77
1. artıq ödəmə müddəti çatmış borclar:
2. yaxın vaxtlarda ödənilməsi lazım gələn borclar;
3. ödəmə vaxtı tezliklə çatmayan borclar.
Müəssisənin ödəmə qabiliyyətinin (likvidliyinin) əmsalları (göstəriciləri)
müəssisənin özünün asan realizə edilən vəsaitləri hesabına qısa
müddətli öhdəlikləri
ödəmək qabiliyyətini əks etdirir. Həmin göstəriciləri hesablayarkən qısa müddətli
öhdəliklər əsas götürülür.
Müəssisənin ödəmə qabiliyyətini əks etdirən əsas göstəricilər aşağıdakılardır:
1.
Mütləq likvidlik əmsalı (Ə
ml
):
Pul vəsaiti + Qısamüddətli maliyyə qoyuluşu
Ə
ml
= ---------------------------------------------------------
Qısamüddətli öhdəliklər
Bu göstəricinin minimum həddi 0.2-0.25 hesab edilir.
Bu əmsal material resursları ilə tə’min edən mal
göndərənlər və müəssisəni
kreditləşdirən banklar üçün mühüm əhəmiyyət kəsb edir. Əgər Əml= 0.5 olarsa,
müəssisənin ödəmə qabiliyyəti yüksək hesab edilir.
2.
Aralıq (“kritik”) likvidlik əmsalı (Ə
kl
):
Pul vəsaiti + Qısamüddətli maliyyə qoyuluşu +Debitor borcları
Ə
kl
.= ----------------------------------------------------------------------------------
Qısamüddətli öhdəliklər
Bu əmsalın minimum həddi 0.7-0.8 hesab edilir. Bu göstərici səhm sahiblərini daha
çox maraqlandırır.
3. Cari likvidlik əmsalı (Ə
cl
):
Pul vəsaiti + Qısamüddətli maliyyə qoyuluşu + Debitor borcları+ Ehtiyatlar və xərclər
Ə
cl
= -----------------------------------------------------------------------------------------------------
Qısamüddətli öhdəliklər
Cari ödəmə qabiliyyətini hesablayarkən gələcək dövrün xərcləri ehtiyat və
xərclərin məbləğinə daxil edilmir. Bu əmsal vahiddən aşağı olmamalıdır.
Inkişaf etmiş
ölkələrdə bu göstəricinin “təhlükəsizlik həddi” 2-2.5 hesab edilir.
Ödəmə əmsallarının mahiyyətində olan fərqlər sahənin xüsusiyyətləri,
mal və
xidmətlərə görə hesablaşma formaları, istehsal tsiklinin müddəti,
əmtəə-material
78
dəyərləri ehtiyatının strukturu ilə bağlıdır. Ödəmə əmsalı yüksək olduqca kreditorların
müəssisəyə inamı artır.
4.
Əmtəə-material dəyərləri ehtiyatının likvidlik əmsalı (Ə
əmd
):
Ehtiyat və xərclər
Ə
əmd
= --------------------------------------------------------------
Qısamüddətli öhdəliklər
Cari ödəmə qabiliyyətinin operativ təhlili, məhsul satışından
vəsaitlərin daxil
olmasına gündəlik nəzarət, debitor borclarının ödənilməsi
və pul vəsaitlərinin digər
daxilolmaları üçün, eləcə də mal göndərənlər qarşısında öhdəliyin ödənilməsinin yerinə
yetirilməsinə nəzarət üçün banklar və digər kreditorlara ödəniş təqvimi tərtib edilir.
Təqvimin bir tərəfində mövcud və gözlənilən ödəniş vəsaitləri göstərilir,
digər
tərəfdə isə bu müddət (1-ci ayın 1,5,10,15-ci günlərində) ərzində ödəniş öhdəlikləri
göstərilir.
Operativ ödəniş təqvimi məhsulların yüklənməsi və satışı haqqında, istehsal
vəsaitlərinin satın alınması haqqında məlumatların, əməyin ödənişi üzrə hesablaşmalar,
işçilərə avansın verilməsi haqqında sahələrin bankın hesablarından çıxarışın və s.nin
əsasında tərtib edilir.
Dostları ilə paylaş: