Səsin tezliyi – bir saniyədəki və ya bir dövrdəki rəqslərin sayıdır. Ölçü vahidi hersdir (hs) və alman fiziki Heinrich Rudolf Hertzin şərəfinə adlandırılıb. Səsin tezliyi f hərfi ilə işarə edilir. Bir rəqsin başa çatdırmaq üçün tələb olunan vaxt period adlanır, T hərfi ilə işarə edilir. Tezlik ilə period arasındakı əlaqə aşağıdakı kimidir:
T= 1/f (1)
Dalğa uzunluğu – səs dalğasının 1perioduna bərabər zamanda dalğalar arasındakı məsafədir, λ ilə işarə olunur, vahidi m-dir. Səsin dalğa uzunluğu ilə tezlik arasındakı asılılıq aşağıdakı kimidir və bu asılılıqdan əsasən səs-küyə nəzarət praktikasında geniş istifadə olunur.
Səs-küy ətraf mühitdə zamanla dəyişikliklər ilə xarakterizə olunur, bu da müxtəlif nəqliyyat vasitələri üçün səciyyəvidir. Bu baxımdan səs-küy sabit (daimi
) və qeyri-sabit (dəyişkən ) ola bilər.
Daimi səs-küyün xarakterik xüsusiyyəti, oktava tezlik diapazonlarında səs təzyiqi səviyyəsidir. Şəkil1.2-də daimi səs-küyün xarakteristikası göstərilmişdir.[2]