Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti beynəlxalq magistratura və doktorantura məRKƏZİ


 Əməyin təhlükəsizliyinin təşkilati-hüquqi təminatı



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə8/24
tarix17.07.2023
ölçüsü1,12 Mb.
#136776
1   ...   4   5   6   7   8   9   10   11   ...   24
M-mm-dh-seynov-Yusif-Nazim

1.2. Əməyin təhlükəsizliyinin təşkilati-hüquqi təminatı 
Əmək mühafizəsi hüquqi, təşkilati, sosial tədbirlərin və istehsal fəaliyyəti 
zamanı işçilərin iş qabiliyyətlərinin, sağlamlıqlarının qorunması sistemidir. 
Konstitusiya əmək hüquqlarını təsbit edən əsas qanun aktıdır. Azərbaycan 
Respublikasının Konstitusiyası 12 noyabr 1995-ci ildə qəbul edilmişdir. Sonradan 
2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da 
Konstitusiyaya əlavə və dəyişiklər edilmişdir. AR-nın Konstitusiyası ölkəmizin 
qanunvericilik sisteminin əsas bazasını təşkil edir. O, ən ali qüvvəyə malik hüquqi 
bir aktdır. AR-nın Konstitusiyası 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. Bu 
maddələrdən 48-i insan hüquqlarına aiddir. Bu da dövlətin öz vətəndaşlarına 
ayırdığı diqqətin nəticəsidir. 
AR-nın Konstitusiyasına əsasən hər bir vətəndaşın təhlükəsiz olan əmək şəra-
itində işləmək hüququ vardır. Əmək ictimaiyətin və ayrılıqda fərdlərin rifahının 
əsasını təşkil edir, yəni hər bir vətəndaş sərbəst olaraq qabiliyyətinə əsasən özünə 
ixtisas və iş yeri seçə bilər. Tam təhlükəsiz iş şəraitində işləyib, dövlətin müəyyən 
etdiyi minimum əmək haqqından az olmayan miqdarda məvacib almaq hər kəsin 
hüququdur. AR-nın Konstitusiyasının 37-ci maddəsində istirahət hüququ, 38-ci 
maddəsində sosial təminat hüquqları, 39-cu maddəsində sağlam ətraf mühitində 
yaşamaq hüququ, 41-ci maddəsində isə sağlamlığın qorunması ilə bağlı qaydalar 
verilmişdir. Bunlar hər kəsin hüququdur. Müəssisələrin hər biri əməyin təhlükəsiz-
liyinin norma, qayda və prinsiplərinə əməl etməlidir. Bu qaydalar qanunvericilik 
aktları əsasında formalaşdırılır. Baş verən hər hansısa bədbəxt hadisəyə görə işəgö-
türənlər milli qanunvericiliyimizə uyğun şəkildə məsuliyyət daşıyırlar. 
Müəssisə rəhbərləri iş yerlərində AR-nın Əmək Məcəlləsi, AR Nazirlər Kabi-
neti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qəbul olunmuş 
qərar, stаndаrt, təlimat, və normativlərin tətbiq olunmasında bilavasitə cаvаb-
dеhdirlər. 
Konstitusiyadan sonra əmək hüququ mənbələri arasında əsas yerdə AR-nın 
Əmək Məcəlləsi durur. Əmək Məcəlləsi AR-nın Milli Məclisi tərəfindən 1999-cu 
il 1 fevral tarixində qəbul olunmuşdur. 1 iyul 1999-cu il tarixindən etibarən qüvvə-


21 
yə minmişdir. Bu məcəllə 13 bölmə, 48 fəsil və 317 maddədən ibarətdir. Əmək 
Məcəlləsinin 9-cu bölməsi sırf əməyin mühafizəsi ilə bağlıdır. Bu bölmə 4 fəsil, 33 
maddədən ibarətdir. 
Əmək məcəlləsinin bu bölməsinə görə əməyin mühafizəsi norma və qaydala-
rının yalnızca işçilərin deyil, həmçinin istehsalat təcrübəsində iştirak edən tələbələ-
rin, işləyən məhkumların, hər hansısa bir sahədə işə cəlb olunmuş hərbi qulluqçula-
rın, fövqəladə vəziyyətlə bağlı olaraq çalışan şəxslərin də iş yerlərində tətbiq edil-
məsi vacibdir. 
Bu bölmədə əmək mühafizəsinin əsas prinsipləri də göstərilmişdir. Bunlar 
aşağıdakı istiqamətləri əhatə edir: 
(Əhmədov Y., Rəhimov T., 2009: s. 4)

İşçilərin sağlamlığı müəssisələrin fəaliyyətinin nəticəsindən önəmli sayıl-
malıdır. 

Bütün müəssisələrdə əmək mühafizəsinin vahid tələbləri müəyyənləşdiril-
məlidir. 

Hər bir müəssisədə əmək mühafizəsi tədbirlərinin tətbiqinə nəzarət 
edilməlidir. 

Əmək mühafizəsi norma və qaydaları daim təkmilləşdirilməlidir. 

İşçilər fərdi və kollektiv mühafizə vasitələriylə pulsuz şəkildə təchiz 
olunmalıdır. 

Əmək mühafizəsi sahəsində mütəxəssislər hazırlanmalı və daim ixtisasları 
artırılmalıdır. 

Həyata keçirilən vergi siyasəti təşkiltlarda əmək mühafizəsi tədbirlərinin 
inkişaf etdirilməsinə təkan verəcək istiqamətdə tətbiq edilməlidir. 

Bədbəxt hadisələr zamanı zərərçəkən və ya peşə xəstəliklərinə məruz 
qalmış işçilər həm maddi, həm də mənəvi cəhətdən müdafiə olunmalıdır. 

Məcəllədə işəgötürən və işçilərin əmək təhlükəsizliyi sahəsindəki vəzifələri 
də qeyd edilmişdir. 
Bütün işəgötürənlər öz müəssisələrində əməyin təhlükəsizliyi norma və 
qaydalarına, normal istirahət tələblərinə əməl etməli, iş yerlərinin və qurğularının 
təhlükəsizliyinə riayət etməli, işçilərin pulsuz olaraq həm fərdi, həm də kollektiv 


22 
mühafizə vasitələriylə təmin etməli, müvafiq profilaktik tədbirləri təşkil etməli, 
kollektiv müqavilədə əmək mühafizəsi ilə bağlı qaydaları qeyd etməli və oradakı 
öhdəlikləri yerinə yetirməlidirlər. 
Əmək təhlükəsizliyini düzgün şəkildə təşkil etmək üçün işçilərin də vəzifələri 
müəyyənləşdirilmişdir. Belə ki, hər bir işçi əmək təhlükəsizliyiylə gigiyenası 
tədbirlərini öyrənməli, onlara əməl etməli, əməyin mühafizəsinin norma və 
qaydaları haqqında biliklərini daima artırmalı, verilmiş xüsusi geyimlə mühafizə 
vasitələrindən istifadə etməli, yaranmış bədbəxt hadisələr barəsində dərhal rəhbər-
liyə xəbər verməlidir. 
Əmək hüququnu tənzimləyən digər mənbə isə Əməyin Mühafizəsi haqqında 
AR-nın Qanunudur. Əməyin mühafizəsi ilə bağlı dövlət siyasətinin əsas prinsipləri, 
maliyyə təminatı, əmək mühafizəsi barəsində qanunvericiliyə əməl olunmasına 
nəzarət, qanunvericilik aktlarının pozulmasına görə məsuliyyət, əmək mühafizəsi 
vasitələrinin alışına müəssisələrdə maraq oyatmaq kimi bir çox məsələlər haqqında 
hüquqi baza bu Qanunda öz əksini tapmışdır. 
AR Prezidenti və Nazirlər Kabineti sərəncamlarını, AR-nın Əmək və Əhalinin 
Sosial Müdafiəsi Nazirliyinin, icra orqanlarının, komitə və bələdiyyələrin normativ 
aktları da əmək hüququnun mənbələrinə aiddir. 
Əmək müqaviləsi işə götürənlə işçi arasındakı müqavilədir. Əmək Məcəllə-
sinin 9,10-cu maddələrində müvafiq olaraq işçinin əsas vəzifə və hüquqları, 11,12-
ci maddələrdə isə işə götürənin vəzifə və hüquqları qeyd olunmuşdur. Əmək 
müqaviləsi bağlayarkən iki tərəf, işçi ilə işəgötürən iştirak edir. Əmək müqaviləsi 
bağlamaq üçün şəxs 15 yaşına çatmalıdır. Məcəllənin 42-ci maddəsində əmək 
müqavilələrinin sərbəst şəkildə bağlanılmalı olduğu bildirilir. Müqavilə yazılı 
formada bağlanılmalı, ən azı iki nüsxə olaraq tərəflərin imzasıyla təsdiq olunma-
lıdır. Müqavilənin müddəti 5 ilə kimi, yaxud da müddətsiz olaraq təyin olunur. 
müqavilədə işçinin bacarığının yoxlaması üçün sınaq müddəti müəyyən edilə bilər. 
Bu müddət 3 aydan çox olmamalıdır. 
Əmək müqaviləsində əməyin mühafizəsi üzrə bölmə yer almalıdır. Bu bölməyə 
əsasən işçilər sanitariya və gigiyena normalarına cavab verən iş şəraiti, xüsusi müha-


23 
fizə vasitələri, sağlamlığın mühafizəsi üçün vacib olan qida məhsulları və s. ilə 
təmin olunurlar. Bədbəxt hadisələr nəticəsində işçilər əmək qabiliyyətini itirərsə, 
yaxud ölərsə qanunvericiliklə müəyyənedilmiş sığarta ödənişi həyata keçirməlidir. 
Kollektiv müqavilə 2 tərəf, işə götürənlə kollektiv arasında bağlanır. Azərbay-
can Respublikasının Əmək Məcəlləsinin V bölməsi kollektiv müqavilə ilə bağlıdır. 
Bu bölməyə 7 maddə daxildir. Həmin maddələr kollektiv müqavilənin məzmunu, 
hazırlanması, tərəfləri, bağlanması qaydalarını, qüvvəsi, dəyişikliklər edilməsi, 
yerinə yetirilməsinə nəzarət kimi bir çox məsələrini əhatə edir. Kollektiv müqavilə 
maksimum 3 illik müddətdə bağlana bilər. Müqavilə müəssisədə çalışan bütün 
işçilərə aid edilir. Məzmununda müəssisənin iqtisadi səmərəliliyini artırmaqdan, 
əməyin ödənilmə qaydaları, istirahət vaxtları, məzuniyyətlərlə bağlı şərtlər kimi bir 
çox məsələ qeyd olunur. 
Hər bir müəssisədə təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması üzrə 
işlərə ümumi rəhbərliyi müəssisə rəhbəri həyata keçirir. İşçilərin əmək qanunveri-
ciliyinə riayət etmələrinə, işçilərin işə qəbulu, işdən azad edilməsi, xüsusi geyim, 
ayaqqabı və digər mühafizə vasitələri ilə təmin edilməsinə, zərərli əmək şəraitinə 
görə əlavə məzuniyyətlərə, qadın və yeniyetmələrin əməyindən düzgün istifadə 
olunmasına nəzarət edir. Fəhlələrə təhlükəsiz iş qaydalarının öyrədilməsinə, peşə 
hazırlıqlarının təşkil edilməsinə ümumi rəhbərlik edir. Həmçinin müdir istehsalat 
proseslərinin təşkilini, avadanlıqların istismarını, istehsalat sahələrinin təhlükəsiz-
lik standartlarının tələblərinə uyğunluğunu təmin edir. Müdirlər istehsalatda yaran-
mış qəzalar zamanı onların təhqiqi üçün şərait yaradırlar. Peşə xəstəlikləri, zəhər-
lənmələr, ölümlə nəticələnən bədbəxt qəzalar barəsində yuxarı təşkilatlara və digər 
orqanlara məlumat verir, ağır itki və ya ölümlə nəticələnən bədbəxt hadisələrin 
qarşısının alınması üçün tədbirlər planının hazırlanmasında əsas rol oynayırlar. 
Müəssisənin müdir müavini və baş mühəndisi istehsalatda təhlükəsiz iş 
şəraitinin qurulması işlərini təşkil edirlər. Əmək təhlükəsizliyi sahəsindəki müasir 
təşkilati formaları istehsalatda tətbiq edirlər. Onlar işçilərinin tələb olunan 
təhlükəsizlik standartlarına riayət etmələrinə, dövlət orqanlarının sərəncamlarının 
yerinə yetirilməsinə nəzarət edirlər. Təşkilatın baş mühəndisi, müdir müavini 


24 
işçilərin peşə hazırlığını, onlara təhlükəsiz iş üsullarının, mühafizə vasitələrdən 
düzgün istifadə qaydalarının öyrədilməsini təmin edir. Mühəndis-texniki işçilərə 
əmək təhlükəsizliyi məsələlərinin öyrədilməsini və ixtisaslarının artırılmasını təşkil 
edirlər. Daha sonra işçilərin biliyi yoxlanılır. Bu zaman təlimatlandırma proqramı-
na, işçilərin biliklərinin yoxlanılması məqsədiylə tərtib olunmuş suallara baxırlar. 
İş şəraitinin vəziyyətinin yaxşılaşdırılması ilə bağlı işlərin planının tərtib və tətbiq 
olunmasına nəzarət edirlər. 
Əməyin mühafizəsiylə təhlükəsizlik texnikası xidmətinin əsas vəzifəsi müəs-
sisədə əməyin təhlükəsizliyinin təmini üzrə işlərin həyata keçirilməsindən ibarət-
dir. İşçilərə təhlükəsiz iş üsullarının öyrədilməsinin, sənədlərinin düzgün formada 
rəsmiləşdirilməsinin təşkil edilməsinə metodiki rəhbərlik və nəzarət müəssisəsinin 
və müvafiq yuxarı təşkilatların əməyin mühafizəsi xidmətlərinə tapşırılır. 
Müəssisənin əməyin mühafizəsi və təhlükəsizlik texnikası xidməti öz işində 
mövcud əmək qanunvericiliyini, təhlükəsizlik norma, qayda və standartlarını, həm-
çinin yuxarı təşkilatların əmr və göstərişlərini əsas tutur. Əməyin mühafizəsi və 
təhlükəsizlik texnikası xidməti öz işini il, rüb və aylara bölməklə, baş mühəndis 
tərəfindən təsdiq edilmiş plana əsasən yerinə yetirir. Xidmətin iş planına müəssisə-
də çalışanların təşkil və iştirak etdikləri tədbirlər daxil edilməlidir. Xidmətin iş 
planına aşağıdakılar daxil edilməlidir: 
(Həsənov M., Cəfərov E., 2013: s.39)

Əmək şəraitinin yaxşılaşdırılması üçün planın hazırlanması; 

Əməyin təhlükəsizliyi üzrə fəaliyyət göstərən komissiyanın işinin təşkili 
edilməsi; 

İşçilərin istehsalat sahələrindəki iş şəraitinin və təhlükəsizliyinin kompleks 
və məqsədəyönlü formada yoxlanılmasının təşkili; 

İstehsal yönümlü obyektlərin tikinti və bərpası üçün tərtib olunmuş 
layihələrə təhlükəsizlik nöqteyi nəzərindən baxılması; 

Təzə və bərpaedilmiş istehsal yönümlü obyektlərin istismara qəbul komissi-
yanın işində iştirakı (təhlükəsizlik qaydalarına riayət olunmasını yoxlamaq üçün); 

Mühəndis texniki işçilərin biliklərini yoxlayan komissiyanın işinin təşkili və 


25 
onun işində iştirakı; 

Fəhlələrin biliklərini yoxlayan sex komissiyalarının işində iştirak; 

MTİ-in öyrədilməsi, biliklərinin yoxlanması üzrə proqram, sual, biletlərin 
tərtib olunmasının təşkili; 

Əməyin təhlükəsizliyi ilə bağlı təlimatların hazırlanması, yenidən baxılması 
işlərinin təşkili və iştirakı; 

Sex və obyektlərdə əmək təhlükəsizliyi kabinetlərinin təşkili; 

Əməyin təhlükəsizliyinə dair ictimai baxış, kinofilmlərin nümayişinin təşkil 
olunması; 

Əmək təhlükəsizliyi məsələlərinə aid olan iclas, müşavirə, sərgilərin təşkili. 
Əmək mühafizəsi ilə təhlükəsizlik texnikası xidməti işçilərinin əsas vəzifələ-
rindən biri aşağıdakı məsələlər üzrə nəzarəti təşkil etməkdir: 

Əmək qanunvericiliyinə, təhlükəsizlik qayda, norma və standartlarına 
riayət olunmasına; 

Sexlərin, obyektlərin sanitariya-texniki vəziyyətinin pasportlaşdırılmasına, 
sanitar-gigiyenik şəraitin vəziyyətinə; 

Əməyin təhlükəsizliyinə dair əmr və göstərişlərin, əmək şəraitinin yaxşılaş-
dırılması üzrə tədbirlər planının, nəzarət orqanlarının sərəncamlarının, ictimai 
müfəttişlərin bədbəxt hadisələrin qarşısının alınması üzrə təkliflərinin yerinə 
yetirilməsinə; 

İstehsalat proseslərinin, işlərin düzgün təşkilinə və aparılmasına, avadan-
lıqların, mexanizmləri, qurğuların təhlükəsizlik istismarına; 

Fəhlələrin fərdi mühafizə vasitələri ilə təmin olunmalarına, onlardan 
istifadə qaydalarının öyrədilməsinə; 

İşçilərlə təlimatların vaxtında keçirilməsinə, onların biliklərinin yoxlanma-
sına nəticələrin jurnallarda qeyd olunmasına; 

İstehsalat obyektlərində mümkün qəzaların qarşısının alınması üzrə 
planların olmasına və bu planlara uyğun işçilərə hərəkətetmə qaydalarının 
öyrədilməsinə; 


26 

İstehsalat obyektlərində, qurğularında plakatların, təhlükəsizlik nişanları-
nın, siqaret çəkmək üçün ayrılan yerləri göstərən nişanların olmasına. 
Əməyin mühafizəsi və təhlükəsizlik texnikası xidməti obyektlərində əmək 
şəraitini kompleks və məqsədəyönlü yoxlamalı, sex və sahələr arasında qarşılıqlı 
yoxlamanı təşkil etməlidir. Əmək şəraitinin vəziyyətini yoxlamaq üçün əməyin 
təhlükəsizliyi üzrə daimi fəaliyyət göstərən komissiya yaradılır. Əməyin mühafi-
zəsi və təhlükəsizlik texnikası xidməti bu komissiyanın şəxsi tərkibi haqqında 
müəssisənin müdiriyyətinə təkliflər verir. Əməyin mühafizəsi və təhlükəsizlik 
texnikası xidməti daimi fəaliyyət göstərən komissiyanın iş planını tərtib edir və bu 
planına əsasən hər bir sex, sahə, obyekt yarım ildə bir dəfədən az olmayaraq 
yoxlanılır. Əməyin mühafizəsi və təhlükəsizlik texnikası xidməti daimi fəaliyyət 
göstərən komissiyanın planına əsasən əmək şəraitinin yoxlanılması təşkil edir, bu 
yoxlamada iştirak edir, yoxlamanın nəticələri haqqında akt tərtib edir, zəruri 
hallarda əmr və ya sərəncamın layihəsini hazırlayır. Yoxlamanın nəticələri yoxla-
nılan sexlərin, sahələrin, obyektlərin rəhbərlərinə çatdırlmalıdır. Əmək şəraitinin 
vəziyyətinin yoxlanılmasının təşkili zamanı xidmətin çalışanları metodik göstəriş-
ləri əsas tutmalıdırlar. Xidmətin çalışanları fəhlə və MTİ arasında giriş təlimatları-
nın keçirilməsi üçün proqram tərtib edir, fəhlə və ustalara giriş təlimatı keçirlər, 
MTİ-in biliklərini yoxlayan komissiyanın işini hazırlayır və bu işdə iştirak edirlər. 
Təlimatların tərtibini və yenidən baxıışı təşkil edir, sexlərin, bölmələrin rəhbərləri-
nə təlimatların, proqramların işlənib hazırlanmasında metodik yardım göstərirlər. 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin