Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda


Auditlə bağlı daxili nəzarət öhdəliklərinə aşağıdakılar aiddir



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə13/39
tarix14.05.2023
ölçüsü0,79 Mb.
#113526
1   ...   9   10   11   12   13   14   15   16   ...   39
abdurahmanov meftun

Auditlə bağlı daxili nəzarət öhdəliklərinə aşağıdakılar aiddir: 

Saxtakarlıq, xəta, itki və səmərəsizliyin qarşısının alınması 
Daxili nəzarət itki, saxtakarlıq, işçi heyətinin diqqətsizliyi və yanğın, zəlzələ, 
ixtişaşlar kimi gözlənilməz hallar səbəbindən baş verə biləcək zərərlərə nəzarət 
edilməsini özündə birləşdirir. 
Auditordan maliyyə hesabatlarının müəssisənin maliyyə vəziyyəti barədə düzgün 
və ədalətli məlumat verib-vermədiyini bildirmək tələb olunur. Müəssisənin daxili 
nəzarət sistemi yaxşı olduqda auditor əsaslı şəkildə maliyyə hesabatlarının düzgün və 
ədalətli olmasından əmin ola bilər. 

Qaydalarla bağlı qərarlara dəqiqlik gətirən bütün yazılışların, məlumat və 
hesabatların maksimum dəqiqliyi. 


39 
Əmək haqlarını ödəmək üçün Embawood MMC şirkətinin aşağıdakı qaydaları 
vardır:
Fabrik binasına girərkən və binadan çıxarkən bütün işçilər vəsiqələrini 
göstərməlidir. Bu sistem təhlükəsizlik baxımından kimin işdə olduğunu yoxlayır. Hər ay 
sistemdən hesabat götürülür və işçilərin davamiyyəti bu əməkhaqqı hesabatında qeyd 
olunur. Əməkhaqqı hesabatı işçi heyəti bölməsinin əməkdaşı tərəfindən hazırlanır. 
Şirkətin işə davamiyyət, əmək haqlarının ödənişi və s. ilə bağlı qaydaların qeyd 
olunduğu kadr heyəti ilə bağlı qaydalar toplusu vardır. Kompyuter sistemi, həmçinin 
əlavə hesabat da hazılayır. Bu hesabatda əsas əməkhaqqı və hər ay işçilərin müxtəlif 
müavinətləri ilə bağlı informasiyaya hansısa dəyişikliyin edilib-edilməməsi öz əksini 
tapır. Əlavə hesabat və əsas faylda dəyişikliyə icazə verən sənədlərlə birlikdə 
əməkhaqqı ilə bağlı hesabat mühasibat şöbəsi tərəfindən yoxlanılır. Bu sistem maaşlarla 
bağlı yazılış və hesabatların dəqiq, eləcə də rəhbərliyin siyasətinə uyğun olduğuna dair 
zəmanət verir. Bu da öz növbəsində maliyyə hesabatlarında maaşlarla bağlı məlumatlar 
üzrə rəhbərlik va auditorların əminliyini təmin edir. 
Etibarlılıq dərəcəsini müəyyən etməkdə auditorlara imkan yaratmaq üçün onları 
müxtəlif sistemlərə yerləşdirmək lazımdır. Bu, auditorlara maliyyə hesabatlarının 
düzgün, həqiqi və ədalətli olmasını qiymətləndirməkdə kömək edəcək. 
Təşkilatın auditini həyata keçirərkən auditorlar alqı-satqı, nağd pul əməliyyatları, 
bank əməliyyatları, istehsalat, keyfiyyətə nəzarət, planlaşdırma və s. kimi müxtəlif 
sahələrdə, fəaliyyətlərdə daxili nəzarətin dəyərləndirilməsini aparırlar. Auditor müxtəlif 
sahələrdə daxili nəzarati yoxladıqdan sonra maliyyə hesabatlarının düzgün və ədalətli 
olması ilə bağlı rəy verə bilər. 

Düzgün addımın atılması üçün rəhbərliyi daxili nəzarətdə olan çatışmazlıqlarla 
bağlı məlumatlandırmaq. 
Daxili nəzarət metodlarını öyrənmək auditora müvafiq şəkildə auditi planlaşdırmaq 
və yerinə yetiriləcək yoxlamaların mahiyyətini, vaxtını və miqyasını müəyyən etmək 
imkanı verir. 
Auditorlar müəssisənin maliyyə hesabatlarına təsir edəcək nəzarət metodları ilə 
daha dərindən maraqlanmalıdırlar. Məsələn, auditor satıcılarla əlaqə saxlayan müştərilər 


40 
barədə təfsilatların əks olunduğu yazılışlarla daha az maraqlanmalıdır, çünki burada 
müəssisənin maliyyə hesabatlarına təsir edəcək bir şey yoxdur. Lakin maliyyə hesabat-
larına birbaşa təsir edə biləcəyi üçün auditor xərclər, gəlirlər, aktivlər və passivlərlə 
daha dərindən maraqlanmalıdır. 
Müəssisələrin strukturu çox zaman böyük və mürəkkəb olur. Buna görə də 
auditorların bütün əməliyyatları yoxlaması mümkünsüzdür. Buna görə də auditorlar 
müəssisənin müxtəlif fəaliyyətlərinin yoxlanmasında daxili nəzarət metodlarından asılı 
olurlar. Daxili nəzarət metodlarını öyrənmək auditorlara hesabatlarda xəta ehtimalını 
aradan qaldırmaq üçün yerinə yetiriləcək yoxlamaların ölçüsünü müəyyən etmək imkanı 
yaradır. 
Audit planlaşdırarkən auditor daxili nəzarət sisteminin müxtəlif komponentlərini 
bilməlidir. Bununla o: 
- yanlış hesabatların mümkün növlərini müəyyənləşdirəcək; 
- yanlış hesabat təhlükəsi yaradan faktorları nəzərə alacaq; 
- səmərəli substantiv yoxlanışlar həyata keçirəcək. 
Müəssisənin auditorlarından maliyyə hesabatlarının müəssisənin maliyyə vəziyyəti 
baxımından düzgün və ədalətli olub-olmamasını bildirmək tələb olunur. Proses zamanı 
auditor maliyyə hesabatlarının dəqiqliyinə təsir edə biləcək bütün mümkün sahələri 
aşkar etməlidir. 
Daxili nəzarət sistemi aşağıdakı tərkib hissələrindən ibarətdir: 
- nəzarət mühiti; 
- müəssisədə risklərin qiymətləndirilməsi prosesi; 
- maliyyə hesabatları və kommunikasiya ilə əlaqəli biznes proseslərinin də daxil 
olduğu informasiya sistemi; 
- auditə uyğun nəzarət fəaliyyətləri; 
- nəzarət sistemlərinin monitorinqi. (Beynəlxalq Mühasiblər Federasiyasının 
(BMF) terminlər lüğəti) 

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin