Tədqiqatın praktiki əhəmiyyəti. Tədqiqat işindəsahibkarlıq risklərinin sığortalanmasının əhəmiyyəti və sığorta bazarınınformalaşması, inkişafı üçün hazırlanmış təklif vətövsiyələrdən bu sahə üzrəhazırlanacaq dövlət proqramlarında və ya iqtisadi islahat layihələrində istifadəoluna bilər.
Fəsil 1. Sahibkarlıq risklərinin idarə olunmasının nəzəri-metodoloji əsasları
Sahibkarlıq riskləri: mahiyyəti, təsnifatı və riskyaradıcı amilləri
Sahibkarlıq — qanunla nəzərdə tutulmuş formada mülkiyyətdən və qeyri-maddi imkanlardan istifadə etməklə, əmtəə satışından, xidmət göstərilməsindən gəlir əldə etmək üçün müstəqil fəaliyyətdir. Sahibkarlıq qabiliyyəti dedikdə, maddi və ya intellektual mülkiyyət sahiblərinin ictimai fəaliyyətin müəyyən sahəsində daha çox yararlı olması, müəyyən işi daha müvəffəqiyyətlə icra etməsi nəzərdə tutulur. Bu qabiliyyət bir tərəfdən sahibkarın fərdi psixi xüsusiyyətindən, digər tərəfdən isə onu əhatə edən iqtisadi şəraitdən asılıdır. Sahibkarliq qabiliyyəti ya ictimai fəaliyyət prosesində, ya da təhsil prosesində əldə edilir. Uzun müddət birinci yol, yəni fəaliyyət prosesi üstünlük kəsb etdiyi halda müasir dövrdə ikinci yol üstünlük kəsb edir. Dövrün tələbinə cavab verən təhsil prosesində ayrı-ayrı şəxslər sahibkarlıq qabiliyyətinə yiyələnirlər. Sahibkarlıq qabiliyyəti xüsusi növ insan kapitalıdır. Daha aydın desək sahibkarlıq qabiliyyəti – nemətlər və xidmətlər yaradılması üçün istehsalın bütün digər amillərinin birləşdirilməsinə yönəldilmiş xüsusi növ insan kapitalıdır. Sahibkar rəqabətin hərəkətverici qüvvəsi kimi, bazarda yarışın gedişinə aktiv təsir göstərir, mövcud olanla yeni istehsal olunmuş məhsulu müqayisə etməyə imkan verir. Rəqabət bazarında sahibkarın rolu da ele bundan ibarətdir. [2, s.192]
Sahibkarlıq fəaliyyəti dedikdə, fayda (mənfəət) əldə etmək məqsədilə öz riski əsasında müstəqil, sistematik olaraq məhsul istehsal etmək, xidmət göstərmək və ticarətlə məşğul olmaq fəaliyyətidir. İqtisadi ədəbiyyatda sahibkar, sahibkarlıq fəaliyyəti ilə bağlı müxtəlif fikirlərə rast gəlmək mümkündür.
Sahibkarlıq subyekləri, yəni sahibkarlıq fəaliyyətinin təşkilatçıları məhsul və xidmətlərın istehsalını təşkil edərkən müəyyən vəzifələr yerinə yetirirlər. Onların yerinə yetirdikləri əsas vəzifələrdən biri iqtisadi fəaliyyət üçün zəruri olan digər amilləri (əmək, kapital, torpaq) bir yerə toplayır. Bu amillərin müəyyən bir kombinasiyada birləşməsini təmin edir. Bu kombinasiyanın səmərəli təşkil edilməsi sahibkarlıq subyektinin sahibkarlıq qabiliyyətindən asılı olur.
Sahibkarlıq subyeklərinin mühüm vəzifələrindən biri də ağıllı risk etməkdir. Belə ki,sahibkarlıq subyekti iqtisadi fəaliyyətlə əlaqədar müxtəlif vəzifələri yerinə yetirmək üçün öz vəsaiti, vaxtı və işgüzar aləmdəki nüfuzu ilə risk edir. Sahibkarlıq fəaliyyəti hər zaman qeyri-müəyyənlikə, risklə bağlıdır. Sahibkarlıq riski sığortalanan və sığortalanmayan risklərə ayrılır. Sığortalanan risklər dedikdə yanğın, daşınma zamanı məhsulun xarab olması , firma rəhbərlərinin və ya aparıcı mütəxəsislərin ölümü və ya xəstələnməsi və s. nəzərdə tutulur. Bu kimi risklərdən irəli gələn zərəri ödəmələr üçün onlar sığortalanırlar.Sığortalanmayan risklər isə əsasən aşağıdakı hadisələrlə əlaqədə olur: alıcıların zövqündəki dəyişikliklər; rəqiblərin fəaliyyətindəki dəyişikliklər; iqtisadi resursların qeyri-səmərəli bölgüsü və qiymətlərin dəyişilməsi, siyasi şəraitin dəyişilməsi , münaqişələr, təbii və ekoloji fəlakətlər və s. Bu risklərdən isə sığortalanmaq mümkün deyildir.
Təcrübə göstərir ki, biznes fəaliyyətinin həyata keçirilməsi zamanı risklərin təzahür etməsinin obyektiv səbəbləri mövcuddur, çünki bütün amillərin firmanın fəaliyyətinə təsirini əvvəlcədən hesablamaq olmur, nəzərdə tutulmuş fəaliyyətin həyata keçirilməsi prosesində isə bir çox amillər gözlənilməz şəkildə dəyişə bilər. Buna görə də sahibkar firmanın həyat dövrünün (tsiklinin) bütün mərhələlərində itkiyə məruz qala bilər. İqtisadi nəzəriyyə klassiklərinin əsərlərində belə bir fikir xüsusilə vurğulanır ki, sahibkarlıq riskli fəaliyyətdir. A.Smit “Xalqların sərvətlərinin təbiəti və səbəbləri haqqında tədqiqat” adlı əsərində yazır ki, hətta adi mənfəət normasına belə nail olmaq hər zaman az və ya çox dərəcədə risklə bağlıdır.[16, s.411]
Risklərlə əlaqədar sahibkara dəyən zərərin üç səviyyəsi fərqləndirilir:
a) aparılan riskli əməliyyat nəticəsində sahibkar mənfəət əldə etmir. Atalar demişkən “aldım qoz, satdım qoz mənə qaldı xışıltısı”.
b) aparılan riskli əməliyyat çəkilən xərcləri ödəmir, zərər sahibkarın öz hesabına ödənilir.Belə hal adətən təsadüfi ola bilər.
c)aparılan iqtisadi fəaliyyət sahibkarı müflisləşdirir. Belə halın baş verməməsi üçün sahibkar ağıllı risk etməyi bacarmalıdır. H.Fordun dediyi kimi “işinizdə daha çox ağıla üstünlük verin-ağıla və bir daha ağıla” .
Bazar münasibətlərinə keçid və onun formalaşması şəraitində risk sahibkarlığın ən mühüm elementi sayılır. Zamanında risk etmək qabiliyyətinə malik olan sahibkar etdiyi bu fədakarlığa görə əlavə gəlir əldə götürür. Risk deyəldəkdə çox zaman hüquqsuz fəaliyyətin yaradılması da başa düşülür. Bu anlayışın başqa xarakterik cəhətləri də vardır. Risklərin xarakterik xüsusiyyətlərindən biri qarmaqarışıqlıq, gözlənilməzlik, güvənsizlik və təxmini fərziyyədir. Risklərin nəticəsini ortadan qaldırmaq üçün təkcə dərrakə və təcrübə deyil, həmçinin kifayət qədər maliyyə vəsaitlərinin olması da zəruridir. Konsultent şirkətlər, mal göndərənlər və podratçılar ümumiyyətlə risklərin konsepsiyası üçün məhdud pul vəsaitlərinə malik olurlar.
Bu və ya başqa layihələrin yüksək dərəcədə risklərə malik olması işçiləri məcbur edir ki, onun aşağı salınması imkanlarını axtarsınlar.
Risklərin azaldılmasının əsas vəsaitlərinə aşağıdakılardır:
Proqramla əlaqəli layihə ərəfəsindəki işlərin və hazırlıq mərhələlərinin genişləndirilməsi
Layihənin iştirakçıları ilə onun icraçılarının risklərin bölüşdürməsi
Sığorta ilə əlaqəli məsələlərin vaxtında yerinə yetirilməsi
Gözlənilməz risklərin aradan qalxması üçün vəsait ehtiyatının hazırlanması və s.
Sahibkarlıq təcrübəsində risklərin sadalanan növləri formalaşır: maliyyə (kredit), investisiya və bazar. Istehsal riskləri məhsul istehsalı və satışı, istehsal fəaliyyətinin hər hansı növünün həyata keçirilməsi ilə əlaqəlidir. Risklərin bu növünə məhsul istehsalı və satışının həcminin ixtisar edilməsi, planda nəzərdə alınmış maddi və əmlak məsuliyyətinin yüksəldilməsi, qiymətlərin aşağı düşməsi və s. olduqca əhəmiyyətli təsir göstərir.
Kommersiya riskləri məhsulun satışı və xidmətlərin göstərilməsi prosesində təşkil olunur. Kommersiya risklərinə təsir göstərən mühüm faktorlara aşağıdakıları aid etmək olar ki, onları da kommersiya əməliyyatları zamanı nəzərə almaq zəruridir.
Alınmış istehsal vasitələrinin qiymətlərinin səmərəsiz olaraq dəyişməsi, yəni artması
Reallaşdırılan məhsulun qiymətinin aşağı düşməsi
Tədavül prosesindəki məhsulun itkisi
Tədavül xərclərinin yüksəldilməsi.
Maliyyə riskləri maliyyə sahibkarlığının həyata keçirilməsi və ya maliyyə (pul) əməliyyatları zamanı tərəflərdən birinin ödəniş qabiliyyətinin olmaması valyuta əməliyyatlarının məhdudlaşdırılmasına da önəm verilməlidir.
Investisiya risklərinin ən önəmli xüsusiyyətlərindən biri cəlb edilmiş qiymətli kağızlardan ibarət investisiya – maliyyə portfelinin qiymətdən düşməsidir.
Bazar riskləri isə bazarda faiz dərəcəsinin , milli pul vahidinin və ya valyutanın xarici kurslarının ayrı-ayrılıqda mümkün olan tərəddüdləri ilə sıx bağlıdır. Bu faktorların təsiri eyni anda baş verə bilər.
Sahibkarlıq risklərinin hər bir növü əməliyyatların iştirakından daha çox asılıdır. Layihələrin uğurla həyata keçirilməsi zamanı potensial partnyorların iştirakının məqsədəuyğunluğu ilə bağlı qərarların qəbul edilməsi üçün analiz aparılır.
Dostları ilə paylaş: |