Birinci mərhələ- ilkin mərhələ adlanır. Səsin qəbul edilməsi aşağı düşür.
Eşitmə orqanı pıçıltını yalnız 4m məsafədən qəbul edir.
İkinci mərhələ- orta mərhələdir. Bu zaman pıçıltı 2 m məsafədən qəbul
edilir.
Üçüncü mərhələ- ən ağır mərhələdir. Eşitmə qabiliyyəti o qədər aşağı
düşürki, pıçıltının qəbul edilməsi 1m məsafədən də aşağı olur.
Uzunmüddətli səs-küy insan orqanizmində gedən bir çox proseslərə mənfi təsir göstərir. Səs-küyün norma daxilindən çox olması səs-küy çirklənməsi adlanır. Güclü səs-küy insan orqanizmində gedən bir çox fiziloji proseslərə mənfi təsir göstərən fizioloji, psixoloji və bioloji amil kimi dəyərləndirilir. İnsan orqanizminə
fizioloji, psixoloji və bioloji baxımdan səs – küy çirklənməsinin göstərdiyi mənfi təsirlər aşağıdakı şəkildə özünü göstərir:
Eşitmə orqanlarını zədələyərək, səsin qəbuletmə funksiyasını aşağı salır.
Səsin gücündən asılı olaraq nəfəsalma hərəkətləri, ürək döyüntüləri artır,baş ağrıları və baş gicəllənməsi kimi narahatlıqlar meydana gəlir.
Psixoloji baxımdan səs – küy insanların əsəb sisteminə mənfi təsir göstərərək davranış pozğunluqlarının, nevroz, stress və ümumi narahatedici hisslərin yaranmasına səbəb olur.
Bundan başqa səs – küy insanlarda xroniki yorğunluğa, iş görmə qabiliyyətinin aşağı düşməsinə də səbəb olur.
Ekoloji amil kimi səs-küy eşitmə zəifliyinə, yuxusuzluq, xroniki yorğunluq, nevroz və aterosklerozun, diqqət zəifləməsi, iştah pozlunluğu, stress, ruhi xəstəliklərin, ürək-damar xəstəliklərin inkişafina zəmin yaradır. Səs-küyün təsirindən sinir sisteminin zəifləmiş hüceyrələri orqanizmin müxtəlif sistemlərinin işini kifayət qədər koordinasiya edə bilmirlər, bu da onların fəaliyyətinin pozulmasına səbəb olur. Daimi olaraq səs-küylü ərazidə yaşayan əhali, daha sakit ərazidə yaşayan əhaliyə nisbətən insult və infaktdan ölmə ehtimalı 10-20 %-dən yuxarı olur. Bu da vaxtından əvvəl qocalmaya və insan ömrünün azlmasına gətirib çıxarır. Güclü səs-küy əsəb sisteminin, arterial təzyiqin, böyük yarim kürələrin işini tənzimləyən mərkəzi sistemlərin normal fəaliyyətinə mənfi təsir edir.Nəticədə daxili skresiyya və maddələr mübadiləsinin, qan-dövranının pozulması bir çox xəstəliklərin sayının artmasına səbəb olur.
Ekoloq alimlərin verdiyi məlumata görə səs-küyün insan orqanizminə göstərdiyi mənfi təsiri iri şəhərlərdə daha çox rast gəlinir. Məsələn, normadan çox olan küçə səsləri Fransa əhalisinin 8/10-da baş ağrılarına, 1/2-də yaddaş pozğunluğuna, ½-də davranışlarında dəyişikliklərə səbəb olmuşdur. Müəyyən edilmişdir ki, nevroz xəstəliklərinin 2/10 hissəsi güclü səs-küyün təsiri nəticəsində yaranır.[4]
Güclü səs-küy uşaqlarada mənfi təsir göstərərək, onların inkişafinda ləngimələrə səbəb olur. Bu hal daha çox İngiltərədə baş verir. Səsin gücü 50 db olduqda uşaqlarda yuxusuzluq problemi yaranır.
Fiziki işlə məşğul olan insanlara nisbətən zehni işlə məşğul olan insanlara səs-küy daha cox narahatedici təsir göstərir ki, bu da yuxusuzluğa səbəb olur. Insanda yuxusuzluq yaradan səs-küyün gücü təxminən 40-70 db aralığında dəyişir.[4]
Səsin gücündən asılı olaraq insanlarda yaranan xəstəlikləri aşağıdakı cədvəl şəklində göstərə bilərik.
Dostları ilə paylaş: |