Sxem 1.
Müəssisə xərcləri
Mənbə: Robert S.Seiner. “The Basic of Enterprise Expenditure”. Hardcover. 3rd edition. 2016
məlumatları əsasında müəllif tərəfində tərtib olunmuşdur.
10
Sxem 1-dən göründüyü kimi hər bir müəssisənin ümumi xərclərinin əsasında
əlavə və xüsusi xərclər dayanır. Əlavə xərclərin əsasında isə qeyri-mütənasib
dəyişən xərclər və proqnozlaşdırılmayan xərclər dayanır ki, bunlarında içərisində
proqnozlaşdırılmayan xərclər müəssisənin fəaliyyətinə ciddi şəkildə əhəmiyyətli
təsir göstərmək iqtidarındadır. Belə ki. müəssisənin fəaliyyəti zamanı qəfil yaranan
bu xərclər əvvəlcədən proqnozlaşdırılmadığında, belə xərclərə reaksiya vermək də
müəssisə tərəfindən müəyyən çətinliklərin yaranmasına, ən pis halda isə
müəssisənin iflasa uğramasına səbəb ola bilir. Bu səbəbdən də hər bir müəssisə öz
fəaliyyətində maliyyə ehtiyatlarının düzgün və səmərəli bölüşdürülməsi
nəticəsində əlavə maliyyə ehtiyatları hesabına yaranmış gözlənilməyən xərclərin
ödənilməsini təmin etməyə səy göstərir. Bu baxımdan da hər bir müəssisədə
xərclərin maliyyə menecmentinin formalaşdırılması və düzgün həyata keçirilməsi
xüsusilə önəm daşıyan məsələlərdən birinə çevrilir.
Müəssisə, idarə və təşkilatlarda maliyyə menecmentinin təşkili xərclərin
düzgün proqnozlaşdırılması, onların idarə olunması və müəssisə, idarə və
təşkilatın son nəticədə rentabelli fəaliyyət göstərməsi və uzunmüddətli dövrdə
rəqabətə tab gətirə bilməsi zərurətindən meydana gəlir. Maliyyə menecmenti
dedikdə, adından göründüyü kimi müəssisənin maliyyə resurslarının idarə edilməsi
sistemi başa düşülür. Qeyd olunan məsələ kənardan nə qədər sadə və bəsit
görsənsə də, əslində müəssisənin davamlı fəaliyyətinin özəyini təşkil etdiyindən
kifayət qədər dərin və kompleks yanaşmanı tələb edən anlayışdır. Müəssisənin
maliyyə resurslarının əsasında isə maliyyə siyasətini, metodlarını və maliyyə
vasitələrini, həmçinin də maliyyə stabilliyini və artımının təmin edilməsi sahəsində
qarşıya qoyulmuş məqsədə çatmaq üçün düzgün idarəetmə qərarlarını seçib
hazırlayan insanları əlaqələndiirən resurslar dayanır. Maliyyə menecmentinin
qarşısında duran əsas məqsəd də məhz həmin maliyyə resurslarının düzgün
idarəedilməsi və son nəticədə müəssisə, idarə və təşkilatların həm qısamüddətli
dövrdə, həm də uzunmüddətli dövrdə müvazinətinin saxlanmasını təmin edir.[5,
səh.16]
11
Maliyyə menecmenti maliyyə sisteminin bütün həlqələrinə təsir etməklə
mürəkkəb bazar konyukturası şəraitində idarəetmə strukturunun ən zəruri tərkib
hissəsi kimi fəaliyyət göstərir. Maliyyə menecmenti elə maliyyə siyasətidir ki,
qısamüddətli və uzunmüddətli dövrlərdə müəssisənin resurslarından səmərəli
istifadə olunmasına və maliyyə xidmətlərinin fəaliyyət istiqamətlərinin
müəyyənləşdirilməsinə xidmət edir. Maliyyə menecmenti sahəsində siyasətin
işlənib ərsəyə gəlməsi gəlməsi üçün maliyyə mənbəyinin əsasında dövlət maliyyə
orqanlarında olan rəsmi hesabatlar, institutsional bazar strukturlarının
informasiyası, statistik məlumatlar və sahələrarası və həmçinin dövlətlərarası
məlumatların müqayisə olunması, şirkətlərin kənar istifadə oluna bilməsi üçün
nəzərdə tutulmuş maliyyə-mühasibat sənədləri dayanır. Burada institutsional bazar
strukturları dedikdə, banklar, əmtəə,fon və valyuta birjaları, eləcə də investisiya
şirkətləri nəzərdə tutulur.
Maliyyə menecmentinin aşağıdakı əsas məqsədləri vardır:[26, səh.169]
Müəssisənin fəaliyyətinin səmərəli iqtisadi nəticəsinin yüksəldilməsi
(maksimallaşdırılması);
Xərclərin azaldılması sayəsində mənfəətin artırılması;
Müəssisənin iqtisadi potensialının yüksəldilməsi;
Bazarda rəqabət qabiliyyətinin təmin edilməsi;
Mövcud maliyyə və iqtisadi resurslardan səmərəli istifadə edilməsi;
Müəssisənin qarşıya qoyduğu məqsədə çatmaq üçün yeni maliyyə
mənbələrini təhlil etməsi və istehsalı cəlb etməsi;
Müəssisənin aktivlərinin strukturunun optimallaşdırılması;
Qısamüddətli və uzunmüddətli dövrlərdə müəssisənin iqtisadi
sabitliyinin təmin edilməsi.
Müəssisənin məqsədini, missiyasını və siyasətini müəssisənin səhmdarları
və ya təsisçiləri müəyyən edir. Müəssisəni idarə edən şəxslərin idarə heyəti və ya
direktorlar şurası olmasına baxmayaraq, müəssisənin məqsədini, missiyasını,
siyasətini, eləcə də istehsalın prioritet sahələrinin seçilməsini məhz səhmdarlar və
ya təsisçilər təmin edir. Çünki həm müəssisənin idarə heyəti, həm də direktorlar
12
şurası vəzifəyə məhz səhmdarlar və ya təsisçilər tərəfindən seçildiklərindən
müəssisənin fəaliyyətində önəm daşıyan məqsədlərin həyata keçirilməsində məhz
təsisatçılar və ya səhmdarlar məsuliyyət daşıyırlar. Müəssisənin idarə olunmasında
idarə heyətinin məsuliyətlilik səviyyəsi xüsusi idarəetmə komandasının iştirakı ilə
düzgün idarəetmə qərarlarının qəbul edilməsi, maliyyə və iqtisadi resursların
səmərəli istifadə və idarə edilməsi və müəssisənin effektiv və rentabelli fəaliyyəti
ilə ölçülür. Direktor Şurasının səlahiyyətləri isə idarə heyəti ilə müqayisədə daha
yüksəkdir. Belə ki, səhmdarlar və ya təsisçilər Direktorlar Şurasına müəssisənin
məqsədi və siyasətinin müəyyənləşməsində iştirak kimi daha böyük səlahiyyətlər
vermiş olur.
Müəssisənin fəaliyyətinin idarə olunmasında belə yanaşma iki aspektdən
yüksək dəyərləndirilir:[27, səh.236]
Müəssisənin idarə edilməsi ilə hər bir səhmdar və ya təsisçi məşğul
olarsa, bu halda müəssisə praktiki cəhətdən rentabelli fəaliyyət göstərə
bilməz;
Bu sahədə müvafiq təhsili və praktiki iş təcrübəsi olan peşəkar
menecerlər müəssisənin fəaliyyətinin daha yüksək səviyyədə
effektivliyini təmin edə bilər.
Kiçik müəssisə. İdarə və ya təşkilatlar isə səhmdarlar tərəfindən idarə olunur
və belə təsərrüfat subyektlərində sahibkarlar və ya təsisçilər ilə menecerlər
arasında hər hansı münaqişə yarana bilməz. Çünki hər iki vəzifəni icra edən şəxslər
eynidir. İri müəssisə, idarə və təşkilatlar isə səhmdar və ya təsisçinin maraqlarını
müdafiə edən menecerlər tərəfindən idarə olunur.
Bəzi hallar vardır ki, bu hallarda səhmdarlar və ya təsisçilər menecerlərin
şəxsi mənafeyinin qarşısını almaq üçün direktorlar şurasına peşəkar xarici
menecerləri, maliyyəçiləri və siyasətçiləri daxil edirlər. Çünki xarici
mütəxəssislərin müəssisə, idarə və təşkilatın idarə heyəti ilə qarşılıqlı əlaqəsi
yoxdur.
Bir sıra iqtisadçılar qəbul edirlər ki, iri müəssisə, idarə və təşkilatlar öz şəxsi
maraqları və mənafeləri naminə qərarlar qəbul edirlər və son nəticədə zərbə əhali
13
kütləsinə dəymiş olur. Odur ki, belə müəssisə, idarə və təşkilatların
milliləşdirilməsi ideyasını irəli sürürlər. Bu qərara gəlmiş iqtisadçılar iddia edirlər
ki, belə müəssisə, idarə və təşkilatların idarə edilməsində dövlətin rolu və təsiri
qaçılmaz olmalıdır. Çünki əks halda belə müəssisə, idarə və təşkilatlar cəmiyyətin,
əhalinin iki təbəqəyə- varlılara və kasıblara bölünməsi ilə nəticələn qərarlar qəbul
edəcəklər. Bu da son nəticədə sosial gərginliyin yaranmasına səbəb olacaqdır.[21.
Səh.148] Bir qrup iqtisadçılar, başda M.Fridman və D.Xiks olmaqla, qəbul edirlər
ki, müəssisə, idarə və təşkilatların fəaliyyətində və iqtisadi proseslərdə dövlətin
müdaxilə yolverilməzdir. Fridman hesab edir ki, biznez və ya sahibkarlıq fəaliyyəti
göstərən müəssisənin əsas funksiyası bazardakı mövcud tələbatı ödəyəcək məhsul
istehsal etmək və mənfəət qazanmaqdır. Bunu isə yalnız dövlətin müdaxiləsindən
azad olan iqtisadi münasibətlər sistemində həyata keçirtməklə daha yüksək
səmərəliliyi təmin etmək və rentabelli fəaliyyət göstərmək mümkündür.
Adam Smit və David Rikardonun iqtisadiyyatın idarəedilməsində dövlətin
müdaxiləsinin lüzumsuz olması ilə bağlı nəzəriyyələrində göstərilirdi ki,
iqtisadiyyata dövlətin müdaxiləsi iqtisadi tarazlığın pozulması ilə nəticələnə bilər
və odur ki, iqtisadi subyektlər müstəqil fəaliyyət göstərməli və dövlətin
“gözəgörünməz əli” onların üstündə olmalıdır. Lakin, hal-hazırda elə bir ölkə
tapmaq olmaz ki, iqtisadiyyatın idarə edilməsində, maliyyə mexanizmlərinin
tənzimlənməsində və uçot stavkalarına nəzarətdə dövlətin rolu əhəmiyyətli
dərəcədə hiss edilməsin.
Yuxarıda qeyd olunanlara əsaslanaraq maraqlı bir sual ortaya çıxır:
“Müəssisənin idarə edilməsində və ya maliyyə resurslarının idarəedilməsi
sahəsində fəaliyyət göstərən maliyyə meneceri kimdir və nəyi idarə edir?”
Suala cavab vermək üçün iki yanaşmanı təhlil etmək lazımdır. Bunlar
prosedur-məqsədli
və
obyekt-prosedur
yanaşmalardır. Prosedur-məqsədli
yanaşmaya əsasən maliyyə meneceri müəssisənin fəaliyyətinin əsas məqsədinə nail
olmaq üçün tədbirlər sistemində nəzərdə tutulan əsas prosedurları icra edən
şəxslərdir. Obyekt-prosedur yanaşmaya görə isə maliyyə meneceri müəssisənin
fəaliyyətinin statik və dinamik aspektlərini birləşdirərək fəaliyyət göstərən şəxsir.
14
Xərclərin
maliyyə
menecmentini
və
məqsədli
pul axınlarının
optimallaşdırılması prosesinə iki aspektdən yanaşma daha məqsədəmüvafiq
olar:[15, səh.304]
Makrosəviyyədə yanaşma;
Mikrosəviyyədə yanaşma.
Xərclərinin maliyyə menecmentinə makrosəviyyədə yanaşma daha geniş
əhatəli olub, dövlətin və yerli icra hakimiyyəti orqanlarının, eləcə də bələdiyyə
orqanlarının maliyyə axınlarının idarə edilməsi prosesidir. Burada maliyyə
menecmentinin əsas məqsədi məhz, dövlət və bələdiyyə büdcələri və kreditlərini
idarə etmək, dövlətin monetar və fiskal siyasətini həyata keçirtməkdir. Xərclərin
maliyyə menecmentinə mikrosəviyyədə yanaşma isə təsərrüfat subyektlərinin
maliyyə resurslarının idarə edilməsidir.
Xərclərin maliyyə menecmentinin düzgün təşkili və idarə olunması üçün
idarəetmə taktikası və strategiyasından istifadə edirlər. Ümumilikdə götürsək,
strategiya və taktika anlayışları hər bir müəssisəs uzunmüddətli və mürəkkəb bazar
konyukturası şəraitində rərəqabət apara bilmə qabiliyyətinin formalaşmasında
mühim rol oynayan anlayışlardır. Əslində strategiya və taktika anlayışları bir-biri
ilə sıx əlaqədə olmaqla birinin digərini tamamlaması prosesidir. Çox vaxt
strategiya və taktika anlayışları qarışdırılır. Strategiya daha geniş anlayışdır, taktika
strategiyanın tərkib hissəsidir. Taktikasız strategiya uğurlu ola bilməz və tam
əksinə. Strategiya dedikdə, bazarda mövqelərin qazanılması, alıcıların
tələbatlarının faydalı şəkildə ödənilməsini təmin etmək məqsədilə qarşıya
qoyulmuş məqsədlərə çatmağa yönəldilmiş iş planıdır. Strategiya taktikalar
vasitəsilə idarə olunur. Yəni Strategiya bir neçə taktiki addımdan ibarət olaraq
fəaliyyət göstərir. Strategiya ilə taktikanın əsas fərqi onunla ölçülür ki, taktikanın
hazırlanmasına daha az vaxt sərf olunur, nəinki strategiyanın hazırlanmasına.
Taktika strategiyanın tərkib elementidir və qarşıya qoyulan məqsədə çatmaq üçün
hədəfə konkret istiqamətlənən yoldur.
Xərclərin maliyyə menecmentinin həyata keçirilməsində, təşkilində və
uğurlu nəticə əldə olunmasını təmin etmək məqsədilə maliyyə menecmentinin
15
strategiyası və taktikası hazırlanır. Maliyyə menecmentinin strategiyası dedikdə,
müəyyən qaydalar, öhdəliklər və məhdudiyyətlər vasitəsilə qarşıya qoyulmuş
məqsədə çatmaq üçün maliyyə resurslarının, o cümlədən də xərclərin və gəlirlərin
ümumi istiqamətlənməsi prosesi başa düşülür. Uğurlu işlənib hazırlanmış və
əhatəli təhlil olunmuş strategiya əsasında müıəssisə öz maliyyə resurslarını
səmərəli şəkildə idarə edir və yaranmış xərclərin əlavə gəlir hesabına silinməsini
təmin edə bilir. Uğur qazanmış strategiya müəssisə, idarə və təşkilatın gələcək
dövrlərdəki fəaliyyətinə uyğun olaraq təshih edilərək yenidən işlənib hazırlanır.
Maliyyə menecmentinin taktikası dedikdə isə, qarşıya qoyulmuş məqsədə
çatmaq üçün konkret nəzərdə tutulmuş yollar, üsullar və metodlar başa düşülür.
Hər bir iqtisadi prosesdə və iqtisadi vəziyyətdə düzgün idarəetmə qərarının qəbul
edilməsi və maliyyə menecmentinin düzgün idarə olunması, eləcə də xərclərin
öncədən proqnozlaşdırılması, maliyyə resurslarının səmərəli bölüşdürülməsi və
daha çox qazanc əldə etməyə yönəldilmiş istehsal sahələrinə investisiya olunması
maliyyə menecmentinin taktikasının əsasında dayanır.
Xərclərin maliyyə menecmentinin məqsədləri strateji və talktiki məqsədlər
olmaq şərtilə iki qrupa ayrılır. Maliyyə menecmentinin strateji məqsədlərinə
müəssisə, idarə və təşkilatın rəhbəri, təsisçisi, səhmdarı və ya direktorlar şurası
tərəfindən müəyyən edilmiş və müəssisənin öz fəaliyyəti zamanı əlində rəhbər
tutduğu konkret istiqamətlər daxil edilir. Bu istiqamətlərə aşağıdakıları daxil etmək
olar:[20, səh. 497]
Reproduksiya;
Mənfəətin maksimallaşdırılmasının təmin edilməsi
Müəssisə səhmdarlarının məişət vəziyyətinin yaxşılaşdırılmasının
təmin edilməsi
Müəssisənin,idarə və təşkilatın adi səhmlərinin bazar qiymətinin
artırılmasının təmin edilməsi.
Maliyyə menecmentinin taktiki məqsədləri strateji məqsədlərin müvafiq
şöbələrə və departamentlərə bölüşdürülməsinə əsasən yaranmış istiqamətləri əhatə
16
edir. Qeyd olunan taktiki məqsədlərin əsas istiqamətlərinə aşağıdakıları aid etmək
olar:[27, səh.215]
Xərclərin minimallaşdırılmasının təmin edilməsi;
Şəxsi və ya özəl bazar sektorunun genişləndirilməsinin təmin
edilməsi;
Rəqabət aparma qabiliyyətinin formalaşmasını təmin edilməsi
Müflisləşmənin qarşısının alınmasını təmin edəcək tədbirlər planı
işləyib hazırlamaq;
İqtisadi artıma nail olmaq üçün müvafiq tədbirlərin görülməsini təmin
etmək;
İstehsal və satış, görülən iş və göstərilən xidmət həcminin artırılmasını
təmin etmək.
Maliyyə menecmentinin yuxarıda qeyd olunan strateji və taktiki
məqsədlərinə nail olmaq üçün aşağıdakı əsas məsələləri həll etmək böyük önəm
daşıyır:[27, səh. 230]
Müəssisənin cari hesabat dövrü ərzində inkişafı ilə bağlı məsələlərin
realizə olunması üçün zəruri olan maliyyə vəsaitlərinin
formalaşmasını təmin etmək;
Müəssisə. idarə və təşkilatların əsas fəaliyyət istiqamətləri üzrə
kəsişmə nöqtəsində formalaşmış maliyyə vəsaitlərinin effektiv
istifadəsinin və rentabelli bölüşdürülməsinin təmin edilməsi;
Müəssisə,
idarə
və
təşkilatların
maliyyə
dövriyyəsinin
optimallaşdırılmasını təmin etmək;
Müəssisə, idarə və təşkilatların fəaliyyət müddəti ərzində qarşıya çıxa
biləcək və gözlənilən maliyyə riski səviyyəsində müəssisənin gəlir və
mənfəətinin maksimallaşdırılmasının təmin edilməsi;
Müəssisə, idarə və təşkilatların fəaliyyət müddəti ərzində gözlənilən
mənfəət
və
gəlir
səviyyəsində
maliyyə
riskinin
minimumlaşdırılmasının təmin edilməsi;
17
Müəssisə, idarə və təşkilatların fəaliyyəti ilə əlaqədar olaraq inkişaf
mərhələsində sabit maliyyə balansının qorunub saxlanılmasının təmin
edilməsi.
Maliyyə menecmentinin obyekti dedikdə, maliyyə resursların, onların
əmələgəlmə mənbəyi və istifadə olunma istiqamətləri, müxtəlif təssərrüfat
subyektlərinin pul daxilolmalarını və ödənişlərin fasiləsiz axınını təmin edən pul
dövriyyəsi başa düşülür.
Maliyyə menecmentinin subyekti dedikdə, müəssisənin uğurlu fəaliyyəti
naminə yaradılmış maliyyə xidmətləri işçilərindən ibarət olan qrup başa düşülür.
Bu qrupun əsas hədəfi istehsal xərclərinin azaldılması metodlarını
müəyyənləşdirmək, müəssisənin gəlirlilik səviyyəsinin artırılmasını təmin edəcək
istiqamətləri işləyib hazırlamaq, mürəkkəb bazar konyukturası şəraitində
müəssisənin likvidlik və ödəyicilik qabiliyyətinin formalaşması üçün strateji və
taktiki məqsədlərin işlənib hazırlanmasını təmin etmək, istehsal olunacaq
məhsulun, görüləcək işin və göstəriləcək xidmətlərin keyfiyyətinə xələl
gətirmədən onların maya dəyərinin aşağı salınması üçün tədbirlər görülməsini
təmin etmək, elmi-texniki tərəqqinin ən son nailiyyətlərinin istehsala tətbiqi
nəticəsində
müəssisə,
idarə
və
təşkilatların
maliyyə
vəziyyətinin
yaxşılaşdırılmasına dair tədbirlər həyata keçirtməkdən ibarətdir.
Müəssisə idarə və təşkilatların maliyyə resurslarının möhkəmləndirilməsinin
əsas istiqamətləri həmin müəssisələrin, idarə və təşkilatların istifadə etdikləri pul
vəsaitləri həcminin optimallaşdırılması və onların qıtlığının aradan qaldırılmasının
təmin edilməsidir.
Müəssisə, idarə və təşkilatlarda maliyyə fəaliyyətinin təkmilləşdirilməsinin
əsas istiqamətlərini aşağıda qeyd olunanlar təşkil edir:[14, səh. 202]
Müəssisə, idarə və təşkilatlarda təsərrüfat fəaliyyətinin sistemli-
fasiləsiz təhlili;
Mürəkkəb bazar mexanizmi şəraitində müəssisə. idarə və təşkilatlarda
maliyyə stabilliyini təmin etmək məqsədilə mövcud tələblərə uyğun
olaraq dövriyyə vəsaitlərinin təşkili;
18
Müəssisə, idarə və təşkilatların xərclərinin dəyişkən və sabit qruplara
ayıraraq optimallaşdırılması və “xərclər-pul gəliri-mənfəət”
həlqəsindəki elementlərin qarşılıqlı təsiri və qarşılıqlı əlaqəsinin
müəyyənləşdirilməsi;
Müəssisə,
idarə
və
təşkilatların
fəaliyyətində
mənfəətin
bölüşdürülməsinin alternativ variantının tapılması və daha rentabelli
və effektiv divident siyasətinin seçilərək işlənib hazırlanmasının təmin
edilməsi;
Maliyyə resursları mənbələrinin ən əlverişli xüsusiyyətlərinin
seçilməsi və bank sektoruna təsir gücünü artırmaq məqsədi üçün
kommersiya kreditinin və veksel dövriyyəsinin daha geniş tətbiqi;
İstehsalı genişləndirmək və çoxşaxəli etmək məqsədilə lizinq
münasibətlərindən istifadənin genişləndirilməsinin təmin edilməsi;
Balansın qeyri-qənaətbəxş struktura malik olmasına şərait
yaratmamaq üçün əmlakın tərkibinin və həmçinin onun mənbələrinin
formalaşmasının təkmilləşdirilməsi;
Müəssisə, idarə və təşkilatın strateji maliyyə siyasətinin hazırlanması
və onun prioritet istiqamətlərinin müəyyən olunaraq həyata
keçirilməsinin təmin edilməsi.
Müəssisə, idarə və təşkilatlarda maliyyə resurslarının idarə edilməsi, eləcə
də xərclərin maliyyə menecmentinin düzgün təhlili və idarə edilməsi müəssisə,
idarə və təşkilatın uzunömürlü fəaliyyətini nəticələndirən əsas elementlərdən
biridir. Bu baxımdan aşağıdakı sxemdə müəssisənin maliyyə resurslarının idarə
edilməsinin strateji məqsədləri və vəzifələri əhatəli şəkildə verilmişdir.[13, səh.
248]
|