Nəticələrin çıxarılması:
Elə fikir, elə söz var ki, hamının yanında deyilməməlidir. O zaman işarə, jest və mimikalardan istifadə etmək olar, lakin bunun başqasının duymasına yol vermək olmaz. Hamının yanında irad demək də tərbiyəvi cəhətdən düzgün sayılmır.
Ev tapşırığı:
Mətndəki məqamları həyatla əlaqələndirin və esse yazın.
Qiymətləndirmə:
Müzakirəyə əsasən aparılır.
Daha bir mövzunun tədrisinə nəzər salaq.
“İki dost” (2 saat)-1-ci saat
Təlim nəticəsi
|
Məzmun standartı
|
|
1. Mətn və illüstrasiyanın uyğunsuzluğunu aşkarlayır. 2.Düzgün, diqqətli oxu nümayiş etdirir. 3.Mətndəki dil qaydalarına aid sözləri (ad, əlamət, hərəkət) qruplaşdırır.
|
2.2.1; 4.1.5
|
|
İş forması
|
Üsullar
|
Resurslar
|
Fənlərarası
inteqrasiya
|
böyük qrupla iş
|
əqli hücum, müzakirə, müşahidə, rollu oyun
|
iş vərəqləri, qələm, pozan, marker, yapışqan və s.
|
Təs.inc.:3.1.2
|
Motivasiya, problemin qoyuluşu. Qonaq qəbul etmək qaydalarını bilirsiniz? (Fərziyələr dinlənilir).
Tədqiqat sualı:
-Qonağın yanında necə hərəkət etmək lazımdır?
Tədqiqatın aparılması: İş dəftəri ilə iş (s.47, T-7).
Mətnin oxunması həyata keçirilir. Oxunun düzgünlüyünə nəzarət edilir. Oxunduqca bəndlər təhlil edilir, diskussiya aparılır. Şeirlə illüstrasiyanın uyğun gəlmədiyi aşkarlanır.
Məlumat mübadiləsi və müzakirəsi:
Şagirdlərin fikirləri dinlənilir. Qarşılıqlı fikir mübadiləsi aparılır.
Nəticənin çıxarılması:
Başqa evə qonaq gedən, qonağı qəbul edən hər kəs özünü yaxşı (mədəni) aparmalıdır.
Ev tapşırığı:
Qonaq qəbul etməyə aid şifahi inşa hazırlayın.
Qiymətləndirmə təqdimata əsasən aparılır.
Bir dərs nümunəsinə də nəzər salaq.
Standart: 2.1.3; 2.2.1.
Mövzu: Bahalı xalça [9, s.123].
Təlim nəticələri:
1. Oxunan mətndəki sözləri həqiqi və məcazi mənasına görə fərqləndirir.
2. Verilmiş mətni düzgün oxuyur.
3. Verilmiş mətni intonasiya ilə oxuyur.
İnteqrasiya: ədəbiyyat-1.2.3.
İş forması: böyük qrup
İş üsulu: əqli hücum, suallar, rollu oyun
Resurslar: şəkillər, testlər, marker və s.
Dərsin gedişi
Motivasiya, problemin qoyuluşu. Müəllim lövhədən M.F.Axundovun şəklini asır. Şagirdlərdən M.F.Axundov haqqında nə bildiklərini soruşur. (Fərziyyələr dinlənilir).
Müəllim:
- Əl tutmaq-ifadəsini necə başa düşürsünüz? (salamlaşmaq, kömək etmək, yardım etmək və s. ).
Tədqiqat sualı: Mətndəki surətlər haqqında nə deyə bilərsiniz?
Tədqiqatın aparılması: Mətnin ifadəli oxusu təşkil olunur. Mətn hissə-hissə oxunub, təhlil edilir.
Mətndəki tərəddüd, yazıq, eyvan, layiq deyiləm, başa düşdü, əlində maya olsun, bir işin qulpundan yapış, böyük ürəkli söz və ifadələri üzrə lüğət işi aparılır.
Dostları ilə paylaş: |