1.3. Müəssisələrin debitor xərclərinin təsnifatı.
Məlum olduğu qədərilə gəlirlər müəssisə aktivlərinin əldə edilməsi zamanı
müəssisələrin iqtisadi fayda əldə etməsi olaraq bilinir. Sahibkarın müəssisə
28
fəaliyyətində birinci məqsədi gəlir (mənfəət) əldə etməkdən ibarətdir. Gəlir
mahiyyət etibarilə aktivlərin artması və öhdəliklərin azalmasına bilavasitə təsir
göstərir. Bu zaman kapitalın artması baş verir və bu halın mülkiyyətçilərin
paylarına təsiri hiss olunmur. Müəssisələrin əsas gəlir mənbəyi məhsul və
xidmətlərin satışından gələn gəlirlərdir. Amma bununla birlikdə valyuta
mübadiləsi, icarə, və s. kimi sferalar da gəlir mənbəyi hesab olunur. Gəlirlər öz-
özlüyündə adi fəaliyyətdən əldə edilən gəlirlər və sair gəlirlərə bölünür.[2, səh.54]
Gəlirlərə aid edilən məsələlərdən biri də keyfiyyət məsələsidir. Gəlirlərin
keyfiyyəti, onların həqiqi, normal və real iqtisadi fəaliyyətinin nəticələri ilə
müəyyən olunur. Əgər gəlir iqtisadi artım, optimal xərc, effektiv təsərrüfatçılıq
nəticəsində yaranıbsa, o zaman həmin gəlirlər keyfiyyətli gəlirlər hesab edillir.
Amma əgər gəlirlər qiymətlərin əsassızca səbəblərə görə artırılması, müqavilədə
xətalara yol verilməsi və s. Mənfi hallar nəticəsində əldə olunursa, onlar əsassız və
keyfiyyəti olmayan gəlirlər adlandırılmaqdadır.
Gəlirlərdən danışanda diqqət yetirilməli anlayışlardan biri də gəlirin
kapitallaşmasıdır. Gəlirin kapitallaşması gəlirlərin hamısının və ya bir hissəsinin
kapitala çevrilməsidir. Gəlirin kapitallaşması əsasən aşağıda göstərilən
istiqamətlər, əməliyyatlar üzrə aparılmaqdadır:[3, səh. 96]
İstehsalın inkişafıyla əlaqədar olaraq xalis mənfəət kateqoriyasının
kapitallaşması;
İnvestisiyalardan əldə olunan xalis pul axınların kapitallaşması;
Dividendlərin kapitallaşması və digər buna bənzər amillər.
Xərclər isə gəlirin tam əksi olaraq firmadan aktivlərin axını ilə iqtisadi
mənfəətin azalmasıdır. Mahiyyət etibarilə xərclər material, əmək və pul xərcləri
kateqoriyalarına ayrılır. Material xərci müəssisə və yaxud müəssisənin maliyyə
təsərrüfat fəaliyyətlərinin lazımi ehtiyatlarla təmin olunması anında yaranır. Öz-
özlüyündə bu xərclər xammal dəyərini, əsas və köməkçi materiallarını, yanacağı,
enerjini və s.-ni birləşdirir.
29
Gəlir aktivlərin artması və öhdəliklərin azalması ilə əlaqədar iqtisadi
effektivliyin artımının olduğu və bu artımın etibarlı dərəcədə qiymətləndirilməsinə
imkanın mövcudluğu olduqda tanınır.
Xərc isə aktivlərin azalması və öhdəliklərin artmasıyla əlaqədar iqtisadi
effektivliyin azalmasının baş verdiyi, bunun etibarlı şəkildə qiymətləndirilməsinə
imkanın mövcud olduğu zamanlarda tanınır. Əksər zamanlarda, xərclər və
gəlirlərin ayrı-ayrılıqda maddələri bilavasitə əlaqəli olur. Ona görə də,
əlaqələndirmə konsepsiyasına əsaslanmaqla xərc və gəlirlər eyni zamanda
tanınmalıdırlar. Xərcin gəlirlə birbaşa əlaqələndirilməsi mümkün olmayanda, onlar
müvafiq hesabat dövrü arasında düzgün və ardıcıl şəkildə bölüşdürülür.
Bölüşdürmə üsulu gələsi iqtisadi effektivliyin baş verməsi gözlənilən zamanlar
üzrə xərcin tanınmasını təmin etməsidir.
Gəlirlərin qiymətləndirilməsi gələcək məsələlərdən asılı olan fərqli qeyri -
müəyyənliklərin təsirinə məruz qalmaqdadır. Problemlər baş verdikcə və qeyri -
müəyyənlik aradan qaldırıldıqda çox zaman gəlirlərin qiymətləndirilməsinə
təzədən baxmaq lazım gəlir. Ona görə də podrat müqavilələri üzrə gəlirlərin
məbləği müəyyən hesabat dövründən başqasına keçdikcə arta yaxud azala bilir.
Müəssisənin hesabat dövründəki işgüzar fəaliyyəti ilə əlaqədar mənfəət və
zərərlər də daxil olmaqla maliyyə göstəriciləri müəssisənin özünəməxsus
kapitalının artma və ya azalma səviyyəsi ilə müəyyən olunur. Müəssisə, idarə və
təşkiatların hesabat dövründəki işgüzar fəaliyyəti ilə əlaqədar olaraq kapitalın
artması mənfəətə. Azalması isə zərərə daxil edilir.
Xərclər müxtəlif əlamətlərə görə təsnifləşdirilir. Həmin əlamətlərə
aşağıdakılar aiddir:[20, səh 611]
İqtisadi məzmununa görə
Yekcinslik dərəcəsinə görə
İstehsalın həcminə münasibətinə görə
Təyinatına görə
Məqsədəuyğun kriteriyasına görə
Maya dəyərinə daxil olması üsuluna görə
30
Yaranma tarixinə görə
İqtisadi məzmununa görə xərclər iki əsas qrupa bölünür. Həmin qruplara
aşağıdakılar aiddir: [20, səh 612]
İqtisadi elementlərinə görə;
Kalkulyasiya maddələrinə görə;
İqtisadi elementlər üzrə xərclərə aşağıdakılar daxildir: [19. Səh.614]
Geri qaytarılmış materialların dəyərini çıxmaqla material xərcləri;
Əməyin ödənişi üzrə olan xərclər;
Sosial sığortaya olan köçürmələr;
Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin amortizasiyası;
Digər xərclər.
Məsrəflərin kalkulyasiya maddələri haqqında qruplaşdırılması üsulu
məhsulun (iş və xidmətlərin) maya dəyərinin daha dəqiq hesablanması üçün tətbiq
olunur. Xərc maddəsi, yaxud kalkulyasiya maddəsi - ayrıca hər hansı bir məhsulun,
yaxud da bütün məhsul buraxılışının maya dəyəri təşkil edən müəyyən növ xərclər
hesab olunur. Kalkulyasiya maddələri üzrə xərclər ayrılır [20, səh. 614]:
xammal və həmçinin materiallar;
satılan biləcək tullantılar (bu zaman çıxılır);
alınmış məhsullar və yarımfabrikatlar həmçinin kənar müəssisələrin
istehsal xarakteri daşıyan xidmətləri;
texnoloji məqsədlərin həyata keçirilməsi məqsədilə yanacaq və enerji;
istehsalatda çalışan işçilərin əmək haqları;
sosial köçürmələr;
istehsalın hazırlanmasına və öyrənilməsinə çəkilə bilən xərclər;
ümumistehsalat xərcləri;
ümumtəsərrüfat xərcləri;
zay məhsuldan olan itkilər;
digər istehsalat məsrəfləri;
Yekcinslik dərəcəsinə görə xərclərin əsas növləri aşağıdakılardan
ibarətdir:[20, səh 615]
31
birelementli xərclər
kompleks xərclər
Birelementli xərclər dedikdə, bircinsli iqtisadi elementlərdən ibarət olan
xərclər başa düşülür. Kompleks xərclər dedikdə isə müxtəlif iqtisadi elementlər
qrupunu birləşdirən xərclər başa düşülür.
İstehsalın həcminə münasibətinə görə isə xərclər iki əsas qrupa bölünür:[20,
səh.616]
Dəyişkən
Sabit
Dəyişkən xərclər istehsalın həcmindən asılı olan xərclərdir. Belə ki.
istehsalın həcminin artması belə xərclərin də səviyyəsinin artması ilə müşahidə
olunur. Sabit xərclər isə istehsal həcminin artıb-azalmasından asılı olmayaraq sabit
qalan, dəyişilməyən xərclərdir.
Təyinatına görə xərclər iki qrupa bölünür:[20, səh.617]
Texnoloji xərc
İnzibati-təsərrüfat xərclər
Texnoloji xərclər istehsal prosesi ilə əlaqədar olan xərclərdir. Belə ki, elmi-
texniki tərəqqinin ən son nailiyyətlərinin istehsala tətbiq olunması nəticəsində
yaranan xərclər hesab olunur. İnzibati-təsərrüfat xərcləri isə sənaye müəssisələrinin
təsərrüfat-idarə mexanizminin formalaşmasına çəkilmiş xərclərdir.
Məqsədəuyğunluq kriteriyasına görə isə xərclər iki qrupa bölünür:[20, səh
618]
İstehsal xərci
Qeyri-istehsal xərci
İstehsal xərci yararlı məhsulun buraxılışıyla əlaqədar yaranan xərclərdir.
Qeyri-istehsal xərcləri isə istehsalın dayanması nəticəsində yaranan itkilərlə, zay
məhsul istehsalı ilə əlaqədar və yaxud da məhsul çatışmazlığı nəticəsində yaranan
xərcləri əhatə edir.
Maya dəyərinə daxil olma üsuluna görə isə xərclər iki əsas qrupa bölünür.
Həmin qruplara aşağıdakıları aid etmək olar:[20, səh.620]
32
Birbaşa xərc
Dolayı xərc
Birbaşa xərclər ilkin sənəd əsasında məhsulların müəyyən növünə aid edilə
bilinəcək xərclər maya dəyərinə daxil edilir. Bütün növ birbaşa xərclər bir anda
dəyişkən xərcdir. Dolayı xərc – bir-neçə məhsulun istehsalına çəkilmiş xərclərdir.
Belə xərclər xüsusi hesablarda toplanılır və müəyyən baza təməlində (əmək haqqı,
istehsal həcmi və s.) bölüşdürülərək məhsulun maya dəyərinə aid edilir.
Yaranma tarixinə görə isə xərclər iki əsas qrupa bölünür:[20, səh.621]
Cari xərc
Gələcək dövrün xərci
Cari xərclər məhsulların istehsalı prosesi ilə əlaqədar olan və cari dövr
ərzində gəlir gətirə bilən xərclər hesab olunur. Gələcək dövrün xərcləri dedikdə isə.
Cari dövrdə çəkilən, lakin gələcəkdə iqtisadi fayda verən xərclər başa düşülür.
Müəssisələrin maliyyə-təsərrüfat fəaliyyəti ilə əlaqədar olaraq mənfəət və
gəlir aşağıdakı mənbələrdən formalaşır: [13, səh 215]
Müəssisənin bilavasitə yerinə yetirdiyi cari fəaliyyətdən, istehsal
olunmuş məhsulun realizə edilməsindən və görülmüş işlərdən və
göstərilmiş xidmətlərdən əldə olunan maliyyə nəticələri. Bu maliyyə
nəticələri müəssisənin fəaliyyət keyfiyyətindən asılı olaraq mənfəət və
zərərlə nəticələnə bilər. Belə ki, məhsul istehsalına çəkilən xərclər
birbaşa mənfəəti azaldırsa, həmin istehsal xərclərinin azaltmaq daha
çox mənfəət əldə etmək olar. Lakin, burada diqqət yetirilməli olan
nüans məhz Elmi-Texniki Tərəqqinin ən son nailiyyətlərini istehsala
cəlb etməklə istehsal xərcini azaltmaq mümkündür. İstehsal olunacaq
məhsulun keyfiyyətinin aşağı salınaraq istehsal xərcinə qənaət
olunarsa, bu son nəticədə müəssiyə zərər gətirər; istehsal olunmuş
keyfiyyətsiz və ya aşağı keyfiyyətli məhsulların realizə olunması
çətinləşər və müəssisə, idarə və təşkilat bu istehsaldan mənfəət götürə
bilməz və zərərə işləmiş olar.
33
əsas vəsaitlərin və aktivlərin satışından əldə olunan maliyyə nəticəsi.
Qeyd olunan maliyyə nəticəsinin özəyində mənfəət dayanır. Belə ki,
əsas vəsaitlərin və aktivlərin satışı nəticəsində müəssisə, idarə və
təşkilatlar mənfəət əldə etmiş olurlar.
Satışla əlaqədar olmayaraq maliyyə-təsərrüfat əməliyyatlarından əldə
olunan maliyyə nəticələri. Burada maliyyə nəticəsi kimi həm mənfəət,
həm də zərər çıxış edə bilir.
Mənfəətdən büdcəyə ödəmələr üzrə maliyyə nəticələri. Bu nəticələrin
özəyində isə yalnız və yalnız xərclər dayanır.
Yuxarıda qeyd olunan maliyyə nəticələri əsasında, yəni mənfəət və zərərin
yekunu olaraq müəssisə, idarə və təşkilatlarda kapital artımı və ya azalması
müşahidə oluna bilər.
Sənaye müəssisələri hesabat ilinin tam yekunu əsasında maliyyə nəticələrini
formalaşdırır. Hesabat ili üzrə balans mənfəəti büdcə ilə hesablaşmaların nəticə
nəzərə alınaraq müəyyənləşir. Balans mənfəəti dedikdə, müəssisə, idarə və
təşkilatların bütün istehsal və qeyri-istehsal maliyyə-təsərrüfat fəaliyyəti
nəticəsində əldə olunmuş mənfəətin yekunu başa düşülür. İşçilərin əmək haqqını,
qanunvericiliklə müəyyən edilmiş vergi dərəcələrini və digər icbari tədiyyələr
ödəndikdən sonra müəssisə, idarə və təşkilatların sərəncamında qalan mənfəət
müəssisənin xalis mənfəəti hesab olunur.
Hesabat ili ərzində istehsal və ya qeyri-istehsal maliyyə-təsərrüfat fəaliyyəti,
işlərin görülməsi və xidmətlərin göstərilməsi nəticəsində əldə olunmuş xalıs
mənfəətin müəssisənin davamlı və uzunmüddətli fəaliyyətində çox əhəmiyyətli
yeri vardır. Belə ki, müəssisənin sərəncamında qalan həmin xalis mənfəət müəyyən
təyinatlar üzrə bölüşdürülür. Bu bölüşdürülmə uğurla həyata keçirildikdən sonra
müəssisənin sərəbcamında mənfəət qalığı müşahidə olunarsa, həmin mənfəət
qalığının gələcəkdə bölüşdürülməsi üzrə prioritet sahələrə yönəldilir.
Sənaye müəssisələrini istehsal və ya qeyri-istehsal maliyyə-təsərrüfat
fəaliyyəti nəticəsində mənfəət qazana və ya zərərlə işləyə bilərlər. Xərclərin
maliyyə nəticələrinin təhlilində ən önəmli yeri cari il ərzində mənfəət və zərərin
34
balansı təşkil edir. Çünki, bu balansın səviyyəsini proqnozlaşdırmadan fəaliyyət
göstərmək qeyri-mümkündür. Əgər cari hesabat ili ərzində maliyyə nəticələrinə
əsasən, müəssisənin mənfəəti varsa, yəni gəlirlər xərcləri üstələyirsə, bu halda
müəssisənin uzunmüddətli fəaliyyətindən, əldə olunmuş mənfəətin digər sahələr
üzrə bölüşdürülməsindən, investisiya siyasətindən söhbət gedə bilər. Müəssisə.
idarə və təşkilatlar bir məhsul istehsalından əldə etmiş mənfəəti iqtisadiyyatın
digər sahələrinə investisiya edərək daha çox mənfəət əldə edə bilirlər. Lakin heç də
həmişə proqnozlar özünü doğrultmur, gözlənilən nəticəyə nail olmaq mümkünsüz
olur. Bunun da başlıca səbəbi kimi xərclərin gəlirləri üstələməsi göstərilir. Belə ki,
istehsal xərcləri məhsulun realizə olunması nəticəsində əldə olunmuş gəliri
üstələyir. Bu halda müəssisə zərər işləmiş olur və istehsalın profilini dəyişməyə
məcbur olur. Bu isə öz növbəsində əlavə maliyyə imkanları tələb edir. Müəssisə,
idarə və təşkilatların ehtiyat maliyyə vəsaitləri mövcud olarsa, bu halda həmin
maliyyə vəsaitlərini dövriyyəyə cəlb etməklə mənfəət əldə etmək olar və gələcək
perspektiv dövrə hazır olmaq olar. Əks halda xərcin gəliri üstələməsi xroniki hal
alaraq daimi təkrarlanarsa, müəssisə defolt ola, yəni iflasa uğraya bilər və
müflisləşər. Müəssisə iflasa uğradığı halda isə bu barədə məhkəmə qətnaməsi
çıxarılır. Belə ki, borclu barəsində sağlamlaşdırma tətbiq edilmədiyi və barışıq
sazişi bağlanmadığı və ya əqdlərin etibarsız sayıldığı hallarda məhkəmə borclunun
iflası haqqında qətnamə çıxarır.[12]
Müəssisə, idarə və təşkilatları müflisləşmə riskindən qorumaq üçün maliyyə
nəticələrinin təhlili çox böyük əhəmiyyət kəsb edir. Bunun üçün maliyyə
menecmentinin həyata keçirilməsi zəruriliyi ortaya çıxır. Bir çox hallarda firmalar
maliyyə nəticələrinin təhlili üzrə xüsusi orqanlar yaratmaqla uğurlu fəaliyyətə
ümid edirlər. Maliyyə menecmenti və ya korporativ menecment firmanın
fəaliyyətində ehtiyat fondlarının yaradılması xüusiyyətini özündə ehtiva edərək
risk və gəlirliliyin tarazlığını qorumaq şərtilə firmanın varlıq dəyərini və səhmlərin
qiymətinin maksimuma çatdırılması məqsədini güdür.
Ümumi götürsək, müəssisə. idarə və təşkilatların mənfəət və zərərlərinin
əsasında aşağıdakılar dayanır:[14, səh 498]
35
Hazır məhsulların satışından, işlərin görülməsindən və xidmətlərin
göstərilməsindən əldə olunan mənfəət və zərər
Təchizat-satış və ticarət müəssisələrində məhsul və ya tara satışından
əldə olunan ümumi gəlir;
əsas vəsaitlərin realizə olunmasından və sair xaricolmadan formalaşan
mənfəət və zərər;
materialların və müəssisə, idarə və təşkilatların digər aktivlərindən
əldə olunan mənfəət və zərərlər. Burada müəssisə, idarə və
təşkilatların digər aktivləri dedikdə, qeyri-maddi aktivlər, istiqrazlar,
qiymətli kağızlar və s. nəzərdə tutulur.
Yuxarıda qeyd olunanlarla yanaşı, satışdan kənar fəaliyyət nəticəsində
müəsisənin əlavə gəlir və xərcləri yarana bilər. Satışdan kənar gəlirlərə müəssisə
əmlakının icarəyə verilməsindən əldə olunan gəlirlər, digər müəssisələr ilə
bağlanmış maliyyə-təsərrüfat fəaliyyəti ilə əlaqədar müqavilə şərtlərinin icra
olunması səbəbindən əldə olunan gəlirlər, hesabat ilində müəyyən olunmuş keçmiş
illərə dair gəlirlər, valyuta vəsaitinin satışından əmələ gələn gəlirlər, vaxtı keçmiş
kreditor borclarının silinməsi nəticəsində əldə olunan gəlirlər və əvvəllər
qaytarılması ümidsiz sayılan debitor borclarının cari hesabat ilində ödənilməsi
nəticəsində əldə olunmuş gəlirlər aiddir. Satışdan kənar fəaliyyət nəticəsində
yaranmış zərərlərə isə ödənilən cərimələr, rüsumlar və valyuta vəsaitlərinin
satışından əmələ gəlmiş xərclər daxil edilir.
Xərclərin maliyyə nəticələrinin təhlili zamanı əsas məsələlərdən biri də
portfelin seçilməsi məsələsidir. Portfelin seçilməsi dedikdə isə, nə üçün nə qədər
və nə zaman investisiya qoyulacağı ilə bağlı qərarın qəbul edilməsi prosesi başa
düşülür. Bu məqsədlə müəssisə aşağıdakıları etməlidir:[21, səh.349]
Uyğun məqsədlərin və həmçinin məhdudiyyətlərin aşkar edilməsi:
institusional və bununla yanaşı şəxsi məqsədlər üçün, müddət üfüqü,
riskdən qaçma və verginin nəzərə alınmalıdır;
Uyğun strategiyanın aşkar edilməsi: aktiv və həmçinin passiv -
qorunma strategiyasıdır;
36
Portfelin performansının ölçülməsidir.
Ümumi götürsək, xərclərin maliyyə nəticələrinin təhlili mühasibatlığın
maliyyə funksiyası ilə paralel fəaliyyət göstərir. Xərclərin maliyyə nəticələrinin
təhlili ilə mühasibatlığın maliyyə funksiyası arasında fərq isə odur ki, maliyyə
mühasibatlığı keçmişə aid maliyyə hesabatlarının verilməsi ilə məşğuldursa,
xərclərin maliyyə nəticələrinin təhlili müəssisə, idarə və təşkilatın birbaşa gələcək
dövrdə uğurlu fəaliyyətinə yönəldilmiş strategiyanın əsasıdır.
Dostları ilə paylaş: |