Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 417,49 Kb.
səhifə2/31
tarix29.12.2021
ölçüsü417,49 Kb.
#48448
1   2   3   4   5   6   7   8   9   ...   31
Mirz-yeva-Aid-

Giriş



Mövzunun aktuallığı: Dövrümüzün və müasir ekologiyanın qlobal problemləri (istixana effekti, ozon qatının dağılması, radioaktiv tullantılar, turşulu yağışların yağması, atmosferin və suyun çirklənməsi və s.) arasında səs-küy (akustik) çirklənməsi xüsusi yer tutur. Qlobal ekoloji problemlər kimi insanları ən çox narahat edən problemlərdən biri səs-küy çirklənməsidir. Planetimizdə hər iki nəfərdən biri bu çirklənmənin təsirinə məruz qalır.

Hal-hazırda, müxtəlif ekoloji amillərin biosferə mənfi təsirində ciddi artım var. Eyni zamanda, fiziki ( səs-küy, elektromaqnit, infraqırmızı, vibrasiya, ionlaşdırıcı, istilik və s. ) amillərin getdikcə intensiv şəkildə təsiri müşahidə olunur. Bu təsir xüsusilə şəhərləşmiş ərazilərdə daha çox hiss olunur.

Xüsusəndə antropogen amillərin artan təsiri mürəkkəb bir sistem kimi xarakterizə olunur. Son illərdə fiziki amillərdən biri kimi səs-küyün antropogen təsiri, sənayedə geniş miqyasda yeni texnologiyanın tətbiq edilməsi,avadanlıqların gücünün və sürətinin artması, quru,hava və su nəqliyyatının geniş formada istifadə olunması, məişətdə elektiklə işləyən cihazlardan istifadə, urbanizasiya prosesinin dərinləşməsi və s. amillər səs səviyyəsinin yüksəlməsi ilə əlaqədar olaraq əhəmiyyətli dərəcədə artmışdır ,gündəlik həyatımızda, işdə, istirahətdə və digər hallarda yüksək səs-küyün mənfi təsirlərinə məruz qalırıq.

Səs-küyün çirklənməsinin təhlükəsi bu gün, xüsusilə böyük şəhərlərin sakinləri üçün çox ciddi problemlərin yaranmasına səbəb olur. Buna görə səs-küy təhlükəsizliyini təmin etmək son dərəcə vacib məsələlərdən biridir.

XIX əsrdə məşhur bakterioloq Robert Koch, "...insan bir gün varlığı naminə, vəba və buna bənzər xəstəliklərlə mübarizə apardığı kimi səs-küylə də mübarizə aparmaq məcburiyyətində qalacağını" söyləmişdir.

Hal hazırda səs-küy çirklənməsi sahəsi ən yüksək bioloji aktiv ekoloji amil kimi qəbul edilir.

Milli iqtisadiyyatın sənayeləşməsi və nəqliyyatın bütün növlərinin inkişafı ilə səs-küylə mübarizə problemi kəskinləşməkdə davam edir. XX əsrin ikinci yarısında bəzi qiymətləndirmələrə görə, inkişaf etmiş ölkələrdə səs-küyün intensivliyi hər 5-10 ildən bir artır, yəni enerji istehlakı artdıqca daha sürətlə artır.

Səs-küy çirklənməsi kimyəvi çirklənmə kimi təhlükəlidir. Buna görə də fiziki amillərdən biri olan səs-küy çirklənməsi, qlobal ekoloji problemlərdən sayılan atmosferin, hidrosferin və s. çirklənməsi kimi diqqət mərkəzində saxlanılmalıdır.

Xarici səs-küy çirklənməsinin əsas mənbələri-nəqliyyat, sənaye müəssiləri və tikinti sahələridir. Iri şəhərlərdə səs-küy çirklənməsinə səbəb olan əsas mənbə avtomobil nəqliyyatıdır. Böyük şəhərlərdə, səsin intensivliyi 65-80 dB arasında dəyişir. Məs:

Çin 65 dB


Mexsika, Madrid,Paris 70 dB
Honkonq, Nyu-York, Moskva. 75 dB
Roma, Berlin 80 dB
İri şəhərlərdə yaşayan insanlar səs cirklənməsindən əziyyət çəkirlər, burada səs-küy çirklənməsi yol verilən izn həddindən dəfələrlə çoxdur.

Lakin qeyd etmək lazımdır ki, müəyyən bir səs-küy olmadan mövcud ola bilmərik. Səsizlik ciddi əsəb pozuntularına səbəb ola bilər. Səslər həyatımızın bir hissəsidir, onsuz yaşaya bilmərik, lakin onların yol verilən həddən çoxluğu ilə də normal yaşamaq mümkün deyil. Bir çox amillərin təsirindən hər bir insan səs- küyün təsirinə müxtəlif cür reaksiya verə bilər. Səs-küyün normadan çox olması insanlarda əmək məhsuldarlığının azalmasına, bir çoxpsixoloji, fizioloji və bioloji xəstəliklərin yaranmasına, həyat rifahının aşağı düşməsinə səbəb olur. Bundan ən çox iri şəhərlədə yaşayan insanlar əziyyət çəkir. Səs-küy həm ekoloji, həm də

sosial faktor kimi ətaf mühitin bütün komponentlərinə mənfi təsir göstərən fiziki çirklənmədir.

Səs-küy çirklənməsi nəinki insanlara, eləcə də heyvanlara və hətta bitkilərə mənfi təsir göstərir

Yuxarıda qeyd olunanlara əsasən, bütün bunlar səs-küy problemlərinin Fizika, Texnika, Biologiya, Tibb, Memarlıq və müasir biliklərin bir sıra digər sahələri baxımından geniş və ciddi şəkildə öyrənilməsinin zəruriliyini müəyyən edir.

Ətraf mühitin antropogen səs-küy çirklənməsi, səs-küy təhlükəsizliyini təmin etmək problemi dövrümüzün ən aktual və sosial problemlərindən hesab edilir. Digər tərəfdən aparılan araşdırmalar və tədqiqat işləri mövcud səs-küy çirklənməsinin ətraf mühitə neqativ təsirlərin qarşısının alınması üçün, insanların sağlamlıqlarını mühafizə etmək, fauna və floranın qorunması və s.mövzunun aktuallıgını bir daha təsdiq edir.




Yüklə 417,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin