75
Pul məbləği o həcmdə olmalıdır ki, birinci növbədə olan ödənişlərin örtülməsinə
kifayət etsin. Bankda olan hesablarda kassada pul vəsaitinin olması, heç də gəlir
gətirmir, onların ekvivalenti dəyəri aşağı gəlirlə qısamüddətli
maliyyə qoyuluşudur,
onlar cari ehtiyac üçün heç olmasa minimum səviyyədə olmalıdır. Uzun müddət çoxlu
həcmdə pul qalığının olması dövriyyə kapitalının düzgün istifadə olunmamasını
göstərir. Mənfəət götürmək onları tez bir zamanda dövriyyəyə buraxmaq lazımdır.
Təhlil apardığımız müəssisənin bankda olan hesablarında, kassasında pul vəsaiti
yoxdur. Bu da müəssisənin maliyyə vəziyyətinin pisləşməsini göstərir.
Müəssisənin maliyyə sabitliyini xarakterizə edən göstəricilərdən biri onun ödəmə
qabiliyyətidir, yəni nağd pul resursları ilə özünün öhdəliklərinin ödənilməsi imkanıdır.
Ödəmə qabiliyyətinin təhlili müəssisə fəaliyyətinin
qiymətləndirilməsi və
proqnozlaşdırılması üçün yalnız müəssisə üçün deyil, eyni zamanda xarici investorlar
(banklar) üçün lazımdır. Bank kredit verməmişdən əvvəl borc alanın kredit ödəmə
qabiliyyətini öyrənməlidir. Həmçinin müəssisədə bir-biri ilə iqtisadi münasibətdə olması
kimi özünü göstərməlidir . Əgər ona kredit verilməsi yaxud ödənişin vaxtının
uzadılması haqqında məsələ meydana çıxarsa, partnyorun maliyyələşmə imkanları
haqqında bilmək xüsusilə vacibdir.
Kredit ödəmə qabiliyyətinin qiymətləndirilməsi cari akivlərin likvidliyinin
xarakteristikası əsasında həyata keçirilir, hansı ki, pul vəsaitinə çevrilməsi üçün onların
hərdənbir hesablanılması lazımdır. Həmin aktivləri inkassa etmək üçün nə qədər az vaxt
tələb olunursa, onun likvidliyi bir o qədər yüksək olur. Balansın likvidliyi – bu müəssisə
aktivlərinin nağd pula çevrilməsi və özünün ödəmə öhdəliklərinin imkanıdır, daha dəqiq
– bu balansın aktivləri ilə müəssisənin borc öhdəliyinin ödənilmə dərəcəsidir, nağd pula
çevrilmə vaxtı ödəmə öhdəliyinin ödənilmə vaxtına uyğundur. O, qısamüddətli borc
öhdəliyinin həcmi mövcud ödəniş vəsaitinin həcminə
uyğun gəlmə dərəcəsindən
asılıdır.
Ödəmə qabiliyyəti və likvidlik anlayışları bir-birinə çox yaxındır, lakin ikinci
anlayış tutumludur. Ödəmə qabiliyyəti balansın likvidlik səviyyəsindən asılıdır. Həmin
vaxtda likvidlik hesablaşmaların cari vəziyyəti kimi perspektiv üzrə hesablaşmaların
vəziyyətini xarakterizə edir.
76
Balansın likvidliyinin təhlili passiv üzrə qısamüddətli öhdəliklərlə likvidlik
dərəcəsinin azalması üzrə qruplaşdırılmış aktiv üzrə vəsaitin
müqayisə edilməsi ilə
qurtarır. Likvidlik dərəcəsinin cari aktivlərin qruplaşdırılması ödəniş müddətinin
səviyyəsi üzrə qruplaşdırılır.
Birinci qrupa pul vəsaitləri və qısamüddətli maliyyə qoyuluşları kimi, likvid
vəsaitlərinin daha çox sürətlə hərəkət edən hissəsi daxildir. İkinci qrupa hazır məhsullar,
yüklənmiş mallar və debitor borcları daxildir. Bu qrupda cari aktivlərin likvidliyi –
məhsulların öz vaxtında göndərilməsindən, bank sənədlərinin rəsmiləşdirilməsindən,
banklarda ödəniş sənədlərinin
dövriyyə sürətindən, məhsullara olan tələbdən, onun
rəqabət etmə qabiliyyətindən, alıcıların ödəmə qabiliyyətindən, hesablaşmaların
formasından və s.-dən asılıdır.
İstehsalat ehtiyatları və bitməmiş istehsalın hazır
məhsula çevrilməsi, sonra nağd
pula çevrilməsi üçün xeyli çox vaxt gərək olur. Buna görə də onlar üçüncü qrupa daxil
edilir.
Dostları ilə paylaş: