39
II. İDMAN MALLARININ KEYFIYYƏTINƏ VERILƏN TƏLƏBLƏR
Gimnastika avadanlığının hazırlanması üçün istifadə edilən materialların
keyfiyyəti fəaliyyətdə olan normativ-texniki sənədlərin tələblərinə uyğun
olmalıdır.
Qəbul zamanı nəzarət etmək lazımdır ki, nərdivanların, oturacaqların, tirlərin
ağac detalları çatsız, cızıqsız, deşiksiz və tilişkənsiz olsunlar. Oturacaqların üzəri
hamar, kənarları yumrulanmış olmalıdır. Düz səthli döşəmə üzərində oturacaq
yellənməməlidir.
Paralel gimnastika qollarının şüvüllərinin üz səthi yaxşı pardaqlanmış və
şəffaf nitrolakla örtülmüş olmalıdır. 135 kq statik yükün təsiri nəticəsində şüvül 60
mm-dən çox əyilməməlidir. Müxtəlif hündürlüklü şüvüllərin birləşmə qurğusu 275
kq yükün təzyiqinə davam gətirməlidir. Gimnastik qollarının tökmə detallarının
üzərində çatlar, iti çıxıntılar, qopuqlar olmamalıdır. Hərəkətli birləşmələr sərbəst
hərəkət edərək ilişməməlidirlər.
Gimnastika turnikinın qolu düzxəttli olmalıdır. Qolun orta hissəsinə 135 kq
yükün təsiri ilə 8 mm əyilməyə yol verilir.
Gimnastika halqaları 300 kq yükə davam gətirməlidir. Halqaların asıldığı
trosun burazı bütöv, calaqsız və məftilləri qırılmamış olmalıdır.
Gimnastika atları, döşəkləri və ağır toplar hamar, şişi və çuxuru olmayan səthə
malik olmalıdırlar. Yəhər dərisindən və süni dəridən hazırlanmış çexollar qırışsız,
qatsız, çatsız olmalı, üzərinə çəkilmiş boyaq tökülməməlidir. Bu avadanlıqların
tənzimlənən dayaqlar müəyyən olunmuş hündürlükdə asan və etibarlı bərkidilməli
və onun döşəmə üzərində dayanıqlığını təmin etməlidir.
Gimnastika çənbərləri düzgün dairə formasında olmalı, metal çənbərlərin üst
səthi pardaqlanmış, anodlanmış və ya kimyəvi emalla hamarlanmış olmalıdır.
Yüngül və ağır atletika üçün avadanlıqların istehsalı üçün başlıca olaraq polad
və ağac materiallarından istifadə olunur.
40
Metal avadanlıqlar yaxşı cilalanmış və laklar, emallar və ya nikelləmə vasitəsi
ilə paslanmadan etibarlı qorunmalıdır.
Qaçış üçün start qəliblərinin, dayaqlardakı vint bərkidiciləri, tullama
çəkiclərində podşipniklər rahat və etibarlı işləməlidirlər. Qumbaralar, çəkiclər,
kürələrin üzəri yaxşı cılalanmış və qara və ya rəngli emallarla örtülməlidir. Qaynaq
edilmiş birləşmələrdə qaynaq yerlərində çıxıntılar, çatlar və s. nöqsanlar olma-
malıdır. Tikiş yerləri yaxşı hamarlanmış olmalıdır.
Ştanqların yoxlanması zamanı disklərin qrif üzərində sərbəst hərəkət
etmələrinə diqqət yetirmək lazımdır. Bunun üçün diskləri qrif üzərinə axıradək
otuzdururlar və sonra onu öz oxu ətrafında fırladırlar. Qrifin sərbəst hərəkəti onun
keyfiyyətli hazırlanmasını göstərir. Ştanqların üzərində dərinliyi 0,8 mm olan
torşəkilli kəsiklər vardır. Onların üzərində əzik və iti ucların olmasına yol verilmir.
Ştanqların açarlarının özbaşına açılması və ya bağlanması yol verilməzdir.
Açılmış vəziyyətdə açar vtulka üzərində rahat hərəkət etməli və onun üzərindən
rahat çıxarılmalıdır.
Güləş və boks üçün avadanlıqlar tekstil və dəri materiallarından hazırlanır.
Dərinin üzəri zədəsiz olmaqla, yumşaq və elastik olmalıdır. Tikiş yerləri səliqəli,
birləşmə yerlərinin kənarları paralel olmalı, sap buraxılması və ya material
üzərində deşiklərin qalması kimi nöqsanlar olmamalıdır. Tikiş yerlərinin sonları
10-15 mm ikiqat tikişlə bərkidilməli; sintetik sapların ucları əridilməlidir.
Boks üçün əlcəklərin tikildiyi materialların boyaqları quru və yaş sürtünməyə
dayanıqlı olmalıdır.
Su idman növləri üçün rezin materiallardan hazırlanmış ləvazimatların səthi
hamar, çatsız, kənar qatışıqlarsız olmalı, şüşə və ya digər materiallarla birləşmə
yerləri hermetikliyi etibarlı təmin etməlidirlər. Rezin pis qoxu verməməli,
boyaqları günəş işığı və dəniz suyunun təsirlərinə dayanıqlı olmalıdır. İstismar və
saxlanılma
zamanı
rezin
məmulatlar
formalarını
yaxşı
saxlamalı
və
çatlamamalıdırlar.
Su xizəklərinin üst səthi hamar, çıxıntılarsız, tilişkənsiz olmalı, kənarları
yumurlanmalı və ya rezin qatla kantlanmalıdır. Xizəklərin həm üst həm də kənarı
41
suyadavamlı laklarla örtülməlidir. Onların həm alt həm də üst səthlərində göbələk
ləkələri və zolaqları, göyərmə və kimyəvi rənglənmə olmamalıdır. Kənarlarının
əyilmələri və dalğavariliklər 2 mm-dən çox olmamalıdır.
Xizəklərin yapışdırlma yerləri kip, aralıqsız və yapışdırılmamış hissələri
olmamalı, birləşmə yerləri hamar olmaqla nəzərə çarpmamlıdırlar. Metaldan olan
detallar paslanma əleyhinə örtüklə bağlanmalıdır.
Penoplastdan olan lövhələrin qatlarının aralanması, çat, qopuq yerləri
olmamalıdır.
Xizəklər istismar zamanı əyilmə, cızılma və deşilmə kimi güclü mexaniki və
həmçinin rütubət və mikroorqanizmlərin təsirlərə məruz qalırlar. Standartlarda
xizəklərin möhkəmliyinin yoxlanması üzrə sınaqlar nəzərdə tutulmuşdur. Buna
görə xizəyi burun hissədən 300 mm və daban hissədən 100 mm aralı olmaqla iki
dayaq üzərində yerləşdirirlər. Yeniyetmələr üçün xizək bu zaman 70 kq, idman-
yarış xizəyi 80 kq-dan az olamamaqla, turist xizəyi 110 kq-dan az olmamaqla
yükün təsrinə davam gətirməlidir.
Xizəklərin əyilgənliyi əyilmə xətti ilə xarakterizə olunur və 35 kq yük
qoyulmuş hissədə əyilmə 25-70 mm aralığında yol veriləndir.
Xizəyin alt hissəsində açılmış novalçaya bənzər cığır düzxətli, eyni dərinlikdə
və endə olmalı, ön hissədə daralaraq yox həddinə çatmalıdır. Bu novalçaların
kənarların dağılması yolverilməzdir. Xizəyin alt sürüşkən hissəsindən başqa digər
səthlərinə şaxtayadavamlı lak və ya emal çəkilməlidir.
Dağ xizəklərində plastik kütlədən olan hissələrin aralanması, çatlaması və
kəsiklərin
olması
yolverilməzdir.
Bütün
detallar
ara
olmadan
kip
yapışdırılmalıdırlar.
Xizək çubuqları paslanmaya qarşı səthlə örtülməli, bambukdan olan çubuqlar
isə suya davamlı şəffaf lak və ya emalla örtülməlidirlər. Xizək çubuqlarının
halqaları 50 kq-dan az olmayan təzyiqə davam gətirməlidirlər. Çubuqların bir-
birlərindən fərqi uzunluğuna görə 5 mm, çəkisinə görə 15 qramdan çox olma-
malıdır. Çubuqların əyilmə məsafəsi 12-24 mm olmalıdır. Bunu bir-birindən 800
42
mm aralı yerləşdirilmiş iki dayağın üzərinə qoyulmuş çubuğun üzərinə 20 kq
ağırlığında yükün qoyulması ilə müəyyən edirlər.
Konkilərin keyfiyyətini başlıca olaraq onların tirlərinin keyfiyyəti ilə
müəyyən edirlər. Konkilərin tirləri dəqiq düzxətli, itiləmə girintisiz, çıxıntısız tam
hamar olmalıdır. Konkilərin ayağaltı və daban hissələri təmiz və hamar səthə malik
olmalıdırlar. Onların dayaq borularının əyriliyi, çatı və əziyi olmamalıdır. Ustaların
konkiləri xromla örtülməli, kütləvi konkilər isə nikellə də örtülə bilər. Nikellənmiş
detalların üzərində ləkə, cızıq və qara nöqtələr olmamalıdır.
Dəri topların hermetikliyi bu cür yoxlanılır: topun içərisi 1 atm təzyiqdə hava
vurulur və 1,5 saat saxlanılır, nippelli topların deşik klapanları sabunlu su ilə
isladılır – bu müddət ərzində top hava buraxmamalı və ilkin ölçülərini
itirməməlidir. Tennis, ot və buz üstə xokkey üçün toplar kifayət qədər upruq
olmalıdırlar. Misal üçün 2,5 metr hündürlükdən atılan top 135-147 sm məsafəyə
tullanmalıdır. Buz üzərində xokkey oyunu üçün 150 sm hündürlükdən sərbəst
düşən top 15-30 sm hündürlüyə, ot üzərində xokkey oyunu üçün top 20-40 sm
hündürlüyə tullanır. 305 mm hündürlükdən polad lövhənin üzərinə sərbəst düşən
stolüstü tennis topu 235-dən az olmayan və 255 mm-dən çox olmayan hündürlüyə
tullanmalıdır. Tennis topu 8156 qram yükün təzyiqi nəticəsində 5-6 mm
deformasiya olmalıdır. Satışa tük səthi olmayan tennis toplarının çıxarılması
yolverilməzdir, çünki həddən artıq sürətlə uçan və tullanan bu cür topları raketka
ilə yönləndirmək çətin olur.
Xokkey oyunu üçün ağacların səthi düz, hamar, əziksiz və çıxıntısız olmalıdır.
Onların üzəri atmosfer təsirlərinə davamlı şəffaf lakla örtülməlidir.
Top ilə xokkey oyunu üçün ağacların qövsvari qarmaq hissəsi dörd buruqdan
az olmayaraq dəri kəmərlə vişə ilə sarınmalıdır. Xokkey ağaclarının hündürlüyü
120 sm, kütləsi 450 qramdan çox olmamalıdır. Xokkey ağacı 65 mm diametrli hal-
qanın içərisindən keçə bilməlidir.
Ot üzərində xokkey oyunu üçün ağacların qarmaq hissəsi metal detal olmadan
tam ağacdan hazırlanmalıdırlar. Qarmağın kvadrat və ya ucu biz formasının və iti
43
yerlərinin olması yolverilməzdir. Ağacların sağ tərəfi düz səthli olmalıdır. Ot
üzərində xokkey ağacı 51 mm diametrli halqanın içərisindən keçə bilməlidir.
Badminton və tennis üçün ağac raketkaların üzəri hamar, əziksiz, çatsız və
çıxıntısız olmalı, şəffaf lakla örtülməlidir. Alüminium detalların üzəri anodlanmalı,
cilalanmalı və ya rənglənməlidir. Polad detallar nikellənməli və ya
xromlanmalıdırlar.
2.1. İdman mallarının keyfiyyətinə verilən ümumi tələblərin təyini
Məmulatların materialını, quruluşunu, çəkisini, ölçüsünü texniki şərtlərlə
müqayisə edirlər. Məmulatın mexaniki möhkəmliyini və davamlılığını yoxlayırlar.
Malı nəzərdən keçirərkən hissələrinin qarşılıqlı əlaqəsinə, onların
birləşməsinə, bu birləşmələrin möhkəmliyinə fikir verirlər. Qaynaq, lehimləmə,
yapışdırma, hörmə, pərçimləmə, tikmə və s. tətbiq olunan bütün qovşaqlar xüsusi
nəzarət və yoxlama məqsədi daşımalıdır. Bir çox idman alətlərində hərəkətedici
hissələr, çıxarılan içliklər və s. olur. Bu hissələrin alətin işdənkənar mövcud
hündürlükdə bərkidilməsini, onların vəziyyətini dəyişmək yüngüllüyünü və
xüsusilə alətin istismar prosesində yoxlayırlar.
Məmulatın bəzəyinin, xüsusilə cilalanmış, pardaqlanmış, lakla örtülmüş və
rənglənmişlərin keyfiyyətini müəyyənləşdirirlər.
Məmulatın hazırlandığı materialın keyfiyyətini, ağac qatlarının düzgün
yerləşməsini, tilişkələrin, qırıntıların, batıqlığın olub-olmamasını yoxlayırlar;
məmulatın sanitar-gigiyenanın əsas tələblərinə cavab verməsini aydınlaşdırırlar.
Məmulatın markalanmasını yoxlayırlar, orada malın keyfiyyəti (onun növü),
ölçüsü, çəkisi, istehsalçının adı və başqa əlamətləri barədə məlumatlar
göstərilməlidir.
44
2.2. İdman oyunları üçün avadanlıqların çeşidinin öyrənilməsi, onların
keyfiyyətinin təyini
İdman oyunları üçün avadanlıqların çeşidini tennis, xokkey (şayba topla)
oyunları üçün, üfürülən toplardan öyrənməyə başlayırlar. Topun üzünün hansı
materialdan hazırlandığını, neçə hissədən tikildiyini təyin edirlər; hər hissənin
bərkidilməsinin keyfiyyətini müəyyənləşdirirlər. İçliyi (kamerası) olmayan
toplarda üzünün (pakrışkasının) keyfiyyətini, nippelin (ucu yivli borucuq)
bərkidilməsini, üfürülən toplarda hava axınının olmamasını, səthi nöqsanların
mövcudluğunu, dairə səthinin pozulması və s.-ni yoxlayırlar.
Çeşidi öyrənərkən futbol, voleybol, basketbol (böyüklər və uşaqlar üçün)
toplarının çeşidini nəzərdən keçirirlər, ondan sonra müxtəlif oyunlar üçün olan
topların ölçülərinin və çəki göstəricilərinin aşağıdakı qaydada cədvəlini tərtib
edirlər:
Topun
təyinatı
Topun dairəsi, sm-lə
Çəkisi, q-la
Faktiki
məlumatlar
Texniki
şərtlərin
məlumatları
Faktiki
məlumatlar
Texniki
şərtlərin
məlumatları
Tennis toplarının elastikliyini (upruqluğunu) təyin edirlər. Topun 2,5 m
hündürlükdən taxta yaxud sement döşəmənin üstünə düşməsini müşayiət edirlər;
bu zaman top 134,6-147,6 sm hündürlüyə sıçramalıdır; topu 50 kq-lıq yük ilə 5
dəq. müddətində sıxarkən parçası rezindən laybalay aralanmamalıdır.
Tennis raketkasının (torlu kürəcik) quruluşunu öyrənirlər. Raketkanın hansı
hissələrdən ibarət olduğunu, hər hissənin hansı ağac cinsindən hazırlandığını,
çəkisinə və ölçüsünə görə raketkaların fərqini qeyd edirlər
Simlərin möhkəmliyini dinamometrlə təyin edirlər. Simin biri 27 kq-dan az
olmayaraq yükə dözməlidir, onun dartılması isə 15%-dən artıq olmamalıdır. Simin
burulması 1 sm-ə görə 2,5-3 dövrə, forması isə ciddi surətdə silindrik olmalıdır.
45
Şayba (ağır rezin dairə) ilə xokkey oyunu üçün xokkey ağaclarının (klyuşka)
quruluşunu nəzərdən keçirirlər. Bu ağaclara aid texniki şərtlərə əsaslanaraq onların
ölçüsünü, ümumi uzunluğunu, dəstək və qarmaq uzunluğunu, qarmağın bərkidilmə
bucağını, ağacın təyinatını (oyunçu və qapıçı üçün) müəyyənləşdirirlər. Ağacın
keyfiyyətinə ayrı-ayrı hissələrinin birləşməsinə, xarici bəzəyinə xüsusi diqqət
yetirirlər.
İdman oyunları üçün torları nəzərdən keçirərkən onların ölçülərini və
formasını, onların hansı materialdan hörülməsini, dəliklərinin (gözlərinin,
xanalarının) ölçüsünü, gözlərin düyünlərinin hörülmə qaydalarını qeyd edirlər.
İdman oyunları üçün avadanlıqların çeşidinin öyrənilməsini hər oyunun
növünə görə avadanlıqların dəstləşmə cədvəlinin aşağıdakı qaydada tərtib edilməsi
ilə yekunlaşdırırlar:
Məmulatın adları
Dəstdə olan
məmulatın miqdarı
və əsas ölçüləri
Çəkisi, q-la
Hazırlanması üçün
materialı
2.3. Yüngül atletika üçün avadanlıqların çeşidinin öyrənilməsi, onun
keyfiyyətinin təyini
Disklərin, nizələrin, əl bombasının (qranat), qumbaraların (yadro) çəkisini,
ölçüsünü, bəzəyinin keyfiyyətini müəyyənləşdirirlər.
İdman avadanlıqları qrupundan yüngül atletika üçün diski, nizələri (cidanı) və
atmaq üçün kürzü, əl qumbarasını, itələmək üçün qumbaranı, uzun ağac (şest) və
tullanmaq üçün tamasaları nəzərdən keçirirlər. Öyrənmənin nəticəsini aşağıdakı
qaydada cədvələ yazırlar:
46
Məmulatın
adları
Çəkisi, q-la
Ölçüsü, mm-lə
Faktiki
məlumatlar
Texniki
şərtlərin
məlumatları
Faktiki
məlumatlar
Texniki
şərtlərin
məlumatları
2.4. Ayaq xizəyi və konkisürmə idmanı üçün avadanlıqların çeşidinin
öyrənilməsi və onun keyfiyyətinin təyini
Ayaq xizəyinin əsas növlərini öyrənirlər (turist, meşə, idman-qaçış və uşaqlar
üçün).
Ayaq xizəyinin keyfiyyətini öyrənərkən onların hansı ağacdan hazırlandığını
müəyyənləşdirirlər, onların ölçüsünü və nömrəsini təyin edirlər; bunun üçün
mümkün olan kənarlaşmanı nəzərə alaraq ayaq xizəyini geyinib yoxlayırlar.
Ayaq xizəyinin ağacının keyfiyyətini yoxlayırlar və standart üzrə yol verilən
nöqsanların normasına əsasən növünü təyin edirlər; ağacın illik təbəqələrinin
istiqamətinə fikir verərək, xizəyin hazırlanma keyfiyyətini öyrənirlər; tozağacından
olan xizəklərdə bu mişarlanmanın tangental istiqamətinə uyğun olmalıdır; başqa
ağac cinsindən ayaq xizəkləri hazırlayarkən radial mişarlanmaya da yol verilir.
Burun hissəsinin bükük yerinin düzgün yerləşməsini yoxlayırlar, bu da
tədarükün yoğun ucundan və xizəyin aşağı səthinin novundan başlamalıdır; düşən
düyünlərin dəliyinin necə düzəldilməsini nəzərdən keçirirlər; ağacı əhatə edən
qatların istiqaməti ilə tıxacın illik qatının istiqamətlərinin üst-üstə düşməsinə xüsu-
silə fikir verirlər. Xizəyin səthinin yaxşı cilalanmasını, nəmdən və korlanmadan
qorunmaq üçün xizəklərin ağac qatranı ilə düzgün hopdurulmasını (xizəklər 1 mm-
dən az olmayaraq qatranla hopdurulmalıdır), xizəyin üst səthinin lak yaxud politura
(spirtli lak) ilə yaxşı örtülməsini, haşiyəsi üzrə və şaquli səthi üzrə əyriliyin olub-
olmamasını yoxlayırlar.
47
Xizəkləri bərkliyə qarşı aşağıdakı qaydada sınaqdan çıxarırlar: onları xizəyin
burun qatından və daban kəsiyindən 100 mm aralı yerləşən iki dayağın üzərinə
uzadırlar; xizəyin ortasına son həddə çatmış yük qoyurlar: turist və meşə üzrə -110
kq, idman-qaçış üzrə - 90, uşaq üçün olana – 70 kq. Yaxşı keyfiyyətli xizək bu
yükə zədəsiz dözür.
Xizək ağaclarının çeşidini, quruluşunu, ağacların və halqalarının hazırlandığı
materialını, ağacların bərkidilmə üsulunu öyrənirlər.
Konkilərin çeşidini öyrənirlər (ikixizəkli, Snequroçka, Polikarpovun quruluşu,
şayba və top xokkeyi üçün, qaçış, fiqurlu diyirlənmə üçün diyircəkli dördçarxlı –
bir və ikicərgəli). Konkiləri qruplara ayırırlar və onların ayaqqabı nömrəsinə uyğun
gələn ölçülərini təyin edirlər. Qeydi aşağıdakı qaydada aparırlar:
Konkilərin təyinatı
Quruluşunun müxtəlifliyi və
xüsusiyyətləri
Ölçüləri
Lehimləmə
və
elektrik
qaynağının
keyfiyyətinə,
cilasının
və
pardaxlanmasının səlisliyinə fikir verirlər. Şayba və topla olan xokkey üçün, qaçış
və fiqurlu diyirlənmə üçün olan konkilərin quruluşunda olan fərqləri ətraflı
öyrənirlər.
Gimnastika alətlərini öyrənərkən quruluşunun düzgünlüyünü və onun texniki
şərtlərə uyğunluğunu müəyyənləşdirirlər: alətlərin hansı hissələrdən ibarət
olduğunu; ayrı-ayrı hissələrin hansı materialdan hazırlandığını; onların hazırlanma
qaydasını; məmulatların nöqsanlarını müəyyənləşdirirlər. Ağacın keyfiyyətinə,
ayrı-ayrı hissələrinin öz aralarında birləşmə üsuluna və mövcud alətin
möhkəmliyinin təmin olunmasına, bəzəyinin səliqəsinə, səthinin hazırlanma
keyfiyyətinə (boyağına, nigellənməsinə və s.) fikir verirlər.
48
Çeşidini öyrənərkən gimnastika alətlərinin aşağıdakı qrupları: əl alətlərini
(gimnastika ağaclarını, toppuzları, qantelləri, doldurulmuş topları, dartılma üçün
burazları), dırmaşmaq üçün alətlər (uzun ağaclar, burazlar - kanatlar, gimnastika və
ipdən olan pilləkanlar) asılmada, yelləncəkdə və yoxuşda məşq etmək üçün alətləri
(paralel tirlər, gimnastika atı), müvazinət hərəkətləri üçün alətləri (bum, tir, şalban,
gimnastika kətili) və dayaqla hoppanma üçün alətləri (eşşək, gimnastika masası,
tramplin, tullanmaq üçün körpü) nəzərdən keçirirlər.
Gimnastika alətlərinin çeşidini öyrənməyin əsasında gimnastika zalı üçün
lazım olan avadanlıqların ölçüsünü, çəkisini və alətlərin müxtəlifliyini göstərməklə
idman avadanlıqlarının siyahısını tərtib edirlər.
Qantellərin, çəki daşlarının və ştanqların çeşidini, onların hazırlandığı
materialı, onların müxtəlifliyini, formasını, çəkisini, dəstəyini öyrənirlər.
Boks üçün avadanlığın çeşidini öyrənərkən (pnevmatik və tökülərək
düzəldilmiş boks armudunun, asma torbaların, boks əlcəklərinin, mühafizə
vasitələrinin) onların materialına, formasına və çəkisinə fikir verərək bu
məmulatların müxtəlifliyi ilə tanış olurlar.
Boks əlcəklərinin keyfiyyətini qiymətləndirərkən ayrı-ayrı hissələrin
hazırlandığı materialın keyfiyyətinə (dərinin aşılanmasının keyfiyyətinə, onun
elastikliyinə, dərinin üzərində nöqsanların olmamasına və s.), biçilməsinə,
tikişlərinin keyfiyyətinə, doldurulmasının bərabərliyinə, formasının saxlanmasına
və başqa bu kimi hallara xüsusi diqqət yetirirlər. Zərbə əlcəklərinin çəkisini
müəyyən edirlər.
49
NƏTİCƏ VƏ TƏKLİFLƏR
Azərbaycanda bədən tərbiyəsi və idmana bütün dövrlərdə böyük diqqətlə
yanaşırdılar. Çünki, insanın cəmiyyətdəki mövqeyi at çapmaq, ox atmaq, qılınc
oynatmaq, güləşmək məharətinə və eyni zamanda fiziki qüvvəsinə görə
müəyyənləşirdi. Yaşlılar öz bacarıqlarını ov zamanı, hərbi yürüşlər zamanı və
bayramlar münasibəti ilə müntəzəm keçirilən yarış və oyunlarda təkmil-
ləşdirirdilər. Cıdır və dəvələrin yarışı xüsusilə məşhur idi.
Əsas gimnastika üçün avadanlıq. Əsas gimnastika (gigiyenik və sağlam-
laşdırıcı) insanların ümumi fiziki inkişafını və sağlamlığını möhkəmləndirmək,
əsas hərəkət vərdişlərinin aşılanması və idman bölmələrində məşğul olmağa
hazırlıq məqsədi daşıyır. Ümumi fizikı hazırlaq üçün trenajorlardan, dırmanmaq
üçün kəndirlərdən, qantellərdən, espanderlərdən, ağır toplar və s. istifadə edilir.
Yüngül atletikanın əsas növü olan qaçış üçün ləvazimatlara idmançının geyim
və ayaqqabısından başqa start üçün qəlib və tapança, estafet çubuğu, yüngül
atletika səddi, saniyəölçən və addımölçən aiddir.
Start qəlibləri qısa və orta məsafələrə qaçış yarışlarında idmançıların start
xəttindən sıçrayaraq qaçışa başlaması üçün lazımdır. Start qəlibləri əsas hissədən
və şarnir qurğusu vasitəsilə ona birləşdirilmiş platformadan ibarətdir. Qəlibin
əsasının altında olan tikanlar onun torpaqda sürüşməməsini təmin edir, platforma
isə zəruri bucaq altında maili tənzimlənir. Sənaye tərəfindən həm təbii həm də süni
örtüklü qaçış xəttləri üçün qəliblər buraxılır.
«Boks» ingilis mənşəli sözdür. O, «zərbə» mənasını ifadə edir. Hazırki dövrdə
boks elə idman növüdür ki, burada iki idmançı arasında xüsusi qaydalarla
tənzimlənən yumruq döyüşü aparılır. Boks üzrə yarışlar rinqdə keçirilir.
Boks əlcəkləri zərbənin yumşaldılması və əllərin zədələrdən qorunması üçün
istifadə olunur. Boks əlcəkləri alət, məşq və döyüş növlərinə bölünür (şəkil 1.11).
Alət əlcəkləri idmançıların boks ləvazimatları ilə məşq etdiyi zaman istifadə
olunur. Bu növ əlcəkləri çoxda baha olmayan dəri, dəvi əvəzləyici və ya parça
materiallarından tikirlər.
50
«Kep» konstruksiyası yüngül və sərtdir, lakin yüksək yüklənmədə qatları tez
laylanır.
Hibrid konstruksiyalardan aşağıdakılar məlumdur:
- işçi hissə boyu «sendviç», burun və quyruq hissədə «kep»;
- işçi hissə boyu «kep», burun və quyruq hissədə «sendviç».
Məmulatların materialını, quruluşunu, çəkisini, ölçüsünü texniki şərtlərlə
müqayisə edirlər. Məmulatın mexaniki möhkəmliyini və davamlılığını yoxlayırlar.
Malı nəzərdən keçirərkən hissələrinin qarşılıqlı əlaqəsinə, onların
birləşməsinə, bu birləşmələrin möhkəmliyinə fikir verirlər. Qaynaq, lehimləmə,
yapışdırma, hörmə, pərçimləmə, tikmə və s. tətbiq olunan bütün qovşaqlar xüsusi
nəzarət və yoxlama məqsədi daşımalıdır. Bir çox idman alətlərində hərəkətedici
hissələr, çıxarılan içliklər və s. olur. Bu hissələrin alətin işdənkənar mövcud
hündürlükdə bərkidilməsini, onların vəziyyətini dəyişmək yüngüllüyünü və
xüsusilə alətin istismar prosesində yoxlayırlar.
İdman oyunları üçün avadanlıqların çeşidini tennis, xokkey (şayba topla)
oyunları üçün, üfürülən toplardan öyrənməyə başlayırlar. Topun üzünün hansı
materialdan hazırlandığını, neçə hissədən tikildiyini təyin edirlər; hər hissənin
bərkidilməsinin keyfiyyətini müəyyənləşdirirlər. İçliyi (kamerası) olmayan
toplarda üzünün (pakrışkasının) keyfiyyətini, nippelin (ucu yivli borucuq)
bərkidilməsini, üfürülən toplarda hava axınının olmamasını, səthi nöqsanların
mövcudluğunu, dairə səthinin pozulması və s.-ni yoxlayırlar.
Ayaq xizəyinin ağacının keyfiyyətini yoxlayırlar və standart üzrə yol verilən
nöqsanların normasına əsasən növünü təyin edirlər; ağacın illik təbəqələrinin
istiqamətinə fikir verərək, xizəyin hazırlanma keyfiyyətini öyrənirlər; tozağacından
olan xizəklərdə bu mişarlanmanın tangental istiqamətinə uyğun olmalıdır; başqa
ağac cinsindən ayaq xizəkləri hazırlayarkən radial mişarlanmaya da yol verilir.
Burun hissəsinin bükük yerinin düzgün yerləşməsini yoxlayırlar, bu da
tədarükün yoğun ucundan və xizəyin aşağı səthinin novundan başlamalıdır; düşən
düyünlərin dəliyinin necə düzəldilməsini nəzərdən keçirirlər; ağacı əhatə edən
51
qatların istiqaməti ilə tıxacın illik qatının istiqamətlərinin üst-üstə düşməsinə xüsu-
silə fikir verirlər.
Boks əlcəklərinin keyfiyyətini qiymətləndirərkən ayrı-ayrı hissələrin
hazırlandığı materialın keyfiyyətinə (dərinin aşılanmasının keyfiyyətinə, onun
elastikliyinə, dərinin üzərində nöqsanların olmamasına və s.), biçilməsinə,
tikişlərinin keyfiyyətinə, doldurulmasının bərabərliyinə, formasının saxlanmasına
və başqa bu kimi hallara xüsusi diqqət yetirirlər. Zərbə əlcəklərinin çəkisini
müəyyən edirlər.
1. İdmanın respublikamızda belə güclü inkişafı bütün növ idmana aid olan
avadanlıqlarda yaxşı təminata ehtiyacı artır. Ölkəmizdə xüsusi ixtisaslaşdırılmış
idman malları marketləri getdikcə genişlənir. Odur ki bu malların keyfiyyət
göstəricilərinin ekspertizasının çeşidinin düzgün öyrənilməsi çox vacibdir.
2. Bakı əlcəklərinin tikilməsi üçün işlənən materiallar boyanması üçün xüsusi
boyaq növləri istifadə edilməlidir ki, yaş və quru şəraitdə sürtülmə zamanı boyaq
tökülməsin.
3. Topların ölçüləri və çəkiləri standart tələblərindən kənarlaşmamalıdır.
4. Tenis xokkey oyunları üçün toplar xüsusi upruq materiallardan hazır-
lanmadırlar ki, deformasiyaya uğranmasın.
52
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT
1. Həsənov Ə.P., Osmanov T.R., Həsənov N.N. və b. Mədəni-məişət təyinatlı
malların ekspertizası. I hissə. (Dərslik). Bakı, “İqtisad Universiteti” Nəşriyyatı,
2014.
2. Həsənov Ə.P., Osmanov T.R., Həsənov N.N. və b. Mədəni-məişət təyinatlı
malların ekspertizası. I hissə. (Dərslik). Bakı, “İqtisad Universiteti” Nəşriyyatı,
2014.
3. Həsənov Ə.P., Osmanov T.R., Həsənov N.N. və b. Qeyri-ərzaq mallarının
ekspertizasının praktikumu. (Dərslik). Bakı, “İqtisad Universiteti” Nəşriyyatı,
2014.
4. Osmanov T.R.Qeyri-ərzaq mallarının əmtəəşünaslığı və ekspertizasının
əsasları. (Dərslik). Bakı, “İqtisad Universiteti” Nəşriyyatı, 2014.
5. Həsənov Ə.P, T.R.Osmanov və başqaları. Qeyri-ərzaq mallarının
laboratoriya tıdqiqatları, Bakı 2001.
6. Həsənov Ə.P, T.R.Osmanov və başqaları. Qeyri-ərzaq mallarının
əmtəəşünaslığı, Bakı 1987.
7. Həsənov Ə.P, T.R.Osmanov və başqaları. Əmtəəşünaslığın nəzəri
əssaları, Bakı 2003.
8. Həsənov Ə.P. T.R.Osmanov və başqaları. Qeyri ərzaq mallarının
ekspertizası, II hissə, Bakı 2006.
9. Həsənov Ə.P. T.R.Osmanov və başqaları. Mədəni-məişət təyinatlı
malların ekspertizası. Bakı, 2014
10. Блюм М.М., Шишкин И.Б. Охотничье ружье. М. В/О Агропром
издат, 1990.
11. Жубер Ж. Горные лыжи: техника и мастерство. М. Физкультура и
спорт, 1983.
12. Краткий справочник туриста. М. Профиздат, 1990.
13. Самодельное туристское снаряжение. М. Физкультура и спорт, 1986.
53
14. Туризм и спортивное ориентирование. М. Физкультура и спорт,
1987.
15. Физкультура и спорт: Малая энциклопедия. М. Радуга, 1990.
16. Штайнфорт Х. Нахлыст: от простого к сложному. М: Физкультура и
спорт, 1985.
17. Энциклопедический словарь юного спортсмена. М: Педагогика,
1997.
18. М.Н.Иванов., И.Т.Шакланов и др. «Товароведение обувных товаров»
Экономика – 1990.
19. А.В.Валяева «Обувные товары товароведение» Экономика – 1991.
20. А.В.Павлин.,Е.А.Мирошников«Товароведение обувных товаров».
Экономика-1998.
21. Ф.А.Петрище. «Теоретические основы товароведе и экспертизы
непродовольственных товаров» Москва – 2004.
22. Е.А.Кедрин.,А.В.Павлин и др. «Товароведение обувных товаров».
Экономика – 1999.
23. Серебрянов В.К.,Е.А.Кедрин. «Приемка обуви по качеству».
Экономика-1997.
24. Исследование непродовольственных товаров. Экономика – 1988.
25. «Современные материалы и их применение в обувном производстве»
Москва – 2007.
26. Синаюк Д.А. Золкинд А.И. «Новое в формировании и сборке обуви».
Леч.ин.1999.
Dostları ilə paylaş: |