Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova


Standart: 2.1.1; 2.2.1; 3.1.4. Mövzu



Yüklə 0,51 Mb.
səhifə26/70
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173588
1   ...   22   23   24   25   26   27   28   29   ...   70
C.Nabat Monoqrafiya

Standart: 2.1.1; 2.2.1; 3.1.4.
Mövzu: Ana
Təlim nəticəsi:

  1. Şeirdəki hadisələri həyatla əlaqəli müqayisə edir.

  2. Şeiri intonasiya ilə oxuyur.

  3. Ana haqqında mühakimə xarakterli, kiçik həcmli esse yazır.

İnteqrasiya: həyatla və ədəbiyyatla əlaqə: st.: 1.2.2.
İş forması: böyük və kiçik qrup
İş üsulu: beyin həmləsi, klaster, işgüzar səs-küy, Venn diaqramı
Resurslar: iş vərəqləri, flamasterlər, şəkillər
Dərsin gedişi
Motivasiya, problemin qoyulması. Müəllim sinfə müraciətlə soruşur:
-Ondan min dəfə yazılıb, amma yenə az olub, ondan milyon dəfə də yazılacaq, amma yenə az olacaq.
Kimdir o?
Şagirdlər açar sözü tapırlar:
ANA!
Tədqiqat sualı: Ananı hansı varlıqla əvəz etmək olar?
Tədqiqatın aparılması: Şeir müəllim və bir neçə şagird tərəfindən ifadəli oxunur və çətin sözlər izah olunur.
Ana
Elə ki, balalar gəlir dünyaya,
O gündən hey ölçüb biçir analar.
Mahnı da oxuyur, şeir də deyir,
Bəstəkar analar, şair analar.

…Unudub illərin yorğunluğunu,


Həyatda dincliyi, evdə yuxunu:
Sevincin azını, qəmin çoxunu,
Yükün ağırını seçir analar… (H.Arif).
Şeirin təhlili aparılır. Sonra qruplar yaradılır və ad verilir. Hər qrupa iş vərəqi təqdim edilir.
İş vərəqi 1
1.Şeirin birinci bəndini nəsrə çevirin.
2.Məktəbdən qayıdarkən səni kim qarşılayır?
(Şəklini təsvir et).
İş vərəqi 2
1.Ana haqqında aforizmlər söyləyin.
2.Dünyanın ən nadir simfoniyası ... (Esse yazın).
(Körpə qığıltısı,uşaq gülüşü).
İş vərəqi 3
1.Analar haqqında atalar sözü söyləyin.
2.Bənzəri olmayan,ən ülvi hiss ... (oxumaq eşqi, ana sevgisi).
İş vərəqi 4
1.Ana haqqında rəvayət söyləyin.
2.Yer üzündə insanlığın ilk təranəsi...
(Anaya aid mahnı).

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin