1. Nəzarət mühiti
Nəzarət mühitinə rəhbərlik və idarəetmənin funksiyaları və mövqeləri, həmçinin
müəssisədə olan nəzarət sistemi və onun müəssisədəki əhəmiyyəti ilə bağlı rəhbərlik və
41
idarə heyəti tərəfindən səlahiyyət verilmiş şəxslərin bu barədə məlumatlanmaları və
fəaliyyətləri daxildir. (Beynəlxalq Mühasiblər Federasiyasının (BMF) terminlər lüğəti)
Nəzarət mühitinə rəhbərliyin səmimiyyəti və etik dəyərlər, əməliyyat fəlsəfəsi,
təşkilati rəqabətə meyillilik və s. daxildir.
Auditor nəzarət mühitini anlamalıdır. Bunu anlamaq üçün auditor aşağıdakıları
dəyərləndirməlidir;
Rəhbərlik idarəçilikdə olan şəxslərin buraxdıqları səhvlərə nəzarət etmək üçün etik
davranış və düzgünlüyü formalaşdırıb və onları qoruyub saxlayır.
Nəzarət mühitindəki elementlərin güclü tərəfləri daxili nəzarətin digər
komponentləri üçün birlikdə müvafiq təməl rolunu oynayırlar. Lakin nəzarət mühitində
olan çatışmazlıqların bu mühitin komponentlərinə mənfi təsir göstərib-göstərmədiyini
bilmək lazımdır. Məsələn, əgər müəssisənin çox yaxşı şəkildə tərtib olunmuş daxili
nəzarət sistemi varsa, lakin müəssisə rəhbərliyi daxili auditorların tövsiyə etdikləri
məsələləri yerinə yetirməyə ciddi yanaşmırsa, o zaman auditorun nəzarət mühiti ilə
bağlı apardığı dəyərləndirmədə bu nəzərə alınmalıdır.
Müəssisənin etik tələblərə riayət etdiyinə və maliyyə hesabatlarının düzgün və
ədalətli olmasına zəmanət vermək üçün auditordan nəzarət mühitini analiz etmək tələb
olunur.
Nəzarət mühiti üzrə yoxlamalar aşağıda qeyd olunan prosedurlardan ibarətdir:
- müvafiq sənədlərin nəzərdən keçirilməsi, rəhbərlik və işçilərin sorğulanması;
- birbaşa müşahidə.
Nəzarət mühiti ilə bağlı olan audit sübutu, xüsusilə, kiçik müəssisələrdə sənəd
formasında göstərilməyə bilər. Belə vəziyyətdə rəhbərliyin fəaliyyəti, mövqeyi və
məlumatlılığı üzrə müşahidə və müzakirələr nəzarət mühitinin qiymətləndirilməsində
əhəmiyyətli rol oynayacaqdır.
Nəzarət mühitinə aşağıdakılar daxildir:
- Dürüstlük və etik dəyərlərin təşviqi və tətbiqi
Müəssisə daxilində və kənar mühitlə yaxşı əlaqələrin olması, etik davranış və
toxunulmazlıq prinsiplərinin təşviqi auditora nəzarət mühiti ilə bağlı əminlik verəcəkdir.
Auditorun bu əminliyi əldə etməsi ilə bağlı metodlar aşağıda izah olunub:
42
Müəssisənin davranış qaydalarını etik dəyərlərin sənədləşdirilməsi kimi qeyd edə
bilər. Lakin səndələşmənin sadəcə mövcud olması onun səmərəli şəkildə həyata
keçirilməsi barədə nəticəyə gəlmək üçün kifayət deyil. Rəhbərlik və auditorlar
qaydaların yerinə yetirilməsinin səmərəliliyini də qiymətləndirməlidirlər.
- Səriştəliliyə diqqət
Səriştə hər hansı individual işi, yaxud tapşırığı yerinə yetirmək üçün zəruri olan
bilik və bacarıqdır.
Rəhbərliyin səriştəliliyə diqqət ayırması müəssisənin bilikli və səriştəli şəxsələr işə
götürməsini müəyyənləşdirməkdə auditora kömək edir. Nəticə etibarı ilə, müəssisədə
əməliyyatlar səmərəli şəkildə yerinə yetirilir. Bu da müəssisədəki maliyyə
hesabatlarının düzgün və ədalətli olmasına zəmanət verəcəkdir.
Auditor rəhbərliyin aşağıdakı amilləri necə müəyyən etdiyini dəqiqləşdirməlidir:
-
müəssisədə üzrə hər bir iş üzrə kompetentliyin səviyyəsi;
-
müəssisədə olan bütün işlər üçün tələb olunan bilik və bacarıqlar.
- İdarəetmə üzrə məsul şəxslərin iştirakı
Auditor idarəçilikdə olan şəxslərin aşağıdakı xüsusiyyətlərə malik olub-
olmamasını yoxlamalıdır.
- rəhbərlikdən müstəqillik;
- onların təcrübə və üstünlükləri;
- onların iştirak səviyyəsi və fəaliyyət dərəcələri;
-onlarrın əldə etdikləri məlumat;
-həlli çətin məsələlərin idarəedici şəxslər qarşısında qaldırılması və təqib
edilməsinin çətinlik dərəcəsi;
-onların daxili və xarici auditorlarla qarşılıqlı əlaqəsi
Yuxarıda qeyd olunmuş yoxlamalar idarəçilikdə olan şəxslərin müəssisədən
müstəqil olub-olmadığını və beləliklə də müvafiq maliyyə hesabatlarının düzgün və
ədalətli olma ehtimalını müəyyən edəcək.
-
Rəhbərliyin fəlsəfəsi və idarəetmə üslubu
I. Rəhbərliyin fəlsəfəsi və idarəetmə üslubuna aşağıdakı xüsusiyyətlər aiddir:
-
Rəhbərliyin biznes riskləri və onların idarə edilməsi ilə bağlı mövqeyi
43
Rəhbərliyin biznes riskləri ilə bağlı mövqeyini yoxlamaq üçün qəbul olunan biznes
risklərinin mahiyyətini bilmək vacibdir. Məsələn, rəhbərliyin yüksək riskli fəaliyyət
sahələrinə tez-tez daxil olub-olmadığını, yaxud riskləri qəbul etməkdə həddindən artıq
mühafizəkar olduğunu bilmək buna nümunə ola bilər. Əgər rəhbərlik risklər edirsə, o
zaman maliyyə hesabatlarında riskli qərarların olması, yaxud hər şeyin açıqlanmaması
ehtimalı var.
- Maliyyə hesabatları barədə rəhbərliyin fəaliyyəti və yanaşması
Rəhbərliyin maliyyə hesabatları barədə fəaliyyətini və yanaşmasını yoxlamaq üçün
müəssisənin uçot siyasətlərini necə seçdiyini bilmək vacibdir (yəni liberal və ya
mühafizəkar). Məsələn, aktivlərin ilkin dəyərlə uçota alınması müəssisə tərəfindən
həyata keçirilən mühafizəkar siyasətdir. Lakin əsas vəsaitlərin təkrar qiymətləndirmə
modeli əsasında uçota alınmas liberal uçot siyasətinə nümunədir.
Uçot siyasətləri mühafizəkar yönümlü olduqda auditor rəhbərliyin siyasətinin riskə
meyilli olmadığı qənaətinə gələ bilər. Nəticə etibarilə, maliyyə hesabatları heç bir risk
edilmədən hazırlanacaq ki, bu da onların etibarlı olduğunu göstərəcək.
II. Rəhbərliyin informasiyanın işlənməsinə, mühasibat funksiyalarına və işçi
heyətinə olan münasibəti.
- Təşkilatı struktur
Təşkilati struktur məqsədlərə nail olmaq üçün müəsisənin fəaliyyətinin
planlaşdırılmasını, icra edilməsini, yoxlanılmasını və nəzərdən keçirilməsini özündə
birləşdirən bir strukturdur. Hər bir mühitdə müəssisənin ölçüsündən və fəaliyyətlərin
mahiyyətindən asılı olaraq təşkilati struktur fərqli olur.
- Səlahiyyət və vəzifələrin verilməsi
Səlahiyyət və vəzifələrin dəyərləndirilməsi ilə bağlı nəzarət mühitini yoxla-
nılmasına aşağıdakılar daxildir:
- işçilərin səlahiyyət və məsuliyyətinin onların öz xüsusi iş funksiyalarına
uyğunluğu;
- lazım gəldikdə problemləri həll etmək və təkmilləşməni təmin etmək üçün
işçilərə səlahiyyət verilməsi;
44
- əməliyyatları başlatmaq və ya onları dəyişmək səlahiyyəti ilə bağlı məlumatlar da
daxil olmaqla məlumat üzrə sahibkarlıq hüququnu müəyyən edən bir strukturun olub-
olmaması;
- əməliyyatların idarə olunması və təsdiqlənməsi üzrə strategiya və prosedurların
olub-olmaması.
- İnsan resursları siyasəti və onun tətbiqi
İnsan resursları siyasəti və onun tətbiqi işəgötürmə, istiqamətləndirmə, təlimlərin
qiymətləndirilməsi, məsləhətləşmə və qabaqlayıcı tədbirlərlə əlaqədardır.
Qənaətbəxş nəzarət mühitinin olması müsbət faktordur. Bu amil yanlış hesabat
təhlükəsini azaldır. Bunun əksinə olaraq, zəif nəzarət mühitinin olması yanlış hesabat
təhlükəsini artırdığı üçün mənfi faktor hesab olunur.
Dostları ilə paylaş: |