 

düzgün  təhlilini  həyata  keçirməyə,  yaranmış  xərclərin  idarə  olunmasını  təmin 

etməyə müəyyən dərəcədə səy göstərir. 

Azərbaycan  Respublikasında  fəaliyyət  göstərən  müəssisələrin  əksəriyyəti 

xərclərin  idarə  edilməsi  məsələsinə  kompleks  yanaşır.  Belə  ki,  Azərbaycanda 




40 

 

fəaliyyət göstərən müəssisələrin xərclərin idarə olunmasını həyata keçirməkdə əsas 



məqsədləri aşağıdakılardan ibarətdir:[3, səh. 214] 

  Müəssisənin  fəaliyyətinin  səmərəli  iqtisadi  nəticəsinin  yüksəldilməsi 

(maksimallaşdırılması); 

  Xərclərin azaldılması sayəsində mənfəətin artırılması; 

  Müəssisənin iqtisadi potensialının yüksəldilməsi; 

  Bazarda rəqabət qabiliyyətinin təmin edilməsi; 

  Mövcud maliyyə və iqtisadi resurslardan səmərəli istifadə edilməsi; 

  Müəssisənin  qarşıya  qoyduğu  məqsədə  çatmaq  üçün  yeni  maliyyə 

mənbələrini təhlil etməsi və istehsalı cəlb etməsi; 

  Müəssisənin aktivlərinin strukturunun optimallaşdırılması; 

  Qısamüddətli  və  uzunmüddətli  dövrlərdə  müəssisənin  iqtisadi 

sabitliyinin təmin edilməsi. 

Müəssisənin  məqsədini,  missiyasını  və  siyasətini  müəssisənin  səhmdarları 

və ya təsisçiləri müəyyən edir. Müəssisəni idarə edən şəxslərin idarə heyəti və ya 

direktorlar  şurası  olmasına  baxmayaraq,  müəssisənin  məqsədini,  missiyasını, 

siyasətini, eləcə də istehsalın prioritet sahələrinin seçilməsini məhz səhmdarlar və 

ya  təsisçilər  təmin  edir.  Çünki  həm  müəssisənin  idarə  heyəti,  həm  də  direktorlar 

şurası  vəzifəyə  məhz  səhmdarlar  və  ya  təsisçilər  tərəfindən  seçildiklərindən 

müəssisənin fəaliyyətində önəm daşıyan məqsədlərin həyata keçirilməsində məhz 

təsisatçılar və ya səhmdarlar məsuliyyət daşıyırlar. Müəssisənin idarə olunmasında 

idarə heyətinin məsuliyətlilik səviyyəsi xüsusi idarəetmə komandasının iştirakı ilə 

düzgün  idarəetmə  qərarlarının  qəbul  edilməsi,  maliyyə  və  iqtisadi  resursların 

səmərəli istifadə və idarə edilməsi və müəssisənin effektiv və rentabelli fəaliyyəti 

ilə  ölçülür.  Direktor  Şurasının  səlahiyyətləri  isə  idarə  heyəti  ilə  müqayisədə  daha 

yüksəkdir.  Belə  ki,  səhmdarlar  və  ya  təsisçilər  Direktorlar  Şurasına  müəssisənin 

məqsədi  və  siyasətinin  müəyyənləşməsində  iştirak  kimi  daha  böyük  səlahiyyətlər 

vermiş olur. 



41 

 

Azərbaycanda 



fəaliyyət 

göstərən  müəssisələrin  fəaliyyətinin  idarə 

olunmasında  iki  yanaşma  xüsusilə  diqqət  çəkir.  Həmin  yanaşmalar  aşağıda 

verilmişdir:[6, səh. 316] 

  Müəssisənin idarə edilməsi ilə hər bir seəhmdar və ya təsisçi məşğul 

olarsa, bu halda müəssisə praktiki cəhətdən rentabelli fəaliyyət göstərə 

bilməz; 

  Bu  sahədə  müvafiq  təhsili  və  praktiki  iş  təcrübəsi  olan  peşəkar 

menecerlər  müəssisənin  fəaliyyətinin  daha  yüksək  səviyyədə 

effektivliyini təmin edə bilər. 

Kiçik müəssisə. İdarə və ya təşkilatlar isə səhmdarlar tərəfindən idarə olunur 

və  belə  təsərrüfat  subyektlərində  sahibkarlar  və  ya  təsisçilər  ilə  menecerlər 

arasında hər hansı münaqişə yarana bilməz. Çünki hər iki vəzifəni icra edən şəxslər 

eynidir. İri müəssisə, idarə və təşkilatlar isə səhmdar  və ya təsisçinin maraqlarını 

müdafiə edən menecerlər tərəfindən idarə olunur. 

Yuxarıda  qeyd  olunanlara  əsaslanaraq  maraqlı  bir  sual  ortaya  çıxır: 

“Müəssisənin  idarə  edilməsində  və  ya  maliyyə  resurslarının  idarəedilməsi 

sahəsində fəaliyyət göstərən maliyyə meneceri kimdir və nəyi idarə edir?” 

Suala  cavab  vermək  üçün  iki  yanaşmanı  təhlil  etmək  lazımdır.  Bunlar 

prosedur-məqsədli 

və 

obyekt-prosedur 



yanaşmalardır. 

Prosedur-məqsədli 

yanaşmaya əsasən maliyyə meneceri müəssisənin fəaliyyətinin əsas məqsədinə nail 

olmaq  üçün  tədbirlər  sistemində  nəzərdə  tutulan  əsas  prosedurları  icra  edən 

şəxslərdir.  Obyekt-prosedur  yanaşmaya  görə  isə  maliyyə  meneceri  müəssisənin 

fəaliyyətinin statik və dinamik aspektlərini birləşdirərək fəaliyyət göstərən şəxsir. 

Xərclərin 

maliyyə 


menecmentini 

və 


məqsədli 

pul  axınlarının 

optimallaşdırılması  prosesinə  iki  aspektdən  yanaşma  daha  məqsədəmüvafiq 

olar:[15, səh. 671] 

  Makrosəviyyədə yanaşma; 

  Mikrosəviyyədə yanaşma. 

Xərclərinin  maliyyə  menecmentinə  makrosəviyyədə  yanaşma  daha  geniş 

əhatəli  olub,  dövlətin  və  yerli  icra  hakimiyyəti  orqanlarının,  eləcə  də  bələdiyyə 




42 

 

orqanlarının  maliyyə  axınlarının  idarə  edilməsi  prosesidir.  Burada  maliyyə 



menecmentinin  əsas  məqsədi  məhz,  dövlət  və  bələdiyyə  büdcələri  və  kreditlərini 

idarə  etmək,  dövlətin  monetar  və  fiskal  siyasətini  həyata  keçirtməkdir.  Xərclərin 

maliyyə  menecmentinə  mikrosəviyyədə  yanaşma  isə  təsərrüfat  subyektlərinin 

maliyyə resurslarının idarə edilməsidir. 

Xərclərin  maliyyə  nəticələrinin  təhlili  zamanı  əsas  məsələlərdən  biri  də 

portfelin seçilməsi məsələsidir. Portfelin seçilməsi dedikdə isə, nəyə nə qədər və nə 

vaxt  investisiya  qoyulacağı ilə bağlı  qərarın  qəbul  edilməsi  prosesi  başa  düşülür. 

Bu məqsədlə müəssisə aşağıdakıları etməlidir:[20, səh. 102] 

  Uyğun məqsədlərin və məhdudiyyətlərin müəyyən edilməsi: 

institusional və ya şəxsi məqsədlər, müddət üfüqü, riskdən qaçma və 

verginin nəzərə alınması; 

  Uyğun strategiyanın müəyyən edilməsi: aktiv və ya passiv – qorunma 

strategiyası; 

  Portfelin performansının ölçülməsi. 

Ümumi  götürsək,  xərclərin  maliyyə  nəticələrinin    təhlili  mühasibatlığın 

maliyyə  funksiyası  ilə  paralel  fəaliyyət  göstərir.  Xərclərin  maliyyə  nəticələrinin 

təhlili  ilə  mühasibatlığın  maliyyə  funksiyası  arasında  fərq  isə  odur  ki,  maliyyə 

mühasibatlığı  keçmişə  aid  maliyyə  hesabatlarının  verilməsi  ilə  məşğuldursa, 

xərclərin maliyyə nəticələrinin təhlili müəssisə, idarə və təşkilatın birbaşa gələcək 

dövrdə uğurlu fəaliyyətinə yönəldilmiş strategiyanın əsasıdır. 

 


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin