Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti beynəlxalq magistratura və doktorantura məRKƏZİ



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə11/24
tarix17.07.2023
ölçüsü1,12 Mb.
#136776
1   ...   7   8   9   10   11   12   13   14   ...   24
M-mm-dh-seynov-Yusif-Nazim

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


32 
II Fəsil MÜƏSSİSƏDƏ ƏMƏYİN TƏHLÜKƏSİZLİYİNİN TƏŞKİLİ 
SƏVİYYƏSİNİN TƏHLİLİ 
2.1. Müəssisədə əmək şəraiti və əməyin təhlükəsizliyi amillərinin təhlili 
HƏBNEZ haqqında təhlillərimizdən öncə zavod barəsində olan məlumatlara 
nəzər yetirək. 
NEZ keçmiş SSRİ Neft Sənayesi Nazirliyinin 29 iyul 1953-cü il tarixli əmrinə 
əsasən yaradılıb. 50 ildən artıq müddət ərzində NEZ-də 300 mln. tondan çox neft 
emal olunmuşdur. Günümüzdə Azərbaycan neftindən istehsal olunan 24 çeşid neft 
məhsulundan 21-i NEZ-də emal olunur. Bunlara avtomobil benzinləri, dizel, 
aviasiya üçün yanacaq və s. də aiddir. Respublikamızın neft məhsulları tələbatını 
tamamilə ödəyən NEZ-də istehsal edilən məhsulların 45%-i isə xarici ölkələrə 
satılır. 22 aprel 2004-cü il tarixində 50 illik yubileyinə və fəaliyyəti boyunca əldə 
etdiyi uğurlu göstəricilərə görə NEZ-ə ümummilli lider Heydər Əliyevin adı layiq 
görülmüşdür (
http://socar.az).
Zavod 30 şöbə, 5 istehsalat, 21 sahə, iqtisadiyyat və uçot idarəsi, Rəhbərlik 
yanında aparatdan ibarətdir. Bundan əlavə zavodda HİK-si, Tibb məntəqəsi 
fəaliyyətdədir. 
Zavodun tərkibində fəaliyyət göstərən istehsalatlar aşağıdakılardır: 
Xam neftin ilkin emalı üzrə 2 N-li, katalitik riforming üzrə 3 N-li, koks isteh-
salı üzrə 4 N-li, katalitik kreking üzrə 5 N-li və əmtəə benzinlərinin hazırlanması 
üzrə 7 N-li istehsalatlardır. 
Zavodun tərkibindəki sahələr isə aşağıdakılardır: 
Xam neftin qəbulu və nəqli üzrə 1 N-li, naften turşuları istehsalı, suyun kimyə-
vi təmizlənməsi və reagent təsərrüfatı üzrə 6 N-li, keyfiyyətə nəzarət laboratoriyası 
üzrə 8 N-li sahə, çirkab suların bioloji təmizlənməsi, sənaye kanalizasiyası və su 
təchizatı üzrə 9 N-li sahə, neft məhsullarının qəbulu, saxlanması və göndərilməsi 
üzrə 10 N-li sahə, neft məhsullarının qəbulu və göndərilməsi üzrə 11 N-li sahə, 
azot-oksigen və texniki hava istehsalı üzrə 12 N-li sahə, təmir-quraşdırma üzrə 13 
N-li sahə, istilik təchizatı, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə 14 N-li 


33 
sahe, dəmiryolunun xidməti üzrə 15 N li sahə, nəzarət ölçü cihazları və avtomatika 
vasitələri üzrə 16 N-li sahə, təmir-tikinti və abadlaşdırma üzrə 17 N-li sahə, anbar 
təsərrüfatı üzrə 18 N-li sahə, 19, 20, 23, 25 N-li sahələr texnoloji, 21 N-li sahə 
bitum üzrə, 26 N-li sahə məhsulun yüklənməsi və göndərilməsi üzrə, mühafizə 
qurğuları və rabitə üzrə 22 N-li sahə, texnoloji proseslərin tədqiqatı üzrə 24 N-li 
sahələrdir 
(Bayramov A., 2017: s. 9).
Şöbə, istehsalat və sahələrdə (gündəlik) iş rejimi 8 saat, növbəli iş rejimində isə 
08:00-dan 20:00-dək, 20:00-dan 08:00-dəkdir. 
H.Əliyev adına NEZ-da çoxlu miqdarda tez alışan, yanğın və partlayış təhlü-
kəli maye, qaz halında neft və neft məhsulları emal olunur. Neft emalı zavodunda 
təhlükə mənbələri aşağıdakılardır: 

Zavodun ərazisində xam neft, müxtəlif neft məhsulları, yüksək, orta və aşağı 
təzyiqli qaz, iti və işlənmiş buxar, turşu, qələvi və s. nəql edən külli miqdarda boru 
kəmərləri vardır. Bu boru kəmərlərində baş verən hər hansı bir mexaniki zədə, 
yeyilmə, korroziya, təbii fəlakət və s. nəticəsində baş verə biləcək deşilmə, 
çatlama, fləns birləşmələrinin boşalması zamanı sızmalar böyük qəzalara, bədbəxt 
hadisələrə, ekoloji fəlakətlərə səbəb ola bilər.

Zavodun texnoloji qurğularında yüksək təzyiq altında olan aparat və avadan-
lıqlar, vakkum şəraitində işləyən aparatlar yüksək təhlükə mənbəyidir.

Texnoloji qurğulardakı yüksək temperatur altındaki aparatlar, avadanlıqlar, 
maşınlar, sobalar və boru kəmərlərindəki nasazlıqlar; 

Zavodun ərazisindəki yüksək gərginlikli elektrik qurğuları, yarımstansiyalar, 
maşın və mexanizmlər;

Meşəl təsərrüfatında baş verə biləcək nasazlıqlar, qəzalar və s. nəticəsində 
ərazinin qazlaşması;

Zavoddakı səs-küy, titrəmə, qazlılıq, tozluluq, ionlaşan şüalanma mənbələri 
işçilərin sağlamlığına böyük mənfi təsir göstərə bilər. 
Nasosların, kompressorların və digər mexanizmlərin hərəkət edən və fırlanan 
hissələrinin üzəri qoruyucu örtüklə örtülməlidir. Təzyiq altında işləyən aparatların 
istismarı zamanı texnoloji rejimə dəqiq əməl olunmasına, xüsusilə təzyiq, 


34 
temperatur , işçi mühitin tərkibi və səviyyəsinə nəzarət etmək lazımdır. Bu zaman 
monometr, vakkummetr, termometr, səviyyəölçən cihazların, qoruyucu klapan-
ların, membranların sazlığına nəzarət etmək lazımdır. Boru kəmərləri, avadanlıqlar 
və aparatlardan neft məhsulu sizmalarına yol verilməməlidir. Yüksəklikdə (yerdən 
ən azı 1,5 m hündürlükdə yerləşən avadanlıqlara xidmət etmək üçün xüsusi məhəc-
cərli meydançalar düzəldilməlidir. Pilləkənlər və keçidlər möhkəm konstruksiyalı 
olmalıdır və hündürlüyü 1m-dən az olmayan məhəccərlə təmin olunmalıdır. 
Pilləkənlərin eni 70 sm-dən az pillələr arası hündürlük 25 sm-dən çox, pillələrin 
enliyi 12 sm-dən az olmamalıdır. Elektrik qurğuları və avadanlıqlar həm açıq 
meydançalarda, həm də yüksək rütbətli, temperaturlu binalarda, habelə qazlarla, 
buxar və aerozollarla çirklənmiş binalarda da istismar olunur. Bu şərait onların 
cərəyan keçirən hissələrinin izolyasiyasının sıradan çıxmasına səbəb olur.
Elektrik qurğuları və avadanlıqlarının istismarının spesifik xüsusiyyəti ondan 
ibarətdir ki, onların cərəyan keçirən naqillərinin izolyasiyasının sıradan çıxması 
zamanı həmin avadanlıqların korpusları cərəyan altında olur, lakin bu təhlükə 
barədə insanları xəbərdar edən heç bir xarici əlamət olmur. İnsanın elektrik 
cərəyanına reaksiyası yalnız cərəyan onun bədənindən keçdikdə baş verir. Elektrik 
cərəyanının təsiri ilə baş verən bədbəxt hadisələrin əsas səbəbləri aşağıdakılardır: 

Cərəyan altında olan avadanlığın cərəyan kecirən hissələrinə təhlükəli 
məsafədə yaxınlaşmaq və ya onlara təsadüfən toxunma; 

İzolyasiyasının zədələnməsi və ya digər səbəblərdən elektrik avadanlığının 
metal korpuslarına, örtüklərinə və s. cərəyanın keçməsi; 

Cərəyan kəsildikdən sonra elektrik avadanlıqlarının cərəyan keçirən hissələ-
rində adamlar işləyərkən səhvən elektrik cərəyanının qoşulması;
Elektrik cərəyanı insan orqanizmindən keçərkən ona termiki, bioloji və elektro-
lit təsir göstərir. Turşu, qələvi və s. aqressiv maddələr nəql edən nasosların, boru 
kəmərlərinin flens birləşmələri, armaturların birləşmə yerləri xüsusi qoruyucu 
örtüklərlə örtülməlidir. Bu cür maddələrin doldurulub-boşaldılması, saxlanması və 
istifadəsi ilə məşğul olan sahələrdə xüsusi su fəvvarələri (fontanları) quraşdırıl-
malıdır.


35 
Turşu, qələvi və digər aqressiv maddələr insanın bədəninə düşdükdə kimyəvi 
yanıq əmələ gətirir. Laboratoriyalarda insan orqanizminə güclü təsir göstərən 
zəhərli və digər zərərli maddələrdən istifadə etməklə görülən işlər sorucu şkaflarda 
istifadə edilməlidir. Bu cür maddələrlə işləyən sahələrdə isə ventilyasiya sistemləri 
quraşdırılır. Zəhərli maddələrin saxlanması üçün xüsusi anbarlar və şkaflar olmalı-
dır. Zəhərli və aqressiv mayeləri xüsusi səbətlərdə daşımaq lazımdır. Kimyəvi ya-
nıqların baş verməsinin qarşısını almaq üçün aparatlar onların armaturlan, kommuni-
kasiyalar düzgün quraşdırılmalı, yükləmə boşaltma və daşınma işləri mexanikləşdir-
ilməli və bu zaman texnoloji rejimə düzgün əməl olunmalı, qoruyucu vasitələrdən 
xüsusi geyimlərdən, qoruyucu eynəkdən və respiratorlardan istifadə etmək lazımdır. 
Bədənə və gözə turşu və ya qələvi düşdükdə, həmin yeri uzun müddət güclü su axını 
ilə yumaq lazımdır. İş yerləri təmiz və səliqəli saxlanmalıdır. İş yerlərindəki 
avadanlıqlar, cihazlar, qoruyucu vasitələr, blokirovka və siqnalizasiya qurğuları, 
rabitə vasitələri saz, işə yararlı vəziyyətdə olmalıdır. Texnoloji qurğuların istismarı 
zamanı rejimdən kənara çıxmalara yol verilməməlidir. Daimi iş yerlərindən kənar 
yerlərdə iş görmək zərurəti yarandıqda həmin yerlər texniki təhlükəsizlik tələblərinə 
uyğun hazırlanmalı və lazımi qoruyucu vasitələrlə təmin olunmalıdır.
İşçilərin istifadə etdikləri alətlər, vasitələr, qoruyucular, tərtibatlar və s. 
texniki təhlükəsizlik tələblərinə tam cavab verməlidir. Alətlər xüsusi şkaflarda 
saxlanılmalı iş qurtardıqdan sonra yuyulub təmizlənməlidir. Qayka açarlan 
qaykaların ölçülərinə uyğun gəlməlidir. Qaykaların ölçülərindən böyük, standarta 
uyğun gəlməyən, kustar üsulla və ya əl ilə düzəldilmiş açarlardan istifadə etmək 
olmaz. Qaz təhlükəli (partlayış ehtimalı olan) yerlərdə qığılcım verməyən 
alətlərdən istifadə olunmalıdır. Hər bir qaz təhlükəli obyektdə qəza hallan üçün 
ehtiyat alətlər dəsti olmalıdır. 
Cədvəl 2-də attestasiya olunmuş iş yerləri, zərərli iş yerləri və fiziki ağır işlər 
barədə göstəricilər öz əksini tapmışdır. Göründüyü kimi 27 istehsalat və sahədə 
yerləşən 976 iş yerində 3541 nəfərin attestasiyası aparılmışdır. Bunlardan 1127 
nəfərini qadınlar təşkil edir. İstehsalat və sahələrin çoxunda kişilər qadınlara nisbə-
tən sayca çoxluq təşkil edir.


36 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin