Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə16/39
tarix14.05.2023
ölçüsü0,79 Mb.
#113526
1   ...   12   13   14   15   16   17   18   19   ...   39
abdurahmanov meftun

Sözlü izah 
Nağd pulun mühafizəsi kimi sadə daxili nəzarət sistemləri barədə yazılı qeydləri 
özündə saxlayır. Bu üsul başqa üsullarda verilməyən kiçik, sadə sistemlərin təsvirlərini 
izah etmək üçün ideal texnikadır. 

Qrafik izah 
Qrafik izah faəliyyətdə olan prosedurlar və müxtəlif mərhələlərdə olan nəzarətlərlə 
bağlı daxili nəzarət sistemlərinin və sənəd axınlarının şəkil ilə təsviridir. Bu növ 
məlumatlar əməliyyatların ümumi görünüşünü nümayiş etdirir ki, bu da öz növbəsində 
daxili nəzarətin qiymətləndirilməsi prosesini asanlaşdırır və daxili nəzarəti daha da 
inkişaf etdirmək üçün yeni fikirlərə təkan verir. 

Daxilli nəzarət üzrə anket (DMA) və daxili nəzarət üzrə dəyərləndirilmə 
anketi (DNDA) 


47 
DNA mövcud daxili nəzarətin dəyərləndirilməsi üçün auditorların müştərilərə 
verdiyi bir neçə sualdan ibarətdir(məsələn nəzarətlərin hazırlanması). Digər tərəfdən, 
daxili nəzarət üzrə dəyərləndirilmə anketi (DNDA) nəzarət vəzifələri və onların yerinə 
yetirilib-yetirilməməsi ilə bağlı sualları özündə əks etdirir. 
Bunlar daxili nəzarətin dəyərləndirilməsi üçün ən çox tanınımış üsullardır. Daxilli 
nəzarət üzrə anket (DNA) və daxili nəzarət üzrə dəyərləndirmə anketi (DNDA) 
əhatəlidir və sistemin bütün xüsusiyyətlərinin dəyərləndirildiyindən əmin olmaq üçün 
əvvəlcədən hazırlanmış suallardan ibarətdir. 
Daxili nəzarət sisteminin sözlü izah, qrafik izah, və ya anket şəklində 
sənədləşdirilməsindən asılı olmayaraq, dəqiqliyin yoxlanılması üçün izləmə testi həyata 
keçirməlidir. Bu testdə auditor bir əməliyyatı seçərək onun müxtəlif mərhələlərdə hansı 
nəzarət prosesindən və sistemindən keçdiyini müəyyən edib yoxlayır.
Daxili nəzarətdə çatışmazlıq aşağıdakı hallar baş verdiyi zaman mövcud olur: 
- nəzarət maliyyə hesabatlarında olan təhrifləri vaxtlı-vaxtında aşkar etmək, 
düzəltmək və ya qarşısını almaq gücündə olmadıqda; 
- təhrifləri vaxtı vaxtında aşkar edən, düzəldən və ya qarşısını alan nəzarət 
funksiyası ümumiyyətlə olmadıqda Beynəlxalq Mühasibat Federasiyasının (BMF) 
terminləri 
Daxili nəzarətlərə etibar etməyi qərarlaşdırmazdan öncə, auditor daxili nəzarət 
sistemində çatışmazlıqlar varsa onları aşkar etməli və daxili nəzarət sistemlərini 
dəyərləndirməlidir. Sistemdəki çatışmazlıq sistemin məqsədlərini pozan boşluq 
deməkdir. Yuxarıda qeyd edildiyi kimi, sistemdə baş verən çatışmazlıqlar ya daxili 
nəzarət sistemlərinin hazırlanmasındakı çatışmazlıqlar səbəbindən, ya da mövcud 
sistemin yerinə yetirilməməsi və ya düzgün yerinə yetirilməməsi səbəbindən baş verə 
bilər. 

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin