Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti beynəlxalq magistratura və doktorantura məRKƏZİ


İstehsalat sanitariyasının qiymətləndirilməsi



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə14/24
tarix17.07.2023
ölçüsü1,12 Mb.
#136776
1   ...   10   11   12   13   14   15   16   17   ...   24
M-mm-dh-seynov-Yusif-Nazim

2.2. İstehsalat sanitariyasının qiymətləndirilməsi 
İşləyənlərə zərərli istehsalat faktorlarının təsirinin qarşısını alan və ya onların 
təsirini azaldan təşkilati tədbirlər və texniki vasitələr sistemi istehsalat sanitariyası 
adlanır. Zərərli istehsalat faktorları elə istehsalat faktorlarına deyilir ki, onların 
işləyənlərə təsiri müəyyən şəraitdə xəstələnməyə və ya iş qabiliyyətinin azalmasına 
səbəb olur. Zərərli maddələr (istehsalat zəhəri) dedikdə, xammal, aralıq və son 
məhsullar habelə qarışıqlar, köməkçi vasitələr, katalizatorlar və tullantılar ola bilər. 
Zərərli maddələr insan orqanizminə nəfəs orqanları, mədə-bağırsaq traktı, 
zədələnmiş və zədələnməmiş dəri vasitəsi ilə keçə bilər. Qaz, buxar, duman, aero-
zol, toz halında olan zərərli maddələr orqanizmə əsasən (95-98%) nəfəs orqanları 
vasitəsi ilə keçir. Mədə-bağırsaq traktı ilə insan orqanizminə zərərli maddələr əsa-
sən çirkli əllərlə qida qəbul etdikdə və siqaret çəkdikdə keçə bilər. Dəri vasitəsi ilə 
insan orqanizminə piydə yaxşı həll olan zərərli maddələr keçə bilər. Bunlara misal 
olaraq etil, metanol, fenol, aromatik karbohidrogenləri və s. göstərmək olar. Həmin 
maddələrin işçi zonadakı havanın 1m
3
-dəki qatılığı nəzərə alınır. Zərərli maddələr 
orqanizmə təsir dərəcəsinə görə 4 sinfə bölünür:
(Bayramov A., 2017: s. 8).
1. Fövqəladə qorxulu maddələr 0,1 mq/m
3
-dən az
2. Çox qorxulu maddələr 0,1-1 mq/m
3
3. Qorxulu maddələr 1,1-10 mq/m
3
4. Az qorxulu maddələr 10 mq/m
3
-dən çox
Zərərli maddələrin işçi zonada buraxıla bilən qatılıq həddi elə bir həddi olma-
lıdır ki, işçilər 8 saatlıq iş günü ilə uzun müddət işlədikdə zəhərlənmə, peşə xəstəli-
yi və ya orqanizmdə başqa dəyişikliklər baş vermir. Buraxıla bilən qatılıq həddi 
karbohidrogen buxarlan üçün 300 mq/m
3
, furfurol üçün 10 mq/m
3
, toluol üçün 50 
mq/m
3
olunmuşdur. 
Hava dəyişkənliyi yaratmaq üçün, bir-biri ilə əlaqəli qurğular və proseslər 
kompleksi ventilyasiya adlanır. Ventilyasiya istehsalat binalarından çirklənmiş, 


43 
qızmış (soyumuş) havanın kənarlaşdırılması və onun əvəzinə təmiz, soyuq (isti) 
havanın verilməsi üçün tətbiq olunur. Bunun nəticəsində işçi zonada lazımi əlveriş-
li hava mühiti yaranır. İstehsalat binalarında hava dəyişikliyinin üsulundan asılı 
olaraq ventilyasiya təbii və süni olur. Təbii ventilyasiya zamanı havanın dəyişməsi 
təbii faktorlar (istilik təzyiqi, küləyin təsiri) hesabına baş verir. Süni ventilyasiya 
zamanı hava mexaniki qurğuların (ventilyatorların və s.) köməyi ilə dəyişdirilir. 
Qəza ventilyasiyası texnoloji rejimin pozulması və qəza nəticəsində istehsalat 
binalarına partlayış təhlükəli və toksiki qaz və buxarların gözlənilmədən yığılması 
zamanı orada intensiv hava dəyişkənliyi yaratmaq üçün nəzərdə tutulur. Qəza ven-
tilyasiyaları yalnız sorucu olur. Qəza ventilyasiya sistemləri avtomatik işə düşməli-
dir. Bundan əlavə qəza ventilyasiyasının yerli əllə işəsalma qurğusu, bəzən isə 
əməliyyat otaqlarında pultla işə salma qurğusu olur. Qəza ventilyasiyasının məh-
suldarlığı nasosxana və kompressorxananın bütün həcminin havasını 8 qat dəyiş-
dirmək gücündə, digər-istehsalat binalan üçün isə 8 qatdan az olmayaraq hava də-
yişkənliyi yaratmaq gücünde hesablanır. Bu zaman əsas ventilyasiyanın məhsul-
darlığını da nəzərə almaq lazımdır. 
Ventilyasiya bir-biri ilə əlaqəli mürəkkəb sistem olduğuna görə düzgün istis-
mar olunmalı, həmişə saz, işə yararlı vəziyyətdə saxlanılmalıdır. Ventilyasiya sis-
temlərini istismara verməzdən əvvəl, habelə onun avadanlıqlarının təmirindən son-
ra texniki və sanitar gigiyenik sınaqdan keçirilməlidir. Sınağın nəticəsində əldə 
olunan bütün göstəricilər, ventilyasiya sisteminin texniki vəziyyətini təyin edən 
sənədə, sistemin texniki pasportuna yazılır. Bütün ventilyasiya qurğuları üçün xü-
susi istismar təlimatı tərtib olunur. İş rejiminə görə ventilyasiya sistemləri fasiləsiz 
və dövrü olur. İstismar zamanı ventilyasiya sisteminin əvvəlki (ilkin) məhsuldarlı-
ğının saxlanılmasına fikir verilməlidir. 
Dövrü (periodik) işlənən ventilyasiya sistemi işə başlamazdan 15 dəqiqə tez 
işə salınır. Bu zaman əvvəlcə sorucu sonra isə hava vuran sistem işə salınır. 
Ventilyasiya sistemləri əks ardıcıllıqla dayandırılır. 
Düzgün layihələnmiş və yerinə yetirilmiş sənaye işıqlanması əmək 
məhsuldarlığını artırır, məhsulun keyfiyyətini yaxşılaşdırır, işləyənlərə müsbət 


44 
psixoloji təsir göstərir, əməyin təhlükəsizliyini artırır və istehsalat zədələnmələrini 
azaldır. Düzgün olmayan işıqlanma istehsalat zədələnmələrinin səbəbi ola bilər, 
işıqlandırma qurğularının istismarı, layihələnməsi və quraşdırılması zamanı buraxı-
lan səhvlər yanğın və partlayış təhlükəli sexlərdə partlayışa, yanğına və bədbəxt 
hadisəyə gətirib çıxara bilər. Tələb olunan işıqlanma səviyyəsi yerinə yetirilən işlə-
rin dəqiqlik dərəcəsinə əsasən müəyyən olunur. 
İstehsalat binaları gündüz vaxtı bir qayda olaraq təbii işıqla işıqlandırılır. Təbii 
işıqlanma ilin, günün vaxtından və metroloji faktorlardan (buludluluqdan, yer 
səthinin əksetmə qabiliyyətindən ) asılıdır. Pəncərələrdən düşən təbii işıqlanma , 
işıqlanma əmsalı adlanan kəmiyyətlə, pəncərələrin sahəsinin otağın döşəməsinin 
sahəsinə olan nisbəti ilə hesablanır. Neft emalı müəssisələrinin sexləri üçün işıqlan-
ma əmsalı 1/6-1/5 aralığında götürülür. İş yerlərinin işıqlandırılması təkcə işıqlanma 
əmsalından deyil, otağın dərinliyindən, döşəmədən pəncərəyə qədər olan məsafədən, 
başqa binalarla qaranlıqlaşma dərəcəsindən də asılıdır. Pəncərə şüşələrinin 
çirklənməsi binanın işıqlanmasını 5-7 dəfə azalda bilər 
(Bayramov A., 2017: s. 9).
Süni işıqlanma binalarda və açıq havada təbii işıqlanma kifayət etmədikdə və 
sutkanın qaranlıq vaxtı üçün nəzərdə tutulur. Süni işıqlanmanın 2 növü: ümumi və 
kombinə olunmuş (bu zaman ümumi işıqlanmaya yerli, işıq selini bilavasitə iş 
yerlərinə toplayan işıqlanma əlavə olunur) olur. İstehsalat binalarında həm ümumi 
həm də yerli işıqlanmadan istifadə edilir. Funksional təyinatına görə süni işıqlan-
manın işçi, qəza və xüsusi işıqlanma kimi növləri var. İşçi işıqlandırma bütün 
binalarda və işıqlandırılmalı olan ərazilərdə normal işi, insanların və nəqliyyatın 
gediş-gəlişini təmin etmək üçün məcburidir. 
Qəza işıqlanması işçi işıqlanmanın gözlənilmədən kəsilməsi zamanı istehsalat 
binalarını minimum işıqlandırmaq məqsədi ilə nəzərdə tutulur. 
Xüsusi işıqlanmanın növbətçi (qeyri iş vaxtı işıqlandırma üçün), mühafizə 
(gecə vaxtı mühafizə olunan obyektin sərhədləri boyu işıqlanmanı təmin etmək 
üçün), təxliyə (təxliyə üçün), qəza işıqlanması (qəza vəziyyətində işçi işıqlanma 
söndükdə insanların binalardan təxliyə olunması üçün) kimi növləri vardır. 
Bəzi istehsal prosesləri müəyyən səs-küy və titrəmə ilə müşayət olunur. Heydər 


45 
Əliyev adına Bakı Neft Emalı Zavodunda səs-küy və titrəmə mənbələri əsasən 
maşın və mexanizmlər, texnoloji qurğular və aparatlardır. Bunların içərisində maye 
və qazlar böyük sürətlə hərəkət edir, sürtünmə və pulsvari hərəkət əmələ gətirir. 
Belə səs-küy və titrəmə mənbələrinə kompressorları, nasosları, ventilyasiya 
qurğularını, boru kəmərlərini, qarışdırıcıları, elektrik mühərriklərini və başqa texno-
loji avadanlıqları göstərmək olar. İş yerlərində səs-küy və vibrasiyanın səviyyəsinin 
artması insan orqanizminə və onun əmək fəaliyyətinə mənfi təsir göstərir. Uzun 
müddət səs küyün təsiri eşitmə kəskinliyini azaldır, qan təzyiqini dəyişir, diqqəti 
zəiflədir, görmə qabiliyyətini pisləşdirir, hərəkət mərkəzlərində dəyişiklik yaradır. 
İntensiv səs-küy xüsusi ilə əsəb və ürək-damar sistemlərinə zərərli təsir edir. 
Aparatların, maşınların, kommunikasiya və qurğuların hissələrinin rəqsləri 
vibrasiya (titrəmə) adlanır. Titrəmənin zərərli təsiri nəticəsində baş ağrıları, 
oynaqların ağrıması, yüksək qiciqlanma, yorğunluq, əzginlik və bəzi hərəkətlərin 
koordinasiyasının pozulması baş verir. 
Səs-küy və titrəmənin zərərli təsirləri ilə mübarizə tədbirləri texnoloji proses-
lərin və maşınların layihələnməsi mərhələsində başlanmalıdır. Səs və titrəmənin 
səviyyəsinin azaldılması üçün mexanizmlərin düzgün istismarı, vaxtlı-vaxtında 
profilaktiki təmir və keyfiyyətli quraşdırma mühüm əhəmiyyət kəsb edir. Səs-küy 
və titrəmə ilə mübarizənin əsas təşkilati tədbirləri aşağıdakılardır: 

Səs mənbəyi olan avadanlıqların ayrı binalarda yerləşdirilməsi; 

Yüksək səs-küylü sexlerin azsəsli binalardan uzaqda yerləşdirilməsi; 

Vibroakkustik avadanlıqların məsafədən idarə olunması (kabinələrdən); 

Səs-küy və titrəmədən fərdi mühafizə vasitələrinin tetbiq olunması;

Vibroakkustik avadanlıqlara xidmət edən fəhlələr üçün sanitar-profilaktik 
tədbirlərin keçirilməsi. 
Səs-küy və titrəmə ilə mübarizənin əsas texniki tədbirləri aşağıdakılardır: 
(Bayramov A., 2017: s. 10).

Fəal titrəyən avadanlıqların özüllərinin düzgün layihələnməsi;

Fəal titrəyən daşıyıcı konstruksiyalardan və mühəndis kommunikasiyala-
rından izolə edilməsi;


46 

Fəal titrəyən avadanlıqların, əməliyyatçı ve maşinistlerin iş yerlərinin 
titrəmədən izolyasiyası; 

Kommunikasiyaların səthlərinin titrəyiş udan rezin örtüklə üzlənməsi;

Səsli maşınların xüsusi örtüklərlə səsdən izolyasiya edilməsi;

Ventilyasiya sistemlərinin sorma ve çıxış hissələrində səsin boğulması. 
Hava ilə səs-küyün yayılmasını azaltmaq üçün onun yayılma yolunda divar, 
arakəsmə, səsi izolə edən örtük və ekranlar quraşdırmaq olar. Titrəməni azaltmaq 
üçün kombinə olunmuş rezin-metal ve plastik kütlədən hazırlanmış yay - 
amartizatorlar tətbiq olunur. Metal təbəqələrdən hazırlanmış qoruyucu örtüklərin 
çəpərlərin və başqa detalların titrəməsini azaltmaq üçün titrəyişin udulması 
məqsədi ilə materialların titrəyən səthlərinə rəqsləri yaymaq qabiliyyətinə, böyük 
daxili sürtünməyə malik materiallar, rezin, plastik və s. çəkilir. 
Xam neft, neft məhsulları və neft emalı prosesində istifadə edilən aşqarlar və 
s. köməkçi maddələrin zərərli təsirlərinin işçilərin sağlamlığına, iş qabiliyyətinə 
təsirini azaltmaq məqsədi ilə şəxsi gigiyena qaydalarına riayət etmək lazımdır. Hər 
bir iş yerində duşxanaların olması vacibdir. 
İş növbəsi qurtardıqdan sonra bütün işçilər yuyunmalı, isti duş qəbul 
etməlidirlər. İşçilərin xüsusi geyimləri təmiz olmalı, onların saxlanması üçün 
xüsusi şkaflar olmalıdır. Əlləri yumaq üçün isti su və sabundan istifadə etmək 
lazımdır. Bu məqsədlə həlledicilərdən istifadə etmək olmaz. 
Bilavasitə iş yerlərində qida qəbul etmək olmaz. Bu məqsədlə ayrılmış xüsusi 
otaqlarda və ya yeməkxanalarda nahar etmək lazımdır. Qida qəbul etməzdən əvvəl 
mütləq əlləri və üzü sabun və isti su ile yumaq lazımdır. Yuyulmamış əllə qida 
qəbul etmək zərərli maddələrin mədə-bağırsaq traktı ilə orqanizmə keçməsinə 
səbəb ola bilər. Zavodda içməli su xüsusi avtomatlar vasitəsi ilə verilir. İçməli 
suyun keyfiyyətinə daim nəzarət olunur. 
Zərərli istehsalat sahələrində çalışan işçilər müntəzəm olaraq süd məhsulları 
ilə təmin ediməlidirlər. Zərərli istehsalat amillərinin mənfi təsirlərindən qorumaq 
üçün onlara nahar fasiləsində süd, qatıq, ayran verilməlidir. Bununla əlqaədar 
zərərli iş yerlərində çalışanların südlə təmin olunması göstəriciləri cədvəl 6-da 


47 
verilmişdir. 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin