Bismut (Bi) Bismut metal və birləşmələr halında xalq təsərrüfatında geniş tətbiq olunur. Metal bismut aşağı temperaturda əriyən ərintilərin alınmasında istifadə edilir. Bismut birləşmələrindən fotoqrafiyada, kosmetik preparatların hazırlanmasında, tibbdə istifadə olunur. Bismut oksiddən billur şüşə istehsalında istifadə olunur.
Bismutun suda həll olan duzlarından tibbdə dəri-zöhrəvi xəstəlikləri zamanı istifadə olunur. Onların tətbiqi zamanı orqanizmdən və təbiq dozasından asılı olaraq zəhərlənmə hadisələri baş verə bilər.
Bismut birləşmələri ilə zəhərlənmə zamanı sinir sistemi pzountuları müşahidə edilir. Orqanizmə təbii yolla daxil ola bilən bismut birləşmələri mədə şirəsində olan birləşmələrlə, süd turşusu və başqa üzvi maddələrlə asan həll olan kompleks duzlar əmələ gətirərək asanlıqla qana sorula bilir.
Bismut birləşmələri orqanizmdə uzun müddət qala bilir. Tər vəziləri ilə xaric olunan bismut birləşmələri dəridə səpkilər və yara əmələ gətirmək xüsusiyyətinə malikdir.
Dostları ilə paylaş: |