Texniki üsul – tikililərdə səs keçirməyən izolə materiallardan istifade edilməli, pəncərələrin sayını azaltmaq və ikiqat şüşələrdən istifadə edilməlidir.
Yük daşıyan avtomobillərin yaratdığı səs – küyü azltmaq üçün onların keçəcəyi yollar yaşayış yerlərindən uzaqda planlaşdırılaraq həyata keçirilməlidir. Yol örtükləri və maşınların təkərləri texniki baxımdan elə hazırlanmalıdır ki, səs
– küy ən az zərər verə biləcək gücdə olsun. Nəqliyyat vasitələrinin səsboğucu qurğularının həcminin artması, avtomobillərdə az səsboğucu şinlərin istifadəsi, səs- küy təmizləyici sistemlər və səs-küy mənbələrinin əhatə edilməsi kimi göstərilə bilər.
İEÖ – də “səs – küy xəritəsi” hazırlanaraq ən çox səs – küy olan ərazilər qeyd edilir. Bu xəritədən istifadə edilərək həmin ərazilərdə səsin qarşısının alınması üçün bir sıra qabaqlayıcı tədbirlər görülə bilər.
Magistral yol kənarlarında səs ölçən stansiyalar quruluraq səsin gücü və davametmə müddəti ölçülür.
Sənaye müəssisələrində və emalatxanalarda çox səs çıxaran dəzgahları daha az səs çıxaran dəzgahlarla əvəz edilməli. Belə müəssisələrdə işləyən insanlar eşitmə orqanını qorumaq üçün qulaqcıqlardan istifadə etməlidir.
Avtomobil yollarının kənarlarında səsin gücünü minimuma endirmək üçün texniki obyektlər yerləşdirilir. Texniki obyektlər dedikdə betondan və ya taxtadan hazırlanmış divarlar nəzərdə tutulur.
Dostları ilə paylaş: |