Cədvəl 1.2
Səslər
|
Hers ( hs)
|
Infraqırmızı səslər ( aşağı tezlik)
|
20-dən az
|
Akustik (eşidilən tezlik)
|
16-20000 -ə qədər
|
Ultrasəslər (yüksək tezlik)
|
20000- 109
|
Hipersəslər (daha yüksək tezlik)
|
109-1013
|
Eşidilməyən infrasəslər insan orqanizminə əhəmiyyətli dərəcədə fizioloji təsir göstərir. Təbii ekosistemlərdə zəlzələ, qasırğa, fırtına və digər təbii fəlakətlər zamanı infrasəs vibrasiya baş verir. Süni ekosistemlərdə isə maşın və mexanizmlərin işlənməsi ilə özünü göstərir. Nəqliyyatda bir çox infrasəs mənbəyi mövcuddur. Bu kompressor qurğularının, qatarların və yük maşınlarının əyləc sistemlərinin, dartma motorlarının, dizel mühərriklərinin, qaz turbinlərinin və s.işləməsi ilə əlaqələndirilir.
Nəqliyyat proseslərində yaranan infrasəslər yüksək diapozona yaxın səsələrlə yanaşı müşaiyət olunur, buna görə də bu səslər az hiss olunur. Amma bu o demək deyil ki, infrasəslər təhlükəsizdir. Infrasəslər müəyyən hüdud daxilində insanlara mənfi təsir edir. Məsələn; 180-190 dB aralığında olan infrasəslərin qısa müddətli təsiri ölümə səbəb ola bilər. 155-180 dB infrasəslər insan həyatı üçün təhlükə yaradır, psixi-fzioloji dəyişikliklərə səbəb olur. Infrasəslərə tolerantlıq həddi ( dözümlülük həddi) 140-155 dB aralığındadır. Bu diapozonundakı səslər insan orqanizminə psixoloji təsir göstərir. Infrasəslərin təklükəsizlik həddi 90 dB- dir.
Akustik diapozona sənaye, məişət, fasiləsiz və impuls səsləri aiddir. Ən yüksək səs-küy nəqliyyat tərəfindən yaradılır. Belə ki, nəqliyyat səs çirklənməsinin əsas mənbəyidir. İri şəhərlərdə ən çox səs-küyü avtomobil nəqliyyatı, dəmiryol nəqliyyatı və hava nəqliyyatı yaradır. Çay və dəniz limanları şəhərdən uzaq məsafədə yerləşdiyi üçün ətraf mühiti digər nəqliyyat sistemlərinə nəzərən az çirkləndirir. Akustik diapozonda olan yüksək səs-küy zərərlidir. Nəqliyyat vasitələrinin səbəb olduğdu səs-küy aşağı və orta tezlikli səs spektrına malikdir. Məsəslən, dəmiryol nəqliyyatının yaratdığı yüksək səs adətən 500 800 hs aralığında olur. Buna görə şəhərdə səs-küyə nəzarət problemi getdikcə kəskinləşməlidir.
Dostları ilə paylaş: |