32
II Fəsil MÜƏSSİSƏDƏ ƏMƏYİN TƏHLÜKƏSİZLİYİNİN TƏŞKİLİ
SƏVİYYƏSİNİN TƏHLİLİ
2.1. Müəssisədə əmək şəraiti və əməyin təhlükəsizliyi amillərinin təhlili
HƏBNEZ haqqında təhlillərimizdən öncə zavod barəsində olan məlumatlara
nəzər yetirək.
NEZ keçmiş SSRİ Neft Sənayesi Nazirliyinin 29 iyul 1953-cü il tarixli əmrinə
əsasən yaradılıb. 50 ildən artıq müddət ərzində NEZ-də 300 mln. tondan çox neft
emal olunmuşdur. Günümüzdə Azərbaycan neftindən istehsal olunan 24 çeşid neft
məhsulundan 21-i NEZ-də emal olunur. Bunlara avtomobil benzinləri, dizel,
aviasiya üçün yanacaq və s. də aiddir. Respublikamızın neft məhsulları tələbatını
tamamilə ödəyən NEZ-də istehsal edilən məhsulların 45%-i isə xarici ölkələrə
satılır. 22 aprel 2004-cü il tarixində 50 illik yubileyinə və fəaliyyəti boyunca əldə
etdiyi uğurlu göstəricilərə görə NEZ-ə ümummilli lider Heydər Əliyevin adı layiq
görülmüşdür (
http://socar.az).
Zavod 30 şöbə, 5 istehsalat, 21 sahə, iqtisadiyyat və uçot idarəsi, Rəhbərlik
yanında aparatdan ibarətdir. Bundan əlavə zavodda HİK-si, Tibb məntəqəsi
fəaliyyətdədir.
Zavodun tərkibində fəaliyyət göstərən istehsalatlar aşağıdakılardır:
Xam neftin ilkin emalı üzrə 2 N-li, katalitik riforming üzrə 3 N-li, koks isteh-
salı üzrə 4 N-li, katalitik kreking üzrə 5 N-li və əmtəə benzinlərinin hazırlanması
üzrə 7 N-li istehsalatlardır.
Zavodun tərkibindəki sahələr isə aşağıdakılardır:
Xam neftin qəbulu və nəqli üzrə 1 N-li, naften turşuları istehsalı, suyun kimyə-
vi təmizlənməsi və reagent təsərrüfatı üzrə 6 N-li, keyfiyyətə nəzarət laboratoriyası
üzrə 8 N-li sahə, çirkab suların bioloji təmizlənməsi, sənaye kanalizasiyası və su
təchizatı üzrə 9 N-li sahə, neft məhsullarının qəbulu, saxlanması və göndərilməsi
üzrə 10 N-li sahə, neft məhsullarının qəbulu və göndərilməsi üzrə 11 N-li sahə,
azot-oksigen və texniki hava istehsalı üzrə 12 N-li sahə, təmir-quraşdırma üzrə 13
N-li sahə, istilik təchizatı, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə 14 N-li
33
sahe, dəmiryolunun xidməti üzrə 15 N li sahə, nəzarət ölçü cihazları və avtomatika
vasitələri üzrə 16 N-li sahə, təmir-tikinti və abadlaşdırma üzrə 17 N-li sahə, anbar
təsərrüfatı üzrə 18 N-li sahə, 19, 20, 23, 25 N-li sahələr texnoloji, 21 N-li sahə
bitum üzrə, 26 N-li sahə məhsulun yüklənməsi və göndərilməsi üzrə, mühafizə
qurğuları və rabitə üzrə 22 N-li sahə, texnoloji proseslərin tədqiqatı üzrə 24 N-li
sahələrdir
(Bayramov A., 2017: s. 9).
Şöbə, istehsalat və sahələrdə (gündəlik) iş rejimi 8 saat, növbəli iş rejimində isə
08:00-dan 20:00-dək, 20:00-dan 08:00-dəkdir.
H.Əliyev adına NEZ-da çoxlu miqdarda tez alışan, yanğın və partlayış təhlü-
kəli maye, qaz halında neft və neft məhsulları emal olunur. Neft emalı zavodunda
təhlükə mənbələri aşağıdakılardır:
Zavodun ərazisində xam neft, müxtəlif neft məhsulları, yüksək, orta və aşağı
təzyiqli qaz, iti və işlənmiş buxar, turşu, qələvi və s. nəql edən külli miqdarda boru
kəmərləri vardır. Bu boru kəmərlərində baş verən hər hansı bir mexaniki zədə,
yeyilmə, korroziya, təbii fəlakət və s. nəticəsində baş verə biləcək deşilmə,
çatlama, fləns birləşmələrinin boşalması zamanı sızmalar böyük qəzalara, bədbəxt
hadisələrə, ekoloji fəlakətlərə səbəb ola bilər.
Zavodun texnoloji qurğularında yüksək təzyiq altında olan aparat və avadan-
lıqlar, vakkum şəraitində işləyən aparatlar yüksək təhlükə mənbəyidir.
Texnoloji qurğulardakı yüksək temperatur altındaki aparatlar, avadanlıqlar,
maşınlar, sobalar və boru kəmərlərindəki nasazlıqlar;
Zavodun ərazisindəki yüksək gərginlikli elektrik qurğuları, yarımstansiyalar,
maşın və mexanizmlər;
Meşəl təsərrüfatında baş verə biləcək nasazlıqlar, qəzalar və s. nəticəsində
ərazinin qazlaşması;
Zavoddakı səs-küy, titrəmə, qazlılıq, tozluluq, ionlaşan şüalanma mənbələri
işçilərin sağlamlığına böyük mənfi təsir göstərə bilər.
Nasosların, kompressorların və digər mexanizmlərin hərəkət edən və fırlanan
hissələrinin üzəri qoruyucu örtüklə örtülməlidir. Təzyiq altında işləyən aparatların
istismarı zamanı texnoloji rejimə dəqiq əməl olunmasına, xüsusilə təzyiq,
34
temperatur , işçi mühitin tərkibi və səviyyəsinə nəzarət etmək lazımdır. Bu zaman
monometr, vakkummetr, termometr, səviyyəölçən cihazların, qoruyucu klapan-
ların, membranların sazlığına nəzarət etmək lazımdır. Boru kəmərləri, avadanlıqlar
və aparatlardan neft məhsulu sizmalarına yol verilməməlidir. Yüksəklikdə (yerdən
ən azı 1,5 m hündürlükdə yerləşən avadanlıqlara xidmət etmək üçün xüsusi məhəc-
cərli meydançalar düzəldilməlidir. Pilləkənlər və keçidlər möhkəm konstruksiyalı
olmalıdır və hündürlüyü 1m-dən az olmayan məhəccərlə təmin olunmalıdır.
Pilləkənlərin eni 70 sm-dən az pillələr arası hündürlük 25 sm-dən çox, pillələrin
enliyi 12 sm-dən az olmamalıdır. Elektrik qurğuları və avadanlıqlar həm açıq
meydançalarda, həm də yüksək rütbətli, temperaturlu binalarda, habelə qazlarla,
buxar və aerozollarla çirklənmiş binalarda da istismar olunur. Bu şərait onların
cərəyan keçirən hissələrinin izolyasiyasının sıradan çıxmasına səbəb olur.
Elektrik qurğuları və avadanlıqlarının istismarının spesifik xüsusiyyəti ondan
ibarətdir ki, onların cərəyan keçirən naqillərinin izolyasiyasının sıradan çıxması
zamanı həmin avadanlıqların korpusları cərəyan altında olur, lakin bu təhlükə
barədə insanları xəbərdar edən heç bir xarici əlamət olmur. İnsanın elektrik
cərəyanına reaksiyası yalnız cərəyan onun bədənindən keçdikdə baş verir. Elektrik
cərəyanının təsiri ilə baş verən bədbəxt hadisələrin əsas səbəbləri aşağıdakılardır:
Cərəyan altında olan avadanlığın cərəyan kecirən hissələrinə təhlükəli
məsafədə yaxınlaşmaq və ya onlara təsadüfən toxunma;
İzolyasiyasının zədələnməsi və ya digər səbəblərdən elektrik avadanlığının
metal korpuslarına, örtüklərinə və s. cərəyanın keçməsi;
Cərəyan kəsildikdən sonra elektrik avadanlıqlarının cərəyan keçirən hissələ-
rində adamlar işləyərkən səhvən elektrik cərəyanının qoşulması;
Elektrik cərəyanı insan orqanizmindən keçərkən ona termiki, bioloji və elektro-
lit təsir göstərir. Turşu, qələvi və s. aqressiv maddələr nəql edən nasosların, boru
kəmərlərinin flens birləşmələri, armaturların birləşmə yerləri xüsusi qoruyucu
örtüklərlə örtülməlidir. Bu cür maddələrin doldurulub-boşaldılması, saxlanması və
istifadəsi ilə məşğul olan sahələrdə xüsusi su fəvvarələri (fontanları) quraşdırıl-
malıdır.
35
Turşu, qələvi və digər aqressiv maddələr insanın bədəninə düşdükdə kimyəvi
yanıq əmələ gətirir. Laboratoriyalarda insan orqanizminə güclü təsir göstərən
zəhərli və digər zərərli maddələrdən istifadə etməklə görülən işlər sorucu şkaflarda
istifadə edilməlidir. Bu cür maddələrlə işləyən sahələrdə isə ventilyasiya sistemləri
quraşdırılır. Zəhərli maddələrin saxlanması üçün xüsusi anbarlar və şkaflar olmalı-
dır. Zəhərli və aqressiv mayeləri xüsusi səbətlərdə daşımaq lazımdır. Kimyəvi ya-
nıqların baş verməsinin qarşısını almaq üçün aparatlar onların armaturlan, kommuni-
kasiyalar düzgün quraşdırılmalı, yükləmə boşaltma və daşınma işləri mexanikləşdir-
ilməli və bu zaman texnoloji rejimə düzgün əməl olunmalı, qoruyucu vasitələrdən
xüsusi geyimlərdən, qoruyucu eynəkdən və respiratorlardan istifadə etmək lazımdır.
Bədənə və gözə turşu və ya qələvi düşdükdə, həmin yeri uzun müddət güclü su axını
ilə yumaq lazımdır. İş yerləri təmiz və səliqəli saxlanmalıdır. İş yerlərindəki
avadanlıqlar, cihazlar, qoruyucu vasitələr, blokirovka və siqnalizasiya qurğuları,
rabitə vasitələri saz, işə yararlı vəziyyətdə olmalıdır. Texnoloji qurğuların istismarı
zamanı rejimdən kənara çıxmalara yol verilməməlidir. Daimi iş yerlərindən kənar
yerlərdə iş görmək zərurəti yarandıqda həmin yerlər texniki təhlükəsizlik tələblərinə
uyğun hazırlanmalı və lazımi qoruyucu vasitələrlə təmin olunmalıdır.
İşçilərin istifadə etdikləri alətlər, vasitələr, qoruyucular, tərtibatlar və s.
texniki təhlükəsizlik tələblərinə tam cavab verməlidir. Alətlər xüsusi şkaflarda
saxlanılmalı iş qurtardıqdan sonra yuyulub təmizlənməlidir. Qayka açarlan
qaykaların ölçülərinə uyğun gəlməlidir. Qaykaların ölçülərindən böyük, standarta
uyğun gəlməyən, kustar üsulla və ya əl ilə düzəldilmiş açarlardan istifadə etmək
olmaz. Qaz təhlükəli (partlayış ehtimalı olan) yerlərdə qığılcım verməyən
alətlərdən istifadə olunmalıdır. Hər bir qaz təhlükəli obyektdə qəza hallan üçün
ehtiyat alətlər dəsti olmalıdır.
Cədvəl 2-də attestasiya olunmuş iş yerləri, zərərli iş yerləri və fiziki ağır işlər
barədə göstəricilər öz əksini tapmışdır. Göründüyü kimi 27 istehsalat və sahədə
yerləşən 976 iş yerində 3541 nəfərin attestasiyası aparılmışdır. Bunlardan 1127
nəfərini qadınlar təşkil edir. İstehsalat və sahələrin çoxunda kişilər qadınlara nisbə-
tən sayca çoxluq təşkil edir.
|