Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti beynəlxalq magistratura və doktorantura məRKƏZİ



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə9/24
tarix17.07.2023
ölçüsü1,12 Mb.
#136776
1   ...   5   6   7   8   9   10   11   12   ...   24
M-mm-dh-seynov-Yusif-Nazim

 
 
 
 
 
 
 
 


27 
1.3. Əməyin təhlükəsizliyinin sosial-iqtisadi xüsusiyyətləri
İnsanın əməyini 2 yerə, zehni və fiziki əməyə bölürlər. Fiziki işlərin hər 
birində az da olsa zehni əməyin işləndiyi kimi, hər bir zehni işdə də fiziki əməkdən 
istifadə edilir. Əmək məhsuldarlığını yüksəltmək üçün işçilərin daha az fiziki 
enerji sərf etməklə bir çox işi yerinə yetirməsi tələb olunur. Əzələ enerjisindən 
faydalı yararlanmaq üçün aşağıdakılara əməl etmək vacibdir: 
o
Əzələ işi mexaniki işlərin kəmiyyətinə uyğun olmalıdır. 
o
Əllərin hər ikisi işə eyni vaxtda başlayıb, eyni vaxtda da bitirməlidir. 
o
Hərəkətlərin hər biri həm simmetrik, həm də əks səmtə yönəlmiş olmalıdır. 
Zehni iş yerinə yetirərkən bir neçə amildən aslı olaraq yorulma halları müşa-
hidə olunur. Bu, daha çox əsəb sisteminin yüklənməsi zamanı özünü biruzə verir. 
Nəticədə, insanların psixoloji halı, görmək, eşitmək, məntiqli qərar vermək qabiliy-
yətləri zəifləyir. Texnoloji xəritələri hazırlayarkən, təzə avadanlıq düzəldərkən 
zehni və fiziki əməyin xassələrini bilmək layihələndirici mühəndislərə iş yerlərinin 
hazırlanmasına elmi surətdə yanaşmaları üçün şərait yaradır. Sənaye və kənd təsər-
rüfatı müəssisələrinin bütün sahələrində istehsalat prosesləri elə təşkil edilməlidir 
ki, həm istehsalat prosesinin səmərəliliyinin yüksəldilməsinə nail olunsun, həm də 
yüklənmə azalsın, işçi öz işindən zövq almağı bacarsın. İş yerlərini təşkil edərkən 
yalnız işçilərin effektiv işləməsinə kömək edəcək əşyalardan istifadə etmək lazım-
dır. Çünki, çalışan iş saatı ərzində bütün diqqətini işinə kökləməlidir. Onun diqqə-
tini yayındıracaq cisimlər iş mühitindən uzaqlaşdırılmalıdır. Çalışanlar daima tibbi 
müayyinələrdən keçməli, xüsusi geyimlərdən istifadə etməlidirlər. Əməyin təhlü-
kəsizliyi tədbirlərinin tətbiq edilməsi işçilərin hər birinə düşən orta illik məhsuldar-
lığı artıra bilər. Nəticədə, sosial sığortalara sərf edilmiş xərclər və əməklə bağlı 
itkilər azalar. 
İlk tibbi yardım işçilərin sağlamlığı üçün vacibdir. İlkin tibbi yardım ilə bağlı 
sertfikatı olmayanlar bu işlə məşğul ola bilməz. İşçilərin sağlamlığı və təhlükəsizli-
yi üçün əslində aşağıdakılara diqqət yetirilməlidir (
Gök B., 2015: s. 17
):
a) Az təhlükəli iş yerlərində hər 20 çalışan üçün 1 ilk tibbi yardımçı;
b) Təhlükəli iş yerlərində hər 15 çalışana 1 ilk tibbi yardımçı;


28 
c) Çox təhlükəli iş yerlərində isə hər 10 çalışana 1 ilk tibbi yardımçının 
olması lazımdır. 
İstehsalatdakı travmatizm hadisələrini kəmiyyət və keyfiyyətcə qiymətləndir-
mək və görülən tədbirlərin səmərəliliyinə, ümumilikdə, əməyin mühafizəsi işləri-
nin təşkilinə kəmiyyətcə qiymət vermək üçün aşağıda göstərilən üsullardakı göstə-
ricilərdən istifadə oluna bilər. 
Statistik üsul travmatizmin şərti göstəricilərinə istinad etdiyinə görə həmin 
göstəricilər burada toplanır, qruplaşdırılan məlumatlar əsasında hesablanır və əmək 
mühafizəsi tədbirlərinin səmərəliliyinə kəmiyyətcə konkret qiymət verilir. 
Buradakı göstəricilər travmatizmin şərti göstəriciləri adlanır və aşağıdakılar-
dır 
(Həsənov M.M., Abbasov C.Q., Cəfərov E.N., 2016: s.59-60):
1. Tezlik göstəricisi - Müəssisədə çalışan hər min nəfərə görə iş günündən çox 
əmək qabiliyyətlərinin itirildiyi hadisələrin tezliyini bildirir: 
𝐾
𝑇
=
10
3
𝑇
𝑃
Burada:
T - Bədbəxt hadisələrin ümumi cəmi,
P - Siyahıdakı çalışanların orta sayı. 
2. Ağırlıq göstəricisi - Bir hadisəyə düşən, əmək qabiliyyəti olmayan iş 
günlərinin cəmini göstərir: 
𝐾
𝑎
=
D
𝑇 − 𝑇′
Burada:
D – Bütövlükdə hadisələrin əmək qabiliyyəti olmayan iş günlərinin cəmi;
T - hadisələrin ümumi sayı;
T’ – ölüm halı qeydə alınmış hadisələrin sayıdır. 
3. Ölüm göstəricisi - hesabat dövründə müəssisənin hər 1000 işçisinə görə 
ölümlə nəticələnən bədbəxt hadisələrin sayını ifada edir: 
𝐾
ö
=
10
3
𝑇′
𝑃
Burada: 


29 
T’ - ölüm halı qeydə alınmış hadisələrin sayıdır.
4. İtkilər və ya istehsalatın təhlükəlilik göstəricisi 
𝐾
𝑖
=
10
3
𝐷
𝑃
və ya 
K
i
= K
T
× K
a
5. Zədələnmələrdən müəssisəyə dəyən illik maddi zərər aşağıdakı kimi 
hesablana bilər: 
M=(0,6T+1,28 D)×b +8T 
Burada: 
M - müəssisəsinin illik maddi zərəri, man; 
T - il ərzindəki bədbəxt hadisələrin sayı;
D - hadisələrə görə itən iş günlərinin cəmi, gün;
b - zərərcəkmiş şəxsin gündəlik orta əmək haqqı, man;
0,6 T - zədələnmə günlərində əlavə itki xarakterizə edir;
1,28 D - xəstəlik vərəqi üzrə məsrəfi xarakterizə edir;
8T - maddi yardımın orta miqdarının xarakteristikasıdır. 
Dövlətə xəstəxana xətti ilə dəyən maddi zərəri isə aşağıdakı kimi hesablamaq 
olar: 
M
1
= (B+b
1
)×D+5,26 n
1
+6,99 n
2
Burada: 
D - xəstələnmə nəticəsində itən iş günlərinin cəml, gün;
B - bir işçinin müəssisəyə gətirdiyi gündəlik orta gəlir;
b1 - işçiyə xəstəlik vərəqinə görə bir günə üçün verilən pul;
n
1
- Xəstələrin stasionarda yatdigi günlərin sayı, gün;
n
2
- ambulatoriya xəstələrinin sayı. Belə ki, xəstələnmə zamanı xəstə 4 dəfə 
poliklinikaya (məntəqəyə) gedir, 3 dəfə kliniki təhqiqat keçir. 
Təsərrüfatlardakı travma və xəstəliklərlə əlaqəli itkilərin cəmi aşağıdakı 
düsturla hesablanır 
(Əliyev O.R., 2017: s.14):


:
man
z
t
c







30 
Burada: 
Π
c
– travma və xəstəliklərlə əlaqəli itkilərin cəmi. 

t

- travmalarla əlaqəli itkilərin cəmi. 

z

- xəstəliklərlə əlaqəli itkilərin cəmi. 
İş şəraitinin əlverişsiz olması səbəbindən baş verən zədələnmə və xəstələnmə-
lərin yaratdığı itkilərin hesabatı aparılır, nəticəsi analiz edilir, daha sonra isə bu 
analizin nəticələri əsasında əməyin təhlükəsizliyi üçün tədbirlər planı hazırlanır. 
Daha sonra işlənmiş tədbirlər tətbiq olunur, ən azı bir il təhlükəsizləşdirilmiş olan 
əmək şəraitində çalışdıqdan sonra əmək təhlükəsizliyi tədbirlərinin iqtisadi səmərə-
lilik hesabatı aparılır. 
Ümumi qənaət hesablanarkən aşağıdakı düsturdan istifadə edilir 
(Əliyev N.Ə., 
2010: s.23):
Э
о
= П
с1
- П
сı
Burada: 
П
с1
– Əməyin mühafizəsi tədbirlərindən əvvəl travmalar ucbatından başa gələn 
itkilər. 
П
сı 
- Tədbirlərin tətbiqindən sonra travmalar nəticəsində yaranmış itkilər. 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin