Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 417,49 Kb.
səhifə3/31
tarix29.12.2021
ölçüsü417,49 Kb.
#48448
1   2   3   4   5   6   7   8   9   ...   31
Mirz-yeva-Aid-

Problemin öyrənilməsi vəziyyəti: Bildiyimiz qədər təbiəti mühafizə məsələsi nəinki ölkəmizin, eləcə digər ölkələrin həmişə diqqət mərkəzində olmuşdur. Təbiəti mühafizə məsələlərində ölkəmizin bir çox görkəmli alimlərimizin akademik H.Ə.Əliyev, A.B.Mirzəyev, Z.M.Quliyev, İ.B.Xəlilov, Ş.Y.Göyçaylı, Ş.İ.Məmmədova və başqalarının rolu böyükdür.

Müasir ədəbiyyat materialları araşdırılmış, magistr işində ətraf mühitin səs- küy çirklənməsi probleminin azaldılması üçün görülən tədbbirlərin həlli istiqamətləri göstərilmişdir.



İşin məqsəd vəzifələri: Magistr işinin başlıca vəzifəsi səs-küy çirklənməsinin ətraf mühitə göstərdiyi neqativ təsirləri araşdırmaq, mövcud ekoloji problemlərin həlli istiqamətlərini tədqiq etmək, insanları və eləcə də biosferin bütün komponentlərini səs-küy çirklənməsindən qorunması ücün elmi

əsaslandırılmış təkliflər işləyib hazırlamaq və onlar tez bir zamanda həyata keçirilməlidir.

Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün magistr dissertasiya işində aşağıdakı məsələlərin həll edilməsi nəzərdə tutulmuşdur:

-Təbii və antropogen səs dalgalarını yaradan mənbələrin xüsusiyyətlərinin öyrənilməsi;



  • Antropogen səs-küyün canlı orqanizmlərdə və ümumilikdə biosferdə yaratdığı fizioloji dəyişikliklərin araşdırılması;

  • Yüksək tezlikli antropogen səs-küy yaradan mənbələrin insan sağlamlığına göstərdiyi təsirinin nəticələrinin araşdırılması;

-Antropogen səs-küyün ətraf mühitə və canlılara təsirini azaltmaq üçün tədbirlərin görülməsi;

-Antropogen səs-küydən mühafizə olunmaq üçün istifadə edilən material və avadanlıqların müqayisəli təhlili;

-Səs-küyün təhlükəsizliyini təmin etmək üçün qəbul edilmiş normativ metodiki sənədlərin təhlili

Tədqiqat işinin nəzəri-metodoloji əsası mövzu ilə əlaqədar milli və xarici elmi əsərləri olan alimlərin görülən işləri səs-küyün üçün qəbul edilmiş normativ- metodiki göstəricilər və əsas götürülmüşdür.

Tədqiqat işi müvafiq statistik, iqtisadi-riyazi modellərdən və üsullardan istifadə edilməklə araşdırılmalar və təhlillər nəticəsində yerinə yetirilmişdir. Dissertasiya işinin informasiya bazasını statik göstəricilər və müvafiq ədəbiyyatlar təşkil edir.



Tədqiqat işinin elmi yeniliyi aşağıdakılardan ibarətdir:
-Təbii və antropogen səs dalğalarının xüsusiyyətləri araşdırılmışdır;

  • Antropogen səs-küyün canlı orqanizmlərdə yaratdıgı fzioloji dəyişikliklər öyrənilmişdir.

  • Yüksək tezlikli səs-küyün mənbədə azaltmaq üçün tətbiq olunan ekranın növləri, hazırlandıgı materiallar müqaisəli şəkildə təhlil edilmişdir;

  • Antropogen səs-küyün canlılara təsiri və yaranan problemlər araşdırılmışdır;

-Antropogen səs-küy mənbələrindən qorunmaq üçün qəbul edilmiş metodik- normativ sənədlərin öyrənilmişdir;

  • Təbiəti mühafizə məqsədilə səs-küy təhlükəsizliyindən qorunmaq üçün yeni metodik-normativ sənədlərin hazırlanması təklif olunmuşdur;

  • Səs-küy xəritələrinin yaradılması üçün müasir şərait nəzərə alınaraq yenidən tərtib edilməsinin vacibliyi diqqətə çatdırılmışdır.

Tədqiqat işinin praktiki əhəmiyyəti. Ətraf mühitin antropogen səs-küy ilə çirklənməsi, mövcud olan ekoloji problemlər, onların həlli yolları probleminin elmi-nəzəri istiqamətlərinin öyrənilməsində meydana çıxan çətinliklərin səbəbləri, onların aradan qaldırılması həlli istiqamətlərinin müəyyənləşdirilməsi, bu istiqamətdə konkret üsulların işlənib hazırlanması və yerinə yetirilməsi praktik əhəmiyyət daşıyır.

İşin quruluşu: Giriş, üç fəsil, səkkiz yarım fəsildən, nəticə və təklifdən,istifadə olunmuş ədəbiyyat siyahısından və 8cədvəldən ibarətdir.


Yüklə 417,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin