Kompleks ekspertiza sənayenin seriya ilə buraxdığı eynicins məmulat qrupunun hərtərəfli öyrənilməsi və keyfiyyətinin qiymətləndirilməsi üçün aparılır. Belə ekspertiza məhsulunun keyfiyyətinin qiymətləndirilməsində sistemli kompleks yanaşmanı reallaşdırır. Kompleks ekspertiza vaxtı qiymətləndirilən obyekt haqqında nəinki daha tam təsəvvür, xarakteristika, həm də digər növ ekspertizaların keçirilməsində istifadə edilə bilən müəyyən elmi, metodiki və normativ materiallar yaranır.
Operativ ekspertiza əvvəlki kompleks ekspertizaların keçirilməsi vaxtı alınmış məlumatlara əsaslanır. Bu üsul ekspert nəticələrinin kifayət qədər dəqiqliyi və əsaslandırılmış olduğunu təmin etməklə ekspert işlərinin həcmini və müddətini əhəmiyyətli dərəcədə azaltmağa imkan verir.
Ekspert metodu ilə qiymətləndirmədə keyfıyyət səviyyəsi və ya məhsulun bu və ya digər xassəsinin göstəricisi ölçüsüz vahidlərlə müəyyən edilir. Əgər keyfiyyəti qiymətləndirmə (ekspert ölçmələri) nəticələri ranq sırası ilə təqdim olunursa, onda ekspertlərin qiymətlərinin ədədi təyini aşağıdakı kimi aparılır:
Bütün qiymətləndirmə obyektləri (məmulat, xassələr) sərbəst nömrələnir.
Ekspertlər obyektləri cərgə şkalası üzrə ranqlaşdırırlar.
Ekspertlərin tərtib etdiyi obyektlərin ranqlaşdırılmış sırası müqayisə edilir.
Misal. Fərz edək ki, beş ekspert yeddi ekspertiza obyekti Q haqqında artan cərgə şkalası üzrə aşağıdakı ranqlama sırası tərtib etmişlər:
ekspert №1 – Q5< Q3< Q2< Q1< Q6< Q4< Q7;
ekspert №2 – Q5< Q3< Q2< Q6< Q4< Q1< Q7;
ekspert №3 – Q3< Q2< Q5< Q1< Q6< Q4< Q7;
ekspert №4 – Q5< Q3< Q2< Q1< Q4< Q6< Q7;
ekspert №5 – Q5< Q3< Q1< Q2< Q6< Q4< Q7;
ranqlama arasında obyektin yeri onun ranqı adlanır. n cərgə şkalası sırasında ranqın ədədi qiyməti 1-dən m-dək (m – qiymətləndirilən obyektlərin sayı) artır. Konkret misalda m=7.
4. Hər bir obyekt üzrə ekspert qiymətləri (ranqların cəmi) təyin edilir. Baxılan misalda onlar belədir:
Q1-4+6+4+4+2=21;
Q2-3+3+2+3+4=15;
Q3-2+2+1+2+2=9;
Q4-6+5+6+5+6=28;
Q5-1+1+3+1+1=7;
Q6-5+4+5+6+5=25;
Q7-7+7+7+7+7=35.
5. Alınmış ranqlar cəminə əsasən ümumiləşmiş ranqlama sırası qurulur. Bizim misalda ranq sırası bu şəkildə olur:
.
6. Baxılan ekspertiza obyektlərinin keyfiyyətinin ümumiləşmiş ekspert qiymətləri, yəni onların çəki əmsalları belə hesablanır:
,
burada, n – ekspertlərin sayı;
m – qiymətləndirilən göstəricilərin sayı;
Qij – i-ci ekspertin ranqla (balla) j göstəricisinə verdiyi çəki əmsalıdır.
Bu düstur ilə baxılan missal üçün hesablama aşağıdakı nəticələri verir:
Keyfiyyətə ekspert metodu ilə verilən qiymətləri təhlil edərək, nəinki hansı obyektin yaxşı və ya pisliyini, həm də nə qəsər yaxşı və ya pis olduğunu göstərmək olar.
Əgər obyektlərin keyfiyyətə görə ranqlanmasını cədvəl formasında versək, onda müqayisələr və ekspert qiymətlərinin hesabatları aşağıdakı metodika ilə aparılır.
Əvvəlcə cədvəl tərtib olunur, onunla hər bir ekspert baxılan obyektlərin müqayisəsini və qiymətini verir. Bu zaman hər bir i-ci obyekt j-ci müqayisə obyekti ilə tutuşdurulur. Əgər belə cüt müqayisədə i-ci obyektdən keyfiyyətli sayılırsa, onda bu 1 rəqəmi ilə, onun əks qiyməti isə - 1 ilə işarələnir. Keyfiyyətcə eyni olan obyektlər isə cədvəldə 0 (sıfır) rəqəmi ilə işarələnir.
Bu halda bir ekspertin, məsələn, altı obyekt üzrə qiymətlərinin müqayisə cədvəli aşağıdakı kimi olur:
Cədvəl 4
Obyekt j
Obyekt i
|
1
|
2
|
3
|
4
|
5
|
6
|
Cəmi
|
1
|
0
|
1
|
0
|
1
|
1
|
1
|
4
|
2
|
-1
|
0
|
-1
|
0
|
-1
|
1
|
-2
|
3
|
1
|
1
|
0
|
-1
|
1
|
1
|
3
|
4
|
-1
|
-1
|
-1
|
0
|
-1
|
-1
|
-5
|
5
|
1
|
1
|
1
|
1
|
0
|
1
|
5
|
6
|
1
|
-1
|
1
|
-1
|
1
|
0
|
1
|
Bu cədvəldən görünür ki, konkret ekspertin daha üstün qiymətlərini 5,3 və 1 saylı obyektlər almışlar. Bunların içində daha keyfiyyətli isə 5 saylı obyektdir.
Bu qayda ilə bütün ekspertlərin üstün qiymətlər verdiyi obyektlərin qiymətləri cəmlənir və bir obyektin digəri üzərində ümumiləşmiş üstünlüyü hesablanır, yəni üstünlük tezliyi şəklində obyektin keyfiyyətinin ekspert göstəricisi təyin edilir.
Ekspertlərin obyektə üstünlük vermə tezliyi üstünlük vermiş ekspertlərin sayının ekspertlərin ümumi sayına bölünməsi kimi tapılır:
Burada, N – üstünlük vermiş ekspertlərin sayı;
n – ekspertlərin ümumi sayıdır.
Tədqiq olunan bir obyektin digərinə nisbətən keyfiyyət göstəricisinin çəki əmsalı düsturu ilə tapılır. Lakin bizim konkret hal üçün bu düstur belə yazıla bilər:
burada, Fij - i-ci ekspertlərin j-ci ekspertiza obyektinə üstünlük vermə tezliyi;
C – ekspertiza obyektlərinin m sayı ilə bağlı nəzərə alınan qiymətlərin ümumi miqdarıdır. C – belə təyin olunur:
Fərz edək ki, 7 ekspert tərəfindən qiymətləndirilən obyektlərin sayı 6 və N1=4, N2=3, N3=5, N4=0, N5=1, N6=2. Onda hər bir obyektin üstünlük tezliyi belə tapılır:
Müsbət qiymətlərin ümumi sayı isə:
Deməli, 7 ekspertin ümumi rəyinə görə 6 obyektin hər birinin çəki əmsalı aşağıdakı qiymətlərə malik olacaqdır:
Obyektlərin keyfiyyətinin bütün çəki əmsallarının cəmi belə tapılır:
Beləliklə tədqiq olunan obyektlərin keyfiyyətinin ranq sırasını alırıq:
№3>№1>№2>№6>№5>№4
Burada ekspert metodu ilə qiymətləndirilən obyektlərin keyfıyyət göstəriciləri kəmiyyətcə (miqdarca) ifadə olunmuşdur. Çəki göstəricilərinin orta qiymətlərinə görə bir obyektin digərindən keyfıyyətli olması barədə fıkir yürütmək olar.
Ekspert qiymətlərinin (ölçmələrinin) keyfıyyət göstəricilərinin dəqiqliyinə obyektlərin ikiqat müqayisə və qütbləşdirilməsini aparmaqla nail olmaq mümkündür, yəni əvvəl müqayisəni bir ardıcıllıqla, sonra əks istiqamətdə aparırlar. Bu zaman təbiidir ki, ekspertlərin nəzərə alınan qiymətlərinin sayı ikiqat artır və C=m(m-1) olur. Bundan sonra keyfıyyət göstəricilərinin hesabat metodu dəyişmir.
Məhsulun keyfıyyətinin ekspertizasında daha çox bal qiymətlər istifadə olunur. Ballar birbaşa ekspertlər tərəfındən verilir və ya qiymətləndirmə prosesində formalaşdırmaqla alınır. Formalaşdırmanın evristik və eksperimental üsulları mövcuddur.
Balların bilavasitə ekspertlər tərəfindən verilməsi hər bir ekspertin müstəqil işləməsi və ya müzakirə prosesində aparılır. Bu zaman qiymətləndirmə şkalasında qəbul edilən balların miqdarı müxtəlif ola bilər. Keyfıyyət göstəricilərinin qiymətləndirilməsi üçün adətən 5,7 və 10 ballı şkalalar tətbiq olunur.
Dostları ilə paylaş: |