Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova



Yüklə 0,51 Mb.
səhifə37/70
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173588
1   ...   33   34   35   36   37   38   39   40   ...   70
C.Nabat Monoqrafiya

Təlim nəticəsi
Şagird:

Məzmun standartı

1.Deyilən fikirlərin təhlilini verir, fikrini bildirir, mövqeyini şərh edir.  
2. Oxu mətnini intonasiya ilə oxumağı bacarır.
3. Xarakterinə görə mətnlərin fərqini müəyyənləşdirir.

1.1.2; 2.2.1; 2.2.2.

İnteqrasiya: A-d.: 1.2.1; H-b.: 1.3.2.


İş forması: kollektiv iş
İş üsulu: beyin həmləsi, klaster, akvarium, müzakirə
Resurslar: şəkillər, iş vərəqləri, marker, karandaş, stiker
Dərsin gedişi
Motivasiya, problemin qoyuluşu. Dərsə giriş beyin həmləsi üsulu ilə başlayır. Müəllim:
- Sərkərdə kimlərə deyilir? (Fərziyyələr dinlənilir).
Ötən mövzulardan şagirdlərin Əmir Teymur və Şah İsmayıl haqqında məlumatları var idi.
Müəllim:
-Tarixdə Makedoniyalı İsgəndər məşhur sərkədələrdən biri kimi yer alıb. Bu gun mətndən Makedoniyalı İsgəndər haqqında müəyyən məlumatları öyrənəcəyik.
Tədqiqatın aparılması. Sonra mətnin hissələrlə oxusu təşkil olunur.
I.Balaca İsgəndərin tərbiyəsi.
II.Təkəbbürlü şahzadə.
III.İsgəndərin Bukefalı ram etməsi
IV.İsgəndər və Dara
Sinif şagirdlərindən bir neçəsi mətni nəql edir. Sonra sual-cavab təşkil edilir, tapşırıqlar verilir.
Ümumiləşirmə. Nəhayət, müəllim şagirdlərin nəyə daha çox diqqət yetirmələrini izah edir, bildirir ki, İsgəndərin hazırcavablığı insanı heyran edir. Onun fikirlərindəki dərin məna yığcam və konkret verilmişdir, bu sanki bir söz oynuna bənzəyir.
Parmenion:
1. Mən İsgəndər olsaydım, razılaşardım.
İsgəndər:
2. Mən də razılaşardım, əgər İsgəndər olmasaydım.
Yaxud:
3. Mən İranın hamısını yarısına dəyişmək fikrində deyiləm.
Fikirlərin izahının aparılmasında, əlbəttə, müəllimin köməyinin olması mütləqdir.
Oxu mətnindəki sözlərin mənasının bütün sinif şagirdlərinin bilməsi üçün müəllim sonda bir daha bəzi sözlərin izahı üzərində sual-cavab təşkil edir, şagirdlərin müxtəlif fərziyyələri içindən doğru cavabların müəyyənləşdirilməsini tələb edir.
Müəllim:
-Təkəbbürlü sözünü necə başa düşürsünüz?
-Təkəbbürlü, yəni özündənrazı.
-Təkəbbürlü, yəni lovğa.
-Təkəbbürlü, yəni qururlu.
-Bəs şöhrətpərəst sözünü necə başa düşürsünüz?
- Şöhrəti sevən.
- Özünü hamıdan yüksək tutan və s.
Beləliklə, mətndə olan 20-ə yaxın sözün izahı üzrə iş aparılır. Əlbəttə, bu iş iki dərsdə həyata keçirilir. Ona görə ki, mətnin tədrisi məhz iki saat üçün nəzərdə tutulmuşdur.

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin