Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 417,49 Kb.
səhifə8/31
tarix29.12.2021
ölçüsü417,49 Kb.
#48448
1   ...   4   5   6   7   8   9   10   11   ...   31
Mirz-yeva-Aid-

Şəkil 1.5.bir tondan müxtəlif tonların birləşməsindən yaranan səslər.
Səsin yayılması enerjinin ötürülməsi ilə də əlaqəlidir. Vahid zamanda və vahid mühitdən keçən səs enerjisinə səsin intensivliyi deyilir, I ilə işarə edilir, vahidi Vt/m2-dir.

I = W/S (5)

Burada I-səsin intensivliyi; W-səsin gücü, Vt

S- səs dalğasının düşdüyü səthin sahəsi, m2


İnsanın qulağı intensivliyə deyil, səs təzyiqinə həssasdır. Səsin intensivliyi ( I ) ilə səs təzyiqi ( P ) arasındakı asılılıq aşağıdakı kimidir.

I= P2/ρc (6) Burada ρ- ətraf mühitin akustik sıxlığı;

c- səsin yayılma sürətidir.
İnsanın səs kimi qəbul etdiyi səs təzyiqlərinin və intensivliyinin maksimal və minimum dəyərləri hüdüd adlanır. 1000 Hz tezliyində eşitmənin intensivliyi I0=10-12 –yə, təzyiq isə P= 2*10-5 Pa-a uyğun gəlir.

Vahid zamanda ümumi səs enerjisinin mənbədən ayrilmasına səsin gücü adlanır, W ilə işarə edilir, vahidi Vt-dır.

W= IS (7)
Səsin tərkibini dəqiq müəyyən etmək üçün hər bir tezlikdə fərdi olaraq səs səviyyəsini müəyyən etmək lazımdır. Adətən bu tezlik diapozonunda səsin öyrənilməsində oktav zolağından istifadə edilir. Akustik rəqs dalğalarının insan tərəfindən eşidilə bilən aralığı təxminən 10 aktavadır. Onun mərkəzi tezlikləri beynəlxalq standartlara uyğun olaraq müəyyən edilir. Standart aktav zolaqlarının sərhədi və orta həndəsi tezlikləri aşağıda göstərilmişdir:
for hs 63 125 250 500 1000 2000

4000


fs hs 45...90 90...180 180...355 355...710 710...1400 1400...2800

2800...5600

Səs-küy spektri – bir tezlik analizində səs təzyiqi səviyyələrinin məcmusudur. Aktav spektra əlavə olaraq ½ aktav, 1/3 aktav,1/12 aktav,1/24 aktav zolaqlarından istifadə olunur. Hər bir sonrakı aktavanın tezliyi əvvəlki aktavanın mərkəzi tezliyindən 2 dəfə, eləcədə hər bir aktavanın yuxarı tezliyi aşağı tezlikdən 2 dəfə yuxarı olur. Adətən oktav zolaqları onların mərkəzi tezlikləri adlanır. Mərkəzi tezlik 500 hs götürülür. Mərkəzi tezlik, aşağı və yuxarı tezliyin hasilinə bərabərdir.

Aşağı tezlik x yuxarı tezlik =500 hs Yuxarı və aşağı tezlikləri aşağıdakı düsturla hesablaya bilərik:


Aşağı tezlik = 1/Y2 x mərkəzi tezlik
Yuxarı tezlik = 2 x mərkəzi tezlik
Ölçmədən alınan nəticəyə əsasən 63-250 hs aralığında aşağı tezlik, 500- 1000 Hs arasında orta tezlik, 2000-8000 Hs aralığında yüksək tezlik olaraq qəbul edilir. Mərkəzi zolağın aktav tezliyindən asılı olaraq səsin gücünün dəyişməsi aşağıdakı diaqramda göstərilmişdir:



Səsin gücündən (intensivliyindən) asılı olaraq aktav zolağında səsin tezliyi aşağıdakı diapozonda dəyişir;



  • 15 dB-dən aşağı tezlikdə 1/3 aktav zolağında səsin tezliyi 25-125 hs diapozonunda dəyişir;

  • 8 dB-də tezliyin səviyyəsi orta aktav zolağında tezlik aralığı 160-400 hs;

  • 5 dB-dən yüksək aktav zolağında tezlik 500-10000 hs aralığında dəyişir Müasir səs-küy imkanlarını nəzərə alaraq daha ətraflı təhlil aparmaq üçün

üçüncü oktav zolağından istifadə edilir. Oktavanın bu diapozonunda səs-küy çirklənmənin hansı tezlik aralığında olduğunu müəyyənləşdirməyə imkan verir.

Səs-küy, səs təzyiqi səviyyəsi, səsin səviyyəsi, tezlik tərkibi ( spektr) ilə xarakterizə olunur. Səsin maksimum həddi (ağrı həddi), duyğu orqanlarında ağrıya səbəb olan səslərdir. Ağrı hüdudundakı səs enerjisi eyni tezlikdə eşidilən (eşitmə həddi) səsin enerjisindən 1014 dəfə çoxdur. Buna görə ölçmə miqyasını azaltmaq üçün logarifmik miqdarlar - intensivlik və səs təzyiqi səviyyələri tətbiq edildi. Səslər müxtəlif intensivliyə malikdir və intensivliyin ölçü vahidi desibeldir. Desibel (dB)- səs səviyyəsini ölçmək üçün istifadə olunan vahid səs təzyiqinin loqorifmik funksiyasıdır və səs təzyiqinin eşidilən həddi dB (A) kimi müəyyən edilir.

L= 20lg (p/p0) (8)

və ya


L= 20lg (I/I0) (9)
Burada L- səsin güc səviyyəsi ( səsin intensivliyi) desibel ( dB);
p0- verilmiş tezlik diapozonunda səs təzyiqinin orta kvadratik göstəricisidir; p- 1000 hs tezlikdə hiss olunan səs təzyiqidir;

I-eşidilən səsin intensivliyi, Vt/m2


I0-10-12 Vt/m2 həddində eşidilən səsin intensivliyi.
Səsin gücünün (intensivliyinin) səviyyəsi - bu eşidilən səsin səs və ya səs təzyiqinin kəmiyyətləri arasındakı münasibətlərin intensivliyi arasındakı münasibətlərin logarifmidır.

Səs - küyün ölçülməsi və onun insana təsirinin qiymətləndirilməsi üçün səs- küyün səviyyəsi akustik hesablamalarda istifadə olunur, çünki eşitmə orqanı intensivliyə deyil, orta kvadrat təzyiqə həssasdır. Biz səs təzyiqi sayəsində səsləri eşidə bilirik. Qulaq boşluğuna səs təzyiqi 3 * 10-5 Pa, yəni atmosfer təzyiqindən 3

* 1010 dəfə az olduqda, asanlıqla eşidilə bilən bir səs-küyü eşidə bilirik. Bu təzyiq bir sm 2 üçün milyon qramın üçdə biri qədər yükə uyğundur. Qulağımız ən dəqiq kimyəvi tərəzidən daha həssasdır.

Səs-küy adətən müxtəlif tezliklərin səslərinin birləşməsidir, yəni normallaşmanın rahatlığı üçün səs-küy onun tonunun tərkib hissələrinə bölünür. Belə bir əməliyyat spektral analiz adlanır və səs təzyiqi səviyyələrinin tezlikdən asılılığının qrafik təsviri səs-küyün tezlik spektri adlanır. Spektr səs-küy analizatorları - müəyyən bir tezlik diapazonunda bir siqnal ötürən elektrik filtrləri dəsti ilə əldə edilir. Bu tezlik diapozonu aşağı (fa ), yuxarı (fy ) və orta tezlik (for ) həddi olaraq bölünür.[5]




İnsanın eşitmə sistemi səslərə qarşı çox həssasdır , bu loqorifmik funksiya aşağı və yüksək tezlikli səs səviyyələrini qiymətləndirməyə və nəzarət etməyə ikman verir. Desibel diaqramına görə sağlam insan qulağının eşitdiyi ən aşağı və ən yüksək səs səviyyəsi 0 (dB) - 140(dB) aralığında qəbul edilir. Bu səs səviyyələri müxtəlif mənbələrin təsirindən yaranır, təbii və antropogen mənşəli olmaqla iki yerə bölünür.

İnsan fəaliyyətindən asılı olmayaraq atmosferdə 3 · 10 -3 hs geniş spektral tezlikli təbii mənşəli səs-küylər var. Təbii səs mənbələri ətraf mühitə və insanlara mənfi təsir göstərmir, qıcıqlandırmır, xoş təssürrat bağışlayır. Hətta, bu səslərdən səsterapiyasında da istifadə edilir. Təbii səs-küy fonu 20-30 dB təşkil edir. Təbii mənşəli səs mənbələrinə yarpaqların xışıltısı, zəlzələ, vulkan püskürməsi, küləyin, yağışın, ildırımın, şəlalənin səsi, quşların nəğməsi, heyvanların səsi və s.daxildir. Bu səslər müxtəlif tezliyə malikdir, onların bir neçəsini nəzərdən keçirək.

Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, küləyin səs-küy mənbəyinin səviyyəsi dəniz səthində dalğalar hesbına yaranan qaz qabarcıqlarının təzyiq titrəyişləridir və səs-küy mənbəyinin tezliyi 50-400 hs aralığındadır. Tezlikdən asılı olaraq səsin gücündə dəyişikliklərin baş verməsini aşağıdakı şəkildə göstərə bilərik. şəkildən göründüyü kimi tezlik 400 hs olduqda səsin gücü maksimal həddə çatır.Bunu şəkil1.6-da göstərək



Yüklə 417,49 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin