7
GİRİŞ
Mövzunun aktuallığı.
İş yerində
əmək şəraiti vəziyyətinin
təkmilləşdirilməsi, təhlükəsizliklə bağlı normalara riayət olunması, işçi
sağlamlığının qorunmasına diqqətin artırılması müasir dövrün ən böyük
tələblərindən birinə çevrilmişdir. Bildiyimiz kimi
bəzi işəgötürən şəxslər öz
müəssisələrində çalışanların işinə qul əməyi kimi yanaşırlar. Belə ki, onlar
çalışanların əmək hüquqlarını nəzərə almır, işçilərin
təhlükəsizliyinin təmin
olunması haqqında ümumiyyətlə fikirləşmirlər.
Bəs insanlar nə üçün bu kimi haqsızlıqların mövcud olduğu obyektlərdə
çalışırlar? Bu ilk əvvəl onunla bağlıdır ki,
bəzi işsiz adamlar, necə olursa-olsun, iş
əldə edib ailəsini çətin vəziyyətdən çıxartmaq haqqında fikirləşirlər.Onlar öz
sağlamlıqlarını təhlükəyə ataraq hər hansısa bir müqavilə bağlamadan fiziki
cəhətdən ağır və sağlamlığa mənfi təsir edə biləcək işləri görməyə razı olurlar.
Daha sonra səhhətlərində bir problem yarandıqda və ya iş qabiliyyətlərini itirdikdə
isə, işəgötürən tərəfindən hər hansısa bir kompensasiya
ala bilmədən işdən azad
olunurlar. Bu kimi neqativ vəziyyətlərin qarşısını almaq üçün işçilər öz hüquqlarını
bilməlidir.
Dünya ictimaiyyətinin nəzərini əməyin təhlükəsizliyinə,
işçilər üçün tam
sağlam olan iş şəraitinin yaradılmasına yönəltmək məqsədiylə Beynəlxalq Əmək
Təşkilatının qərarına əsasən 2001-ci ildən başlayaraq hər il aprel ayının 28-i
“Əmək Mühafizəsi Günü” adıyla qeyd olunur. İl ərrzində
istehsalatda baş verən
neqativ hadisələrə görə milyonlarla insan öz həyat və sağlamlığını itirir. Bu
baxımdan əməyin təhlükəsizliyi işi günümüzün ən aktual problemlərindən birinə
çevrilmişdir.
Ölkəmizdə əməyin təhlükəsizliyi ilə bağlı qanunvericilik bazası lazımi qədər
təkmilləşdirilmişdir. Lakin, yenə də işçi hüquqlarının qorunması, onların təhlükəsiz
iş şəraiti ilə təmin olunmasıyla bağlı problemlərlə rastlaşırıq.
Hər il istehsalatda
baş verən bədbəxt hadisələrin ucbatından bəzi çalışanlar peşə xəstəliklərinə məruz
qalaraq müxtəlif dərəcəli bədən xəsarəti alırlar. İl ərzində istehsalatda baş verən
bədbəxt hadisələrin sayı təqribən 250-dir. Bu cür mənfi hallar nəticəsində təqribən
8
80 nəfərə yaxın insan həyatını itirir. Sadalanan hadisələr ölkə iqtisadiyyatına ciddi
məbləğdə ziyan verir.Hətta bunlar ÜDM-nin bir neçə faizinin
itirilməsinə gətirib
çıxarır.
Dostları ilə paylaş: