78
dəyərləri ehtiyatının strukturu ilə bağlıdır. Ödəmə əmsalı yüksək olduqca kreditorların
müəssisəyə inamı artır.
4.
Əmtəə-material dəyərləri ehtiyatının likvidlik əmsalı (Ə
əmd
):
Ehtiyat və xərclər
Ə
əmd
= --------------------------------------------------------------
Qısamüddətli öhdəliklər
Cari ödəmə qabiliyyətinin operativ təhlili, məhsul satışından vəsaitlərin daxil
olmasına gündəlik nəzarət, debitor borclarının ödənilməsi və pul vəsaitlərinin digər
daxilolmaları üçün, eləcə də mal göndərənlər qarşısında öhdəliyin ödənilməsinin yerinə
yetirilməsinə nəzarət üçün banklar və digər kreditorlara ödəniş təqvimi tərtib edilir.
Təqvimin bir tərəfində mövcud və gözlənilən ödəniş vəsaitləri göstərilir, digər
tərəfdə isə bu müddət (1-ci ayın 1,5,10,15-ci günlərində) ərzində ödəniş öhdəlikləri
göstərilir.
Operativ ödəniş təqvimi məhsulların yüklənməsi və satışı haqqında, istehsal
vəsaitlərinin satın alınması haqqında məlumatların, əməyin ödənişi üzrə hesablaşmalar,
işçilərə avansın verilməsi haqqında sahələrin bankın hesablarından çıxarışın və s.nin
əsasında tərtib edilir.
Dostları ilə paylaş: