Cədvəl 7. Xüsusi geyim və ayaqqabılarla təmin olunma Sıra sayı Xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə və qoruyucu vasitələrin adı Ölçü vahidi İllik tələbat (sifariş edilib) Cari ildə alınmışdır Miqdarı Məbləği (manat) Xüsusi geyim 1
Mühəndis kostyumu
Dəst
848
695
19460
2
Fəhlə kostyumu
Dəst
5076
2719
62537
3
Fəhlə üçün gödəkçə
Dəst
2562
1494
40338
4
Mühəndis gödəkçəsi
Ədəd
811
796
19211
5
Qollu mayka
Ədəd
33000
_
_
6
Xələt (ağ)
Ədəd
702
360
4320
7
Alt paltarı
Dəst
246
_
_
8
Mayka Polo
Ədəd
5268
_
_
9
Kombinzon
Ədəd
80
115
2760
10
Kombinzon
(yanmayan
parçadan)
Ədəd
1000
842
117880
11
Plaş (su keçirməyən)
Ədəd
20
20
120
Xüsusi geyimlərin cəmi
49613 7041 266626 Xüsusi ayaqqabı
12
Mühəndis ayaqqabısı
Cüt
848
316
11630
13
Fəhlə üçün ayaqqabı
Cüt
5252
1645
41125
14
Çəkmə rezini
Cüt
55
_
_
Xüsusi ayaqqabıların cəmi
6155 1961 52755 Mənbə: Heydər Əliyev adına Neft Emalı Zavodunun ayrı-ayrı struktur
bölmələrində 2018-ci ilin birinci yarımili üçün əmək şəraitinin vəziyyəti
haqqında məlumat. (2018)
Xüsusi geyimlər əvəzi ödənilmədən pulsuz verilir. Onlar yalnız iş vaxtı
istifadə etmək üçün verilir. Onları zavoddan kənara aparmaq olmaz. Xüsusi
51
geyimlər hər bir işçinin ölçülərinə uyğun verilməli işləyərkən iş paltarlarının
qolları, və yaxası düymələnməlidir. İş paltarlarının yuyulması üçün zavodda
çamaşırxana fəaliyyət göstərir. İş paltarlarını və ayaqqabıları təmir etmək üçün
zavodda dərzi və çəkməçi fəaliyyət göstərir. Xüsusi geyimlərin neft məhsulları ilə
yuyulmasına icazə verilmir. Xüsusi geyimləri saxlamaq üçün hər bir işçi şkaflarla
təmin olunmuşdur.
7-ci cədvəldə 2018-ci ilin birinci yarımili üçün xüsusi geyim və ayaqqabılara
olan tələbat, cari ildə alınmış geyimlərin miqdarı və onlara çəkilmiş xərclər
göstərilmişdir.
Cədvələ əsasən deyə bilərik ki, 2018-ci il üçün tələb olunan xüsusi geyimlərin
cəmi 49613 olduğu halda onların sadəcə 7041-i alınmışdır. Bu da ümumi tələb
olunan xüsusi geyim miqdarının cəmi 14%-ini təşkil edir. Bu göstəricilərin birinci
yarımili əhatə etdiyini nəzərə alsaq belə 14%-in kiçik göstərici olmadığını deyə
bilmərik. Çünki birinci yarımil üçün alınmış olsa belə bu göstərici 50%-ə yaxın
olmalı idi. Ayrılıqda xüsusi geyimlərə nəzər yetirsək görərik ki, sadəcə mühəndis
gödəkçəsi ilə su keçirməyən plaş demək olar ki, tam təmin olunmuş, kombinzon
isə tələb olunandan daha çox alınmışdır. Digər xüsusi geyimlər isə tələb olunandan
daha az alınmışdır. Bununla belə, alt paltarı, mayka Polo, qollu mayka geyimləri
heç alınmamışdır.
Xüsusi ayaqqabılara olan tələbat da xüsusi geyimlər kimi zəif ödənilmiş, hətta
rezin çəkməyə olan tələbat qarşılanmamışdır. Tələb olunan 6155 xüsusi ayaqqabı
cütündən sadəcə 1961-i alınmışdır ki, bu da ümumi tələbatın cəmi 32%-ini təşkil
edir. Bu xüsusi geyimlə təmin olunma faizinə nisbətən daha yüksək göstərici olsa
da ümumən kiçik göstərici kimi qiymətləndirilə bilər.
8-ci cədvəldə isə digər fərdi mühafizə vasitələrinə, süd və sabunlara olan illik
tələbat və onların cari ildə əldə edilmiş miqdarı və çəkilən xərclər göstərilmişdir.
2018-ci il üçün tələb olunan digər mühafizə vasitələrinin cəmi 68845-dir. Yəni,
tələbatın birinci yarımildə təşkil olunmuş miqdarını 30451 vasitə təşkil edir. Bu da
ümumi tələb olunan vasitələrdən 44,2%-nin alındığını ifadə edir. Süd və sabun
məhsulları ilə təmin olunmaya nəzər yetirək. İllik tələbatının 300 min litr müəyyən
52
olunduğu bu zavoda ilk 6 ayda 103260 litr süd alınmışdır. Yəni, tələbatın 34%-i
qarşılanmışdır. Sabun məhsullarına olan tələbat isə 78000 olsa da, bəhs edilən
dövrdə sabun alışı həyata keçirilməmişdir
(Ağamirov G., 2018: s. 2).