Tallium Tallium birləşmələri şüşə sənayesində, elektrik lampalarının hazırlanmasında, kənd təsərrüfatı ziyanvericiləri, əsasən gəmiricilərlə mübarizədə, fungisid məqsədilə geniş tətbiq edilir. [6]
Talliumun duzlarından az miqdarda tibbdə tüklərin tökülməsi zamanı istifadə edilir. Talliumun bütün birləşmələri çox zəhərli olub, ilk növbədə tüklərin tökülməsi ilə müşahidə olunur. Zəhərlənmə zamanı həzm sisteminin funksiyası pozulur, böyrəklər və qaraciyər zədələnir və sinir siteminin iflici baş verir.
Tallium sulfatın ölüm dozası 0,1-0,2 qram miqdarında müəyyən edilmişdir. Talliumun mikroelement kimi orqanizmdə rolu müəyyən edilməmişdir. Odur ki, təbii şəkildə onun birləşmələrinə orqanizmdə rast gəlinmir.
Tallium birləşmələrinin istehsalı və tətbiqi zamanı texnoloji proseslər düzgün aparılmadıqda ekoloji çirklənmələr müşahidə edilir.
Canlı orqanizmlərdə ağır metallar əsasən iki rol oynayır. Az miqdarda onlar bioloji aktiv maddələrin tərkibinə daxil olub onun həyat fəaliyyəti proseslərini normal gedişini nizama salır. Texnogen çirklənmə nəticəsində bu müvazinət pozularaq canlı orqanizmlər üçün mənfi, bəzən fəlakətli nəticələrə səbəb olur. İnsan orqanizminə daxil olan ağır metallar əksər halda qaraciyərdə, böyrəklərdə toplanır.
Bitkiyə daxil olduqda ağır metallar onun orqan və toxumalarında olduqca qeyri bərabər yayılır. Məsələn, bitkinin kök sistemində sink yerüstü hissəsinə nisbətən çox yığılır, yerüstü orqanlarda sink əksər halda köhnə yarpaqlarda toplanır. Buğda bitkisinin kökləri yarpağına nisbətən yüksək miqdarda qurğuşun və kadmium toplanması ilə fərqlənir.
Ağır metallar bitkilərin reproduktiv orqanlarında vegetativ orqanlarına nisbətən az toplanır. Ağır metalların udulması, nəqli, metobolizmi, orqanlarda və toxumalarda paylanması becərilən bitkilərin növ və sort xüsusiyyətləri ilə sıx bağlıdır, onlara ekoloji və antropogen faktorlar da təsir göstərir. Ağır metalların tərəvəz bitkilərində yayılma xüsusiyyətlərinin öyrənilməsi vacibdir. Yerkökünün kökmeyvəsinin (dəmirdən başqa) uc hissəsində başcıq hissəsinə doğru ağır metalların miqdarı azalır. Kökmeyvənin başcıq hissəsində dəmirin miqdarı yüksək olur, qalan hissəsində isə bərabər paylanır, orta hissəsində sinkin və qurğuşunun, qabığında isə mis, manqan, kadmium və dəmirin miqdarı yüksək olur.
Bitkilərin inkişafı üçün mütləq lazımlı element olub-olmamasından asılı olmayaraq ağır metalların toxuma və orqanlardakı həddindən artıq konsentrasiyası bitkilərin vegetativ və generativ orqanlarının inkişafına mənfi istiqamətdə təsir edir.
Ağır metallar toksiki təsirləri səbəbiylə bitkilərdə transpirasiya, su qəbulu, fotosintez, ferment fəaliyyəti, cücərmə, zülal sintezi, membran stabilizasiyası, hormonal tarazlıq kimi bir çox fizioloji proseslərin pozulmasına səbəb olur. Toksikilik, metaldan metala dəyişə bildiyi kimi, orqanizmdən orqanizmə də dəyişə bilir. Müsbət və ya mənfi (Toksik) təsir yalnız elementin tipi və konsentrasiyasından asılı olmayıb, müxtəlif növlərin genetik əsaslı fizioloji davranışları ilə də əlaqədardır. Bitkilərin ekoloji stress faktorlarına qarşı dözümlülükləri bitkinin növünə, stress faktoruna, stressə məruz qalma müddətinə və stressə məruz qalan toxuma və ya orqanının quruluşuna bağlı olaraq dəyişir .
Bu səbəblə, bitkilərin stress şərtlərinə reaksiyalarının və inkişaf etdirdikləri uyğunlaşma mexanizmlərinin bilinməsi zəruridir. Bitkilərin ağır metallara qarşı toksiki dözümlülük sərhədlərinin bilinməsi üçün metalın növü və miqdarı, zəruriliyi, zərərin müddəti və növü eyni zamanda zərərin meydana gəlmə müddəti nəzərə alınmalıdır. Bu xüsusiyyətlərin bilinməsi, bitkilərin inkişafı və məhsuldarlığı baxımından olduqca əhəmiyyətlidir.
Xörək (qida) çuğundurunun kökmeyvəsinin aşağı hissəsinə nisbətən başqa bütün metalların miqdarı yüksək olur, orta hissəsində isə mis və dəmirin miqdarı az olur, silindrin orta hissəsində sink və qurğuşun, qabığında isə mis, manqan, kadmium və dəmirin miqdarı yüksək olur.
Kartof bitkisinin yumrusunun orta yumşaq hissəsində kadmium, sink və qurğuşunun miqdarı az olur, yumrunun kənar hissəsində dəmirin miqdarı yüksək olur. Mis kartof yumrusunun bütün hissələrində bərabər paylanmışdır. Kələm digər tərəvəz bitkilərindən və kartofdan sinkin yüksək, kalsiumun miqdarının az olması ilə fərqlənir. Bütün elementlərin miqdarı kənardan orta hissəyə doğru artır. [8]
Dostları ilə paylaş: |