1.Nağıletmədə uyğun jestlərdən, mimikadan istifadə edir.
2. Nağılı düzgün tələffüzlə oxuyur.
3. Nağılın məzmununu nağıl edir.
1.2.3; 2.2.1; 2.2.4
İş forması
Üsullar
Resurslar
İnteqrasiya
böyük qruplarla iş
beyin həmləsi, müzakirə, suallar
Şəkillər, iş vərəqləri, flamaster, marker, qələm, pozan və s.
H-b.:3.2.1
Dərsin gedişi Motivasiya, problemin qoyuluşu. Yalançılığın axırı necə ola bilər? (müxtəlif fərziyyələr dinlənilir).
Dərslik üzərində iş: Mətnin oxusu üzərində işin təşkili [15, 174-175] .
I: Bir kənddə çoban yaşayırdı. Çoban səhərlər camaatın qoyun-quzusunu otarmağa aparar, gününü otlaqda keçirərdi.
M: - Çobanın işi nədir? O nə ilə məşğul olur?
II: Bir gün yenə çoban sürünü otlağa apardı. O, çox darıxırdı. Ətrafda danışmağa kimsə yox idi, qoyunlar sakitcə otlayırdılar. Çoban fikirləşdi, neyləsin ki, darıxmasın? Belə qərar verdi ki, kəndlilərlə zarafata “girişsin”.
Çoban təpəyə çıxdı, uca səslə camaatı çağırdı: Mənə kömək edin, canavar sürüyə hücum edib!
M:-Çobanın qərarı nə oldu? O, kənd camaatını niyə aldatdı?
III: Kəndlilərdən kimisi yaba, kimisi balta alıb çoban olan təpəyə tərəf yollandı. Onlar təpəyə çatanda çoban əlində çomaq oynaya-oynaya “sizi aldatdım” deyir.
M: - Kənd camaatı nə etdi? Çoban necə hərəkət etdi?
IV: Kəndlilər narazı halda başlarını tərpədib geri döndülər. Beləcə, bir neçə vaxt keçəndən sonra axşamüstü çoban təpədən qışqırmağa başladı:
-Köməyə yetişin! Qoyuna canavar daraşıb!
V: Kəndlilərdən hərə bir alət alıb təpəyə qalxdı. Bu dəfə çoban onları gülər üzlə qaşılayıb, inandıqlarına görə onlara lağ etdi.
M:- Hadisə nə zaman baş verdi? Həmin gün çoban hansı hərəkəti etdi?
VI: Aradan xeyli keçdi. Bir gün qoyunlar sakitcə otlayan zaman meşədən çıxan üç canavar sürüyə soxuldu. Qoyunları parçalayan canavarlarla bacarmayan coban var gücü ilə qışqırmağa başladı: Ehey, köməyə gəlin! Canavarlar qoyunlara daraşıb! Suru qırıldı!!!
M: - Yenə çoban nə etdi? Bu da zarafat idi?
VII: Özlərinin təsərrüfatlarında işlərni görən adamlar başlarını səs gələn tərəfə çevirdilər, lakin laqeyd halda dönüb yenə öz işləri ilə məşğul oldular. Çobanın yenə də zarafat etdiyini düşündülər. Çoban adamlarda inamsızlıq yaratmışdı. Odur ki, heç kəs köməyə getmədi.
Beləcə, sürüyə daraşan canavarlar xeyli ziyan vurdu.
M: - Camaat niyə köməyə gəlmədi? Səbəb nə idi? Onlar çobana inanmadılar, niyə?
Yalançılığın axırı necə oldu?