Nəticələrin elmi-praktiki əhəmiyyəti.
Respublikamızda yetərincə inkişaf
etməyən əmək təhlükəsizliyi ilə bağlı araşdırmaların aparılması və nəticələrin təhlil
olunmasıdır.
Dissertasiya işinin strukturu və həcmi
. Dissertasiya işi giriş, 3 fəsil, nəticə
və təkliflərdən, sonda isə ədəbiyyatların siyahısından ibarətdir. Ümumilikdə
10
dissertasiya işi 74 səhifə həcmindədir.
Girişdə mövzunun aktuallığı əsaslandırılır, işlənmə vəziyyəti, informasiya
bazası, obyekti, predmeti, məqsədi və vəzifələri, elmi və praktiki əhəmiyyəti
müəyyən edilir, tədqiqatın metodları xarakterizə olunur.
Dissertasiya işinin I fəslində “Əməyin təhlükəsizliyinin təşkilinin nəzəri-
metodoloji əsaslari” tədqiq olunmuş, əməyin təhlükəsizliyinin nəzəri əsasları,
təşkilati-hüquqi təminatı, sosial-iqtisadi xüsusiyyətləri ilə bağlı məsələlər
araşdırılmışdır.
Dissertasiya işinin II fəslində “Müəssisədə əməyin təhlükəsizliyinin təşkili
səviyyəsinin təhlili” araşdırılmış, müəssisədəki istehsal mühiti şəraiti, iş
təhlükəsizliyi amilləri, istehsalat sanitariyası, əməyin təhlükəsizliyi işinin vəziyyəti
tədqiq olunmuşdur.
Dissertasiya işinin III fəslində isə “Müəssisədə əməyin təhlükəsizliyinin
təşkili və ona nəzarət” tədqiq olunmuş, müəssisədə əməyin təhlükəsizliyi üzrə
işlərin təşkili, əmək şəraitinin vəziyyətinə nəzarət ilə bağlı məsələlər öyrənilmişdir.
Dissertasiya işinin sonunda tədqiqat mövzusu ümumiləşdirilərək nəticə və
təkliflər irəli sürülmüş, istifadə edilmiş ədəbiyyatların və internet resurslarının
siyahısı verilmişdir.
11
I Fəsil ƏMƏYİN TƏHLÜKƏSİZLİYİNİN NƏZƏRİ-METODOLOJİ
ƏSASLARI
1.1. Əməyin təhlükəsizliyinin nəzəri əsasları
İşçilərin sağlamlığının qorunması, onların təhlükəsiz əmək şəraiti ilə təmin
olunması və istehsalatda baş verən zərərçəkmələrin qarşısının alınması
dövlətimizin daim diqqətində olmuşdur. Hər bir müəssisə ölkənin müvafiq
qanunvericilik aktlarında əks olunan əməyin mühafizəsinin norma və prinsiplərinə
əməl etməlidir. Əməyin təhlükəsizliyinin inkişafı ölkəmizin inkişafı ilə sıx əlaqədə
olmuşdur. İnsanlar iş fəaliyyətlərini inkişaf etdirdikcə təhlükəsiz olan əmək
şəraitinin yaradılması da zəruri hal alır.
Tarixən ayrı-ayrı alimlər əməyin təhlükəsizliyi barəsində fikirlər bildirmişdir.
Əmək təhlükəsizliyi haqqında ilk qeydlər qədim Roma həkimi Hipokrat (e.ə. 460-
377) və yunan filosofu Aristotel (e.ə. 384-322) tərəfindən aparılmışdır. Daha sonra
XVI əsrdə yaşamış həkim Parasels şaxtaçılarla daş yonanların iş təhlükəsizlikləri
və peşə xəstəlikləri haqqında öz fikirlərini qələmə almışdır.
Rusiyada əməyin təhlükəsizliyi sahəsindəki ilk tədqiqat işini M.V.Lomonosov
həyata keçirmişdir. 1742-ci ildə M.V.Lomonosov “Xüsusi geyimlərə olan tələbat”,
“Mədən işlərində təhlükəsizliklə bağlı tələblər” adlı məqalələri qələmə almışdır
(Беляков Г.И., 2016: s.17).
1752-ci ildə isə ilk dəfə olaraq ildırım ötürücüsünün
strukturu hazırlamışdır. Həmin konstruktiv quruluş hal-hazırda da geniş tətbiq olu-
nur. Rus alimlərindən A.N.Nikitin 120 peşə sahəsinə uyğun gələn “Peşə xəstəliklə-
ri və onların həlli yolları” haqqında əsər yazmışdır. N.D.Zelinskinski əleyhqazı
ixtira etmişdir. A.N.Sidorov, P.K.Xudyakov müxtəlif istehsalat maşın və qurğuları
üçün təhlükəsizlik tədbirlərini işləyib hazırlamışlar. P.N.Yabloçkov və A.N.Lodı-
gin elektrik lampasını, S.İ.Vavilov isə lümenessent lampalarına ixtira etmişdirlər.
Bu ixtiralar əmək şəraitinin yaxşılaşdırılmasında mühüm rol oynamışdırlar.
1919-cu ildə Beynəlxalq Əməyin Mühafizəsi Təşkilatı yaradıldı. Həmin
təşkilatın məqsədi sosial bərabərlik, əməyin mühafizəsi və təhlükəsizliyini təşkil
etmək idi. Hazırda 185 ölkə həmin təşkilata üzvdür. Bu təşkilat əməyin təhlükə-
sizliyi üzrə beynəlxalq normaları təyin edir. Təşkilatın qərarları ona üzv olmuş
12
dövlətlər üçün hüquqi əhəmiyyət daşıyır.
İnsan fəaliyyətinin əsas formalarından biri istehsal prosesində həyata keçirilən
əməkdir. Əmək prosesi zamanı işçilər istehsal mühitinin müxtəlif elementləri ilə
qarşılıqlı əlaqədə olurlar. Bunlar aşağıdakılardır:
İstehsal vasitələri, əmək alətləri və əmək cisimləri.
Texnogen amillər: təbiətlə birbaşa bağlı olan təhlükələr.
Zərərli olan texnoloji proseslər və s.
Texnogen amillərə birbaşa təbiətlə bağlı olan gözlənilməz təhlükələr (vulkan
püskürməsi, zəlzələ, sunami, tufan və s.) aiddir. Onların nəticəsində baş verən
hadisələr işçilərin zədələnməsinə və ölümünə səbəb ola bilir. Zərərli istehsal amil-
lərinə istehsal prosesləri və onlarla əlaqəli olan işlər zamanı təhlükəsizlik qaydala-
rına əməl olunmaması və ölümlə nəticələnən amillər aiddir.
Təhlükəli və zəhərli amillər tərkib və xüsusiyyətlərinə görə 4 yerə bölünürlər:
fiziki, kimyəvi, psixofizioloji və bioloji amillər. Bu amilləri aşağıdakı kimi izah
edə bilərik:
Fiziki təhlükəli və zəhərli amillərə - işçi zonanın havasının yüksək tozlulu-
ğu, qazlılığı, yüksək yaxud alçaq temperaturu, yüksək ya da alçaq barometrik
təzyiq, ionlaşdıran şüalanmanın yüksək səviyyəsi, titrəyişin işıqlanmasının kifayət
dərəcədə olmaması, infraqırmızı radiasiyanın yüksək səviyyəsi, ultrabənövşəyi
radiasiyanın yüksək səviyyəsi, səs-küyün, titrəyişin yüksək səviyyəsi, havanın
yüksək və ya alçaq nəmliyi, ionlaşması, hərəkətliliyi, elektrik sahəsinin yüksək
gərginliyi və s. aiddir.
Kimyəvi təhlükəli və zəhərli amillərə - insan orqanizminə təsirinə görə
zəhərli, qıcıqlandırıcı, sensibilizasiya edici (hər hansı bir təsirə qarşı orqanizmin
həssaslığını artıran), kanserogen (kadmium, nikel və onların birləşmələri) və uçan
maddələr daxildir. İnsan orqanizminə daxil olma yollarına görə isə insan
orqanizminə nəfəsalma orqanları, həzm yolu, dəri örtüyü və selikli qişa vasitəsiylə
daxil olanlar aid edilir.
Psixofizioloji təhlükəli və zəhərli istehsal amilləri təsiretmə xüsusiyyətinə
görə fiziki yüklənmə ilə əsəb-psixi yüklənməyə bölünür. Fiziki yüklənmə özü də 2
13
yerə bölünür: statik yüklənmə, dinamik yüklənmə. Əsəb-psixi yüklənmə isə əqli
gərginlik (həddən artıq gərginik), analizatorların həddən artıq gərginliyi, əməyin
monotonlu (yorucu) olması, emosional (həyəcanlılıqla) yüklənmə kimi qruplaş-
dırılır.
Bioloji təhlükəli və zəhərli istehsal amillərinə patogen mikroorqanizmlər
(bakteriyalar, viruslar, göbələklər və s.) aiddir.
Hər hansısa bir təhlükəli və zərərli istehsalat amili öz təsiri təbiətinə görə adı
çəkilən bu qruplardan eyni zamanda bir neçəsinə aid ola bilər.
İstehsal amilləri və istehsal mühitinin elementləri işçilərə təsir edən şəraiti
formalaşdırır və onlar aşağıdakı siniflərə bölünürlər:
Optimal sinfə - işçilərin sağlamlığı və yüksək iş qabiliyyəti vəziyyətinin
qorunması üçün vacib olan şərtlərin yaradılması;
Təhlükəlilər sinfinə - insan həyatı üçün təhlükə kəsb edən texnogen
amillər;
Mümkün sinfə - orqanizmanın funksional durumunun mümkün dəyişiklik-
lərinin bərpa edilə bilməsi üçün ilkin şərtlər;
Zərərli sinifə - işçinin orqanizminə mənfi təsir göstərən və gigiyenik
normativlərə görə zərərli olan texnogen amillər daxildirlər.
Xarici təcrübələrə nəzər yetirsək görərik ki, iqtisadi yanaşmalar əməyin
təhlükəsizliyi probleminin daha elastik formasını qurur və onlar əmək şərtlərini
yaxşılaşdırmağa imkan yaradırlar. İnsanların əmək fəaliyyətləri olduqca müxtəlif-
dir. Bu baxımdan əməyi iki əsas növə bölə bilərik: fiziki və əqli əmək. Fiziki iş
insanın hərəkətedici və orqanizminin funksional sistemləri olan əsəb, əzələ,
tənəffüs, ürək-damar və başqalarının yüklənməsi ilə səciyyələnir. Əqli əmək
insanın düşüncələri və gərginliklə nəticələnə bilən informasiyanın emalı və
saxlanılması ilə bağlı işlərin məcmusudur.
İnsan orqanizminin funksional gərginliyi əməyin gərginliyi dərəcəsi ilə
səciyyələnir. Yəni, fiziki əmək vaxtı 1 nəfər işçinin orqanizminin bir günlük enerji
sərfi 17-25 Mel (Meqacool), mexanikləşdirilmiş proseslərdə 12,5-13 Mel, əqli
əmək işlərində 10-12 Mel təşkil edir.
14
Qeyd etmək lazımdır ki, istehsalatdakı bədbəxt hadisələr nəticəsində hər il
təqribən 2,02 milyon insan həyatını ya da əmək qabiliyyətini itirir. Əlavə 317
milyon insan isə işlə əlaqədar xəstəliklərdən əziyyət çəkir. Bu mənfi təsirlər dünya
üzrə ÜDM-nin 4%-i həcmində itkiyə gətirib çıxarır (
https://www.ilo.org/, 2018
).
Avropa Birliyi ölkəkələrinin təcrübəsinə nəzər yetirsək görərik ki, istehsal
proseslərində yaranan itkilərin qiymətləndirilməsi üçün TUTA adlı modeldən
istifadə olunur. TUTA modeli əsasında itkilər hesablanarkən işə çıxmamalar, kadr
dəyişmələri və bədbəxt hadisələrin nəticəsi nəzərə alınır.
Müəssisə üzrə peşə xəstəlikləri, işçi zədələnmələri və bədbəxt hadisələrdən
qaynaqlanan iqtisadi zərər aşağıdakı düstur vasitəsiylə hesablanır:
𝑌 = ∑
𝑌
𝑖
+
6
𝑖=1
𝐻
𝑛
Burada;
∑
𝑌
𝑖
6
𝑖=1
- Peşə xəstəlikləri, işçi zədələnmələri və bədbəxt hadisələrə görə
yaranmış kompensasiyanın məbləğini göstərir.
𝐻
𝑛
- Müəssisədə işçilərin peşə xəstəlikləri, zədələnmələr və bədbəxt
hadisələrlə üzləşməsi səbəbindən istehsal oluna bilməyən məhsulun məbləğini
bildirir
(Kərimov K., 2016: s.13).
İşçilərin kimyəvi maddələrlə zəhərlənməsinin qarşısını almaq üçün əsas
məsələlərdən biri olaraq onların şəxsi gigiyenalarına, yemək rejimlərinə və qida
tərkibinə diqqət edilməlidir. Mədə boş olduqda toksiki maddələr insan qanına tez
sovurulur. Buna görə də işçilər işdən əvvəl yemək yeməli, əsas olaraq da maye
qəbul etməlidirlər. Zəhərli maddələrin orqanizmə sovurulmasının qarşısını almaq
üçün işçilər tərkibində kraxmal və jelatin olan ərzaqlarla təmin olunmalıdır. Zərərli
maddələrlə çalışan işçilər üçün ayrılmış istirahət yerləri ilə yeməkxanalar onların iş
sahələrindən minimum 200 metr aralıda olmalıdır. Bu işçilər iş vaxtından sonra
duş qəbul etməlidirlər. Kimyəvi maddələlə işləyən işçilərə iş vaxtı ərzində siqaret
çəkməyə, maye və qida qəbul etməyə icazə verilmir.
Qadınlar üçün əməyin gigiyenası qaydalarına xüsusi diqqət edilməlidir. İş
yerlərində olan titrəyiş, bədənin uzun müddət bir formada qalması, həddindən artıq
15
fiziki gərginlik və ionlu şüalanmalar qadınlara kişilərə nisbətən daha çox zərər
verir. Bu da ən çox hamilə və uşaq əmizdirən qadınlarda özünü biruzə verir.
Təhlükəli sahələrdə işləyən qadın işçilər də xüsusi geyim, ayaqqabı, fərdi və
kollektiv mühafizə vasitələri ilə təmin edilməlidir. Hamilə və uşaq əmizdirən
qadınları gecə növbəsi işlərə və uzadılmış iş rejminə cəlb etmək olmaz. Qadınlar 5
aylıq hamilə olduqdan sonra onları daha yüngül işlərə cəlb etmək lazımdır.
Əməyin gigiyenasını öyrənərkən istehsalat mühiti amillərinə, onların insan
orqanizminə etdiyi təsirlərə də diqqət yetirmək vacibdir.
Səs-küy – zaman və spektr xarakteristikalarının mürəkkəbliyi ilə fərqlənən
müxtəlif fiziki təbiətin nizamsız titrəməsidir. Səs-küy ətraf mühitin fiziki
çirklənməsi amillərindən biridir.
Səs-küyün əsas göstəricisi onun tezliyi hesab olunur (bir saniyədə baş verən
rəqslərin sayı). Tezliyin ölçü vahidi hersdir (Hs). Hers səs dalğasının bir saniyədəki
rəqslərinə bərabərdir. İnsanın eşitmə orqanları 20 Hs-dən 20000 Hs-dək tezlik
rəqsini tuta bilir. Normaya əsasən iş zamanı adətən 60 Hs-dən 4000 Hs-dək tezlik
diapazonu nəzərə alınmalıdır.
Tezliyə görə səs-küy 3 qrupa bölünür: Aşağı tezlikli (tezlik diapazonu 0-400
Hs arası olan), orta tezlikli (tezlik diapazonu 400-1000 Hs arası olan) və yüksək
tezlikli (tezlik diapazonu 1000 Hs-dən yuxarı olan).
Oktava – tezlik intervalının göstəricisidir. 2:1 nisbətiylə müəyyən olunur.
Oktava nisbətlərinin loqarifmi birə bərabər olan (log(f2/f1)=1) iki tezlik arasındakı
intervala bərabərdir. Bu, f1 ilə f2 tezliklərinin 2 dəfə fərqlənməsinə uyğun gəlir
(Əhmədov Y., Rəhimov T., 2009: s.285).
Səs dalğası səs enerjisinin daşıyıcısıdır. Vahid zamanda səs mənbəyindən
ətrafa şüalandırılan ümumi enerjinin miqdarı səsin gücünü təşkil edir. Səsin gücü
vatt ilə ifadə olunur. Səsin intensivliyini ölçərkən isə bel (B)(və ya desibel (dB))
şkalasından istifadə olunur.
Səsin desibellə göstərilməsi səsin ucalığı haqqında dolğun təsəvvür yarat-
mır. Belə ki, eyni intensivlik, müxtəlif tezliyə sahib olan səslər qulaq tərəfindən
eyni ucalıqda qəbul edilmir. Kiçik və həddindən çox tezliyə malik olan səslər orta
16
tezlikli səslərə nisbətən çox zəif hiss edilir. Qeyd edək ki, 180 dB-dən çox səs
təzyiqi qulaq pərdəsinin deşilməsi ilə nəticələnə bilər. Eşitmə orqanının xüsusiy-
yətlərini nəzərə alaraq ölçmə dövrəsinə əlavə amplituda tezlik xarakteri qulağın
zəif siqnallara hissiyatına uyğun xüsusi A tipli filtr daxil edilə bilər. Ölçmə bu filtlə
aparıldıqda ölçü vahidi kimi dB deyil, dBA götürülür. Ümumiyyətlə, dB və dBA
arasındakı fərqi əvvəlcədən müəyyənləşdirmək qeyri-mümkündür. Bu fərq səs-
küyün spektrinə bağlı olaraq dəyişə bilər. Adətən dBA bir qədər zəif olur. Səs-küy
müəyyənləşdirilən qiyməti A filtiriylə ölçüldükdə insan qulağının eşitdiklərinə
daha uyğundur. Müqayisə üçün bəzi səs-küy nümunələrinin intensivliyi ilə tanış
olaq
(Əhmədov Y., Rəhimov T. 2009: s.286):
o
Qulağın yanında 0,303 kalibrli tüfəngdən açılmış atəş – 160 dBA
o
Peyk raketlərin uçuşu (100 m məsafədən) – 150 dBA
o
1 m məsafədə işləyən traktor – 120 dBA
o
150 metr aralıda hərəkət edən qatar – 100 dBA
o
Maşınların küçədə intensiv hərəkəti (15 m məsafədən) – 80 dBA
o
Xüsusi səs-küy mənbəyi olmayan müəssisə - 40 dBA
o
Yoldan uzaqda yerləşən sakit kənd – 25 dBA
İnfrasəslər tezliyi 20Hs-dən aşağı, ultrasəslər isə tezliyi 20kHs-dən yüksək
olan səslərdir. Tezlikli 20kHs-dən yüksək olan səslər də insan orqanizminə təsir
edir, lakin eşitmə orqanları tərəfindən qəbul edilmirlər. İnsanların eşitmə orqanları
səsin qüvvəsindən çox onun təzyiqinə həssas olurlar. Səsin fizioloji təsiri ilə işçinin
eşitmə qabiliyyəti zəifləyir, ürək-damar sistemi normal fəaliyyətindən uzaqlaşır,
əsəb sistemində gərginliklər yaranır. Güclü səs-küy insanlarda diqqətsizliyin
yaranması ilə nəticələnir. Bu cür şəraitdə çalışan işçilər istehsalat travmaları alırlar.
Daimi səs-küyün təsirinə məruz qalan işçilərin əmək məhsuldarlığı aşağı düşür.
İnfrasəs 20 Hs-dən aşağı tezlik diapazonunda akustik rəqslər oblastıdır. O,
istehsalat sahəsindəki işçilərin əmək qabiliyyətinin zəifləməsinə təsir göstərə bilən
zərərli amil hesab olunur. İnfrasəs rəqsləri təsiriylə orqanizmin ürək-damar, tənəf-
füs, əsəb, endokrin və başqa sistemlərində dəyişikliklərin olması mümkündür. Bu
zaman simptomların yaranması infrasəsin səviyyəsindən asılı olur. İstehsalat şərai-
17
tində infrasəs eşidilə bilən səs-küyün yaranmasında olduğu kimi yaranır. Aşağı
tezlikli səs-küylər bir sıra hallarda aşağı tezlikli titrəyişlərlə müşayiət olunur.
Titrəyiş nöqtələrin elə hərəkətidir ki, bu zaman onun skalyar kəmiyyətini
göstərən rəqs meydana gəlir. Rəqsi hərəkət onunla əlaqədə olan insan bədəninə
ötürülür. İnsan bədənində yayılmasına görə titrəyişlər ümumi və yerli titrəyişə
bölünürlər. Ümumi titrəyiş işçinin yerləşdiyi səthdə baş verib bütün bədənə yayılır.
Yerli titrəyiş isə yalnız titrəyən səthə toxunan bədən hissəsində yaranır. Çox zaman
əllər titrəməyə məruz qalır. Bəzi hallarda titrəyiş bədənin titrəməyə məruz qalan
hissəsinə bitişik olan yerlərə də keçə bilir. Titrəyişin fiziki göstəriciləri rəqslərin
tezliyi və amplitududur. Titrəyiş yerdəyişmə amplitudu m və ya sm ilə, rəqs tezliyi
isə hers (Hs) ilə ölçülür.
Müxtəlif cisimlərin titrəyişi insan orqanizminə zərərli təsir göstərir.
Cisimlərin 16 Hs-dən alçaq tezlikli rəqsləri orqanizm tərəfindən titrəyiş kimi qəbul
olunur. Çox hallarda titrəyişlər səs də yaradır. Titrəyiş yaradan mənbə birbaşa
olaraq insan orqanizmiylə təmasda olduqda yarana biləcək zədələr daha təhlükəli
olur. Bu cür hallarda çox vaxt baş ağrıları, baş gicəllənmələri, yorğunluğun artması
müşahidə olunur. Səsin təsiretmə səviyyəsi xüsusi cihazlar vasitəsiylə ölçülür.
Səsölçən cihazlar səs tezlikli spektr analizatorlar əsasında işləyirlər. Titrəyişlər isə
mexaniki vibroqraflar vasitəsiylə ölçülür.
Səs və titrəyişlərlə mübarizə zamanı istifadə edilən əsas təbirlərdən biri səs
uzaqlığının aşağı salınması və titrəyiş rəqslərinin amplitudasının azaldılmasıdır.
Buna, istehsalata daha müasir texnikaların cəlb olunması ilə nail olurlar. Avadan-
lıqlarda səs izolyasiyasını gücləndirərək də səs ilə titrəyişlərin qarşısını almaq
mümkündür. İstehsalatda səs və titrəyişlərin təsirini azaltmaq məqsədiylə çalışan
işçilər fərdi yolla da mühafizə edilə bilər. Səsin səviyyəsini azaltmaq məqsədi ilə
aparatları örtmək üçün səslərdən izoləedici müxtəlif örtüklərdən istifadə edilir.
Səslərin azaldılmasına divarları səs uducu materiallarla örtməklə nail olunur. Səs
uducu materiallar parça və ya liflərdən hazırlanır. Bina konstruksiyalarında titrəyişi
azaltmaq üçün, onların altına amortizatorlar qoyulur. İşçilərin səslərdən fərdi
qoruması üçün qliserinə batırılmış pambıqdan və ya yumşaq rezin tıxaclardan
18
istifadə edilir. Ayaqlardan bədənə ötürülən titrəyiş və sarsıntılardan qorumaq üçün
qalın rezin altlığı olan ayaqqabılar geyinilməlidir.
İşıqlandırma 2 üsulla: təbii və süni formada həyata keçirilə bilər. İş yeri nor-
mal işıqlandırılmadıqda məhsuldarlıq aşağı düşə, işçilərin sağlamlığı üçün təhlükə-
lər yarana bilər. Binalarda təbii işıqlanma pəncərələr, şəffaf örtüklü materiallar
vasitəsiylə həyata keçirilir. Təbii işıqlandırma otaqdakı işçilərə xoş əhval-ruhiyyə,
müsbət psixi təsirlər bəxş edir. Bu baxımdan işçilərin əmək məhsuldarlığının
artmasında təbii işıqlanma əhəmiyyətli rol oynayır.
İşçilərin əmək qabiliyyətlərini optimal səviyyədə saxlamaq üçün istehsalat
sahələrinin işıqlandırılmasına diqqət etmək lazımdır. İnformasiyanın böyük hissəsi
gözlər vasitəsiylə qəbul edilir. İşçilərin görmə orqanları üçün lazımi şəraitin
yaradılmaması onların əmək qabiliyyətini düzgün şəkildə istifadə edə bilməməsi
ilə nəticələnər. İşıqlanmanın miqdarı lükslə ifadə edilir. Bir lüks (lk) - 1 lümen (lm)
işıq seli 1 m
2
sahəyə düşdükdə yaranan işıqlanmanı bildirir (1 lk = 1 lm/1 m
2
). İşıq
seli şüalanmanın insanın görmə orqanına təsir etməsi ilə şüalanmanın qiymətlən-
dirilən gücünü xarakterizə edir və lümenlə (lm) ölçülür. Adi 100 Vt gücündə
közərmə lampası təxminən 1300 lm, 40 Vt gücündə lüminessent lampa isə 2800-
3200 lm işıq seli yaradır. 1 lk işıqlanmanı təsəvvür etmək üçün göstərmək olar ki,
bu kəmiyyət təxminən stearin şamın onun işığının istiqamətinə perpendikulyar olan
və şamdan 1 m məsafədə olan səthdə yaratdığı işıqlanmaya bərabərdir. Süni işıq-
landırılma zamanı işıqlanma səviyyəsi küçədə 1-20 lk, otaqlarda 20-5000 lk
arasında dəyişir. Təbiət şəraitində işıqlanma tam aylı gecədə 0,2 lk, gündüz
başdan-başa buludluq zamanı 5000-10000 lk və aydın hava şəraitində 100000 lk-
dək olur
(Əhmədov Y., Rəhimov T., 2009: s.307).
Ətrafda istilik şüalarıyla qızan əşyalar olduğu zaman işçilərin bədəni, əsas da
dərisi üçün təhlükə yaranır. İnsanın fiziki yüklənməsindən asılı olaraq bədənində
istilik yaranır. İnsan bədəninin temperaturu kəskin şəkildə yüksəldikdə, ürək
sistemində xəstəliklərin yaranması qaçılmaz hal alır. İstilik zərbəsindən yaranan bu
cür xəstəliklər bəzi hallarda ölümlə də nəticələnir. Otaqlarda normal mikroiqlim
şəraitini yaratmaq üçün ventilyasiya sistemlərindən, yaxud da kondisionerlərdən
19
istifadə etmək olar. Bir çox hallarda ventilyasiya sistemləri insan bədənini fasiləsiz
istilik şüalarından tam şəkildə qoruya bilmir. Bu zaman işçiləri istilik şüalarından
qorumaq üçün şüalanma mənbələrini aradan qaldırmaq lazımdır. İş yerlərində az
istilik keçirən materiallarından istifadə edərək də bu problemi həll etmək mümkün-
dür. İşçilər özlərini fərdi olaraq müdafiə etməsi üçün işıq süzgəcli eynəklərlə,
mahlıc paltarlarla təmin edilməlidir.
Radioaktiv şüalanma də insan orqanizmasına mənfi təsir edir. Bu özünü daha
çox dərinin, gözlərin, sümük iliyinin zədə alması ilə göstərir. Radioaktiv şüalanma
nəticəsində insana dəyən zərərin səviyyəsi orqanizmanın fərdi xassələrindən,
şüanın növündən, təsiretmə müddətindən aslı olaraq dəyişir. Təbii radiasiya yerin
özülündə olan müxtəlif radioaktiv elementlərdən yaranır. Olduqca kiçik təsirə
malik olduğu üçün insan üçün zərərsiz hesab oluna bilər. İş yerlərində radioaktiv
xüsusiyyətli maddələr üzərinə radiasiya təhlükə işarəsi vurulan seyf və konteyner-
lərə qoyulur. İnsanları bu cür şüalanmalardan uzaq tutmaq üçün çuqun və ya
qurğuşundan hazırlanmış ekranlardan istifadə edilir. İşçiləri xüsusi geyim, rezin
əlcəklər, süzgəcli respiratorlar, mühafizə eynəkləriylə təmin etmək vacibdir.
Elektrik cərəyanı insan orqanizmində dərinin yanması, qan damarlarının qırıl-
ması, bədəndəki hüceyrələrin məhvinə səbəb ola biləcək təhlükəli həyəcanlanmala-
rın yaranması ilə müşahidə oluna bilər. Bu zaman alınan xəsarət elektrik zərbələri
və travmaları formasında özünü göstərə bilər. Əzələlərin qıc vəziyyət alması ilə
nəticələnən təsir elektrik zərbəsi adlandırılır. Cərəyanın təsiretmə müddətindən,
dərəcəsindən aslı olaraq insan huşunu itirə də bilər. Daha ağır vəziyyətdə damar
sisteminin zədə alması, huşun itirilməsi, beyin iflici ölümlə nəticələnə bilər. Əzələ,
dəri, sümük toxumalarının dağılması ilə nəticələnən təsirlərə isə elektrik travmaları
deyilir. Bu cür travmaların ən təhlükəlisi yanıq formasında olanlardır.
|