Azərbaycan respublikasi təHSİl naziRLİYİ Azərbaycan Dövlət İqtisad Universiteti



Yüklə 396,79 Kb.
səhifə41/48
tarix29.12.2016
ölçüsü396,79 Kb.
#3801
1   ...   37   38   39   40   41   42   43   44   ...   48
Nəticə və təkliflər:

Magistr işində iqtisadiyyatın makrostatistik modeli olan Milli Hesablar Sistemində ÜDM əhəmiyyəti qiymətləndirilmiş, onun göstəricilər sisteminin təhlili aparılmış, ölkənin sosial-iqtisadi vəziyyətinin qiymətləndirilməsində Ümumi Daxili Məhsulun rolu müəyyənləşdirilmiş, MHS-nin faktiki məlumatları əsasında statistik təhlil aparılmış və aşağıdakı nəticələr əldə olunmuşdur:

- -ÜDM və onun komponentlərinin müqayisəli qiymətlərlə hesablanması, iqtisadiyyatın inkişafının öyrənilməsi və struktur dəyişiklik təhlili üçün zəruridir. Bu

qiymətləndirmələrin dəqiqliyi və onların əsasında çıxarıla bilən nəticələr yüksək

dərəcədə statistik hesablamaların vasitələrindən və üsullarından asılıdır. ÜDM-in

daimi qiymətlərlə hesablanması həm istehsal, həm də xərclər (son istehlak

komponentlərinin cəmi kimi) baxımından həyata keçirilə bilər.

-Aparılan statistik tədqiqatlar nəticəsində son dövrlərdə Azərbaycanda neft

hasilatının aşağı düşməsi ilə əlaqədar ÜDM-də neft sektorundan аzalan hissənin

doldurulması, davamlı iqtisadi artımın təmin olunması, eyni zamanda uzunmüddətli

dövrdə büdcənin maliyyələşmə problemilə üzləşməsi ehtimalının minimuma

endirilməsi məqsədilə bir sıra iqtisadi, hüquqi və institutsional tədbirlərin həyata

keçirilməsi əhəmiyyətli hesab edilmişdir.

-2000-2014-cü illərdə ÜDM 12,5 dəfə, adambaşına düşən ÜDM isə 10,6 dəfə

artmışdır. Digər makroiqtisadi göstəricilərdə də yüksək artım qeydə alınmışdır. Son

10 ili makroiqtisadi artım aspektindən qiymətləndirsək, son 5 ilin özündə də fərqli

tendensiya müşahidə olunmuşdur. Son 5 ildə həm iqtisadi artım, həm də eyni zamanda iqtisadiyyatın şaxələnməsi özünü göstərir. 2010-cu ildən neft sektorunda

azalma müşahidə edilsə də bu azalmalar ÜDM-dakı artım tempinin qarşısını ala bilməmişdir. Bu da onunla bağlı olmuşdur ki, qeyri-neft sektorunda 2010-cu ildən

başlayaraq kəskin artımlar məhz ÜDM-dakı ümumi artım tempini qoruyub saxlaya

bilmişdir.

- ÜDM-in ayrı-ayrı komponentlərinin daimi qiymətlərlə qiymətləndirilməsi və onların toplanması yolu ilə aparılır. Daimi qiymətlərə çevrilmə üsulunun seçilməsi olan qiymətləndirilən göstəricinin xüsusiyyətlərindən və mövcud olan məlumatlardan asılıdır. ÜDM-in daimi qiymətlərlə qiymətləndirilməsi onun müqayisəli dinamikası haqqında məlumatın əldə edilməsinə imkan verir.

-Dövlət Statistika Komitəsinin Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsi ÜDM-in hesablanması üçün sahə statistika şöbələrinin və inzibati

məlumat mənbələrinin göstəricilərindən istifadə edir. Komitənin sahə şöbələrindən

mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq ölkədə fəaliyyət

göstərən müəssisə və təşkilatlar tərəfindən müvafiq dövr ərzində istehsal olunan məhsul və xidmətlərin dəyəri və istehsala çəkdikləri xərclər, fiziki həcm və qiymət

indeksləri, əhalinin sayı, ev təsərrüfatlarının xərcləri, pərakəndə əmtəə dövriyyəsi

barədə məlumatlar əldə edilir. Bundan əlavə inzibati mənbələrdən məhsula və idxala

vergilər, subsidiyalar, valyuta məzənnəsi, dövlət büdcəsinin xərcləri, mal və xidmətlərin idxalı və ixracı haqqında məlumatlardan və s. göstəricilərdən də istifadə

edilir.

-ÜDM-in dolğunluğunu təmin etmək məqsədi ilə Dövlət Statistika Komitəsində müşahidə olunmayan iqtisadiyyat üzrə sahə və şöbələr tərəfindən aparılan müayinələrin nəticələri və rəsmi statistika müşahidələrindən kənarda qalan iqtisadi fəaliyyət növləri üzrə aparılan əlavə hesablamaların nəticələri də ÜDM-in hesablanmasında öz əksini tapır.

-Proqnoz hesablamalarına görə Naxçıvan Muxtar Respublikasında Ümumi

Daxili Məhsulun 2015-ci ildə 2336 milyon manat (2015-ci ilin yekunları hələlik

hazır olmadığına görə həmin il üzrə də proqnoz hesablanmışdır), 2016-cı ildə 2515

milyon manat, 2017-ci ildə 2693 milyon manat, 2018-ci ildə 2872 milyon manat

olacağı gözlənilir.

- Hazırda Azərbaycan iqtisadiyyatının dünya bazarından asılılığı yüksəkdir. Belə ki, 2013-cü ildə xarıcı ticarət dövriyyəsinin ÜDM-da xüsusi çəkisi 46,3 %, idxal 14,3%, ixrac 32,0% təşkil etmişdir. 2013-ci ildə Azərbaycan dünyanın 129 dövləti ilə ticarət əlaqələrinə girməsinə baxmayaraq, xarici ticarət dövriyyəsinin 81,9 %-i cəmi 19 ölkənin payına düşür.

- Beynəlxalq ticarət dünya əmtəə istehsalına nisbətən daha yüksək artım templəri ilə inkişaf edir. 1995-2000-ci illərdə dünya əmtəə istehsalı və dünya ÜDM-si müvafiq olaraq 4.0% və 3.0% artdığı halda, dünya əmtəə ixracının artımı 7.0% təşkil edib. 2002-ci ildə isə dünya əmtəə ixracı dünya əmtəə istehsalının 1.0%-lik artımı qarşılığında 3.0%-lik artım nümayiş etdirib. Beynəlxalq ticarətin yeksək artım tempi beynəlxlaq əmək bölgüsünün, ixtisaslaşmasının və kooperativləşdirilməsinin dərinləşməsinin ümumdünya meyllərini əks etdirir.

-İnsan inkişafı ilə iqtisadi artım arasında qarşılıqlı əlaqənin mövcud olmasına baxmayaraq, bu rabitə öz-özünə yaranmır və iqtisadiyyatın strukturu, gəlirlərin bölgüsü, həyata keçirilən siyasət tədbirləri kimi bir sıra amillərdən asılıdır. Həmçinin, insan inkişafının yüksək səviyyəsi insanların imkanlarının genişlənməsi, nəticədə onların yaradıcılığı və məhsuldarlığı sayəsində iqtisadiyyata təsir göstərir. İnsanların daha yaxşı qidalanması, təhsili və sağlamlığı yüksək əmək məhsuldarlığı, təkmilləşdirilmiş texnologiya və yüksək ixrac vasitəsilə iqtisadi artıma öz töhfəsini verir. Fikrimizcə, insana qoyulan investisiyadan sonra işlərin aparılma qaydasını müəyyənləşdirərək davam etdirməklə həyata keçirilməlidir. İşlərin aparılma qaydası isə müəssisələrin işinin təşkili ilə başlamalıdır. Bu işlərin təşkili aşağıdakı standartlara cavab verərsə və göstərilən sistemlərə uyğun olarsa, işlərin gedişatını izləmək daha asan olar:

ISO 9001:2008 (2015) – Keyfiyyəti İdarəetmə Sistemi / Quality Management System /

ISO 14001:2004 – Ətraf Mühiti İdarəetmə Sistemi / Environmental Management System



OHSAS 18001:2007 – Peşə Sağlamlığı və Əməyin Təhlükəsizliyinin Qiymətləndirilməsi Sistemi / Occupational Health & Safety Assessment System / Safety Management System (Əməyin Mühafizəsi, Təhlükəsizlik Texnikası)

ISO 9001:2008 Standartı
Plan-Do-Check-Act (PDCA).

-Beynəlxalq şirkətlərin hasilat sənayesinin inkişafında həyata keçirdikləri strategiya maddi, maliyyə və insan resurslarının keyfiyyətcə yeni (qlobal) kombinasiyasına əsaslanır və əməyin məhsuldarlığının yüksəldilməsinə və istehsalın səmərəliliyinin artırılmasına yönəldilmişdir. Bəzi qiymətləndirmələrə görə, 2025-ci ildə hasilat sənayesinin payı dünya ÜDM-nin 10%-ni keçməyəcək, lakin, istehsalın səmərəliliyinin artımı hesabına dünya ehtiyacları tam olaraq ödəniləcək.


Yüklə 396,79 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin