Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti beynəlxalq magistratura və doktorantura məRKƏZİ



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə22/24
tarix17.07.2023
ölçüsü1,12 Mb.
#136776
1   ...   16   17   18   19   20   21   22   23   24
M-mm-dh-seynov-Yusif-Nazim

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


67 
NƏTİCƏ VƏ TƏKLİFLƏR 
 
Apardığımız təhlillərə əsasən aşağıdakı nəticələrə gələ bilərik: 

Heydər Əliyev adına Neft Emalı Zavodunda əsas təhlükələrdən biri də 
istehsal mühiti amilləridir. Zərərli iş yerləri ilə yanaşı istehsal mühiti amillərindən 
səs-küy, qazlılıq amilləri çalışanlara böyük miqdarda təhlükəli təsir göstərir. Bunu 
tədqiqatımız nəticəsində əldə etdiyimiz faiz göstəricilərindən aydın şəkildə görmək 
olar. Titrəmə, tozluluq amilləri isə digər zərərli amillərə nisbətən daha az miqdarda 
mənfi təsirə malikdir. Tədqiqatımız zamanı alınan aşağı faizli göstəricilər bizə 
bunu deməyə əsas verir. Fiziki ağır işlər və ionlaşan şüalanma amilləri isə cüzi 
miqdara sahibdir. Yəni, zavod işçiləri üçün o qədər də böyük təhlükə sayılmır. Bu 
ilk növbədə zavodda bu işlərlə məşğul olan işçi sayının ümumi işçi sayındakı 
payının çox az olması ilə əlaqədar alınan aşağı faizli göstəricilərlə əlaqədardır. 
Lakin, bu o demək deyil ki, onlara qarşı hər hansısa tədbir görməyə ehtiyac 
yoxdur. Bu iş yerlərində işləyən işçi sayı az olsa da ağırlıq və zərərlilik baxımından 
bu istehsal amilləri digər amillərdən olduqca təhlükəli hesab oluna bilər. 

Yalnızca Neft Emalı Zavodunda deyil, SOCAR-ın bütün müəssisələrində 
əməyin təhlükəsizliyi ilə bağlı məsələlərə böyük diqqət yetirildiyi aşkardır. 
Müəssisələrdə əmək şəraitinin yaxşılaşdırılması üçün orta hesabla illik əmək 
haqqının 3%-i miqdarında vəsait ayrılır. Bu vəsait əmək təhlükəsizliyi ilə bağlı 
olan tədbirlərindən başqa hər hansısa bir sahəyə yönəldilə bilməz. 2018-ci il üzrə 
HƏBNEZ-də də əmək şəraitini yaxşılaşdırılması və sağlamlaşdırılması üçün 
planlaşdırılmış nomenklatur tədbirlərin yerinə yetirilməsi məqsədiylə 447200 
manat pul ayrılmalı idi. Lakin faktiki olaraq 336800 manat vəsaitdən istifadə 
edilib. Bu da plan üzrə olan xərclərin 75,3%-ini təşkil edir. 

Zavod işçilərinin illik tələbata görə fərdi və xüsusi mühafizə vasitələri ilə 
təmin olunma faizi nəzərdə tutulandan aşağı kimi qiymətləndirilə bilər. Xüsusi 
mühafizə vasitələrinin bir qismi illik tələbatdan aşağı miqdarda alınmışdır. 
Ümumilikdə fərdi mühafizə vasitələriylə təmin olunmaq üçün 448098 manat pul 
vəsaitindən istifadə edilmişdir. Bir çox xüsusi mühafizə vasitələrinin alışı isə 


68 
ümumiyyətlə həyata keçirilməmişdir. Bu bir çox səbəblə əlaqəli ola bilər. Məsələn, 
illik tələbat düzgün proqnozlaşdırılmaya, illik tələbatı ödəmək üçün keçən ildən 
artıq qalan mühafizə vasitələrindən istifadə olunduğu üçün cari ildə yeni vasitələrin 
alışına ehtiyac olmaya bilər. Digər bir halda isə mühafizə vasitələrinin təmini 
düzgün şəkildə, vaxtı-vaxtında yerinə yetirilməyə bilər. Hər bir halda bu 
göstəricilərdə yaranan fərqlər əməyin təhlükəsizliyini planlaşdırarkən maneə 
rolunu oynaya bilər.

Müəssisədə bədbəхt hadisələrin baş verməməsi üçün əmək şəraitinin 
vəziyyətinə nəzarət olunur. Bu nəzarət əmək şəraitinin təhlükəsizlik nоrmalarından 
kənara çıхması hallarının aşkarlanması və оnların aradan götürülməsi üçün 
оpеrativ qərarların qəbulundan ibarətdir. Müəssisə nəzarəti əmək şəraitinə 
mərhələli nəzarət olunması ilə sех, sahə və qurğuların tехniki vəziyyətini 
paspоrtlaşdırmaq istiqamətlərində həyata keçirilir. 

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və 
Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin 07-14 may 2018-ci il tarixlərində 
aparılan kompleks yoxlama zamanı bəzi nöqsanlar aşkar olunmuşdur. Bu 
nöqsanlara bəzi təzyiq altında işləyən qurğulara baxış müddətinin keçməsi, 
çənlərin dam örtüklərinin korroziyaya məruz qalması, qurğuların bir çoxundakı 
manometrlərin sıradan çıxması, nasoslardakı sızmalar və s. misal gətirilə bilər 
Bu məsələlərlə bağlı olaraq aşağıdakı təklifləri verə bilərik:
 

Təmir-quraşdırma üzrə 13 N-li sahədə ionlaşan şüalanmanın təsirinə 
məruz qalan işçilər parçasında qurğuşun materialından istifadə olunmuş geyimlərlə 
təmin edilə bilər. Belə ki, qurğuşunun şüalanmanın qarşısını alma xüsusiyyəti 
vardır.
 

Səs-küy amilinin mənfi təsirlərinə məruz qalan işçilər üçün xüsusi 
mühafizə qulaqlıqları alına bilər. Çünki, zavodun illik tələbatı üzrə məlumatlara 
nəzər yetirsək görərik ki, zavodda səs-küy amilinin təsirlərindən qorunmaq üçün 
hər hansısa bir vasitə alışı həyata keçirilməmişdir.
 

Zavod ərazisindəki korroziyaya uğrayan çən örtüklərinin rəngənilməsi
nasoslardakı sızma və nasaz manometrlərlə bağlı problemləri nəzərə alaraq bu 


69 
işləri yerinə yetirmək üçün ayrıca komissiyanın yaradılması ya da bu problemlərin 
həlli ilə bağlı məsul şəxslər təyin edərək nöqsanların aradan qaldırılmasına ciddi 
nəzarət etmək tövsiyyə oluna bilər.

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin