Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ


-ci ilin yanvar-oktyabr ayı üzrə hesablanmış sığorta haqları və sığorta ödənişləri haqqında M Ə L U M A T (Dövlət Statistika Komitəsi)



Yüklə 0,52 Mb.
səhifə19/30
tarix24.03.2022
ölçüsü0,52 Mb.
#54087
1   ...   15   16   17   18   19   20   21   22   ...   30
aysel-2

2015-ci ilin yanvar-oktyabr ayı üzrə hesablanmış sığorta haqları və sığorta ödənişləri haqqında
M Ə L U M A T (Dövlət Statistika Komitəsi)












(manatla)



Sığortaçının adı

Sığorta Haqları

Sığorta Ödənişləri

1

“A-Qroup Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti

4,855,308.55

5,853,232.30

2

“AXA MBASK” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti

15,135,878.66

9,135,178.66

3

“Alfa Sığorta” Açıq Səhmdar Cəmiyyəti

2,483,038.40

1,430,726.63

4

“AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti

8,568,756.46

3,403,898.87

5

“Atəşgah Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti

32,717,240.64

11,005,333.64

6

“Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti

37,600,708.90

13,060,726.57

7

“AzSığorta” Açıq Səhmdar Cəmiyyəti

27,527,058.88

6,481,111.44

8

Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti

36,515,694.00

10,484,143.00

9

“Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyəti

9,263,591.56

3,265,627.24

10

“Azərqarant Sığorta” Açıq Səhmdar Cəmiyyəti

211,520.64

1,688.00

11

“Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyəti

2,236,419.19

1,481,155.32

12

“Başak İnam Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti

913,648.00

777,120.48

13

“Beynəlxalq Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti

9,523,713.41

3,495,984.49

14

“Buta Sığorta” Açıq Səhmdar Cəmiyyəti

2,056,028.01

4,614,653.91

15

“Era Trans Sığorta” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti

0.00

179,029.77

16

“Günay Sığorta” Açıq Səhmdar Cəmiyyəti

59,997.50

81,985.83

17

“Mega Sığorta” Açıq Səhmdar Cəmiyyəti

16,171,644.08

1,678,465.93

18

“Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti

47,991,977.76

8,169,121.84

19

“Paşa Sığorta” Şirkəti Açıq Səhmdar Cəmiyyəti

57,502,988.76

24,586,788.82

20

“Qala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti

17,816,480.95

16,425,414.34

21

“Qarant Sığorta” Açıq Səhmdar Cəmiyyəti

3,993,577.10

1,704,781.52

22

“Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyyəti

1,644,469.19

985,486.05

23

“Standard Insurance” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti

17,478,079.94

6,404,022.99

24

“Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti

9,158,393.99

4,220,895.43

25

“Çartis Azərbaycan” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti

62,133.00

53,341.00

26

“İPƏK YOLU SIĞORTA” ASC

16,707,694.63

562,225.97

27

“Əmrah Sığorta” Açıq Səhmdar Cəmiyyəti

740,394.65

474,454.30

 

YEKUN

378,936,436.85

140,016,594.34

[26, Azərbaycanın statistik göstəriciləri 2015-ci il. Azərbaycan Dövlət Statistika Komitəsi]



    1. Sığorta ehtiyatlarının formalaşması və yerləşdirilməsi mexanizmi


Sığorta ehtiyatlarının yerləşdirilməsi sığorta əmə­liy­yat­larının həyata keçirilməsi ilə yanaşı sığorta edənin fəaliyyətinin mühüm sferasıdır. Sığorta ehtiyatlarının yerləşdirilməsi sığorta edən tərəfindən diversifikasiyalılıq, qaytarılmalılıq, mənfəətlilik və likvidlilik prinsiplərində maliyyə dayanıqlığının və sığorta ödə­mələrinin təminatının təmin edilməsi üçün sığorta ehti­yat­larının yerləşdirilməsi qaydalarına uyğun olaraq aparılır.

Sığortaçının ödəniş qabiliyyətli olması onun sığorta müqaviləsi üzrə sığorta etdirən və ya sığorta olunmuş şəxsə sığorta məbləği və ya sığorta ödənişinin ödənməsi üzrə vəzifəsinin vaxtında və tam həcmdə icrasına əsaslanır.Məhz sığorta kompaniyasının ödəniş qabiliyyətinı malik olması sığorta nəzarəti orqanları tərəfindən onun əsas nəzarət obyektinə çevrilməsinə şərait yaradır.Bu növ nəzarət sığortaçıların maliyyə sabitliyini xarakterizə edən maliyyə hesabatının yoxlanılması və müəyyən olunmuş göstəricilərə riayət olunması üsulu vasitəsilə həyata keçirilir.

Bir çox iqtisadi ədəbiyyatlarda sığortaçının maliyyə sabitliyinə və ödəmə qabiliyyətinə təsir göstərən amilləri iki qrupaxarici və daxili amilə bölürlər. Xarici amillər sığorta təşkilatından,onun işinin səmərəliliyindən asılı olmayan amillərdir.Bunlara müxtəlif iqtisadi,siyasi amillər ,qanunverici baza və s. aiddir. Xarici amillərdən fərqli olaraq daxili amillər sığorta təşkilatının konkret fəaliyyətindən asılıdır. Onlara aşağıdakıları aid etmək olar: -anderrayter siyasəti, -tariflərin müəyyən edilməsindəki siyasət, -müəyyən olunmuş qayda üzrə hesablanmış və sığorta ödənişlərinə zəmanət verən sığorta ehtiyalarının mövcud olması, -xüsusi kapitalın kifayət etmısi, -təkrarsığorta sistemindən istifadə edilməsi, -sığortaçılarda şəxsi vəsaitlərin mövcud olmasını ifadə edən aktiv və öhdəçilikləri arasında normativ nisbətə əməl olunması, -sığortaya müxtəlif risklərin qəbul olunması üzrə maksimal məsuliyyət normativinə əməl olunması.

Son illərdə ölkəmizdə sığortaçılar tərəfindən yaradılmış sığorta ehtiyatlarının məcmu miqdar aşağıdakı cədvəldə (milyon manatla) qeyd edilmişdir:

Cədvəl 4.



Cədvəldən də göründüyü kimi 2008-2012 –ci illərdə sığorta ehtiyatları artmışdır. Yuxarıda qeyd etdiyimiz kimi , sığorta ehtiyataları sığorta haqları hesabına formalaşır. Məhz 2009-cu ildə yığılan sığorta haqlarının azlıq təşkil etməsi uyğun olaraq bu ildəki sığorta ehtiyatlarının azalmasına səbəb olmuşdur. Hər bir sığortaçı böyük itkilərə məruz qalma risklərinin qarşısını almaq və gəlir əldə etmək məqsədilə öz vəsaitini və sığorta ehtiyatlarını “qaytarılma”, “divesifikasiya”, “ gəlirlilik” və “likvidlik” şərtləri ilə səmərəli yerləşdirə bilər. Bu şərtlətrin qısa şərhinı baxaq: -qaytarılma – investisiyaya qoyulmuş vəasitlərin tam həcmdə qaytarılmasını təmin etməklə,həmin vəsaitlərin ən etibarlıyerləşdrilməsini nəzərdə tutur. -diversifikasiya (qarıdırma və səpələmə) – investisiya portfelinin ümumi riskini və gəlirlərin itkisini azaltmaq məqsədilə həmin portfelin bilavasitə bir-biri ilə əlaqədar olmayan müxtəlif aktivlərdən yaradılmasını nəzərdə tutur. -likvidlik-sığorta müqavilələri üzrə investisiyaya yönəldilmiş aktivləri sığorta ödənişlərinin verilməsi ilə əlaqədar sığortaçının vəzifələri yarandıqda onların nominal dəyəri saxlanılmaqla tez bir zamanda nağd pula çevrilmək imkanını nəzərdə tutur. -gəlirlilik-əvvəli prinsiplərin gözlənilməsi şərti ilə investisiyaya yönəldilmiş aktivlərin daimi və yüksək gəlir gətirməsini nəzərdə tutur.

Sığorta fəaliyyəti haqqında qanuna əsasən sığortaçılar sığorta ehtiyatlarını aşağıdakı istiqamətlərə investisiyaya yönəldə bilərlər -dövlət qiyməli kağızları-1oo%, - bank hesablarındakı pul vəsaitləri-100%, -daşınmaz əmlak -80%, -qeyri-dövlət qiymətli kağızları-80%, - sığorta və təkraasığorta müqavilələri üzrə alınmalı olan sığorta və təkrarsığorta haqları:

1)hesabat tarixinə ödəmə vaxtı gecikdiriməmiş və (və ya) 90 gündən az müddətə gecikdirilmiş sığorta və təkrarsığorta haqları-100%,

2)hesabat tarixinə ödəmə vaxtı 90 gündən artıq müddətə gecikdirilmiş sığorta və təkrarsığorta haqları-0%,

3)dövlət icbari şəxsi sığortalılar üzrə alınmalı olan sığorta və təkrarsığorta haqları-100%. 4)sığorta ehtiyatlarında təkrarsığortaçıların payı-100%,

5)həyatın yığım sığortası üzrə sığortalılara və ya sığorta olunanlara borc verilmiş pul vəsaitləri-100%.

Sonda onu da qeyd etmək lazımdır ki,sığortaçının ödəniş qabiliyyətinin təmin edilməsi baxımından sığorta ehtiyatlarının yerləşdirilmə müddətləri sığorta müqavilələri üzrə qəbul edilmiş öhdəliklərin müddətlərinə uyğun olmalıdır.
2.3. Sığorta şirkətinin maliyyə dayanıqlığı, ödəmə qabiliyyəti və likvidliyinin kompleks təhlili
Ödəməqabiliyyəti – sığortaçılar qarşısında qanunla, ya­xud müqavilə ilə şərtləşən pul öhdəliklərini vaxtında yerinə ye­tir­mək qabiliyyətidir, yəni təsərrüfat subyektinin ümumi aktiv­lərinin xarici öhdəliklər üzərində üstünlüyünü təmin etməkdir.

Avropa ölkələrində qəbul olunmuş qaydaya uyğun ola­raq, sığorta şirkətinin ödəməqabiliyyəti ödəməqabiliyyətinin fak­tiki ehtiyatını normativ həcmin hesablanmış miqdarı ilə mü­qayisəsi yolu ilə qiymətləndirilir.

Ödəməqabiliyyəti marjının normativ ehtiyatı dedikdə, həcm başa düşülür, hansı ki, sığorta edən çərçivəsində bağlanmış müqavilənin spesifikliyinə və qəbul olunmuş sığorta öhdəlik­lə­rinin həcminə əsasən xüsusi kapitalına malik olmalıdır.

Hər bir sığorta şirkətinin aşağıdakı ehtiyatları olmalıdır:

  • müqavilə üzrə qəbul olunmuş öhdəliklərə uyğun ola­raq texniki ehtiyatlar;

  • bu ehtiyatların həcmi və onların yerləşdirilməsi qay­dası ölkə tərəfindən sərbəst müəyyən edilir;

  • əlavə maliyyə təminatı kimi ödəməqabiliyyətinin eh­tiyatı (marjı);

  • təminat fondu - ödəməqabiliyyəti ehtiyatının 1/3 his­səsinə qədər həcmdə əmlak öhdəliyindən ibarətdir.

Sığorta şirkətinin ödəməqabiliyyəti ehtiyatının hesab­lan­masının bir neçə metodikası mövcuddur. Avropa Şurası ölkələrində qəbul olunmuş metodikalar barədə daha ətraflı şərh edək. Bunun üçün əvvəlcə ödəməqabiliyyətinin faktiki ehtiyatı, sonra tələb olunan (normativ) səviyyə hesablanır. Ödəmə­qa­biliy­yətinin faktiki ehtiyatının normativ səviyyəni üstələməsi sığorta şirkətinin müəyyən “möhkəmlik ehtiyatı” olmasını göstərir və sığorta edənin maliyyə dayanıqlığını təsdiq edir.[22, s.198]

Sığorta şirkətinin ödəməqabiliyyətinin ehtiyatı, onun işti­rak­çılarının (səhmdarların) tələbat hüququ istisna olmaqla (is­tənilən gələcək öhdəlikdən azad) əmlak kimi müəyyən edilir. O, özünə daxil edir:

  • ödənilmiş nizamnamə kapitalı;

  • öhdəliklərlə əlaqədar olmayan ehtiyatlar;

  • gələcək mənfəət;

  • sığorta edənin xahişi üzrə və sığorta nəzarəti orqan­larının razılığı ilə kifayət qədər əsaslandırmadan sonra, -passivin ayrı-ayrı maddələrinin lazımi qədər qiymət­lən­dirilməməsindən gəlir.

Ödəməqabiliyyəti ehtiyatının normativ miqdarı aşa­ğı­da­kı iki göstəricinin köməyilə hesablanır. Birinci göstərici daxil olmuş sığorta haqları əsasında,ikinci göstərici isə sığorta ödəmələrinin həcmi əsasında hesablanır.

Sığorta edənin ödəməqabiliyyəti marjının faktiki həcmi aşağıdakı məbləğlərin məcmusu kimi hesablanır:

  • nizamnamə kapitalı;

  • əlavə kapital;

  • ehtiyat kapital;

  • hesabat ilinin və keçmiş ilin bölüşdürülməyən mənfəəti;

  • hesabat ilinin və keçmiş ilin örtülməyən zərərləri;

  • səhmdarların haqlar üzrə borcları;

  • səhmdarların buraxdıqları xüsusi səhmlər;

  • qeyri-material aktivləri;

  • ödənilmə vaxtı keçmiş debitor borcları.

Likvidlik əmsalı sığorta şirkətinin hesabat dövrü ərzində öz qısamüddətli öhdəliklərini: cari xərcləri, tənzimlənmə və zərərlərin ödənilməsi üzrə məsrəfləri ödəmək qabiliyyətidir.

Məlum olduğu kimi, şirkətin likvidliyi ödəniş müddətinin başlanması üzrə öz hesabını ödəmək qabiliyyəti kimi müəyyən edilir.

Likvidliyin iki mənbəyi vardır:

Pul vəsaitinin axını. Likvidliyin mənbələrindən biri müəssisəyə, şirkətə daxil olan pul vəsaitləri hesab edilir. Sığorta şirkətləri üçün pul vəsaitləri iki fəaliyyət növündən daxil olur. Birincisi, sığorta haqlarının axınını həyata keçirən şirkətin əmə­liyyatlarıdır. Pul vəsaitlərilə sığorta haqlarının yüksək səviyyəsi şirkətin likvidliyini təmin edir. İkincisi, şirkətin investi­si­ya­laşdırılmış aktivləridir, onlar faizlər, dividendlər, eləcə də renta daxil olmaları və digər gəlirlər gətirir.

Aktivlərin ləğvi. Likvidliyin ikinci mənbəyi inves­tisi­yalaşmış aktivlərin özündə gizlənmişdir. Şirkət özünü nağd pulla təmin etməkdən ötrü həmişə maliyyə qiymətli kağızlar, daşın­maz əmlak, yaxud digər aktivlər sata bilər.

Pul vəsaitlərinə tələbatı örtmək üçün pul vəsaitlərinin axınına, yaxud aktivlərin yararlı olmasına adekvatlılığı likvdliyin müxtəlif göstəricilərinin köməyilə ölçmək olar. Likvidliyin ən mühüm göstəriciləri aşağıdakılardır:

  • ümumi likvidlik göstəricisi;

  • cari likvidlik;

  • “kritik” likvidlik;

  • pul ehtiyatlarının likvidliyi;

  • təcili likvidlik;

  • mütləq likvidlik.

Balansın ümumi likvidliyi – sığorta şirkətinin dövriyyə vəsaitlərinin kifayətediciliyini əks etdirən ödəməqabiliyyətinin ən ümumiləşdirici göstəricisidir, özünün qısamüddətli öhdəliklərini, o cümlədən sığorta hadisəsi baş verərkən, örtmək üçün istifadə oluna bilər.

Carilikvidlik – sığorta şirkətinin ödəməqabiliyyətininmühümgöstəricisidir. Balansın ümumilikvidliyindənfərqliolaraq,bölünənuzunmüddətlidebitorborclarından “təmizlənir” və balansıncarilikvidliyinigöstərir.

“Kritik” likvidlik əmsalı – sığorta edənin balansının lik­vid­liyinin təhlili praktikasında ən çox istifadə olunan əm­sallardan biridir.

Pul ehtiyatlarının likvidliyi (dünya təcrübəsində - pul ehtiyatlarının normasıdır) sığorta şirkətinin ödəməqa­biliy­yə­tinin ən mühüm göstəricilərindən biridir.

Təcili likvidlik (bir anda likvidlik əmsalı) – şirkətin lik­vidliyinin, yaxud onun qısamüddətli öhdəliklərini örtmək qabi­liyyətinin əsas göstəricisidir. Cari likvidlik əmsalı ilə müqa­yi­sədə bu əmsal likvidliyin dəqiq qiymətləndirilməsini göstərir, belə ki, cari aktivlərin (material – istehsal ehtiyatlarsız) ən likvid hissəsini nəzərə alır.

Mütləq likvidlik – dövriyyə kapitalının ən çox likvid his­səsinin – pul vəsaitlərinin cari (qısamüddətli) öhdəliklərə nis­bətini aşkarlayan əmsaldır.

Sığorta şirkətinin dövriyyə kapitalını təşkil edən bütün vəsaitlər içərisində ən çox likvidliyə, yəni pul formasına tədavül edilməsi imkanına pul vəsaitləri malikdir.Pul vəsaitləri mütləq likvidliyə malikdirlər. Bu əmsalın köməyilə müəyyənləşdirmək olar ki, qısa­müddətli öhdəliklərin hansı payını qısa müddətdə dövriyyə kapitalının ən çox likvid hissəsi örtməyə qadirdir.

Sığorta şirkətinin likvidliyini təhlil edərkən nəzərə almaq lazımdır ki, sığorta fiziki və hüquqi şəxslərin əmlak maraqlarının müdafiəsi, xoşagəlməz təzahürlər və hadisələr baş verən zaman onlara maddi zərərin ödənilməsi üçün məqsədli pul vəsaitləri fondlarının formalaşması və istifadəsi üzrə yenidən bölüşdürmə münasibətlərinin xüsusi sferasını ifadə edir.

Sığorta ehtiyatlarının yerləşdirilməsi sığorta əmə­liy­yat­larının həyata keçirilməsi ilə yanaşı sığorta edənin fəaliyyətinin mühüm sferasıdır. Sığorta ehtiyatlarının yerləşdirilməsi sığorta edən tərəfindən diversifikasiyalılıq, qaytarılmalılıq, mənfəətlilik və likvidlilik prinsiplərində maliyyə dayanıqlığının və sığorta ödə­mələrinin təminatının təmin edilməsi üçün sığorta ehti­yat­larının yerləşdirilməsi qaydalarına uyğun olaraq aparılır.

Sığortaçının ödəniş qabiliyyətli olması onun sığorta müqaviləsi üzrə sığorta etdirən və ya sığorta olunmuş şəxsə sığorta məbləği və ya sığorta ödənişinin ödənməsi üzrə vəzifəsinin vaxtında və tam həcmdə icrasına əsaslanır.Məhz sığorta kompaniyasının ödəniş qabiliyyətinı malik olması sığorta nəzarəti orqanları tərəfindən onun əsas nəzarət obyektinə çevrilməsinə şərait yaradır.Bu növ nəzarət sığortaçıların maliyyə sabitliyini xarakterizə edən maliyyə hesabatının yoxlanılması və müəyyən olunmuş göstəricilərə riayət olunması üsulu vasitəsilə həyata keçirilir.Bir çox iqtisadi ədəbiyyatlarda sığortaçının maliyyə sabitliyinə və ödəmə qabiliyyətinə təsir göstərən amilləri iki qrupaxarici və daxili amilə bölürlər. Xarici amillər sığorta təşkilatından,onun işinin səmərəliliyindən asılı olmayan amillərdir.Bunlara müxtəlif iqtisadi,siyasi amillər ,qanunverici baza və s. aiddir.

Xarici amillərdən fərqli olaraq daxili amillər sığorta təşkilatının konkret fəaliyyətindən asılıdır. Onlara aşağıdakıları aid etmək olar:

-anderrayter siyasəti,

-tariflərin müəyyən edilməsindəki siyasət,

-müəyyən olunmuş qayda üzrə hesablanmış və sığorta ödənişlərinə zəmanət verən sığorta ehtiyalarının mövcud olması,

-xüsusi kapitalın kifayət etmısi,

-təkrarsığorta sistemindən istifadə edilməsi,

-sığortaçılarda şəxsi vəsaitlərin mövcud olmasını ifadə edən aktiv və öhdəçilikləri arasında normativ nisbətə əməl olunması,

-sığortaya müxtəlif risklərin qəbul olunması üzrə maksimal məsuliyyət normativinə əməl olunması.

Anderrayter siyasəti-bu sığorta təşkilatının fəaliyyəti ilə bağlı sığorta müqavilələrinin bağlanması ilə əlaqədardır.Maliyyə sabitliyinin təmin edilməsi məqsədləri ilə sığortaçılar bağlanılacaq müqavilələr üzrə sığorta riskinin dərəcəsini diqqətlə qiymətləndirməli ,sığorta hadisəsinin baş vermə ehtimalını,gözlənilən zərərin maksimum məbləğlərini hesablamalı və bunlardan asılı olaraq verilmiş obyektin sığorta edilməsinin, bu cür sığortanın şərtlərinin mümkünlüyü və ya qeyri-mümkün olması barədə qərar qəbul etməlidirlər. Tariflərin müəyyən edilməsi sahəsindəki siyasət bağlanılacaq müqavilə üzrə sığorta riski dərəcəsinin sığorta tarifləri kəmiyyətinə müvafiq olmasından ibarətdir.Sığortaçının maliyyə sabiliyi üçün bu siyasətin rolu onun maliyyə ehtiyatlarının əsas mənbəyinin sığorta haqlarının olmasıdır ki, onların da həcmi sığorta müqavilələrinin sayından,sığorta məbləğlərinin miqdarından və sığorta tariflərinin kəmiyyətindən asılıdır.Beləliklə,bir çox hallarda sığorta təşkilatının gəlirlərinin kəmiyyəti sığorta tariflərinin miqdarından asılıdır.Sığortaçının sığortalıları cəlb etmək məqsədilə mütəmadi olaraq tarifləri aşağı salarsa, onda onun topladığı sığorta haqları ödəyəcəyi sığorta ödənişləri miqdarındanxeyli aşağı olar ki,bu da sığorta fəaliyyətinin zərərlə həyata keçirilməsinə səbəb olar.Digər tərəfdən də sığortaçı tariflərin miqdarını artdırdıqda başqa sığorta təşkilatlarında sığortalanmaq istəyən bir çox müştərilərini itirə bilər.

Sığorta ehtiyatları sığortaçının sığorta ödənişlərini həyata keçirməyin əsas mənbəyidir və bağlanmış sığorta müqavilələri üzrə onun öhdəliklərinin kəmiyyətini göstərir.Buna görə də sığorta ehtiyatlarının miqdarı və strukturu sığorta təşkilatının götürdüyü öhdəliklərə ciddi surətdə müvafiq olmalıdır ki,gələcəkdə veriləcək sığorta ödənişlərini təmin edə bilsin.Sığorta ehtiyatlarının kifayət etməyən həcmdə formalaşdırılması sığorta təşkilatının ehtiyatlarının çoxaldılması ilə onun vergiyə cəlb etmə mənfətinin azaldılmasına səbəb olur. Xüsusi (məcmu) kapital sığortaçının sığorta ehtiyatları vəsaitləri yetmədikdə öz öhdəliklərini təmin etmək qabiliyyətinin əlavə mənbəyi hesab olunur.Belə ki,sığorta şirkətlərinin kapitalı nə qədər çox olarsa ,şirkət bir o qədər likvid, dayanıqlı,ödəniş qabiliyyətli olar,müştərilərin inamını qazanar,güvənli sığortaçı kimi tanınar.Kapitalın çox olması şirkətin hər müqavilə üzrə öz üzərində saxladığı risk məbləğini çoxaltmağa və beləliklə də,sığorta haqlarının əksər qismini özündə saxlamaqla gəlir əldə etməyə imkan yaradar.Kapitalın çoxluğu sığortaçıya başqa sığorta şirkətlərinin bağladıqları müqavilələrdə təkrarsığortaçı kimi iştirak etməyə də əsas yaradar.Kapitalın çoxluğu, bu kapitalı investisiyaya ,o cümlədən bank depozitlərinə ,qiymətli kağızlara və s.yönəltməyə və gəlir əldə etməyə imkan yaradar. Xüsusi vəsaitə ödənilmiş nizamnamə kapitalı,əlavə kapital,ehtiyat kapitalı,bölüşdürülməmiş mənfəət ,yığım fondu ,istehlak fondu aid olunur. Sığortaçının öz vəsaitinin əsas tərkib hissəsi nizamnamə kapitalıdır.Sığortaçı olmaq üçün təsis edilən hüquqi şəxs dövlət qeydiyyatına alınanadək onun nizamnamə kapitalı tələb edilən kapitalın sığorta nəzarəti orqanı tərəfindən nəzərdə tutulmuş minimum məbləğindən az olmayan hissəsində müəyyən edilmiş məbləğ ilə ödənilməlidir. Sığortaçının nizamnamə kapitalının təkmilləşdirilməsi üçün kredit və ya borc şəklində cəlb olunmuş pul vəsaitindən, girov alınmış və ya qeyri-qanuni yolla əldə edilmiş əmlakdan, həmçinin qanunvericilikdə müəyyən edilmiş hallar istisna olmaqla ,dövlət və bələdiyyə büdcələrinin büdcədən kənar fondların pul vəsaitlərindən və dövlət hakimiyyəti orqanlarının sərəncamında olan digər büdcədən istifadə edə bilməz. Nizamnamə kapitalının minimum məbləği sığorta nəzarəti orqanı vasitəsilə təyin edilir.

Bir qayda olaraq nizamnamə kapitalının minimum miqdarının müəyyən olunmasının əsas səbəbləri sadalananlardır:

1) Sığortaçının fəaliyyətinin başlanğıcında bağlanmış sığorta müqavilələri üzrə daxil edilən sığorta haqları az məbləğ təşkil etdiyindən həmin müqavilələr üzrə qəbul olunmuş öhdəlikləri yerinə yetirmək üçün digər vəsaitlərin olmaması,

2) Nizamnamə kapitalının böyük həcmdə olmasının sığortaçıya öz fəaliyyyətini daha etimadla təşkil etməyə imkan verməsi və nəticədə sığorta bazarında onun rəqabət qabiliyyətinin olması,

3) Sığorta haqlarının sığorta ehtiyatlarının yaradılmasının əsas mənbəyini təşkil etməsi və bu ehtiyatların sığorta müqavilələrinin qüvvədə olma müddətləri ilə bağlı olması(sığortaçı isə qeyri-müəyyən müddətə yaradılır).

Tələb olunan kapitalın mövcud qaydada artırılması sığortaçıların maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin 2011-2014-cü illər ərzində sığorta bazarındakı artım dinamikasına adekvat olaraq təmin edilməsində,habelə sığorta sektorunun sabit inkişafında müsbət rol oynamışdır. Tələb olunan kapitalın minimum məbləğinin yuxarıda qeyd olunan mərhələli qaydada artırılması,sığortaçıların sığorta ehtiyatlarının formalaşdırılması və bu ehtiyatların, həmçinin öz vəsaitlərinin investisiyası ilə bağlı müəyyən edilmiş bəzi tənzimləyici və məhdudlaşdırıcı normativlərlə yanaşı sığorta haqlarının ölkə üzrə ümumi məbləğinin ,buna müvafiq olaraq sığortaçıların risk öhdəliklərinin azalması şəraitində adekvat tənzimləməni təmin etməklə sığorta sektorundakı sabit inkişafa mənfi təsir göstərir.Buna görə də növbəti illər üçün tələb olunan kapitalın minimum məbləğinin artırılması məbləğlərinin sığorta haqlarının ümumi məbləğinin artım dinamikasına uyğunlaşdırılması zərurəti yaranmışdır.

Qeyd olunanları nəzərə alaraq,”Sığorta fəaliyyəti haqqında “ Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-IIIQ nömrəli Qanunun 79.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyası fəaliyyət göstərən sığortaçıların və təkrarsığortaçıların tələb olunan kapitalının minimum məbləğinin mərhələli qaydada aşağıdakı kimi artırılmasını müəyyən etmişdir:[24]

Cədvəl 5.



Əlavə kapital sığortaçının əsas vəsaitlərinin yenidən qiymətləndirilməsindən əmələ gələn artım ,səhmlərin yerləşdirilməsindən alınan emissiya gəliri və digər təşkilatlardan əvəzi ödənilmədən alınmış vəsaitlər hesabına yaranır.Nizamnamə kapitalının artırılması,təsisçilərə dividendlərin ödənilməsi ,həmçinin hesabat ilinin yekunu üzrə balans zərəri alındıqda həmin zərərin ödənilməsi üçün əlavə kapitalın vəsaitlərindən istifadə edilir. Ehtiyat kapitalı təsis sənədlərində nəzərdə tutulduğu halda yaradılır və onun mənbəyi sığortaçının xalsi mənfəəti hesab edilir.Hesabat ilinin yekunu üzrə alınmış balans zərərinin ödənilməsi , sığortaçı mənfəətlə işləmədikdə və ya onun xalis mənfəəti kifayət etmədikdə təsisçilərə dividendlərin ödənilməsi ,həmçinin nizamnamə kapitalının artırılması üçün ehtiyat kapitalının vəsaitlərindən istifadə edilir.

Bölüşdürülməmiş mənfəət keçmiş illəri və hesabat ilinin yekunu üzrə əldə edilən məbləğdən ibarətdir.Onun vəsaitlərindən təsisçilərin qərarı olə nizamnamə kapitalının, ehtiyat kapitalının ,xüsusi təyinatlı fondların (istehlak,yığım) artırılması və təsisçilərə dividendlərin ödənilməsi məqsədilə istifadə edilir. Xüsusi təyinatlı fondlarının yaradılmasının əsas mənbəyi sığortaçının xalis mənfəəti hesab edilir. Yığım fondu bölüşdürülməmiş mənfəətin sığortaçının inkişafına və ya yeni əmlakın yaradılması üzrə digər analoji tədbirlərə yönəldilən vəsaitləri hesabına, istehlak fondu isə bölüşdürülməmiş mənfəətin yeni əmlak yaradılmamaqla sosial sferanın inkişafına ,işçilərin maddi həvəsləndirilməsinə və digər tədbirlərə yönəldilməsi hesabına yaradılır.

Cədvəl 6.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin