Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ


Risk-menecmentin təşkili mərhələləri



Yüklə 0,52 Mb.
səhifə13/30
tarix24.03.2022
ölçüsü0,52 Mb.
#54087
1   ...   9   10   11   12   13   14   15   16   ...   30
aysel-2

Risk-menecmentin təşkili mərhələləri

Risk-menecment bir iqtisadi kateqoriya kimi özündə idarəetmədə yaranan risklərin və maliyyə əlaqələrinin idarə edilməsini birləşdirir. İdarəetmə sistemi kimi risk-menecment özündə risklərin və riskli kapital qoyuluşunun məqsədinin, baş verə biləcək hadisənin ehtimalının təyin edilməsi, riskin dərəcəsinin və səviyyəsinin ortaya çıxarılması, ətraf mühitin analizi, riskin idarə edilməsi strategiyasının bəlli olunması, riskin və onun azaldılması strategiyası üçün gərəkli olanların seçilməsi, risklərin məqsədyönlü idarə edilməsini cəmləşdirir. Vurğulanan prosedurlar sonuçta risk-menecmentin təşkilinin mərhələləridir.

Risk-menecmentin təşkilinin ilkin mərhələsi riskin və riskli kapital qoyuluşunun məqsədinin müəyyənləşdirilməsidir. Riskin hədəfi – əldə olunması gərəkən nəticədir. Bu uğur, mənafe, gəlir və s. ola bilər. Riskli kapital qoyuluşunun məqsədi – maksimum gəlir götürməkdir. Risklə əlaqəli olan istənilən fəaliyyət həmişə hədəflidir, belə ki risklə bağlı olan fəaliyyətin məqsədinin olmaması həlli anlamsız edir. Riskin və riskli kapital qoyuluşunun hədəfi risk və kapitalla konkret, dəqiqləşdirilmiş və üzləşdirilə bilən olmalıdır. Risk-menecmentin təşkilində ikinci vacib şey ətraf mühit haqqında informasiyanın olmasıdır, hansı ki hər hansı qərarın qəbul edilməsi üçün vacibdir. Belə məlumatın analizi və riskin hədəfinin hesablanması sırasında hadisənin baş verməsi ehtimalını, eyni zamanda riskin dərəcə və səviyyəsini doğru təyin etmək olar. Riskin idarə edilməsi fərdlərin əmlakını, maliyyə vəsaitlərini təhlükə altına atan riskin dərəcəsinin doğru anlaşılması deməkdir. Sahibkar üçün onun fəaliyyətini təhlükə altına atan riskin dərəcəsini bilmək önəmlidir. Riskin dərəcəsinə görə sahibkarın konkret itkilərini müəyyənləşdirmək gərəkir, bu itkilərin və onun nəticələrinin səviyyəsinin azaldılması xərcləri yoxsa əvəz edilməsi xərcləri. Riskin dərəcəsinin maliyyə meneceri tərəfindən doğru qiymətləndirilməsi ona baş verə biləcək itkiləri önləməyə və ya azaltmağa, qarşısının alınması mümkün olmadıqda isə onu əvəzləməyə imkan yaradır. Ətraf mühit barədə informasiyanın əsnasında riskli kapital qoyuluşunun fərqli variantları işlənib hazırlanır və gözlənilən pul və riskin səviyyəsi ilə tutuşdurulması üsulu ilə dəyərləndirilir. Bu strategiyanın və risklərin idarə olunmasının üsullarının düzgün seçilməsinə, eyni zamanda riskin dərəcəsinin azaldılmasına şərait yaradır.

Risk menecmentin təşkilinin bu mərhələsində əsas yer maliyyə menecerinə, onun psixoloji keyfiyyətlərinə daxildir. Riskin azaldılması proqramının təşkil olunması anında riskli qərarların psixoloji qavrayışı da nəzərə almaq gərəkir. Riskli mühitdə qərar qəbul etmək psixoloji prosesdir. Buna görə də riskli şəraitdə qərar qəbulu anı fərdin riyazi inandırıcılığı ilə yanaşı psixoloji xüsusiyyətləri də nəzərə alınmalıdır: əsəbilik, qərarsızlıq, şübhə, qətiyyət, ekstroversiya, introversiya və s. Eyni riskli vəziyyət fərqli fərdlər tərəfindən müxtəlif cür qəbul olunur. Məhz buna görə də riskin dəyərləndirilməsi və maliyyə qərarının seçilməsi ümumiyyətlə qərar qəbul edən fərddən asılıdır. Riskdən ümumiyyətlə innovasiyaya meylli olmayan, özlərinin intuisiya və professionallığına şübhəli olan, icraçıların professionallığından əmin olmayan konservativ liderlər yan keçirlər.

Ekstroversiya - ətrafdakı fərdlərə, hadisələrə yanaşma tərzidir. Bu özünü yüksək səviyyəli ünsiyyətdə göstərir.

Introversiya – özəl duyğu, təəssürat, his və fikirlərə iç aləmdə yanaşmadır. İntroversiv fərddə ətraf mühitlə münasibətdə bir neçə sabit rəftar və əlaqə vardır, daxili normalara dəstək, dalğınlıq. İntroversiv fərdlərin mühakiməsi xarici faktorların təsirinə bağlı deyil.

Risk menecmentin təşkilinin əvəzolunmaz mərhələsi verilmiş aktivitə proqramının icra olunması üçün təşkil edilən tədbirlər, yəni bu tədbirlərin görülməsi üçün lazım olan pul vəsaitinin həcminin və mənbəyinin, dəqiq idarəçilərin, icra müddətinin və s. təyin edilməsidir. Risk-menecmentin təşkilinin önəmli elementlərindən biri verilmiş proqramın idarəsinin kontrol edilməsi, seçilmiş risk qərarının idarəsinin nəticələrinin analizi və dəyərləndirilməsidir. Risk-menecmentin təşkili sahibkarlıq fəaliyyətində riskin idarə edilməsi orqanının müəyyən edilməsi tələb edir. Riskin idarə edilməsi orqanı maliyyə meneceri, risk üzrə menecer və ya icraetmənin müvafiq aparatı ola bilər: sığorta əməliyyatları şöbəsi, vençur (riskli) investisiya şöbəsi, riskli kapital qoyuluşu şöbəsi və başqa.

Riskli kapital qoyuluşu departamenti sahibkar subyektin nizamnaməsinə uyğun olaraq sadalanan funksiyaları həyata keçirə bilər:

    • Vençur və portfel investisiyaları, yəni fəaliyyət göstərən qanunvericilik və sahibkar subyektin nizamnaməsinə uyğun olaraq riskli kapital qoyuluşu.

    • Riskli investisiya fəaliyyəti proqramının yazılıb hazırlanması.

    • Ətraf mühit haqqında informasiyanın toplanması, analizi, saxlanması və emalı.

    • Riskin dərəcəsinin və səviyyəsinin, icra edilməsi strategiyasının və üsullarının təyin edilməsi.

    • Riskin qərarlarının cədvəlinin işlənməsi və bunun yerinə yetirilməsinin təşkili, nəticələrin analizi və yoxlanması.

    • Sığorta fəaliyyətinin həyata keçirilməsi, sığortalanma və yenidən sığortalanma sözləşmələrinin imzalanması, sığorta və yenidən sığorta əməliyyatlarının təşkili, sığorta xərclərinin təyin olunması.

    • Sığorta və yenidən sığortanın şərtlərinin hazırlanması, sığorta əməliyyatlarının tariflərinin həcmini təyin etmək.

    • Riskli kapital qoyuluşunun göstərilən mühasibat, statistik və operativ reportunun aparılması.

Risk-menecmentin çoxvariantlılığı maliyyə kombinasiyalarının standart və qeyri-ordinallığı, konkret sahibkarlıq fəaliyyəti zamanı fəaliyyətin elastikliyi və təkrarolunmazlığı ilə oxşarlıq təşkil edir. Risk-menecmentdə əsas – idarəetmə obyektinin iqtisadi maraqlarına cavab verən məqsədin doğru qoyulmasıdır.Risk-menecment çox dinamikdir. Onun fəaliyyətinin effektivliyi idarəetmə obyektinin maliyyə vəziyyətinin bazar şərtlərinin dəyişməsinə erkən reaksiya verməsindən asılıdır. Buna görə də risk-menecment riskin idarə edilməsinin standart üsullarına, konkret iqtisadi vəziyyəti tez və doğru qiymətləndirməyə, ən yaxşı həllin tez seçilə bilməsi qabiliyyətinə əsaslanmalıdır.Risk-menecmentdə hazır resept yoxdur və belə bir şey mümkün deyil. O dəqiq vəziyyətdə hiss olunan müvəffəqiyyətə nail olmaq üçün sahibkarlıq fəaliyyətinin həll edilməsinin metod və üsullarını öyrədir.Riskli məsələlərinin həllində əsas yeri menecerin intuisiyası və insayt oynayır.

İntuisiya bilavasitə, anidən, heç bir məntiqi fikir olmadan problemin doğru şəkildə həll üsulunun seçilməsidir. İntuitiv həll tədqiq edilən məsələnin əslinin açılmasında daxili işıqlandırma, düşüncələrin aydınlaşması kimi üzə çıxır. İntuisiya yaradıcılıq fəaliyyətini ayrılmaz bir hissəsi hesab edilir.

İnsayt – bəzi problemlərin həllinin dərk olunmasıdır. İnsayt subyektiv olaraq gözlənilməz işıqlandırma, dərk etmə kimi hiss edilir. Həmin zamanda həll açıq aydın dərk olunur, ancaq bu aydınlıq adətən qısamüddətli xarakter daşıyır və həllin şüurlu sürətdə fiksasiyası tələb edilir.

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin