Riskin dərəcələri
Yol verilə bilən risk - (itkilər hesablanmış mənfəətdən çox deyil) – layihənin mənfəətliyini aşağı düşürür.
Böhranlı risk (ehtimal olunan itkilər mənfəətdən çoxdur) – nəzərə çarpacaq qədər itkilərə səbəb olur.
Ağır (fəlakətli) risk (planlanan itkilər sahibkarın mülkiyyətindən artıqdır) –müəssisənin müflis olmasına nədən olur.
Maliyyə və iqtisadi risklər aşağıdakılardır:
Sabit olmayan tələbat
Alternativ məhsulun yaradılışı
Rəqiblər tərəfindən qiymətlərin aşağı düşürülməsi
Rəqiblər tərəfindən məhsul istehsalının artışı
Vergilərdə artış
İstehlakçıların ödəmə qabiliyyəti
Xammal, material və nəqliyyat xərclərinin artışı
Təchizatçılara bağlılığı, alternativlərin olmamağı
Dövriyyə vəsaitlərinin yetməməzliyi
Sosial risklər bunlardır:
İxtisaslı işçi qüvvəsinin yığılmasındakı zorluqlar
Tətil qorxusu
Əmək haqqı səviyyəsinin çatışmazlığı
Kadrların ixtisas səviyyəsinin az olması
Sosial infrastruktur
Texniki risklər belədir:
Avadanlıqların yeni olmaması
Xammalın keyfiyyətinin qeyri-stabilliyi
Texnologiyaların yeniliyi
Avadanlıqların etibarlılığının çox olmaması
Avadanlıqların ehtiyat güclərinin olmaması
Ekoloji risklər
Atmosferə və suya tullantılar
Yaşayış yerinin yaxınlığı
İstehsalın zərərliyi
“Fors – major” halları
“Fors – major” – dedikdə sahibkardan asılı olmayan xarici amillər nəzərdə tutulur.
Məsələn :
iqtisadi qanunvericiliyin və cari iqtisadi durumun, investisiya şəraitinin və mənfəətin istifadə olunmasının qeyri-stabil olması ilə bağlı risklər
xarici–iqtisadi risk (ticarət və idxala ehtimal edilən məhdudiyyətlərin qoyulması,sərhədlərin bağlanması və s.)
siyasi vəziyyətin qeyri-müəyyənliyi, ölkədə və ya regionda qeyri-qənaətbəxş sosial siyasi dəyişikliklər riski
təbii-iqlim şəraitinin müəyyən olmaması, təbii fəlakətlərin olabilmə ehtimallığı
Yuxarıda qeyd edilmiş risklər və “fors-major” halları biznes-planlarda düşünülməli və bu kimi durumlardan sığortalanmaq üçün tədbirlər planı hazırlanmalıdır.
Dostları ilə paylaş: |