79
Vaxtı keçmiş debitor borclarının
ödənişi
Sair
Balans
120
30
8135
Balans
8135
Cari ödəmə qabiliyyətini müəyyən etmək üçün müəyyən tarixə ödəniş vəsaitlərini
həmin tarixə öhdəlikləri ilə müqayisə etmək lazımdır. Əgər əmsal 1 yaxud 1-dən yuxarı
olarsa yaxşı variant hesab edilir. Bizim misalda o, 1,1 təşkil edir.
Müəssisənin
ödəmə
qabiliyyətinin
vəziyyətini
təhlil
edərkən
maliyyə
çətinliklərinin səbəblərini , onların tez-tez əmələ gəlməsini və vaxtı keçmiş borcların
müddətini nəzərdən keçirmək lazımdır. Ödəmə qabiliyyətinin olmamasının
səbəbi ola
bilər ki, məhsul istehsalı və satışı üzrə plan yerinə yetirilməsin, onların maya dəyəri
yüksək olsun, mənfəət planı yerinə yetirilməsin və nəticə kimi –
müəssisənin
özünümaliyyələşdirməsini çatışmaması, verginin yüksək faizli olmasıdır. Ödəmə
qabiliyyətinin aşağı olma səbəblərindən biri dövriyyə kapitalından (debitor borclarında
vəsaitlərin yayılması, plandan artıq ehtiyatlara və müvəqqəti olaraq maliyyələşmə
mənbəyi olmayan digər məqsədlərə olan qoyuluşlar) düzgün istifadə olunmaması ola
bilər.
Ödəmə qabiliyyəti göstəricilərinin dəyişmə səbəblərini aydınlaşdırmaq üçün
gəlirlər və xərclər üzrə maliyyə planının yerinə yetirilməsinin
təhlilinin mühüm
əhəmiyyəti vardır. Bunun üçün pul vəsaitlərinin hərəkəti haqqında hesabatın
məlumatları, eləcə də maliyyə nəticələri haqqında hesabatın məlumatları maliyyə
planının məlumatları ilə müqayisə edilir. Təhlil zamanı birinci növbədə pul
vəsaitlərinin daxil olması üzrə planın
yerinə yetirilməsini, xüsusilə məhsulların, iş və
xidmətlərin, əmlakın satışından olan gəlirləri müəyyən etmək lazımdır, gəlirlərin
dəyişmə səbəblərini aydınlaşdırmaq və onların artırılma ehtiyatlarını
aşkar etmək
lazımdır. Pul vəsaitindən istifadəyə xüsusilə diqqət yetirmək lazımdır, belə ki, hətta
maliyyə planının gəlirlər hissəsi yerinə yetirildikdə belə pul vəsaitlərində səmərəli
istifadə olunmama və artıq xərcə yol verilmə maliyyə çətinliklərinə gətirib çıxarır.
Maliyyə planının xərclər hissəsi hər
bir maddə üzrə təhlil edilir, artıq xərcin
səbəbləri aydınlaşdırılır, ola bilər ki, artıq xərcə yol verilməsi
özünü doğrultsun və
80
doğrultmasın. Maliyyə planının təhlilinin yekunları üzrə gələcəkdə müəssisənin sabit
ödəmə qabiliyyətinin təminatı üçün pul vəsaitlərinin planauyğun axınının artırılması
ehtiyatları aşkar edilməlidir.
Dostları ilə paylaş: