49
2.3. Müəssisədə əməyin təhlükəsizliyi işinin vəziyyəti
Nəfəs orqanlarının fərdi mühafizə vasitələri iki qrupa bölünür: süzgəcli və
izoləedici. Süzgəcli fərdi mühafizə vasitələri havada oksigenin miqdarı
kifayət
qədər (18% -dən az olmadıqda) olduqda və üzvü zərərli maddələr olduqda,
izoləedici fərdi mühafizə vasitələri isə havada oksigen çatışmadıqda və qeyri-üzvü
zərərli maddələr olduqda tətbiq olunur. Süzgəcli qoruyucu vasitələr təyinatına görə
qaz və buxarlardan
qoruyan əleyhqazlara, tozlardan qoruyan aerozol əleyhinə
vasitələrə və bunların hamısından birlikdə qorumaq
üçün universal qoruyucu
vasitələrə bölünür. Süzgəcli əleyhqazlar rezin maskadan, süzgəc qutusundan,
birləşdirici borudan ibarətdir. Süzgəc qutusunun zərərli, qaz ve buxarlara müvafiq
olaraq müxtəlif markaları (məsələn A, B, Q, E, M, KD və s) olur. Neft məhsulları
buxarlarından qorunmaq üçün A markalı süzgəc qutusu nəzərdə tutulmuşdur.
İzoləedici nəfəs orqanlarının fərdi mühafizə vasitələrinin 2 növü olur;
Şlanqlı əleyhqazlar oksigenli nəfəs aparatları. Neftayırma sənayesində şlanqlı
əleyhqazlar geniş tətbiq olunur. Bu əleyhqazlardan bağlı aparatlarda, quyularda və
başqa bağlı zonalarda işləyərkən istifadə olunur. Onların 2 növü PŞ-1, PS-2 olur.
Hər 2 eleyhqaz komplektində xilasedici kəmər və siqnal kəndiri olur.
Şlanqlı əleyhqazlardan fərqli olaraq süzgəcli əleyhqazlar bütün işçilərə verilir.
Əleyhqazları kənar şəxslərə vermək olmaz.
Öz təyinatına görə əleyhqazlar xüsusi və qəza halları üçün olur. Hər bir qaz
təhlükəli obyektdə qəza zamanı
istifadə üçün həm süzgəcli, həm də şlanqlı
əleyhqazlar xüsusi şkaflarda saxlanılır. Obyektdə bir növbə ərzində işləyənlərin
maksimum sayı qədər süzgəcli və qəza zamanı istifadə üçün ən azı 2 ədəd əleyhqaz
olmalıdır. Nəfəs orqanlarını toz və aerozollardan qorumaq
üçün respiratorlardan
istifadə olunur.
Gözləri təhlükəli və zərərli faktorların təsirindən qorumaq üçün qoruyucu
eynəklərdən istifadə olunur. Neft emalı müəssisələrində aşağıdakı qoruyucu
eynəklərdən istifadə olunur:
(Bayramov A., 2017: s. 11)
Açıq tipli - gözləri qarşıdan və yanlardan bərk hissəciklərdən qorumaq üçün;
Bağlı tipli - gözləri qarşıdan, yanlardan, yuxarıdan və aşağıdan bərk
50
hissəciklərdən və maye sıçramalarından qorumaq üçün;
Hermetik
- gözləri yeyici qazlardan, mayelərdən və onların toz və bərk
hissəciklərlə qarışığından qorumaq üçün.
Elektrik və qaz qaynaqçılarının, qazla kəsicilərin gözlərini qorumaq üçün işıq
süzgəcli qoruyucu ekranlardan istifadə olunur.
Xüsusi geyimlər, ayaqqabılar və əlcəklər əsas fərdi mühafizə vasitələridir.
Zavodda xüsusi geyimlər hər bir peşə və iş yerinin zərərli faktorları
nəzərə
alınmaqla təsdiq olunmuş normalar əsasında verilir.
Dostları ilə paylaş: