Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova



Yüklə 0,51 Mb.
səhifə38/70
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173588
1   ...   34   35   36   37   38   39   40   41   ...   70
C.Nabat Monoqrafiya

Qiymətləndirmə və ya refleksiya. Şagirdlər oxu mətnindəki sözlərin lüğətlərdən istifadə etməklə izahını verməsi əsasında qiymətləndirilir.


Məlumatlandırıcı mətnlərin oxusu
Məlumatlandırıcı mətnlərin oxusunda əsas məqsəd verilən məlumatların ötürülməsi olsa da, oxu bacarıqlarının inkişafında, oxu vərdişlərinin yaradılmasında böyük əhəmiyyət kəsb edir.
Məlumatlandırmaq üçün oxuya daxildir:

  • Məlumatlandırıcı mətn əyləncə və estetik sövq vemək məqsədi daşımır, məlumat vermək üçün tətbiq edilir.

  • Bu mətnləri oxuyana verilmiş məsələ ilə bağlı konkret biliklər əldə etmək məqsədi daşıyır.

  • Məlumatlandırıcı mətni dərketmək hekayəni dərketməkdən mürəkkəbdir.

  • Məlumatlandırıcı mətnlərə aiddir: məqalələr, publisistik materiallar, dərslik materialları, kataloqlar, ensiklopediyalar və elmi əsərlər.

  • Məlumatlandırıcı mətnlərdə qrafiklər, istinadlar, cədvəllər, xəritələr, diaqramlar, yarımbaşlıqlar olur.

  • Əsas ideyanı dərk etmək üçün mətnin oxusu ona oxudan öncə nəzər salmaqdan başlanır.


Məlumatlandırıcı mətnlərin tətbiqi üçün oxuya daxildir:

  • Oyunların aparılması qaydaları, metodların, üsulların həyata keçirilməsi yolları, laboratoriya təcrübəsi, vergi və sığorta formaları, avtobus, qatar, təyyarə cədvəlləri, alınmış avadanlıqların qurulması qaydaları, reseptlər, ərazi planları və s. tətbiq edilmək üçün oxunur.

  • Sənədlərin quruluşunun və məqsədinin dərk edilməsi tələb olunur.

  • Oxunmuş məlumatın tətbiqi tələb edilir.

Məlumatlandırıcı mətnlərin süjeti spesifikdir: müəllif oxucuya həqiqəti tapmağı diktə edir. Mətni oxuyan oxucunun müəllif qədər səriştəyə malik olması gərəkdir ki, nəticəni müəyyənləşdirə bilsin. Belə mətndə kompozisiya elmi tədqiqat işinə bənzəyir. Məsələn:
1) giriş hissəsi (poblemin müəyyənləşdirilməsi);
2)əsas hissə (problemi həll emək yolların axtarılması, müxtəlif yolların araşdırılması və fərziyyələrin irəli sürülməsi);
3)nəticə (düzgün cavabın tapılması və yoxlanması).
Məlumatverici mətn oxunarkən aşağıdakı ardıcıllıq gözlənilir:
1. Başlığın və birinci abzasın oxunması. Əgər sizə əlavə hazırlıq lazımdırsa, başqa mənbəyə müraciət edin.
2. Verilmiş ideyaların təhlili. Mühüm fərziyyələri qeyd edin, şəkil, sxem və diaqramları öyrənin.
3. Terminlərin müəyyənləşdirilməsi. Oxu prosesində tanış olmayan sözlərin lüğət vasitəsi ilə mənasının öyrənilməsi.
4. Anlamanın yoxlanılması. Bu mətn vasitəsi ilə mən nə öyrəndim? Bildiklərinizlə müqayisə edin.
5. İdeyanın düzgün anlaşılması üçün mətni təkrar oxunması. Mürəkkəb fikirləri öz sözlərinizlə söyləyin.
6. Sonadək oxumağı düşünün. Oxu zamanı dayanın, bir anlıq düşünün, oxunmuş hissəni nəzərdən keçirin və oxumağa davam edin.
7. Qeyd götürməyi unutmayın, konspekt hazırlayın, mətni dərk etdikdə nəticələri yazın və s.



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin