3.3. Debitor və kreditor xərclərinin idarə edilməsinin inkişaf istiqamətləri
Dinamik inkişaf edən iqtisadi münasibətlər şəraitində tam təsərrüfat hesablı
və ya maliyyə müstəqilliyi olan müəssisə, idarə və təşkilatlarda istehsal
səmərəliliyinin yüksəldilməsi kifayət qədər əhəmiyyət kəsb edən və bilavasitə
63
olaraq müəssisə, idarə və təşkilatların rəhbərliyinin idarəetmə qərarlarından asılı
olan prosesdir. Mürəkkəb bazar iqtisadiyyatı şəraitində istər tam təsərrüfat
formasında, istərsə də maliyyə müstəqilliyi olan müəssisə, idarə və təşkilatların
idarə edilmə prosesi xeyli mürəkkəbləşir.
Müəssisə, idarə və təşkilatların idarə edilməsinin ən əsas funksiyası
tənzimetmə və nəzarətdir. Müəssisə, idarə və təşkilatların istehsal fəaliyyətinin
səmərəliliyinin artırılması bilavasitə olaraq rəhbər şəxslərin qəbul etdikləri
qərarlardan və onların informasiya ilə təmin olunma səviyyəsindən asılıdır. Burada
informasiya ilə təmin olunma səviyyəsi dedikdə, cari və gələcək dövrdə müəssisə,
idarə və təşkilatın mövcud maliyyə vəziyyətinin təhlil olunması ilə əlaqədar
yaranmış informasiya başa düşülür.
Fəaliyyət növlərinin, satış bazarının və sərbəst qiymətin əmələ gəlməsinin
nəticəsində müəssisə, idarə və təşkilatlarda bu sahələrə nəzarət edən
departamentlərin qarşısında dayanan vəzifələri artırmış olur.
Menecerlərə və rəhbərlərə zəruri informasiyalar lazım olur ki, yuxarıda
göstərdiyimiz həmin informasiya bazası əsasında düzgün idarəetmə qərarları çıxara
bilsinlər. bu qərarların böyük bir qismi satışın həcmi, məhsulların qiyməti, bazarda
həmin məhsula olan tələb-təklifin ölçülməsi, istehsal olunmuş məhsulun bazarda
rəqabətqabiliyyətliliyinin ölçülməsi haqqında olur. Məhz bu nəzarəti həyata
keçirtmək üçün müəssisə, idarə və təşkilatlar müvafiq struktur orqanlarını
yaradırlar. Xərclərin maliyyə nəzarəti və idarəedilməsi də sırf bu məqsədə xidmət
edən və müəssisə rəhbərinin göstərişlərinə müvafiq olaraq yaradılanÇ müəssislərdə
maliyyə və pul axınlarının hərəkətinə nəzarəti həyata keçirən, xərclərin struktunu
və formalaşma mənbəyini təhlil edən, xərclərin gəlir gətirmə baxımından analizini
həyata keçirən, cari və gələcək dövrlərdə mənfəət səviyyəsini ölçən və bu
funksiyalarla bağlı bütün informasiyanı rəhbər şəxslərə ötürməli olan nəzarət
orqanıdır.[25, səh. 166]
Müəssisə, idarə və təşkilatların informasiya bazasının əsası kimi maliyyə
uçotu bütün səviyyələrdə operativ informasiya ilə təmin edənləri qane etmir və
mürəkkəb və müasir bazar iqtisadiyyatı şəraitində müəssisənin gələcək inkişafının
64
proqnozlaşdırılması və əlaqələndirilməsi üçün tam və dolğun informasiyalar
yaratmır. Belə mövcud şəraitdə mühasibat uçotunun və maliyyə sisteminin
müstəqil sahəsi kimi idarəetmə uçotu yaradılır.
İdarəetmə uçotunun ən əhəmiyyətli vəzifəsi istehsal prosesinin
təkmilləşdirilməsi məqsədilə optimal idarəetmə qərarlarının işlənib hazırlanması və
qəbul edilməsi üçün lazımi zəruri informasiyaları hazırlamaqdan ibarətdir. Bunun
son nəticəsində isə idarəetmənin özünü belə optimallaşdırmaq mümkün olur.
İdarəetmə uçotu həyata keçirilərkən iki əsas istiqamət daha dərindən
öyrənilir. Həmin istiqamətlərə aşağıdakılar daxildir:[23, səh. 108]
Tam maya dəyərinin müəyyən edilməsi və bu maya dəyəri əsasında
istehsal olunmuş məhsulun satış qiymətinin bazarda formalaşması və
son nəticədə əldə olacaq mənfəətin səviyyəsinin müəyyən edilməsi;
Məhdudlaşdırılmış maya dəyərinin müəyyən olunması və bunun
əsasında
marjinal
gəlirin
müəyyən
edilməsi.
Burada
məhdudlaşdırılmış maya dəyəri dedikdə istehsal xərclərini azaltmaq
nəticəsində məhsulun keyfiyyətinin bir qədər zəifləməsi və nəticədə
məhdudlaşdırılmış maya dəyərinin yaranması başa düşülür. Marjinal
gəlir isə tam maya dəyəri nəticəsində istehsal olunmuş məhsulun satışı
nəticəsində əldə olunmuş gəlir ilə məhdudlaşdırılmış maya dəyəri
əsasında istehsal olunmuş məsulun satış qiymətləri arasındakı fərqdən
əmələ gələn gəlir.
Qeyd etdiyimiz birinci istiqamət istehsal olunmuş məhsulların maya
dəyərinin idarə edilməsini təmin edir, ilk növbədə istehsala çəkilmiş məsrəflərə
nəzarəti həyata keçirir və səmərəli uçotun aparılmasına şərait yaratmış olur. İkinci
istiqamətin öyrənilməsi isə məhsulun keyfiyyətinin nisbətən aşağı salınması
nəticəsində məhsulun məhdudlaşdırılmış maya dəyərini formalaşdırır və istehsal
olunmuş məhsulun bazarda daha ucuz qiymətə realizəsini təklif edir. Lakin bu hal
kifayət qədər riskli xarakter daşıyır. Belə ki. əhali və qeyri-əhali qrupları
məhdudlaşdırılmış maya dəyəri əsasında istehsal olunan və keyfiyyəti tam maya
dəyəri əsasında istehsal olunmuş məhsullardan geri qalan hər hansı məhsulu, işi və
65
xidməti almaq imtina edə bilər və bu halda müəssisə, idarə və təşkilat zərərə
işləmiş ola bilər. Odur ki, idarəetmə uçotunun düzgün aparılması hansı hallarda
iqtisadi səmərə verə biləcəyini ifadə edir.
Müssisə, idarə və təşkilatın istehsal prosesindəki yeganə xərci istehsal
olunan məhsulun maya dəyəri deyildir. Belə ki, məhsulun istehlakı mərhələsində
də xərc tələb olunur. İstehsal olunmuş məhsulun asanlıqla realizə olunmasını təmin
etmək məqsədilə əlavə və gözlənilməyən xərclər də yarana bilər. qeyd olunan belə
əlavə xərclər satış üzrə xərclərə aid edilir. Məsələn, müəssisə tanınmamış məhsul
istehsal edir. Məhsul bazarda kifayət qədər tanınmasa belə keyfiyyətlidir. Lakin
istehsal olunan bu məhsul bazarda tanınmadığı səbəbindən özünə alıcı kütləsi
toplaya bilmir və satış realizə oluna bilmir. Bu halda marketing və satış
departamentlərinin qarşılıqlı fəaliyyəti nəticəsində məlum olur ki. burada əsas
məsələ istehsal olunmuş məhsulun tanıtımının- reklamının həyata keçirilməsidir.
Satışla əlaqədar yaranan xərclərin içində tanıtım-reklam xərcləri kifayət
qədər çoxluq təşkil edir və bu xərclər məhsulun maya dəyərinə aid edilmir. Bu
halda reklama görə çəkilmiş xərclər müəssisə, idarə və təşkilatın gəlirindən silinən
xərc kimi hesaba oturur.
İstehsal prosesində istehsal olunmuş məhsulun tanıtımına və ya reklamına
bazarda tələbat böyük olduğu üçün reklam xərcləri də böyük rəqəmlərlə ölçülür.
Bununla yanaşı. müəssisə rəhbərliyi həmin xərci ödəməyə razıdır ki, istehsal etmiş
məhsulu asanlıqla realizə edə bilsin. Məhsul bazarda tanındıq və özünə kifayət
qədər alıcı kütləsi topladıqdan sonra artıq bu tipli reklam xərclərinin səviyyəsi də
azalmış olur.
Satışla bağlı yaranmış xərclərdən biri də istehsal olunmuş məhsulun
istehsalçıdan istehlakçıya çatdırılma xərcləridir. Bu xərclərin özəyində çatdırılma
xidmətini təmin edən əməkdaşların əmək haqqları, nəqliyyatın amortizasiya
xərcləri, zəruri yanacaq xərcləri və s. dayanır. Bu xidmətin göstərilməsi bazarda
müştəri məmnunluğunu artıran ən əsas elementlərdən biridir.
Deməli onda, yuxarıda qeyd etdiklərimizə əsasən deyə bilərik ki, dinamik
inkişaf edən iqtisadi münasibətlər şəraitində məhsul istehsalı və satışı xərclərinin
66
özəyində istehsalla bağlı xərclər kimi məhsulun maya dəyəri, satış xərci kimi isə
reklam, nəqliyyat və bu tipli digər xərclər böyük əhəmiyyət kəsb edir.
Müəssisə, idarə və təşkilatlarda xərclərin maliyyə nəzaerətinin və idarə
olunmasının ən əhəmiyyətli vəzifəsi məhz istehsalla və satışla bağlı olan xərclərin
azaldılması nəticəsində istehsal səmərəliliyinin yüksəldilməsi və son nəticədə daha
çox qazanc əldə olunmasına şərait yaratmaqdır. Bu səbəbdən də dinamik inkişaf
edən iqtisadi münasibətlər şəraitində məhsul istehsalı və satış xərclərinin idarə
edilməsinin əsas perspektiv istiqamətlərini əsasən, aşağıdakı müddəalar təşkil
etməkdədir:[22, səh. 518]
İstehsal olunan məhsulun mövcud keyfiyyətini saxlamaq şərtilə maya
dəyərinin aşağı salınması istiqamətdə tədbirlər planı işləyib
hazırlamaq və onların həyata keçirilmə mexanizmini müəyyən edərək
rəhbərliyə bu barədə məlumat vermək.
İstehsal olunan məhsulun məhdudlaşdırılmış maya dəyərinin düzgün
təhlili aparmaq və bu şərtlər daxilində bazarda həmin
məhdulaşdırılmış maya dəyəri əsasında istehsal olunmuş məhsulun
realizə olunması səviyyəsini əhatəli və detallı tədqiq etmək;
Məhsulun istehsaldan sonrakı satış xərcləri içərisində tanıtım-reklam
xərclərini müəyyən etmək və məhsulun bazarda uzunmüddətli və
daimi taninmasını təmin edəcək layihələr işləyib hazırlamaq və onları
həyata keçirtmək
İstehsal olunmuş məhsulun istehsalçıdan istehlakçıya çatdırılması ilə
bağlı yaranmış xərclərinin quruluşunu və struktunu müəyyən edərək
xərcləri ola bildiyi qədər azaldılmasını təmin etmək.
Yalnız yuxarıda göstərilən perspektiv istiqamətləri idarə etməklə ən aza
xərclə daha yüksək keyfiyyətə malik məhsul buraxılışına nail olmaq olar və bu
məhsulların bazarda asanlıqla realizə olunmasının təmin etmək olar.
Müəssisə, idarə və təşkilatlarda qarşıya qoyulmuş əsas məqsəd istehsal və
satışla bağlı olan xərclərin azaldılması sayəsində istehsal səmərəliliyinin
artırılmasını, xərclərə qənaət olmunmasını və daha çox mənfəət əldə edilməsini
67
təmin etməkdir. Bu bazxımdan müəssisə, idarə və təşkilatlarda, habelə, dövlət
müəssisələri və qurumlarında xərclərin maliyyə idarəetməsini təşkil etmək, onların
perspektiv istiqamətlərini üzə çıxartmaq çox böyük əhəmiyyət kəsb edən
məsələlərdən birinə çevrilmişdir. Müəssisə, idarə və təşkilatlardakı maliyyə
menecmenti mexanizmi hansı üsul və vasitələrlə xərclərin azaldılmasına və
uzunmüddətli və qısamüddətli dövrlərdə daha çox fayda əldə olunmasına
yönəldilmiş fəaliyyət mexanizmidir.
Müəssisə, idarə və təşkilatlar üçün istehsal etdikləri məhsulun maya
dəyərinin aşağı salınması və bununla bağlı olaraq resursların, vəsaitlərin müəyyən
olunması məqsədilə onların təsnifləşdirilməsi mühim əhəmiyyət kəsb edən
məsələlərdən biridir. Bu səbəbdən də maliyyə menecmenti həmin xərclərin idarə
olunması məsələsini həll edən bir mexanizm kimi formalaşdırılmalıdır.
İqtisadi məzmununa görə xərclər iqtisadi elementlər və kalkulyasiya
maddələri üzrə olmaqla iki qrupa bölünür.
İqtisadi elementlər üzrə xərclərər aşağıdakılar daxildir:[32, səh. 603]
Geri qaytarılmış materialların qiyməti çıxılmaqla material xərcləri;
Əməyin ödənişi üzrə edilə bilən xərclər;
Sosial sığortaya ayrılmış köçürmələrdir;
Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin amortizasiyası;
Digər xərclər.
Məhsulun maya dəyərini daha dəqiq hesablanması xərclərin kalkulyasiya
üzrə təsnifləşdirilməsi nəticəsində həyata keçirilir. Kalkulyasiya maddəsi, daha
doğrusu, xərc maddəsi ayrı-ayrı məhsulun yaxud da bütün məhsul buraxılışının
maya dəyərini formalaşdıran müəyyən növ xərclər hesab olunurlar. Xərclər
kalkulyasiya maddəsi üzrə aşağıdakı qruplara ayrılır:[33, səh. 486]
Xammal və materiallar;
Satıla bilən tullantılar. Bu zaman satılmış tullantılar nəticəsində əldə
olunmuş gəlirlər xərclərdən silinir.
Yarımfabrikatlar, alınmış məhsullar və kənar müəssisələrin istehsal
xərcləri daşıyan xidmətləri;
68
Texnoloji məqsədlərin həyata keçirilməsi məqsədilə yanacaq və
enerji;
İstehsalat sahəsində çalışan işçilərin əmək haqqları;
Sosial köçürmələr;
İstehsalın öyrənilməsinə və hazırlanmasına çəkilmiş xərclər;
Ümumistehsalat xərcləri;
Ümumtəsərrüfat xərcləri;
Zay məhsul istehsalı nəticəsində əmələ gəlmiş itkilər;
Digər istehsalat məsrəfləri;
Yuxarıda qeyd olunan xərc istiqamətləri məhz məhsulun maya dəyərində əks
olunan əsas xərclər hesab olunur. Xərclərin maliyyə menecmentinin qarşısında
duran əsas məsələlərdən biri məhz yuxarıda qeyd olunmuş xərc istiqamətlərini
azaltmaq və bunun nəticəsi olaraq məhsulun maya dəyərini aşağı salmaq və son
məntiqi nəticədə müəssisə, idarə və təşkilatların daha səmərəli fəaliyyət
göstərməsinə və daha çox mənfəət əldə etməsinə şərait yaratmaqdır. Deməli onda,
müəssisələrdə istehsalın səmərəliliyinin yüksəldilməsi sistemində xərclərin
maliyyə menecmentinin ən əsas perspektiv vasitələrindən biri məhz məhsulun
istehsal xərclərinin və ya maya dəyərinin azaldılmasına xidmət edəcək
strategiyaların hazırlanmasını təmin etməkdir.
Yekcinslik dərəcəsinə görə xərclər birelementli və kompleks xərclərə
bölünür. Birelementli xərclər dedikdə, bircinsli iqtisadi elementlərdən təşkil
olunmuş xərclər başa düşülür. Kompleks xərclər dedikdə isə, müxtəlif iqtisadi
element qruplarını birləşdirən xərclər başa düşülür. Məhz müəssisə. idarə və
təşkilatlarda yaradılmış xərclərin maliyyə menecmenti mexanizminin istehsal
səmərəliliyinin artırılmasında ikinci əsas vasitə yekcinslilik baxımından xərclərin
azaldılmasını təmin etmək və daha çox iqtisadi səmərə və ya fayda əldə etməkdir.
Yuxarıdakı paraqraflarda da qeyd etdiyimiz kimi, istehsalın həcminə
münasibətdə istehsal xərcləri dəyişən və sabit xərclərə bölünür. Dəyişən xərclər
dedikdə, istehsalın həcmi dəyişən zaman ona mütənasib dəyişən xərclər başa
düşülür. İstehsal artdıqca bu xərclər də artır. İstehsal prosesi azalanda isə bu
69
xərclər azalır. Sabit xərclər isə istehsalın həcmindən asılı olmadan daim sabiot
qalan, dəyişilməyən xərclərdir. Bu tip xərclər istehsal artsa da, azalsa da heç zaman
dəyişilməyən xərclərdir. Müəssisə, idarə və təşkilatların maliyyə menecmentinin
istehsalın səmərəliliyinə yönəldilmiş siyasətinin əsas vasitələrindən biri də məhz
istehsalın həcminin artdığı bir şəraitdə belə dəyişən xərclərin səviyyəsini qoruyub
saxlamaq və mümkün olduğu qədər xərclərə qənaət etməkdir.
Təyinatına görə xərclər texnoloji və və inzibati-təsərrüfat xərcləri olmaqla
iki qrupa bölünür. Texnoloji xərclər dedikdə, istehsal prosesi ilə əlaqədar texnoloji
proseslərə sərf olunmuş xərcləri nəzərdə tutan xərc məfhumu başa düşülür.
İnzibati-təsərrüfat xərci dedikdə isə, istehsal prosesinin baş tutduğu bir şəraitdə
təsərrüfatın idarə edilməsi nöqteyi-nəzərindən sərf olunmuş xərclərin mahiyyəti
başa düşülür. Müəssisənin maliyyə menecmentinin istehsalın səmərəliliyinin
yüksəldilməsində əsas istiqamətlərindən biri də texnoloji və inzibati-təsərrüfat
xərclərini azalmaq və bunun nəticəsində daha çox qazanc əldə etmək məqsədinin
təmin olunmasıdır.
Məqsədəuyğunluq kriteriyasına görə xərclər istehsal xərcləri və qeyri-
istehsal xərcləri olmaqla iki qrupa ayrılır. İstehsal xərcləri dedikdə, məhsul
iastehsalı prosesində yalnız və yalnız yararlı məhsul istehsalına sərf olunmuş
xərclərin məcmusu başa düşülür. Qeyri-istehsal xərcləri dedikdə isə, istehsalın
dayanması nəticəsində yaranmış itkilər, eləcə də zay məhsul istehsalı nəticəsində
yaranmış zərərlər və çatışmazlıqlarla əlaqədar formalaşmış xərclərin məcmusu
başa düşülür. Müəssisə, idarə və təşkilatlarda xərclərin maliyyə idarə etməsinin
istehsalın səmərəliliyinin artırılmasındakı ən əhəmiyyətli rolu məhz istehsal və
qeyri-istehsal xərclərinin azaldılması hesabına uzunmüddətli və qısamüddətli
istehsal prosesləri ərzində daha çox iqtisadi səmərə və ya fayda götürülməsini
təmin etməkdir. Xüsusən də, qeyri-istehsal prosesi zamanı zay məhsul istehsalı
prosesində yaranmış xərcləri azaltmaq və daha çox yaralı məhsul istehsalına nail
olmaq maliyyə menecmentinin qarşısında dayanan ən vacib məsələlərdən, xərclər
üzrə maliyyə menecmentinin istehsalın səmərəliliyinin artırılmasındakı əsas
istiqamətlərdən biridir.
70
Maya dəyərinə daxil olunması üsuluna görə xərclər birbaşa (bilavasitə)
xərclərə və dolayı xərclərə bölünür. Birbaşa (bilavasitə) xərclər dedikdə, ilkin
sənədlər əsasında məhsulun konkret bir növünün maya dəyərinə birbaşa daxil olan
xərclər başa düşülür. Birbaşa xərclərin əsas xüsusiyyəti odur ki, bütün birbaşa
(bilavasitə) xərclər özü-özlüyündə həm də dəyişən xərclərdir. Dolayı xərclər
dedikdə isə, bir neçə məhsul növünün istehsalına çəkilmiş xərclərin ümumi
məcmusu başa düşülür. Buna ən real əyani misal olaraq istehsalın idarəedilməsi
xərcini göstərmək olar. Dolayı xərclər xüsusi hesablarda toplanır və müəyyən baza
əsasında bölüşdürülərək istehsal olunan məhsulun maya dəyərinə dolayı yolla daxil
edilir. Belə xərclərə misal olaraq əmək haqqı, istehsal həcmi xərclərini də misal
göstərmək olar. Müəssis. idarə və təşkilatların xərclərin maliyyə menecmentinin
əsas hədəflərindən biri də məhz istehsal olunan məhsulun maya dəyərinə daxil olan
birbaşa və dolayı xərcləri azaltmaqdır. Çünki məhsulun maya dəyəri bu xərclər
əsasında formalaşır. Bu xərclərin azalması avtomatik olaraq məhsulun maya
dəyərini də aşağı salacaq. Aşağı maya dəyəri ilə istehsal olunmuş məhsul daha
ucuz qiymətə realizə olunur ki, bu da son nəticədə məhsulun bazarda özünə mövqe
tutmasına və reqabət mübarizəsinə hazır olmasına səbəb olur. Deməli onda. Maya
dəyərinin aşağı salınması istehsalın səmərəliliyinin artırılmasında əsas istiqamət
olmaqla xərclərin maliyyə menecmentinin əsasında dayanır.
Yaranma vaxtına və maya dəyərinə aid olma xüsusiyyətinə görə xərclər cari
xərclərə və gələcək dövrü əhatə edən xərclərə bölünür. Cari xərclər gəlir gətirən
xərclərdir və cari dövr ərzində məhsul istehsalı və satışı ilə bağlı yaranıb formalaşa
xərclərdir. Gələcək dövrü əhatə edən xərclər isə cari dövrdə sərf olunan, lakin
iqtisadi səmərəsinə gələcək dövrdə verən xərclərdir. Belə xərclər cari dövrdə
istehsal olunan məhsulun maya dəyərinə daxil olur. Lakin istehsal olunmuş bu tip
məhsulların bazarda reallaşdırılması gələcək dövrü əhatə etdiyi üçün gəlirlər sırf
gələcək dövrdə formalaşan gəlirlərə aid edilir. Müəssisə, idarə və təşkilatların
xərclərin maliyyə menecmentinin istehsalın səmərəliliyinin yüksəldilməsi
istiqamətində diqqəti özünə çəkən əsas vasitələrdən biri də məhz cari və gələcək
dövrü əhatə edəcək xərclərin idarə edilməsi prosesidir. Xüsusən də gələcək dövrü
71
əhatə edən xərclər xüsusi nəzarətə götürülür. Çünki bu tip xərclərin iqtisadi faydası
gələcək dövrdə baş verəcəyindən iqtisadi tarazlığın pozulmasının qarşısını almaq
üçün bu, xüsusi əhəmiyyət kəsb edən zəruri məsələlərdən biridir.
Müəssisə, idarə və təşkilatlarda istehsalın səmərəliliyinin artırılmasında əsas
məsələlərdən biri də elmi-texniki tərəqqinin ən son nailiyyətlərinin istehsala cəlb
olunması məsələsidir. Çünki elmi-texniki tərəqqinin istehsala cəlb olunması çox
böyük iqtisadi resurs və maliyyə ehtiyatı tələb edir. Məhz elmi-texniki tərəqqinin
istehsala cəlb olunması uzunmüddətli istehsal dövrünü əhatə edir. Bu da əsasən,
elmi-texniki tərəqqinin yüksək dəyərdə olması ilə ölçülür. Maliyyə resursu tələb
etdiyi üçün elmi-texniki tərəqqinin istehsala cəlb olunması müəyyən xərc tələb
edir. Bu səbəbdən də elmi-texniki tərəqqinin istehsala cəlb olunma xərcləri və
onun uzunmüddətli dövrdə verəcəyi gəlirlərin nisbəti xərclərin maliyyə
menecmenti tərəfindən əhatəli və detallı şəkildə analiz edilir və qazanılacaq
mənfəətin elmi-texniki tərəqqinin istehsala cəlb olunma xərclərini dəfələrlə
üstələdiyi hallarda qəbul edilmiş olur. Elmi-texniki tərəqqinin istehsala cəlb
olunması istehsalın səmərəliliyinin yüksəldilməsinə təkan verir, əmək
məhsuldarlığını kifayət edəcək qədər yüksəldir, eyni zamanda da işçi qüvvəsini
əvəz etdiyindən əmək haqqı kimi dəyişən xərclərin aradan qaldırılmasında çox
böyük əhəmiyyətli rol oynamış olur.
Yuxarıda qeyd etdiklərimizə yekun olaraq bu nəticəyə gələ bilərik ki,
müəssisələrdə debitor və kreditor xərclərin struktunun optimallaşdırılması
istiqamətləri aşağıdakılardır:
İqtisadi elementlər və kalkulyasiya maddəsi üzrə xərclərin
azaldılmasını təmin edəcək tədbirlər hazırlamaq;
Birelementli və kompleks xərclərin azaldılmasına xidmət edəcək
fəaliyyət planı müəyyən etmək;
Dəyişən xərclərin mümkün olduğu qədər azaldılmasını təmin etmək;
Texnoloji xərclərin və inzibati-təsərrüfat xərclərinin azaldılması
nəticəsində istehsalın səmərəliliyinin yüksəldilməsinin təmin
olunması;
72
İstehsal xərcləri və qeyri-istehsal xərclərinin azaldılması nəticəsində
istehsalın səmərəliliyinin yüksəldilməsinin təmin olunması;
Birbaşa (bilavasitə) və dolayı xərclərin azaldılmasını təmin edəcək
qərarların qəbul olunması;
Cari və gələcək dövrün xərclərinin düzgün təhlili və gələcək dövrdə
iqtisadi tarazlığın qorunmasının təmin edilməsi;
Elmi-texniki tərəqqinin ən son nailiyyətlərinin istehsala cəlb olunması
nəticəsində əmək məhsuldarlığının artırılması və xərclərin azaldılması
istiqamətlərində tədbirlərin həyata keçirilməsinin təmin olunması.
73
NƏTİCƏ
Debitor borclar müəssisənin aktivlərinin, kreditor borcları isə firmanın
kapitalının və öhdəliklərinin ümumi hissəsini təşkil edir. Ona görə də dövriyyə
aktivinin və tədiyyə öhdəliyinin idarə olunması ilə əlaqəli problemlərin həllində bu
borcun uçot və təhliliylə əlaqəli problemlərin bazar iqtisadi şəraitində idarə
etmənin tələblərinə uyğun şəkildə tənzim olunması böyük əhəmiyyət kəsb edən
iqtiadi, politik və təşkilati məsələlərdən biri hesab edilir.
Tədqiqat materiallarından göründüyü qədərilə ölkə iqtisadiyyatının bütün
sahələində fəaliyyətdə olan təsərrüfat subyektlərində, eləcə də tədqiqat obyekti
olaraq seçdiyimiz səhmdar cəmiyyətdə həm debitor borc məbləği və həm də
kreditor məbləği, həmçinin bunlarla əlaqəli olaraq qarşılıqlı hesablaşmalarda
yaranan ödəniş vaxtı keçmiş borc ilbəil artmaqdadır və indi idarəolunmaz bir
həddə çatıb.
Tədqiqat materiallarının təhlilindən göründüyü kimi, borcların, o cümlədən
ödəmə vaxtı keçmiş borcların yaranması və ilbəil artmasının müəssisə
rəhbərlərinin,
mühasiblərin,
menecerlərin,
maliyyəçilərin,
sahibkarların,
təsisçilərin, investorların, habelə bu işdə maraqları olan dövlət idarəetmə
orqanlarının hesablaşma münasibətlərinə laqeyd münasibəti kimi qəbul etmək
olmaz.
Tədqiqatın nəticələrindən məlum olur ki, debitor və kreditor borclarının
artmasının, vaxtı keçmiş borcların yaranmasının başlıca səbəbi bazar
iqtisadiyyatına keçid dövründə (1995-2000-ci illər) tələm-tələsik hazırlanan
qanunvericilik və normativ sənədlərdə olan boşluq, çatışmamazlıq və nöqsanlarla
əlaqədardır. Bunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 20
Fevral tarixli, 29 №-li qərarı ilə təsdiq edilmiş “Beynəlxalq Mühasibat Uçotu
Standartlarına keçmək məqsədi ilə Milli Mühasibat Uçotu Standartlarının 2003-
2007-ci illərdə hazırlanması və təfbiqi üzrə PROQRAM”dan daha aydın görmək
olar. Həmin proqramda mühasibat uçotunun tənzimlənməsini təmin edən və
normativ sənədlərlə yanaşı (ümumi xarakterli) “Büdcə ilə hesablaşmalar”ın uçotu,
“Lizinq” əməliyyatlarının uçotu , “Təsisçilərlə hesablaşmalar” ın uçotu, “Əməyin
74
ödənişi və sair əməliyyatlar üzrə işçi heyəti ilə hesablaşmalar”ın uçotu,
“Təsərrüfatdaxilii və törəmə (asılı) müəssisələrlə hesablaşmalar”ın uçotu, “Debitor
və kreditorlarla hesablaşmalar”ın uçotu, “Kreditlərin, borcların və məqsədli
maliyyələşdirmələr”in uçotu üzrə yeni, beynəlxalq uçot standartlarına uyğun
normativ sənədlərin hazırlanması idarəetmədə böyük səlahiyyətlərə malik olan
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi , Dövlət
Statistika Komitəsi , Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan
Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi,
Mərkəzi Bank və idarəetmə orqanlarına həvalə edilmişdir.
Tədqiqat işində aşağıdakı nəticələr əldə olunmuşdur:
Debitor və kreditor borcların artmasının qarşısının alınması tədbiri
kimi, qanunvericilikdə hesab fakturanın yazılması anının satış anı
kimi qəbul olunmasının ləğv edilməsi;
Azərbaycan Respublikasının təsərrüfat subyektlərində debitor və
kreditor borclarının 70-80%-ə qədəri əmtəə satışı və yaxud da xidmət
göstərilməsi ilə əlaqədar olduğundan, bu borclarla əlaqədar iddia
müddətlərinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində öz
əksinin tapmasının təmin olunması;
Borcların azaldılması problemini həll etmək üçün iqtisadiyyatı güclü
inkişaf etmiş qərb ölkələrinin bu sahədə mövcud təcrübələrini
öyrənmək və ölkə iqtisadiyyatına tətbiq edilməsini təmin etmək;
Ödəmə vaxtı keçmiş və ümidsiz borcların silinməsi mənbəyini və
mexanizmini müəyyən etmək;
Hesablaşma əməliyyatlarının surroqat pullarla, o cümlədən veksellər
və istiqrazlarla aparılmasının mümkün hala gətirilməsi üçün fond
bazarının yaradılmasını təmin etmək.
Dostları ilə paylaş: |