Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti beynəlxalq magistratura və doktorantura məRKƏZİ



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə6/24
tarix17.07.2023
ölçüsü1,12 Mb.
#136776
1   2   3   4   5   6   7   8   9   ...   24
M-mm-dh-seynov-Yusif-Nazim

Tədqiqatın obyekti və predmeti
. Tədqiqatın obyektini Heydər Əliyev adına 
Bakı Neft Emalı Zavodunda əmək şəraiti və iş təhlükəsizliyi ilə bağlı proseslər
predmetini isə Zavodda əməyin təhlükəsizliyinin təkmilləşdirilməsi məsələləri 
təşkil edir. 
Tədqiqatın nəzəri metodoloji əsasları. 
Tədqiqatın nəzəri və metodoloji 
əsasını AR-nın Konstitusiyası, Əmək Məcəlləsi, Əmək mühafizəsi haqqında AR-
nın Qanunu, müvafiq qanunvericilik aktları, əməyin təhlükəsizliyi probleminin 
təhlili və qiymətləndirilməsinə həsr edilmiş elmi əsərlər, həmçinin Azərbaycan
rus, ingilis və türk dillərində olan digər iqtisadi ədəbiyyatlar təşkil edir.
 
Tədqiqat metodları. 
Dissertasiya işində əsasən ədəbiyyatla bağlı 
araşdırmalar yer alır. Bu ədəbiyyatları əməyin mühafizəsi ilə bağlı kitablar, 
jurnallar və məqalələr təşkil edir. Dissertasiya işinə aid olan məlumatları 
toplayarkən əsasən ikinci əldən məlumat toplama metodundan istifadə edilmişdir. 
Lazım olan məlumatları topladıqdan sonra onları qruplaşdıraraq və analiz edərək 
HƏBNEZ-də əməyin təhlükəsizliyinin təşkili və buna əngəl olan amillərin 
azaldılması yolları müəyyənləşdirilmişdir.
 
Tədqiqatın informasiya bazası. 
Tədqiqatın informasiya bazasını HƏBNEZ-
in, Azərbaycan Respublikası Statistika Komitəsinin hesabat və məlumatları, 
əməyin təhlükəsizliyi ilə bağlı qanunvericilik aktları, Azərbaycan və xarici ölkə 
alimlərinin əsərləri, SOCAR-ın daxili soraq kitabları və s. təşkil edir.
 
Tədqiqatın məhdudiyyətləri.
Tədqiqat işi aparılarkən zəruri informasiyaların 
qıt və əlçatmaz olması təhlil zamanı bəzi məhdudiyyətləri ortaya çıxarmışdır. 
Ölkəmizdə yetərincə inkişaf etməyən bu sahə üzrə informasiya bazası geniş deyil. 
Var olan informasiyaların çoxu eyni məlumatlara əsasən yaradılmış ədəbiyyatlarla 
məhdudlaşır. İnnovativ məlumatlar isə demək olar ki, yoxdur.

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin