Stibium-sürmə (Sb) Stibiumun birləşmələri xalq təsərrüfatında geniş tətbiq edilir. Stibium kalium tartarat, stibium 5-oksid, stibium 5-sulfid qabların üzərinə emal təbəqəsi çəkmək üçün, şüşə istehsalında, toxuculuq sənayesində, oda davamlı parçaların, rezinin istehsalında istifadə olunur. [6]
Stibium birləşmələri tibbdə və kosmetikada geniş tətbiq olunur. Surmin, stibenil, neostibazon, solyusurmin kimi dərman preparatlarında stibium birləşmələri əsas tərkib hissəni təşkil edir.
Stibium birləşmələri böyük dozada istifadə edildikdə zəhərlənmə hadisələri baş verir. Belə ki, stibiumun əksər birləşmələri üçün ölüm dozası 150 mq müəyyənləşdirilmişdir.
Stibiumun birləşmələri uzun müddət orqanizmdə qalaraq qaraciyərdə və böyrəkdə toplanır ki, bu da patoloji xəstəliklər törədir.
Odur ki, stibium birləşmələrinin istehsalı və tətbiqi zamanı ətarf mühitə olduqca ciddi ziyan dəyir. Zavod tullantıları atmosferə və yer qabığına yayılaraq uzun müddət dəyişməz qalır.
Dostları ilə paylaş: |