Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova



Yüklə 0,51 Mb.
səhifə29/70
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173588
1   ...   25   26   27   28   29   30   31   32   ...   70
C.Nabat Monoqrafiya

Təlim nəticəsi. Şagird:
1.Təmsilə aid münasibətini əsaslandırır.
2.Təmsili müəyyən olunmuş qaydada düzgün oxuyur.
3.Mətni janrına görə fərqləndirir.
4.Təmsildəki fikrə münasibət bildirir.
İnteqrasiya: H-b.: 2.1.2; 3.1.2; X-d.:2.2.2.
İs üsulu: anlayışın çıxarılması, əqli hücum, diskussiya, debat
İş forması: kiçik qruplarla iş
Resurslar: slaydlar, vatman, şəkillər, rəngli flamasterlər, qayçı, yapışqan.
Dərsin gedişi
Motivasiya. Lövhədən anlayışın çıxarılması metodu ilə hazırlanmış filipçat asılır, şəkillər təqdim olunur(yaşıllığın salınması, budağı qıran uşaq, dərsini yazan şagird, dəftəri cıran uşaq, səliqəli hörükləri olan və daranmamış saçı olan məktəbli).
Şagirdlərə müəllim tərəfindən suallar verilir.
- Şəkillər haqqında nə deyə bilərsiniz? (Fərziyyələr söylənilir).

- Filipçatda mərkəzi dairədə verilmiş sual işarəsi nəyə işarədir, onun arxasında hansı söz ola bilər? (vərdiş, adət).


- Adətləri yaxşı və pis adlandırmaqda məqsəd nədir? (xeyirli və ziyanlı olduğuna görə).
-Hansı adətlər yaxşıdır?(...)
- Hansı adətlər pisdir?(...)
Tədqiqat sualı: El adətlərinin hansı xüsusiyyətləri var?
Tədqiqatın aparılması: böyük qrupla iş təşkil edilir, sonra kişik qruplar yaradılır. Təmsil oxunur, oxunun düzgünlüyü müəllim tərəfindən nəzarətdə saxlanılır. Səhvlər islah olunur. Təmsil janrının xüsusiyyətləri bir daha təkrarlanır, digər janrlardan fərqi izah edilir. Həmçinin digər janrlara da ötəri toxunulur ki, fərqlilik daha yaxşı mənimsənilsin.
Daha sonra sadə say üsulu ilə qruplara bölgü aparılır.
Qruplara iş vərəqləri verilir, vaxt müəyyən edilir ( işlərinin tamamlanmasına 10 dəqiqə vaxt verilir).
I Qrup
1. Təmsildə haqlı tərəfi müəyyənləşdirin. 
2. Məzmuna uyğun gələn atalar sözü söyləyin.

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin