Şəkil 1.6 küləyin əsməsi zamanı yaranan səs dalğaları
Yağışın səbəb olduğu səs-küy mənbəyi yağış damcılarıdır, bu yağışın düşmə sürətindən və küləyin sürətindən asılı olaraq tezlik 1-100 khs aralığında dəyişir.
Bunu aşağıdakı şəkil1.7-də göstərə bilərik.
Şəkil 1.7 yağışın yağması zamanı yaranan səs dalğaları
İldırımın çaxması nadir, lakin güclü təbiət hadisəsidir. Külək və yağışa nisbətən daha çox səs-küy yaradır. Təbii səs mənbələri qısa müddət ərzində olsa da ətraf mühitə mənfi təsir göstərərək fiziki çirklənməyə səbəb olurlar. Lakin, bu qısa müddətli təsir olduğundan ətraf mühit az bir müddət ərzində özünü bərpa edir.
Misal üçün quşların və suların birləşmiş səsi, nəqliyyatın yaratdığı səs-küy çirklənməsinə bərabər götürülür, bu zaman səsin gücü 55 dB-dən 65 dB-ə qədər yüksələ bilir. Bunu aşağıdakı şəkil1.8-də göstərə bilərik
Şəkil 1.8 60 dB-də səsin xarakteristik spektrı.
Dostları ilə paylaş: |