Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti beynəlxalq magistratura və doktorantura məRKƏZİ


Cədvəl 8. Digər fərdi mühafizə vasitələriylə təmin olunma



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə18/24
tarix17.07.2023
ölçüsü1,12 Mb.
#136776
1   ...   14   15   16   17   18   19   20   21   ...   24
M-mm-dh-seynov-Yusif-Nazim

Cədvəl 8. Digər fərdi mühafizə vasitələriylə təmin olunma 
Sıra 
sayı 
Xüsusi geyim, xüsusi 
ayaqqabı və digər 
fərdi mühafizə və 
qoruyucu vasitələrin 
adı 
Ölçü 
vahidi 
İllik tələbat 
(sifariş 
edilib) 
Cari ildə 
alınmışdır 
Miqdarı 
Məbləği 
(manat) 
Digər fərdi mühafizə 
vasitələri 

15 
Əlcək (kombinasiya 


edilmiş) 
Cüt 
63000 
25000 
50000 
16 
Filtirli əleyhqaz 
Ədəd 
600 


17 
Beşbarmaq əlcək dəri 
Cüt 
600 


18 
Önlük (turşuya 
davamlı rezindən) 
Ədəd 
60 
60 
150 
19 
Qoruyucu kəmər 
Ədəd 
20 


20 
Əleyhqaz PŞ-1, PŞ-2 
Ədəd 
15 


21 
Əlcək-rezin 
Cüt 
1200 
1200 
180 
22 
Ləçək, yaylıq 
Ədəd 
200 


23 
Şit (qaynaqçılar üçün) 
Ədəd 
50 


24 
Təhlükəsizlik lenti 
Ədəd 
100 


25 
Ağızlıq hava süzgəci 
Ədəd 

300 
600 
26 
Qoruyucu eynək 
Ədəd 
3000 
3332 
63812 
27 
Respirator 
Ədəd 

559 
13975 
Digər fərdi mühafizə 
vasitələrinin cəmi 

128717 
Ümumi cəm 

448098 
Digər xərclər 
Süd 
Litr 
300000 
103260 
113652 
Sabun (mühəndislər üçün) 
Ədəd 
20000 


Sabun (fəhlələr üçün) 
Ədəd 
58000 


yuyucu toz 
Kq 



Cəmi 

113652 
Mənbə:
Heydər Əliyev adına Neft Emalı Zavodunun ayrı-ayrı struktur 
bölmələrində 2018-ci ilin birinci yarımili üçün əmək şəraitinin vəziyyəti 
haqqında məlumat. (2018) 
Zərərli iş şəraitində işləyən işçilər ildə 1 dəfə digər sahələrdə işləyənlər isə 2 
ildə 1 dəfə tibbi müayinədən keçməlidirlər. Bədbəxt hadisələr zamanı zərərçəkən-
lərə ilkin tibbi yardım göstərilməsi hər bir işçinin vəzifə borcudur. Ona görə də 
bütün işçilər təhsilindən , peşəsindən və vəzifəsindən asılı olmayaraq, ilkin tibbi 


53 
yardım göstərmək qaydalarını bilməlidir. Bədbəxt hadisə baş verərkən bu barədə 
bilavasitə iş rəhbərinə, sex rəisinə və ya onu əvəz edən şəxsə xəbər verilməli və 
təcili tibbi yardım çağırılmalıdır. İstirahət və bayram günləri, gecə növbəsi zamanı 
isə istehsalat və sahələrdə növbətçi mühəndisə və zavodun dispetçerinə xəbər 
verilməlidir.
İstehsalat və sahə rəisi (onu əvəz edən) bədbəxt hadisə barədə dərhal zavodun 
rəhbərliyini və həmkarlar ittifaqı komitəsini xəbərdar etməlidir. Bilavasitə iş rəh-
bərləri (qurğu, sahə rəisləri, böyük əməliyyatçı və s) təcili tibbi yardım çağırılması-
nı və zərərçəkənə ilkin tibbi yardım göstərilməsini təmin etməlidir. 
2018-ci il ərzində zavodda cəmi 1 bədbəxt hadisə baş vermis, nəticədə ölüm 
hadisəsi baş verməmişdir. Zavodda ən çox təsadüf edilən bədbəxt hadisələrə mexa-
niki zədələnmələr, sınıqlar, yanıqlar, zəhərlənmələr və elektrik cərəyanı ilə zədə-
lənmələri misal göstərmək olar. Mexaniki yaralanmalar 2 cür olur: qapalı və açıq. 
Açıq yaralar dərinin yarılması, dərinin üz qatlarının siyrilməsi kimi yüngül və 
ya dərinə batma kimi kəskin ola bilər. Ən sadə qapalı yara qançırdır. Bədən 
müəyyən qüvvəyə məruz qaldıqda dəri altında olan damarlar və yumşaq toxuma 
təbəqələri zədələnir ki, bu da daxili qanaxmaya səbəb olur. 
Əgər iri qan damarları zədələnərsə qanaxmanın qarşısını almaq üçün yaradan 
yuxarı jqut qoymaq lazımdır. Jqutun qoyulma vaxtını kağızla yazıb jqutun altına 
qoyulmalıdır. Jqut qoymazdan əvvəl onun altına tənzifdən altlıq düzəldib qoymaq 
lazımdır. Jqutu 2 saatdan çox saxlamaq olmaz. 
Sınıqlar baş verdiyi hallarda sınmış hissələri hərəkət etdirmək olmaz, çünki 
sınmış sümüyün iti uclan toxumaları, əzələləri və dərini zədələyə bilər. Sınmış 
hissəyə tərpənməyən sarğı (şina) qoymaq lazımdır. Əgər xüsusi şinalar yoxdursa əl 
altında olan materiallardan taxta, ağac və s, istifadə etmək olar. Şina qoyulan yerin 
sümüyü əhatə etsin. altına yumşaq material dəsmal, pambıq qoymaq lazımdır. Şina 
elə qoyulmalıdır ki, arasında sınıq olan ən azı 2 sümüyü əhatə etsin. 
Termiki - yanıqlar zamanı (1,2, 3, 4-cü dərəcəli) yanıq yerinə steril sarğı 
qoymaq lazımdır. 
Kimyəvi yanıqlar zamanı yanmış yeri 10-15 dəqiqə müddətində güclü su 


54 
axınının altında yumaq, turşu və qələvi gözə düşdükdə gözü su fəvvarəsi ilə və ya 
çoxlu miqdarda su ilə 10-15 dəqiqə yumaq lazımdır. 
Zavodda yanğın-texniki komissiyası yaradılmış, istehsalat və sahələrdə 
könüllü yanğınsöndürmə dəstələri fəaliyyət göstərir. Yanğın-texniki komissiyaya 
baş mühəndis sədrlik edir. Yanğın-texniki komissiyası yanğın təhlükəsini azaltmaq 
və ləğv etmək istiqamətində yanğın-profilaktiki tədbirlər planı hazırlayır. Yanğın-
texniki komissiyası texnoloji proseslərdə, avadanlıqların işində, anbarlarda, çən 
parklarında yanğın təhlükəsizliyi tələblərinin pozulmasını aşkar edir, bu 
pozuntuların ləğv olunması üçün tədbirlər hazırlayır, yanğın-profilaktika işlərinin 
aparılmasında hərbiləşmiş yanğın hissələri ilə əməkdaşlıq edir, işçilər arasında 
yanğın təhlükəsizliyi qaydalarına əməl olunması məqsədi ilə kütləvi izahat işləri 
aparır. 
Zavodda baş verən hər bir yanğın hadisəsi direktorun əmri ilə yaradılmış 
komissiya tərəfindən araşdırılır. Komissiya yanğının baş vermə səbəbini və 
təqsirkar şəxsləri müəyyən edir. Habelə aşkar edilmiş çatışmamazlıqların aradan 
qaldırılması üçün tədbirlər hazırlayır. Araşdırmanın nəticəsi kimi akt tərtib olunur 
və müvafiq sənədlər rəsmiləşdirilir. 
Könüllü yanğınsöndürmə komandaları zavodda ən kütləvi yanğın mühafizəsi 
təşkilatıdır. Onlar yanğın söndürülməsi və profilaktika üçün müstəqil iş aparırlar. 
İstehsalat və anbarlar yanğın təhlükəsi baxımından 6 kateqoriyaya bölünürlər. 
A və B yanğın-partlayış təhlükəli V, D və Q yanğın təhlükəli, E-partlayış təhlükəli 
istehsalatları bildirir.
A kateqoriyayası - a) alışma temperaturu 28°C-dən aşağı olan mayelər b) 
Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin