Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti


  Debitor və kreditor xərclərin mahiyyəti



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə12/26
tarix02.01.2022
ölçüsü1,15 Mb.
#45383
1   ...   8   9   10   11   12   13   14   15   ...   26
R-himov-B-hruz-Kamil-o-lu

1.2.  Debitor və kreditor xərclərin mahiyyəti 

Bazar  iqtisadiyyatı  şəraitində  müəssisələrin  maliyyə  vəziyyətinin 

yaxşılaşdırılması  və  maliyyə  sabitliyinin  təm  in  edilməsi,  həmçinin,  ödəmə 

qabiliyyətinin  gücləndirilməsi,  onların  iqtisadi  potensialının  artırılmasının  zəruri 

şərtlərindəndir. Bununla bərabər, ödəməmələrin uçotu və makroiqtisadi təhlili ölkə 




23 

 

iqtisadiyyatının  bütün  sahələrində  fəaliyyət  göstərən  müəssisə,  idarə  və 



təşkilatların səmərəli idarə edilməsində həlledici rol oynayır.[31] 

İqtisadi  cəhətdən  inkişaf  etmiş  ölkələrin  təcrübəsi  göstərir  ki,  bazar 

münasibətləri  şəraitində  təsərrüfat  subyektlərinin  özü,  onlarla  dövlət  orqanları  və 

maliyyə  bazarı  arasında  qarşılıqlı  əlaqələrin  miqyası  genişlənir  ki,  bu  da 

mürəkkəbləşməkdə  olan  hesablaşmaların  düzgün  və  dəqiq  uçota  alınmasına, 

onların hərəkətinə nəzarətin gücləndirilməsinə olan ehtiyacı daha da artırır. 

Maliyyə-təsərrüfat  fəaliyyəti  zamanı  hər  bir  müəssisədə  borclar,  bununla 

yanaşı  başqa  təşkilatlar  qarşısında  görülmüş  iş  və  həmçinin  xidmətlər  həcmi  və 

işçilərə  məvacib  formasında  borclar  haqqında  olan  öhdəliklər  yarana  bilər. 

Müəssisənin digər hüquqi və fiziki şəxslərə belə borcu kredit borcu adlanır. 

Digər  hüquqi  və  fiziki  şəxslərin  işlədiyi  həmin  təşkilata  olan  borcları  isə 

debitor borcu və həmçinin şəxslərin özü isə debitorlar adlandırılır. Debitor borclara 

görə  alıcı  və  sifarişçilərin  əldə  etdiyi  məhsullara  (xidmətə)  görə  borclarını  daxil 

etmək olar. Belə borcları həmçinin üçüncü tərəfə də satmaq olar. 

Debitor borcları dedikdə, buraxılmış mallara, görülmüş işlərə və göstərilmiş 

xidmətlərə, təhtəl məbləğlərə, məhsula verilmiş avanslara və digər bu tipli xərclərə 

görə müəssisə, idarə və təşkilata olan borc məbləği başa düşülür.[29, səh. 12] 

Kreditor  borcları  dedikdə  isə,  müəssisə,  idarə  və  təşkilatların  bütün  növ 

fiziki və hüquqi şəxslərə olan borc məbləğinin səviyyəsi başa düşülür. [29, səh.16] 

Deməli  onda,  debitor  borcları-  müəssisə,  idarə  və  təşkilatların  “alacaqları” 

hesab olunursa, kreditor borcları isə müəssisə, idarə və təşkilatların “verəcəkləri” 

hesab olunur.  

Ödəməmələri  yaradan  dörd  faktor  səciyyələndirilir.  Birinci  faktor dövriyyə 

vəsaitlərinin  sıradan  çıxarılması  ilə  real  sektorun  pulsuzlaşdırılmasıdır.  Bu,  çox 

sadə şərhdir. Burada məhsulun  dəyərinin qiymətləndirilməsində  m  aterial  xərcləri 

m  aya  dəyərinə  alış  qiyməti  ilə  daxil  edilir.  Hər  şey  də  bununla  başlayır.  Burada 

diskontlaşma  nəzərə  alınmır.  Artan  inflyasiya  qiyməti  qısa  bir  müddətdə  heçə 

endirir  və  dövriyyə  vəsaitlərini  sıradan  çıxarır  və  bu  zaman  yeni  məhsulun 

alınmasına  vəsait  qalmır.  Bu,  ödəməmələri  yaradan  ilk  mühüm  amildir.  Belə 



24 

 

iqtisadi vəziyyətdə pulu müxtəlif əvəzləyicilər, barter, natural mübadilə əvəz edir. 



Ümumiyyətlə,  bu  vəziyyət  özü  paradoksaldır.  Dövriyyə  vəsaiti  olmadan  necə 

işləmək  mümkündür?  Ödəməmələri  yaradan  ikinci  faktor  daha  dağıdıcı  xassə 

daşıyır.  Bu,  əhali  gəlirlərinin  nağd  pul  vəsaitlərindən  məhrum  edilməsi  ilə 

yaranmış vəziyyətdir. Üçüncü faktor büdcə-vergi "bumeranqı" effekti ilə bağlıdır. 

Dördüncü  -  sonuncu  faktor  isə  iqtisadiyyatın  dollarlaşdırılm  ası  ilə  səciyyəvidir. 

Dollarlaşma  çoxfaktorlu  bir  proses  olub,  bir  sıra  səbəblərdən  irəli  gəlir. 

Dollarlaşma,  ilk  növbədə,  milli  valyutanın  uzunmüddətli  sabitliyinə inamın  aşağı 

olm  ası  və  bu  səbəbdən  cari  ödəmələrin  həyata  keçirilməsi  və  eləcə  də  yığım 

vasitəsi  kimi  daha  güclü  xarici  valyutaya  tələbin  yaranm  ası  ilə  əlaqədardır.  [30, 

səh. 106] 

Gəlirlər və ya xərclər həmişə müəssisələrin hasabatında pul vəsaiti mədaxil 

yaxud məxaric olanda tanınmırlar. Maliyyə hesablaşmasının  əsas prinsipləri məhz 

bunu izah edir. Hesablaşmanın əsas prinsipi odur ki, pul vəsaitlərinin hərəkətindən 

asılı  olmayaraq  gəlir  qazanıldıqda,  xərc  isə  çəkildikdə  tanımaq  lazımdır. 

Hesablaşmalar  4  kateqoriyaya  ayrılır.  Bunları  qısa  şəkildə  aydınlaşdıraq:  [30, 

səh.451] 

  Qazanılmamış gəlir. Siz pulu gəliri qazanmazdan öncə qəbul edirsiz. 

Buna  qəzet  istehsalı  ilə  məşğul  olan  müəssisəni  misal  olaraq  göstərə 

bilərik.  Fərz  eliyək  ki,  qəzet  istehsalı  ilə  məşğul  olan  B  şirkəti  ilə 

xidmət  sahəsində  fəaliyyət  göstərən  C  şirkətinin  arasında  2015-ci  il 

yanvar  ayında  müqavilə  bağlanmışdır.  Müqaviləyə  əsasən  B  şirkəti 

2015-ci  il  dövründə  C  şirkətinə  həftə  ərzində  300  ədəd  qəzet 

göndərəcək.  B  şirkəti  müqavilədə  göstərilən  satış  məbləğini  (3  min 

dollarıı)  müqavilə  imzalanmış  tarixdə  qəbul  etməkdədir.  Bu  gəlir  B 

müəssisəsinin  balans  hesabatlarında  qazanılmamış  gəlir  olaraq  qeyd 

olunur.  Belə  ki,  baxmayaraq  satış  məbləği  alınıb,  qəzet  C  şirkətinə 

2015-ci  ildə  göndəriləcək.  Demək  ki  onda  bu  kateqoriya  kreditor 

xərclərini əhatə etməkdədir. 




25 

 

  Hesablanmış  və  alınmış  gəlir.  Gəlir  qazanılıb,  amma  pul  vəsaitləri 



hələ də daxil olmayıb. Misal üçün, ofis ləvazimatı satan A müəssisəsi 

2014-cü  il  ərzində  500  min  dollar  həcmində  satışlar  reallaşdırmışdır 

və  müqaviləyə  əsasən  satış  məbləği  gələcək  il  ödəniləcək. 

Baxmayaraq  ki,  satış  məbləğləri  gələn  il  alınan  A  şirkəti  gəliri  (500 

000  dolları)  bu  il  tanıyıb.  Çünki,  A  müəssisəsi  malları  alıcıya 

göndərib.  Deməli  onda  bu  kateqoriya  müəssisənin  debitor  xərcinin 

əsasında dayanan mənbələrdən biridir. 

  Öncədən  ödənilmiş  xərclər.  Xərclər  tanınmazdan  əvvəl  pul  ödənir. 

Buna  ən  düzgün  misal  icarə  xərcidir.  X  müəssisəsi  ofis  icarəyə 

götürüb,  2015-ci  ildə  illik  icarə  haqqını  (7500  dollar)  2014-cü  il 

dekabr  ayında  ödəyib.  Bu  xərclər  2014-cü  ilin  xərcləri  deyil,  amma 

ödəniş 2014-cü il ərzində aparıldığına görə balans hesabatında mütləq 

qeyd olunmalıdır. 

  Hesablanmış  və  ödənilməmiş  xərclər.  Şirkət  balans  hesabatında 

xərcləri tanıyır, amma bu xərclərə dair heç bir ödəmə aparılmamışdır. 

Fərz eliyək ki, Y şirkəti əməkdaşlarının 2014-cü il dekabr ayının əmək 

haqlarını  (cəmi  1  milyon  dollar)  ödəməyib.  2014-cü  ilin  axırına  olan 

balans  hesabatlarında  Y  müəssisəsi  baxmayaraq  ki,  əmək  haqlarını 

ödəməyib, bu xərci özündə göstərməlidir. Deməli onda, bu kateqoriya 

da özü-özlüyündə müəssisə, idarə və yaxud da təşkilatın əsas debitor 

xərc mənbələrindən hesab olunur. 

Adətən  müəssisələrin  borcları  “zəncirvari  reaksiya”  vermək  xüsusiyyətinə 

malik  olur.  «Məsəl  üçün,  məhsul  və  xidmət  (məsələn,  neft)  satarkən  xammal 

zavoda göndərilir (müəssisə təchizatçıya borclu qalır), ordan neft bazasına ( obyekt 

neft zavoduna borclu olur) göndərilir və s. Sonra isə borc məhz bu zəncirvari yolla 

ödənir. Yəni başa düşmək lazımdır ki, biz iqtisadi münasibətlərin qarşılıqlı asılılıq 

vəziyyətində  yaşayırıq  və  bir  məsuliyyəti  olmayan  borclu  şəxs  bir  sıra  şirkətlər 

üçün borcların qaytarılmaması böhranını meydana gətirə bilər. 




26 

 

İnkişaf  edən  bazar  iqtisadiyyatına  malik  ölkələrdə  dövriyyənin  sürətini 



artırmaq   məqsədilə  pul  vəsaitləri  ilə  yanaşı,  “surroqat  pullar”dan,  məsəl  üçün, 

veksel,  istiqrazlardan  istifadə  olunur.  Ancaq  belə  maliyyə  alətlərinin  tətbiq 

olunması ölkəmizdə fond bazarının inkişaf etməməsinə görə məhduddur. 

Borcu  qaytarmamaq  üçün  bir  variant  da  borclu  olan  müəssisənin  iflası 

mümkündür.  Qanunvericiliyə  görə,  bu  proses  həm  könüllü,  həm  də  ki,  məcburi 

şəkildə  həyata  keçirilir.  Fiziki  yaxud  hüquqi  şəxslər  borclarını  qaytara  bilmədiyi 

təqdirdə,  yəni  borc  məbləği  onun  xalis  aktivlərinin  10  %-ni  keçirdi  təqdirdə, 

məhkəmə    və  ya  müflisləşmə  prosedurasının  başlanması,  yaxud  sanasiya 

prosesinin  (müəssisəinin  “sağlamlaşdırılması”)  həyata  keçirilməsi  haqda  qərar 

çıxarır.[12] 

Ölkə  miqyasında  duruma  nəzər  yetirsək,  bizdə  borcun  qaytarılmamasıyla 

bağlı  ciddi  problemin  olmadığını  görürük.  Müəssisələrin  borcları  qaytarmaqla 

bağlı problemləri yarandıqda, adətən bu pul azlığı yaxud dövrün qeyri-stabilliyi ilə 

deyil,  sadəcə  onların  kreditorlarının  qarşısında  öhdəliklərə  qarşı  adi  məsuliyyətin 

olmamasıyla  haqqında  olur.  Bu  vəziyyətdə  ən  uyğun  çıxış  yolu  məhkəməyə 

müraciət  etmək  yoludur.  Lakin  yadda  saxlamaq  lazımdır  ki,  ölkəmizdə  iddianın 

ümumi müddəti 10 il təşkil edə bilir. Hətta mütəmadi olaraq yerinə yetirilməli olan 

müqavilələr  haqqında  iddia  müddəti  3  il  və  əgər  müqavilə  predmeti  daşınmaz 

əmlakdırsa o halda müddət 6 il olur. 

 Bank kreditinin qaytarılması ilə bağlı ən önəmli xərclər keyfiyyətsiz həyata 

keçirilə  bilən  anderraytinq  və  bununla  yanaşı  kredit  verərkən  riskin  yanlış 

müəyyən  edilməsidir.  Həmçinin  cavabdeh  tərəfin  məhkəmə  prosesini  qəsdən 

uzatması da bura daxildir. 

Çox  zaman    təşkilat  krediti  verərkən  heç  də  hər  zaman  qoyulmuş  girovun 

verilmiş məbləğə uyğunluğunu düzgün şəkildə dəyərləndirmir. Bu isə ona görə baş 

verir  ki,  girovun  (  torpaq  ərazisi  və  daşınmaz  əmlak  və  s.)  bazar  qiymətləri, 

məsələn, on min manat olduğu anda, dələduzluqla onun qiyməti 100000-ə qaldırıla 

bilir;  buna  uyğun  olaraq  da  kredit  təxminən  50  min  manat  məbləğində 

ayrılmaqdadır.  Sonradan  mübahisəli  vəziyyət  anında  kreditor  məhkəmə  yoluyla 



27 

 

cavabdeh  şəxsdən bu  resursları  almağa  çalışarkən  müəyyən  olur ki, girov olunan 



kreditin heç də yarısını belə ödəmir bununla yanaşı borclu şəxsin isə ödəməyə pulu 

yoxdur, və ya o, tam qanuni əsaslar ilə məhkəmə prosesini uzatmağa çalışır. 

Təcrübədə  qanunvericiliyin  bu  haqqda  mükəmməl  ola  bilməməsi  və  onun 

tətbiq  olunması  zamanı,  xüsusən  də  qərarların  icrası  prosesində  qüsurların 

mövcudluğu bankların 5-6 ildə pullarını geriyə ala bilməməsinə səbəbiyyət verir. 

Beləliklə,  məhkəmə  və  icraçılar  hər  şeyi  həll  edə  biləcək  “sehrli  dəyənək”  deyil. 

Bunun  üçündə  kreditorlar  ilk  olaraq  kreditlərin  anderraytinqi  və  riskin 

dəyərləndirilməsinə görə daxili prosedurları daha da təkmilləşdirməlidirlər. 

Firmalara  kreditor  borcu (creditor  debts  to  companies)  -  firmaların 

hesablaşmalarının  mühasibat  uçotu  hesabatlarında  göstərilən  kreditor  borcunun, 

həmçinin  veksellərin  və  avansların  vəziyyətini  özündə  göstərir.  Kreditor  borcları 

malgöndərənin yüklənən məhsula, yerinə yetirilən işlərə və göstərilən xidmətlərə, 

həmçinin  verilən  təminatlı  veksel  və  avanslara  görə  borclarını,  eləcə  də  material 

itkilərinin ödənməsi üzrə borcları özündə ehtiva edir. Bundan başqa, kreditor borcu 

müəssisənin  bütün  növlərində  büdcəyə  ödəmələrini,  işçilərə  əmək  haqlarının  və 

digər ödəmələrdə vəsaitlərin verilməsi, dövlət qeyri-büdcə fondlarına ödəmə əsaslı 

borclarını  göstərir.  Şirkət,  rəsmi  qanunvericiliyə  görə,  sahibkarlıq  fəaliyyətini 

formalaşdıran  və  bu  cür  fəaliyyətlər  üçün  yaradılan  aşağıda  göstərilən  qurumlar 

deməkdir:  Respublikamızın  qanunvericiliyinə  müvafiq  şəkildə  yaradılan  hüquqi 

şəxs;  xarici  dövlətlərin  qanunvericiliyinə  uyğun  şəkildə  yaradılan  hüquqi  şəxslər 

(korporasiya,  şirkət,  firma  və  digər  analoji  qurum),  eləcə  də  onların  filial  və  ya 

daimi  nümayəndəlikləri.  Şirkətlərə  maliyyə  qoyuluşları  isə  digər  müəssisələrin 

qiymətli  kağızları  və  nizamnamə  fondlarına  uzunmüddətli  və  qısamüddətli 

investisiyaların  miqdar  və  hərəkəti  haqda  informasiyanı,  eləcə  də  ölkə  daxili  və 

xarici ölkələrdə verilmiş borcları əks etdirir.[31] 

 


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin